Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Aylarla mənə toxunmurdu, yataqda qıvrıla-qıvrıla qalırdım...” - Həyat hekayəsi
“Aylarla mənə toxunmurdu, yataqda qıvrıla-qıvrıla qalırdım...” - Həyat hekayəsi
Göndərən: Nigar
Şərhlər: 7
Baxılıb: 4051
Səs ver:
Budəfəki qəhrəmanım Şəbnəm ( ad şərtidir – İ.V.) Sumqayıt şəhərində yaşayır, tibb bacısıdır, üç qız anasıdır. Böyük qızı dördüncü, ortancılı ikinci sinifdə oxuyur. Kiçik övladı isə bağçaya gedir. 35 yaşlı Şəbnəm 12 ildir uzaq qohumu olan bəylə ailəlidir. Dediyinə görə, həyat yoldaşı ilə bir-birlərini dəlicəsinə seviblər. Hətta oğlanın ailəsi əvvəlcə bu iki gəncin izdivacına razı deyilmişlər. Lakin hər şeyə rəğmən o, Şəbnəmlə ailə qurub:

"Məndən üç yaş böyükdür. Bir-birimizi tanıyanda mən tibb texnikumunda oxuyurdum, o isə maşın bazarında avtomobil ehtiyat hissələri satırdı. Özünün dediyinə görə avtobusda məni görüb, xoşuna gəlmişəm, sonra ardımca gəlib ünvanımızı öyrənib. Çox yaraşıqlı oğlan idi. Hətta özümü onun yanında eybəcər hiss edirdim. Ardımca texnikuma gələndə çox qızlar ona həsrətlə baxırdılar. Bu da mənim xoşuma gəlirdi. Nə qədər qısqansam da, bilirdim ki, çoxlarının qısqandığı oğlan mənim sevgilimdir”.

Beləcə Şəbnəm indiki həyat yoldaşı ilə ailə qurur. Oğlan ailəsini birtəhər razı salıb toy məclisində iştirak etmələrinə nail olur. Amma münasibətlər gərgin olduğundan gənc ailə elə Sumqayıtda bir otaqlı mənzil kirayələyir:

"Cehizlərimin bir hissəsini kirayə evə gətirdik. Sonra mən də işləməyə başladım, onun da qazancı pis deyildi. Məni də çox istəyirdi. İlk övladımıza hamilə olduğumu biləndə necə sevindiyi hələ də yadımdadır”.

Amma həyat yoldaşının əhatə olunduğu ətraf mühit Şəbnəmin xoşbəxtliyini bir anın içində əlindən alır:

"Günlərin birində bu evə gəldi, gördüm ki, həmin adam deyil. Halı pis idi, gözləri qızarmışdı. Elə bildim ki, döyüblər. Amma üstünü vurmadım. Bu hal bir neçə dəfə təkrarlandı. Axırda özü açıb dedi ki, narkotikə qurşanıb, indi də əl çəkə bilmir. Mən də demişdi ki, bu barədə kiməsə desən, səni öldürəcəm. Getdikcə arıqlayırdı, günbəgün vəziyyəti ağırlaşırdı. Artıq ailənin bütün yükü mənim çiyinlərimdə idi”.

Şəbnəm deyir ki, həyat yoldaşının ona aldığı qızılları, kirayə qaldığı mənzilə gətirmədiyi cehizlərinin bir qismini satıb ərini müalicə etdirir. Bir müddət yenə də işlər axarına düşür. Amma əri bu yoldan birdəfəlik döndərmək mümkün olmur:

"Sağalmışdı, heç nə eləmirdi. İşləməsə də, evdə otururdu, dostlarıyla əlaqəsini kəsmişdi. Amma bir dəfə dedi ki, çıxıb özümə iş axtarmalıyam. Həmin axşam gördüm ki, evə pis vəziyyətdə gəlib. Çünki o qədər narkotik qəbul etmişdi ki, o nəsə edəndə dərhal bilirdim”.

Şəbnəm deyir ki, hazırda ailənini durumu çox ağırdı. Üç qız övladına və ərinə tək baxmağa məcburdu. Ərinin valideynləri də bu izdivaca əvvəldən razı olmadıqlarından bütün günahları məhz Şəbnəmdə görürlər:

"Qaynanamgil deyir ki, oğlumuzu sən narkoman eləmisən. Amma bilmirlər ki, heç bir qadın ailəsinin dağılmasını istəməz. 35 yaşlı qadın üçün bu iztirabları yaşamaq ölümdən betərdi. Gah evdən oğurluq edir, gah məni döyür, gah özünü öldürəcəyi ilə hədələyir. Qaynanam deyir ki, sən gəzməkdən ötrü oğlumu bu günə salmısan. Amma vicdanım qarşısında təmizəm. İfadəmə görə çox üzr istəyirəm, elə olub ki aylarla o mənə yaxın durmayıb, yataqda qıvrıla-qıvrıla qalmışam. Gənc qadınam, mən də istəyirəm ki, ərimlə münasibətim olsun. Özüm tibb sahəsində çalışdığımdan bilirəm ki, bunun sonu nə il nəticələnəcək. İşdə həkimlər deyir ki, kiminləsə görüş, sonra səhhətimdə daha ciddi problemlər yaranar. Amma mən üç qız böyüdürəm və heç vaxt raz olmaram ki, kimsə onların arxasınca mənə görə nalayiq söz desin”


Şərhlər: 7
Baxılıb: 4051
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
evli.mutlu.cocuklu
Ayy necə pis oldum allah səbr versin
15 noyabr 2016 19:31
# 7
Dilaycan
tekrarrrrrrrrrrrrrrrrrr
14 noyabr 2016 20:53
# 6
Heyat gozel olsaydi dogulduqda aglamazdiq.Heyat temiz olsaydi oldukde yuyulmazdiq.
vipbetul
tekrar xeberdir
14 noyabr 2016 20:06
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Bezdiricidir bu aglawma mektublar,oz derdimiz ozumuze besdir((

Hemde kohne kiflenmiw mektubdur
14 noyabr 2016 18:53
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
duymecik
Bu hekayeni oxumuwdum
14 noyabr 2016 17:46
# 3
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
MODABAZ
Bu hekayelerr duzduuu ??yenı heyatda ola weylerd--?ama qadına ele yazıgım geldı Allah hec kıme gostermesın ,sevgı budumuu cox ıste qovuw,ama axırda oz ellerımızle sevgınıı yıxaq keceek
14 noyabr 2016 17:40
# 2
Heyata daim gulmek lazimdii
BARBI
Xaniminn heyati acinacaqli olub.Allah yardimcisi olsun
14 noyabr 2016 17:28
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz