Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
ROMA PAPASININ SULTAN FATEHƏ QƏRİBƏ TƏKLİFİ VƏ ŞİLLƏ KİMİ CAVAB - 555 İLLİK MƏKTUB
ROMA PAPASININ SULTAN FATEHƏ QƏRİBƏ TƏKLİFİ VƏ ŞİLLƏ KİMİ CAVAB - 555 İLLİK MƏKTUB
Göndərən: Aydan Salmanlı
Şərhlər: 4
Baxılıb: 631
Səs ver:
Sultan Fateh Mehmet İstanbulu fəth etdikdən sonra Bizansın təşkilatçılığı ilə hərəkət edən xaçlı yürüşlərinə də son qoyuldu. Xristianlığın Şərqdəki mərkəzi olan Bizans imperatorluğunun süqutundan sonra həm xristian ölkələri, həm də Papa çox narahat idi. Çünki Osmanlının Avropaya səfərlərinin qarşısını ala biləcək güclü bir xristian dövləti yox idi. Belə olan halda Roma papası II Piy Sultan Fatehə məktub yazaraq, onu xristianlığa dəvət edir. Bir çox tarixçilərin bildirdiyinə görə, Sultan Fateh Mehmet də Papaya “Sünnət ol, səni Şeyxülislam eləyim” cavabını göndərib. Ancaq Necdet Bayraktaroğlunun yazdığına görə, Fatehin Papaya cavabı haqqında arxivlərdə hər hansı sənəd yoxdur.


Qadinlar.biz Publika.az-a istinadən 1461-ci ildə yazılan və hələ də Venesiya arxivlərində saxlanılan həmin məktubu təqdim edir :

"Sultan həzrətləri, əgər öz iqtidarının gücününün xristian millətləri arasında yayılmasını, yaxud tarixə misilsiz qəhrəman kimi düşməyi istəyərsənsə, o zaman qızıla, gümüşə, quruda və dənizdə güc sahibi olmağa ehtiyac yoxdur, bunun üçün balaca bir hərəkətin yetərlidir. Əgər bunu həll edərsənsə, dünyanın ən uca, bütün insanlıq tarixinin ən böyüyü olarsan. Bunun nə olduğunu soruşursan? Tapmaq o qədər də çətin deyil, heç uzaqlara da getməyə ehtiyac yoxdur. Onu hər yerdə tapa bilərsən. Belə ki, xaç suyuna çəkilərək xristianlığı və İncilin təlimlərini qəbul etmək lazımdır. Əgər bunu edərsənsə dünyanın ən məşhur və güclü şahzadəsi olarsan. Səni Rum və Şərqin qanuni imperatoru edərik. Xristian aləmi sizi təqdis edər və xristianlıqda mütləq hakim olarsınız. Zorla əldə edib ədalətsizcəsinə əlində saxladığın yerlər halal haqqın olar. Bütün xristianlar sənə hörmət edər. Anlaşılmayan məsələlərdə sənə müraciət edərlər. Zülm görən hər kəs ortaq hamisi kimi sənə sığınar. Dünyanın hər yerində yaşayan insanlar səndən kömək istəyər. Çoxu da sənə könüllü olaraq boyun əyər və vergi verərlər. Tiranları məğlub etmək, yaxşıları qorumaq və düşmənlərlə mübarizə aparmaq vəzifəsi sənə verilər. Əgər doğru yolla irəliləyərsənsə Roma kilsəsi sənə qarşı çıxmaz. Bu ruhani taxt səni digər krallar kimi sevgi ilə qəbul edəcəkdir. Hətta onlardan da daha çox, çünki sənin mövqeyin daha yüksəkdir. Bu şərtlər altında bir çox krallığı müharibə aparmadan əldə edə bilərsən... Düşmənlərinə əsla yardım etməyəcəyik. Əksinə, Roma kilsəsinin haqlarını ələ keçirməyə çalışanlara qarşı səndən yardım istəyəcəyik."


Şərhlər: 4
Baxılıb: 631
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dilaycan
Bilmedim nese fikrim daginiq idi ne idi nece defe oxudum heczad anlamadim..
14 noyabr 2016 22:25
# 4
Heyat gozel olsaydi dogulduqda aglamazdiq.Heyat temiz olsaydi oldukde yuyulmazdiq.
duymecik
Sultanda qewey diyib a
14 noyabr 2016 08:49
# 3
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
vipbetul
boyuk sultan olub
14 noyabr 2016 00:14
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Sultan cox agilli cavab yazib Papaya:))))
14 noyabr 2016 00:12
# 1
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz