Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda atanın doğuşu izləməsinə icazə verilir - ŞƏRTLƏR
Azərbaycanda atanın doğuşu izləməsinə icazə verilir - ŞƏRTLƏR
Göndərən: Aydan Salmanlı
Şərhlər: 7
Baxılıb: 1041
Səs ver:
Artıq bütün dünyada kişilər öz uşaqlarının dünyaya gəlməsi prosesini izləyirlər. Hətta əllərində fotoaparat həmin anları çəkirlər də. Bəs Azərbaycanda necə? Kişilər həyat yoldaşlarının doğum prosesini izləyə bilərlərmi?

Aile.lent.az-ın məlumatına görə, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Mamalıq-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov teleqraf.com-a açıqlamasında bildirib ki, xanımı razı olsa, onun həyat yoldaşı təbii doğuşda və qeysəriyyə əməliyyatında iştirak edə bilər: “Bəzi klinikalarda uşağın atası müşahidəçi kimi doğuş otağına keçir. Bunun üçün əvvəlcədən həkim hamilə qadın və həyat yoldaşı ilə danışır. Xanımın həyat yoldaşı əməliyyatda iştirak gücünə qadirdirsə, icazə verilir və o, prosesi izləyir”.

Həkim deyir ki, təbii doğuşa icazə daha asan başa gəlir: “Çünki təbii doğuş zamanı sterillik baxımdan tələb olunan şərtlər daha yüngüldür. Qeysəriyyə əməliyyatının müşahidəsində isə xüsusi paltar geyinmək və həkimin göstərişi əsasında əməliyyat otağında müəyyən nöqtədə dayanmaq lazım gəlir. Əməliyyat zamanı xanımın həyat yoldaşı onun başının ucunda durmalıdır. Əlindən tuta bilər, baş ucunda dura bilər. Onun həkimlər işləyən tərəfə keçməsi məsləhət deyil. Çünki bəzən müşahidəçilər qan gördükdə və yaxud başqa gözlənilməz hal olduqda vəziyyətləri pisləşir, özlərini itirirlər”.

Təbii doğuşda xanımın yanında həyat yoldaşının dayanmasını daha məsləhətli hal sayan həkimin sözlərinə görə, təbii doğuş uzun çəkir: “Proses uzun çəkir və həyat yoldaşının doğuş prosesini izləməsi xanıma müsbət təsir göstərir. Kişi psixoloji olaraq xanımına dəstək olur və onun qorxusunu, həyəcanını azaldır. Nəticədə bu müddət xanımlar üçün daha yüngül keçir. Bütün mənfi hisslər ikiqat azalır, ərlə arvad arasındakı bağ möhkəmlənir. Uşağı ana-ata birlikdə qarşılayır”.


Turab doktor deyir ki, son zamanlar doğuşda iştirak etmək istəyən ataların sayı artıb: “Bizə müraciət edən hamilə qadınlardan hər 5 nəfərdən birinin həyat yoldaşı doğuşda iştirak etmək istəyir. Biz facebook səhifəmizdə sorğu apardıq. Məlum oldu ki, insanların 90 faizi öz uşaqlarının dünyaya gəlməsini izləməyi arzulayırlar.

Əvvəllər prosesi izləmək istəyənlər az olurdu, indi isə vəziyyət dəyişib. Bu, müsbət haldır. Şərt deyil ki, ata doğuşu tam izləsin, prosesləri əvvəldən-axıra görsün”.

Turab Canbaxışov qeyd edib ki, klinikalarda müşahidəçinin doğum prosesində iştirakı ödənişlidr: “Bu məbləğ doğuş və əməliyyat prosesinin sterilliyini təmin etmək üçün müşahidəçiyə verilən ləvazimatlara xərclənir. Hər bir klinikada ödəniş məbləği fərqlidir. Qiymət o qədər də böyük deyil. Respublika üzrə qiymət 50-100 manat arası dəyişir”.

Şöbə müdirinin sözlərinə görə, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ataların uşaqlarının doğum anlarını video-görüntüyə almasına da müsbət münasibət göstərilir: “Doğuşun gedişatında xarici cinsiyyət üzvlərinin görünməsini nəzərə alaraq şəkil və video çəkilişinə doğuşdan dərhal sonra icazə verilir. Lakin əsas üstünlük şəkil çəkilişinədir... Qeysəriyyə əməliyyatı zamanı isə həm video, həm də səkil çəkilişi mümkündür”.


Şərhlər: 7
Baxılıb: 1041
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bu icaze coxdan vardir
8 noyabr 2016 22:54
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
men acigi isterem ana qeder ataninda haqqidir.eger ureyi getmezse izlesin 122
8 noyabr 2016 14:55
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnci
YALANDA basşaro batsın 300manatd
8 noyabr 2016 14:53
# 5
Her gulusun arxasında bır keder vardır
qanadli melek
Mende qoymaram baxsin neye lazimdiki
8 noyabr 2016 14:48
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Onun_Mələyi
Sitat: duymecik
icaze olsada men qoymaram hemde özü hec baxmaz ,ne ureyi qelmez nede bele xasiyetde deyil

Mende ele dusunurem bacı.
8 noyabr 2016 14:22
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
duymecik
Icaze olsada men qoymaram cunku utanaram hemde özude hec baxmaz,ne ureyi gelmez ne de bele xasiyyetde biri deyil.
8 noyabr 2016 14:03
# 2
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
Luna-90
Yoldasim istedi men istemedim keser idi mende.
8 noyabr 2016 14:01
# 1
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz