Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kredit borcu olanlara BƏD XƏBƏR - ŞƏXSİYYƏT VƏSİQƏSİZ QALACAQSIZ
Kredit borcu olanlara BƏD XƏBƏR - ŞƏXSİYYƏT VƏSİQƏSİZ QALACAQSIZ
Göndərən: Aydan Salmanlı
Şərhlər: 2
Baxılıb: 752
Səs ver:
Vergi və kredit problemi olan vətəndaşlar yeni problemlə üzləşiblər. Belə ki, həmin vətəndaşlar artıq şəxsiyyət vəsiqələrini yeniləyə bilmirlər.

Bu barədə Sputnik-ə, analoji problemlə üzləşən vətəndaşlardan biri məlumat verib. Onun sözlərinə görə, ailə həyatı qurmasından dolayı, şəxsiyyət vəsiqəsini yeniləmək üçün "ASAN xidmət"ə müraciət edib. Xidmətdə ondan köhnə vəsiqəsini qəbul etsələr də, yenisini verməkdən imtina edirlər. Səbəb kimi də onun vergi borcunun olmasını göstəriblər.

Məsələ ilə bağlı "ASAN Xidmət"in İnformasiya şöbəsinin müdiri Anar Hüseynov Sputnik-ə bildirib ki, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi "ASAN xidmət"də həyata keçirilsə də, bu məsələ Daxili İşlər Nazirliyinin nəzarətindədir: "Bu cür problemlə üzləşən vətəndaş Daxili İşlər Nazirliyinə müraciət etməlidir. Çünki, mərkəzlərdə şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidməti Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir".

Problemi Sputnik-ə şərh edən hüquqşünas Elyar Həsənovun sözlərinə görə, vətəndaşın hansısa borcuna görə, şəxsiyyət vəsiqəsindən məhrum edilməsinə dair ölkə qanunvericiliyində heç bir müddəa yoxdur: "Vergi və kredit borcuna görə vətəndaşa şəxsiyyət vəsiqəsi verilməməsi qanunvericiliyə ziddir. Şəxsiyyət vəsiqəsi əlindən alınan vətəndaşın hüquqları məhdudlaşdırılır ki, bu da doğru deyil".

"Şəxsiyyət vəsiqəsi vətəndaşlıqla bağlıdır. Vətəndaşa vəsiqə vermədikdə, o, başqa hüquqlarını da reallaşdıra bilmir. Məsələn, nigaha girmək istəyir, amma borcuna görə vəsiqə verilmirsə, deməli nigaha girə bilməyəcək. Bu, nə dərəcədə doğrudur?!", - hüquqşünas bildirib.

E. Həsənov qeyd edib ki, belə hallar olduqda, yuxarı dövlət orqanlarına müraciət edilməlidir: "Vətəndaş ən yaxşı halda məhkəməyə müraciət edə bilər".

Vəkil Fuad Ağayev də Sputnik əməkdaşı ilə söhbətində sözügedən məsələni qanunsuzluq adlandırıb: "Bu haqda ilk dəfədir, eşidirəm. Əgər belə hallar baş verirsə, tam qanunsuzluqdur. Hər hansı borcun olması o insanın vətəndaşlıqdan çıxarılmasına səbəb ola bilməz. Hüquq subyekti məhdudlaşdırıla bilməz. O ki, qaldı borca, o borcun geri alınması başqa yollarla həyata keçirilməlidir, şəxsiyyət vəsiqəsindən vətəndaşı məhrum etməklə yox".

"Bu halla üzləşən zaman vətəndaş iki yolla hüquqlarını bərpa edə bilər: Birincisi, yuxarı orqanlara müraciət etməklə, ikincisi məhkəməyə üz tutmaqla", - vəkil qeyd edib.

Məsələ barədə Sputnik-ə danışan millət vəkili Fazil Mustafa da, borca görə vətəndaşlıq hüquqlarının məhdudlaşdırılmasını doğru hesab etmir: "Hər hansı bir maliyyə borcuna görə vətəndaşı vəsiqədən məhrum etmək olmaz. Şəxsiyyət vəsiqəsi şəxsiyyətin tanınması sənədidir. Bu baxımdan malı mala qatmaq olmaz".


Şərhlər: 2
Baxılıb: 752
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
belede is olar bu nedemekdi esl biabirciliq insanlari nege vesiqesiz qoya bilerler bu hansi maddeye esaslanir hansi dovletde bu cur ozbasinaliq var
8 noyabr 2016 22:12
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
duymecik
Duz diyirler bu ne dimekdi kiminse wexsiyetini vermemek. Özbawinalig baw alib gedir
8 noyabr 2016 06:40
# 1
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz