Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda xəstəxananın işığı söndü, küvezdə körpə uşaq... - VİDEO
Azərbaycanda xəstəxananın işığı söndü, küvezdə körpə uşaq... - VİDEO
Göndərən: Nigar
Şərhlər: 3
Baxılıb: 670
Səs ver:
Mərkəzi Xəstəxanaya verilən elektrik enerjisi borca görə kəsilib.

İçərisində onlarla ağır xəstəsi olan Ağsu Mərkəzi Rayon Xəstəxanasının işığı kəsilib. Buna səbəb xəstəxananın işığa olan borcudur. Bəs görəsən, buradakı xəstələrdən hansısa sırf bu problemə görə həyatını itirsə, məsuliyyəti kim daşıyacaq?

BiG.AZ xəbər verir ki, Xəzər TV məsələni araşdırıb.

İçərisində 22 dializ xəstəsi, əməliyyat olunmalı xəstələr və hətta küvezdə yeni doğulan körpə olmasına baxmayaraq, xəstəxananın işığı kəsilib. Ağsuda baş verən bu hadisəyə səbəb isə Mərkəzi Xəstəxananın elektrik enerjisinə olan borcunu ödəməməsi olub.

Hadisə xəstəxana rəhbərliyi, xəstələr, eləcə də xəstə yaxınları tərəfindən birmənalı qarşılanmayıb.

Hazırda işığa olan tələbatını generatorla ödəməyə çalışan xəstəxana bu yolla çətinliyi aradan qaldırmağa çalışır.

İki gündür ki, xəstəxana işığa olan tələbatını generator vasitəsilə ödəyir. Generator da olmasa, xəstəxananın fəaliyyəti tamam dayanar.

Generatorun işığının ani sönməsi isə reanimasiyada olan xəstələrin həyatını sual altında qoyur.

“Azərişıq”ın Ağsu rayon şöbəsinin rəisi Gülxan Zülfüqarov isə bildirir ki, xəstəxana 7 aydır ki ödəniş etmir və hazırda borcun miqdarı 28 min manatdır, borc ödənməyənədək xəstəxanaya elektrik enerjisinin verilməsi bərpa edilməyəcək.

Maraqlıdır, görəsən, iki dövlət qurumu arasındakı anlaşmazlıq hansısa xəstənin ölümünə və ya daha ağır xəstəliyə düçar olmasına səbəb olarsa, bunun məsuliyyətini kim daşıyacaq? Vəkil Xəyal Bəşirovun sözlərinə görə, burda ilk məsuliyyəti elə xəstəxananın özü daşıyır.

Ancaq Xəyal Bəşirovun sözlərinə görə, bu, o demək deyil ki, burada “Azərişiq” hansısa məsuliyyət daşımayacaq. Belə ki, energetika haqqında qanunda göstərilir ki, elektrik təchizatı borca görə o vaxt kəsilə bilər ki, başqa istehlakçıların hüquqlarını pozmasın. Burada isə nəinki istehlakçının hüququnun pozulması, hətta insanların həyatı müzakirə mövzusudur.




Şərhlər: 3
Baxılıb: 670
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Boyuksuz nazirlikde bu cur gulunc ve tragik hadiseler olub hele olacaqda.Camaatdan soyduqlari pulnan canlari cixir iwiq pulunu odemeye.Indi sakinlerin heyatini tehlukeye atirlar.Guya dovlet xestexanasidir,emeliyyat zamani adi bintide xesteye aldirirlar,pul vermeyeni adam yerine qoymurlar.Amma ozleri yuz minlik mawinlarda gezir.Xestexanaya ayrilan pullari da yeyirler,xestelerin de qanin icirler,bes bu pullar hara gedir?Onu soruwan yoxdur,olsa bele olmaz.Ne vaxtacan ki,olkede sehiyyede koklu deyiwiklikler aparilmayib ve qanicen,ruwvetxor hekimler iwlerinden redd edilmeyib bu cur ozbawinaliqlar davam edecek.Bura Azerbaycandirsa,musteqillik qazanandan beri 26 ildir bu problemler hell yolun tapmayibsa bundan sonra yuz ilde kecse bele davam edecek(((Eziyyet,zulm ceken ise sade vetendawlar olacaq.Ele bil kasibin qanina susayiblar.Toxun acdan ne xeberi.
7 noyabr 2016 14:16
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
biabirciliq nege ola bilerki insan heyatina bu qeder bigane yanasirlaR
7 noyabr 2016 13:27
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
BU NE biabrciliwdir.Xestexanada da bele hal yasanar
7 noyabr 2016 11:57
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz