Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda yol polisi hamilə qadının həyatını xilas etdi - Uşağa adını qoydular - ŞOK OLAY
Azərbaycanda yol polisi hamilə qadının həyatını xilas etdi - Uşağa adını qoydular - ŞOK OLAY
Göndərən: Aydan Salmanlı
Şərhlər: 4
Baxılıb: 884
Səs ver:
Azərbaycanda yol polisi əməkdaşının etdiyi bu hərəkət dillər əzbəri olub. Üstündən 2 il keçsə də, hələ də çoxları bu hadisədən ağızdolusu danışır.

Bu barədə yenicə xəbər tutduğu üçün məsələni araşdırıb və oxucularla bölüşür. Çünki bu hadisə həqiqətən də təqdim olunmalıdır və digər yol polisi əməkdaşları da bundan nəticə çıxarmalıdır.

Təxminən 2 il bundan öncə Bakı-Şamaxı yolunda baş vermiş hadisənin qəhrəmanlarının hər ikisinin adı Mərdandır. Balaca Mərdanın indi 2 yaşı var. Böyük Mərdan isə Şamaxı-İsmayıllı trasının komandıridir. Dövlət Yol Polisinin zabiti olan Mərdan Mehdiyevlə söhbət edərək hadisənin bütün detallarını öyrənə bildik. Məlum oldu ki, hadisə baş verən gün, daha doğrusu, gecə saat 1 radələrində Mərdan Mehdiyev xidmətdə olub və xidməti avtomobillə hərəkətdə olarkən başqa bir avtomobilin yoldan çıxdığını görüb: «Maşının yanından keçəndə hiss etdim ki, nəsə problem var. Dönüb geri qayıtdım. Avtomobilə yaxınlaşanda məlum oldu ki, salonda hamilə qadın var və dili qatlanıb. Maşın hərəkətdə olarkən təkərin biri qırılıb və avtomobil bir neçə metr barabanın üstündə hərəkət etdiyi üçün qadın elə bilib ki, ağır qəza baş verdi. Qorxudan «sudurqa» keçirib və dili qatlanıb. Mən ona dərhal kömək etdim, ayıldı və bir az özünə gələn kimi qadını və onun yaxınlarını öz maşınıma mindirib xəstəxənaya apardım. Yolda Şamaxı xəstəxanasının baş həkiminə zəng edib xahiş etdim ki, ağır xəstə var, təcili heyəti hazırlayın, çatıram. Biz xəstəxanaya çatanda artıq həkim qrupu hazır idi, dərhal xəstəni maşınımdan düşürüb xərəkdə içəri apardılar. Ona tibbi yardım göstərəndən sonra vəziyyəti normallaşdı. Həkimlər bildirdilər ki, ana bətnindəki uşağa heç nə olmayıb. Amma doğuşun vaxtına hələ bir neçə gün var.

Qadın orada 4 gün qaldı. Sonra ailəsi çıxarıb Göyçay rayonuna apardı. Üstündən 5-6 gün keçmişdi, mənə məlumat verdilər ki, həmin qadının oğlu olub. Adını da mənim onlara etdiyim köməyə görə Mərdan qoyublar. Buna çox sevindim. Göyçay xəstəxanasına getdim. Nə xərci var idisə hamısını özüm çəkdim. Kasıb bir ailə idi. Apektdən də borca dərman almışdılar. Onu da ödədim. Uşağın bələyini, beşiyini, paltarlarını, yeməyini və lazım olan digər şeyləri də alıb hədiyyə verdim. Sonra əlaqəmiz olmadı. Təxminən bir ay əvvəl Şamaxı yolu ilə kedərkən yol polisi əməkdaşlarından məni soruşublar. Gedib görüşdüm. Soruşdum ki, vaxtınız varsa, bir yerə gedək. Etiraz etmədilər. Balaca Mərdanın artıq 2 yaşı var. Onları götürüb Şamaxıya apardım. Uşağa biraz alış-veriş etdik, gəzdirdik, sonra da yola saldım getdilər».

Mərdan Mehdiyev deyir ki, o, bütün bunları edərkən heç bir təmənnası olmayıb və bunu həm xidməti, həm də mənəvi borcu kimi qəbul edib. Hətta, həmin ailə bu yaxşılığına görə o vaxt televiziyalara, mətbuata məlumat vermək, yuxarı instansiyalara məktub yazıb onun xeyirxahlığından bəhs etmək istəsələr də, komandir buna ehtiyac görməyib. Lakin biz Avtosfer.az saytı olaraq bu barədə məlumat aldıqdan sonra Mərdan Mehdiyevlə əlaqə saxladıq. O, əvvəlcə bunun yayılmasına etiraz etsə də, güc-bəla ilə danışdıra bildik. Düşündük ki, belə əməlləri ilə başqalarına nümunə olan DYP əməkdaşlarını cəmiyyətə tanıtmaq vacibdir…


Şərhlər: 4
Baxılıb: 884
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Axir ki,bir pozitiv gozel xeber oxuduq:)Allah bu qardawdanda razi olsun.
7 noyabr 2016 14:50
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Gülüş.
halal olsun esl insanliqdi
7 noyabr 2016 14:13
# 3
vipbetul
cox gozel savab isdir
7 noyabr 2016 13:26
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
NE GOzel is gorub.halal olsun.esl igiddir
7 noyabr 2016 11:56
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz