Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Onun 5 arvadından biri mənəm, bundan həzz alıram" - Almaz Ələsgərli - VİDEO - FOTO
Göndərən: Aydan Salmanlı
Şərhlər: 4
Baxılıb: 1475
Səs ver:
Əməkdar artist Almaz Ələsgərli "ARB Ulduz"da yayımlanan "Şou-məkan" verilişinə maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, doğum gününü cah-cəlalsız, çal-çağırsız, sadəcə, dostları ilə bir araya gələrək keçirən Almaz Ələsgərli yaşının üstə yaş gəlsə də, o, bu dəfə nədənsə narahat deyil.

"Mən doğum günümü piar etmədim. İstəmədim. Ancaq dostlarımla kiçik bir yığıncaq etdim. İnanın ki, mən onu istəmirdim. Bir tərəfdən qızım, o biri tərəfdən rəfiqələrim məni vadar elədilər ki, belə bir mərasim təşkil etdim. Pis də keçmədi. Dostlarım mənə çox dayaq oldular".

Daha sonra sənətçi bir çox məşhurların yaşlanmaq kimi olan qorxularından da söz açdı:

"Artıq "25 yaş" az deyil. İllər ötüb. Ancaq demirəm ki, o illərə qayıtmaq istəyirəm. Həmin illəri artıq mən yaşamışam. Bir il də ömrümüzdən getdi. Buna görə bir az kədərlənirəm. İnanın, ilk doğum günümdür ki, mən göz yaşları tökmədim. Hər doğum günündə deyirəm ki, axı niyə ağlayıram? Həmişə kövrəlirəm".

Əməkdar artist ona doğum günündə verilən canlı hədiyyədən ürəkdolusu danışdı:

"Siz bilirsiz ki, mən heyvanları çox sevirəm. Evimdə çalışan bir qadın var. O, mənə "papuqay" hədiyyə olaraq gətirdi. Mən hələ indiyə kimi bu cür sevinməmişdim. Mənim iki itim də var. Düşünürdüm ki, itlərim onu öldürəcək. Ancaq "papuqay" onların burnunu dişləyir".

Rol aldığı tamaşalardan da söz açan Almaz xanım maraqlı açıqlamar səsləndirdi:

"Mən Musiqili Teatrda aktrisa kimi çalışıram. Tamaşalarım çoxdur. Mənim "Amerikalı kürəkən" tamaşam var idi. Artıq oynanıldı. Noyabr ayında tamaşalarımız çox olacaq. "Baladadaşın toy hamamı"nda varam. Sonra "Molla Nəsirəddinin beş arvadı" tamaşında Molla Nəsrəddinin beş arvadından birini oynayıram. "Arşın mal alan"da Cahan xala obrazını canlandırıram. "Talelər qovuşanda" və "Bankir adaxlı" tamaşasında da rolum var. Müğənniliyim öz yerində, yüksək səviyyədə. Bilirsiz müğənnilik və aktrisalıq bir sənətdir. Onların ikisini bir yerdə tutmaq lazımdır. Nə ora gecikmək lazımdır, nə də bura. Ora çalışıram ki, gecikməyim. Bu iki sənətlə yaşayıram və həzz alıram".


Şərhlər: 4
Baxılıb: 1475
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Seyleriniz qirilsin ay bu bawligi bura yazanlar...........bezdirdiz bizi.
7 noyabr 2016 14:28
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
maraqli xeber oldu
7 noyabr 2016 13:23
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Mende dedim kimin besinci arvadidir.sevirem bu xanimi
7 noyabr 2016 11:54
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Onun_Mələyi
yene xeber başlığına aldandiq23pff
7 noyabr 2016 11:50
# 1
Bir duam var,səndən amin gözləyirdua09123
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz