Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölülərimizi yuxuda görməyimiz nə deməkdir?
Ölülərimizi yuxuda görməyimiz nə deməkdir?
Göndərən: Aydan Salmanlı
Şərhlər: 3
Baxılıb: 2093
Səs ver:
Hədislərimizdən belə nəticəyə gəlmək olur ki, insanlar bərzəx aləmində 3 dəstəyə bölünürlər: bir dəstə kafirdir, bir dəstə mömindir, üçüncü dəstə isə insanların əksər hissəsinə şamil olur və bu insanlar yuxuda olarlar və öldüklərindən xəbərləri olmaz. Qiyamət günü nə zaman öldüklərini soruşan zaman deyərlər ki, bir gün və ya ondan da az müddətdə.

Beləliklə bəzi dəstələr bərzəxin behiştindədir, bəzi dəstələr cəhənnəmində və bəziləri isə nə cəhənnəmdədir və nə də behiştdədir. Bihuş halda yuxudadırlar.
Sfera.az deyerler.org-a istinadən bildirir ki, möminlərin dəstəsi də üç dəstəyə bölünür. Beləliklə bərzəx əhlini beş dəstəyə bölmək olar ki, onların üç dəstəsi möminlərdir. Bir dəstəsi kafirlərdir və bir dəstəsi də fikri zəif olan insanlardır ki, yuxu halında olarlar. Bu zəif fikirli insanlar möminlərdən hesab olunmur.
Bu insanlar o kafirlərdir ki, fikri zəifliklərinə və nadanlıqlarına görə haqqı dərk edə bilməyiblər. Onların təklifini Allah Qiyamət günü açığa çıxaracaqdır. Onlara göndərilən hədiyyələr və saleh əməllər onlara nicat verməsə də, əzablarını yüngülləşdirə bilər.
Möminlərin qeyd etdiyimiz kimi üç dəstəsi vardır ki, onların bir dəstəsi xalis möminlərdirlər. Bu insanların günahları yoxdur və onlar qəbir əzabı görməzlər. Nəkirlə Münkərin hesabını verəndən sonra, behiştə daxil olarlar. Qiyamətə qədər bərzəx behiştində yaşayarlar. Onlara hər nə qədər xeyir əməllər və hədiyyələr göndərilərsə, dərəcələrinin artmasına səbəb olar.
İkinci dəstə möminlər o kəslərdir ki, az və ya çox günahları vardır. Mömindirlər, ancaq günah da ediblər. Bu insanlar həmin günahların cəzasını müvəqqəti olaraq cəhənnəmin üst təbəqəsində çəkərlər. Sonra yenidən behiştə qayıdarlar.
Üçüncü dəstə möminlər isə o kəslərdir ki, günahları o qədər çoxdur ki, imanlarını təsiri altına almışdır. Günahları o qədər çoxdur ki, xeyir əməlləri əzablarını yüngülləşdirməz və can verməyin çətinliklərini azaltmaz. Bu möminlər Qiyamətə qədər cəhənnəmdə qalarlar. Qiyamət günü hesabları ağırdır. Lakin uzun zaman əzab gördükdən sonra behiştə qayıdarlar, çünki imanları vardır. Onlara göndərilən xeyir əməllər və hədiyyələr əzablarını yüngülləşdirər və hətta cəhənnəmin üst təbəqəsinə belə qalxa bilərlər.
Hər bir halda bizim ölülərimizə göndərdiyimiz hədiyyələr və xeyir əməllər onları sevindirər və hallarına təsir qoyar. Onların qəbirlərinin üzərində etdiyimiz dualar qəbul olar, xüsusilə də ata və ananın duaları.
Ölülərimizdən gördüyümüz yuxular.
Bəzən yuxularımızda ölülərimizin sevindiyini və ya narahat olduğunu görürük. Əgər belə yuxu görsək və ölümüzü narahat halda görsək və bu yuxu da sadiq yuxulardandırsa, deməli bizə nəyisə demək istəyir. Həmin ölünün yaxınları onun nədən narahat olduğunu tapmağa çalışmalıdırlar. Əgər bacarmasalar, onun üçün istiğfar etməlidirlər.
Bəzən ölülərin sumasını solmuş və qara gürürük və bu səbəbsiz deyildir. Bu, o deməkdir ki, onların bərzəx aləmindəki yeri heç də ürək açan deyildir. Ona görə də ölünün yaxınları çalışmalıdır ki, xeyir əməllər yerinə yetirib, ona hədiyyə etsinlər.
Lakin bəzi yuxular sadiq ola bilər. Qalan yuxular isə bəzən şeytandandır və bəzən də insanın həmin şəxsi düşüncələrinin məhsuludur.


Şərhlər: 3
Baxılıb: 2093
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Bele yuxu gorurem.Bunun menasi olu insan yad edilmek isteyir
4 noyabr 2016 16:21
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
oluleri yuxuda gordukde yasin oxutdurmaq yaxsi olar
4 noyabr 2016 15:30
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Maraqlı məlumatidi tşk
4 noyabr 2016 15:27
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz