Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Evə yad qadın gətirən ərim öldüyümü deyib nişanlandı" - Könül
Göndərən: Nigar
Şərhlər: 5
Baxılıb: 2029
Səs ver:
Uzun illər ərinin işgəncələrinə dözən xanım bu gün məişət zorakılığına qarşı mübarizə aparır Ekspert Mehriban Zeynalova qadınların müdafiəsiz qalmasının səbəblərini və təkliflərini açıqlayır
Gender əsaslı məişət zorakılığının qarşısının alınması müasir dövrün əsas problemlərindən biridir.

Zorakılığın qurbanları əsasən qadınlardır. Mütəxəssislər belə hadisələrin qanunvericilikdə olan boşluqlardan, əhali arasında maarifləndirmə işinin aşağı olmasından, vətəndaşların öz hüquqlarını zəif bilməsindən, nəzarət və monitorinq mexanizmlərinin lazımi səviyyədə olmamasından irəli gəldiyini deyirlər.

Məişət zorakılığının və erkən nikahın qurbanı Könül Quliyeva bizimyol-a bildirib ki, o, fiziki, psixoloji təzyiqlərə məruz qalıb, o cümlədən təhdid, məcburi və əsassız azadlıqdan məhrum edilib.

"Mən kiçik dağ rayonunda doğulub yaşamışam. Valideynlərimin böyük övladıyam. Ağlım kəsəndən evimizdə daim problemlər olub. Anam və atam bir-birini çox sevirdilər. Lakin ata nənəm evdə hüzur qoymamışdı. Həmişə evimizdə söz-söhbət və göz yaşları var idi. Problemlərə baxmayaraq valideynlərim təhsilimizə böyük önəm verirdilər. Mən rayonumuzda orta məktəbi fərqlənmə ilə bitirib, ali təhsil almaq üçün Bakıya gəldim. Birinci kursda oxuyarkən bizim ailə toya dəvət edildi. O zaman mənim 17 yaşım yeni tamam olmuşdu. Toy atamın uzaq qohumunun ailəsində idi. Biz qohum olsaq da, Naxçıvanda yaşayan qohumlarımı tanımırdım. Toya mən də gedəsi oldum. Toydan iki gün sonra başıma gələcəkləri və acınacaqlı bir həyata qədəm qoyacağımı bilsəydim, yəqin ki, o məclisə getməzdim. Məni qaçırdılar. Məni qaçıran toyuna getdiyim qızın qardaşı idi. İlk zorakılığı həmin gün gördüm. Məni apardıqları evin sahibi bu əməlinə görə onu danladı. Dörd gün həmin evdə qaldım. Soruşa bilərsiniz ki, tanımadığın və sevmədiyin insanın gətirdiyi evdə niyə qaldın? Balaca dağ rayonunun sakini olan qızın qaçırılma xəbərindən sonra ata evinə qayıtmağı boş-boğaz şəxslərin dilini açacağından və bilmədən danışacaqlarından qorxduğum üçün oturdum. Sonradan mənə deyildi ki, qaçırıldığım xəbəri atama deyilən anda o, "mənim uşağım bədbəxt oldu...” deyib.

Qayınanam yeni toy etdiklərini deyərək bizə toy etməyə razı olmadı. Bütün qızların həsrətlə gözlədikləri ağ gəlinlik də qismətim olmadı”,-deyə K.Quliyeva bildirir.

Zərərçəkən deyir ki, gəlini olduğu ailənin özünəməxsus qaydaları olub: "Qayınanam ilk gündən bu qaydaları mənə çatdırdı. Dedi ki, qayınatamın və ərimdən böyuk qayınlarımın yanında çörək yeməyim, başı açıq gəzməyim, gələcəkdə övladım olarsa, ağlamaqdan çatlasa belə onların yanında övladımı qucağıma almayım, evə gələn bütün qonaqların ayaqqabılarını yuyub kremləyib yerinə qoyum.

Bunları eşitdiyimdə "Ay Allah mən hansı dövrə düşürmüsən” dedim. Amma taleyimə boyun əydim. Məni qaçıran şəxslə aramızda dörd yaş fərqi vardı. Demək olar ki, anasının diqtəsi ilə oturub dururdu. Evliliyimizin ilk günlərində ərim qısqanclıq adı ilə məni döyürdü.

Təsəvvür edin ki, ərim evdən işə gedəndə telefon xəttini aparatdan ayırır və qapını bayırdan bağlayıb gedirdi. Məhkum həyatı yaşayırdım. Onun icazəsi olmadan eyvana çıxmaq mənə qadağan edilmişdi.
Ərim hərbçi zabit idi. Evdə də zabit kimi danışırdı. Sanki bir əsgərə əmr verirdi. Hər hərəkətinə dözürdüm. Evliliyimizin üçüncü ayında ərim xidmət zamanı kontuziya aldı və bu onun ağır xarakterini daha da dərinləşdirdi. Bu azmış kimi o spirtli içkiyə aludə oldu”.

K.Quliyeva deyir ki, gəlin olduğu evdə onun yeganə müdafiəçisi olan qayınatası evliliyin altıncı ayında vəfat edib: "Bundan sonra ərim mənə xəyanət etməyə başladı. Bunu gizli deyil, açıq-aşkar edirdi. Qadınlar evə qədər ayaq açmışdı. Ərim məni döyərək "əgər kiməsə nəysə desən, qardaşını öldürəcəm” deyirdi. O zaman ondan qorxurdum, elə bilirdim ondan güclüsü yoxdur. Çəkdiyim əzab-əziyyətlərdən valideynlərim xəbərsiz idilər. Çünki demirdim. Bilirdim ki, desəm atam mənə olan dözülməz münasibəti qəbul etməyəcək və mütləq məni evimizə aparacaq.

Mən hamilə idim. Oğlum doğulandan sonra hər şeyin yaxşı olacağına ümid edirdim. Lakin yanılmışdım. Ərim zaman keçdikcə daha da azğınlaşırdı. 21 yaşımda artıq əsəblərim dözmədi və iflic oldum. Uzun müddət xəstəxanada müalicə alıb evə dönəcəyim gündə atam palataya daxil oldu. Həkim ona hər şeyi deymişdi. O təəcüblə mənə dedi: "Sən bu olanlara nə üçün dözmüsən? Mən varam, sən özünü qurban verməməlisən”. Atam ərimdən qorxduğumu bilmirdi. Atam israr etsə də, mən ərimin yanına qayıtdım. Boşanmaq istəmədim. İstəmirdim ki, kimsə məni göstərib "bu qadın boşanıb” desin. Bizim yaşadığımız cəmiyyətdə boşanmış qadınlara arzuolunmaz münasibətin olduğunu hamımız bilirik”.

Deyirlər ki, ötən günlərə bir də qayıtmaq olmur. Amma xəstəxanadan əri evinə dönən 21 yaşlı K.Quliyeva isə əvvəlki günlərini yenidən yaşamalı olub.

"Mən ana oldum, oğlum dünyaya gəldi. Ərim hansı rayona gedirdisə, məni də özü ilə aparırdı. Qorxumdan heç nə soruşa bilmirdim. Guya biz aylarla ezamiyyətdə oluruq və övladım yollarda qalmasın deyə uşağı valideynlərimə verdim. Bir müddətdən sonra işgəncələrin növü də dəyişdi. Əvvələr şilə-təpiklə döyürdüsə, indi zabit botinkası və elektrik naqili ilə döyürdü məni. Məni qınamayın, sanki döyüldükcə möhkəmlənirdim və ona nifrətim daha da artırdı. Bəzən gecələr o yatandan sonra onu öldürməyi düşünürdüm. Çünki ona gücüm yalnız o yatanda çata bilərdi”,-deyə K.Quliyeva bildirir.

Zərərçəkən deyir ki, ayrılıq da ölüm kimi xəbərsiz gəldi: "Necə oldusa, atam qaldığımız yeri tapmışdı. O mənə sadəcə "sənədlərini götür, başqa heç nə” dedi. Zatən oğlum 8 aylığından atamgildə qalırdı. Oğlum bu yaşam tərzində böyüməsin deyə onu anama vermişdim. Atamgilə gələndən sonra evdə bir qadın və bir kişinin olduğunu gördüm. Bu həyat yoldaşımın qayınanası və qaynı imiş. Müzakirələrdən məlum oldu ki, ərim özü elçilik edib və nişanlanıb. Elçi getdiyi ailəyə də mənim öldüyümü deyib. Nə isə... Çox düşündüm və qərarımı verdim. Yetər bu qədər alçaldığım, qürurumu ailəmə, övladıma görə əzdiyim”.

Boşandıqdan sonra K.Quliyevanın iş həyatı başlayıb. O, bir müddət ixtisasına uyğun olaraq məktəblərin birində pedaqoji fəaliyyətlə məşğul olur. 10 ilə yaxın isə sosial infrastruktur quruculuğu sahəsində çalışan K.Quliyeva deyir ki, həmin illərdə kişilərin qadınlara olan arzuolunmaz münasibətinin şahidi olub: "Kişilər "qadın nədir, işləmək nədir” deyirlər. İşlədiyimə görə hətta mənim özümü də təhqir edirdilər. Onların fikrincə, qadının işi yalnız ev təmizləmək və ərinə qulluq etməkdir. Cəhalətin qorxduğu tək şey təhsildir. Qadınların, eləcə də kişilərin təhsilli olması arzuolunandır ki, onlar hüquqları bilsinlər”.

Hazırda "Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin gender məsələləri üzrə təlimlərində təlimçi olaraq çıxış edən K.Quliyeva deyir ki, gender əsaslı məişət zorakılığına qarşı mübarizəyə başlayıb. O məişət zorakılığının qurbanlarının əsasən erkən nikaha girən, təhsilsiz və hüququnu bilməyən qadınların olduğunu deyir.

"Erkən nikaha daha çox əyalətlərdə rast gəlinir. Valideynlər "çörək yeyənimin biri az olsun” məqsədi ilə qızlarını ərə verirlər. Onlar övladını oda atır və bəzən həmin qızlar özü ilə bir-iki nəfərlə, yəni övladları ilə ata evinə qayıdırlar”,-deyə K.Quliyeva bildirir.

19 ildir oğlu ilə atasının yanında yaşayan K.Quliyeva yaxın keçmişdə oğluna toy etdiyini, övladının ailəsinin xoşbəxt həyat yaşadığını və buna görə özünün də şad olduğunu deyir.

"Təmiz Dünya” ictimai birliyinin rəhbəri Mehriban Zeynalova bildirir ki, məişət zorakılığının qurbanı olan şəxslərin sosial və hüquqi müdafiəsi üçün bir sıra tədbirlər həyata keçirilməlidir: "2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul edilib. Amma qanunun icrası üçün mexanizm yoxdur. Məsələn, məişət zorakılığının qurbanı olan şəxslərin qətlə yetirilməsinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülməlidir.

Mühafizə orderi (məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt) kifayət qədər effektli deyil. Mühafizə orderinin tətbiqi Azərbaycanda real deyil. Ona görə də məişət zorakılığının qurbanlarının qətlə yetirilməsi statistikası artmaqda davam edir. Biz hesab edirik ki, şəhər (rayon) icra hakimiyyətlərinin tabeliyində olan Qəyyumluq və Himayəçilik, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyalarını sosial işçilər əvəz eləsin. Düşünürük ki, bu addım atılarsa, problemin həlli istiqamətində irəliləyişlər olar”.

Ekspert bildirir ki, məişət zorakılığının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər baxımından ən yaxşı model "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında «Avropa Şurasının Konvensiyası”dır: "Azərbaycan hələ ki, İstanbul Konvensiyasına qoşulmayıb. Ola bilsin ki, bu model bizim cəmiyyət üçün uyğun model deyil. Belədirsə, o zaman yeni model işlənilməlidir. Azərbaycanın alimləri, QHT nümayəndələri, sosioloqlar, psixoloqlar bu modeli işləməlidir. Bu istiqamətdə müzakirələr isə getmir. Belə olan halda Milli Məclisin qəbul etdiyi qanun kifayət qədər işləyə bilmir”.

Mehriban Zeynalova bildirir ki, ölkə qanunvericiliyinə əsasən məişət zorakılığının qurbanları ilə bağlı sığınacaqlar açılmalıdır: "Qanunda bu sığınacaqların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən açılması nəzərdə tutulub. Lakin hələ də bu tətbiq edilmir.

Mövcud sığınacaqların maliyyələşməsi məsələsi də yoxdur. Bir neçə QHT-nin nəzdində məişət zorakılığının qurbanları üçün sığınacaqlar var. Onlardan biri Gəncədə "Təmas” regional inkişaf ictimai birliyinin, Azərbaycan Uşaqlar Birliyində, "Ümid yerində”, 2003-cü ildən isə "Təmiz Dünya” ictimai birliyinin nəzdində sığınacaqlar fəaliyyət göstərir.

Məişət zorakılığı ilə bağlı layihə elan olunmayıb ki, bizim təşkilatın işçi personalının əmək haqqısının ödənilməsi və işin daha da təkminləşdirilməsi baxımından işlər görə bilək. Buna baxmayaraq kifayət qədər effektiv fəaliyyət göstəririk”.

"Evə yad qadın gətirən ərim öldüyümü deyib nişanlandı" - Könül
"Evə yad qadın gətirən ərim öldüyümü deyib nişanlandı" - Könül
"Evə yad qadın gətirən ərim öldüyümü deyib nişanlandı" - Könül


Şərhlər: 5
Baxılıb: 2029
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
duymecik
Men bu xanim ki esla dözub dura bilmezdim,cehnneme milletin ne dediyi. Ele yaxwiki atasi alib aparib onu
6 noyabr 2016 09:38
# 5
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
Turkan Abbasova
Ehh bu cür kişiləri diri diri yandırmaq lazımdı. Necə qiyirlar axı halalca arvadlarina belə etməyə. Götürüb qaçırmışan niyə döyürsən niyə incidir sən. Necə insansiz neçə ürəyiniz var axı. XƏYANƏTİ edən siz hələ bir döyüb söyüb olmayan kisiliyinizi gisterirsiz. Allah cezanizi versin. Yarebbim sən o qadınlara səbr ver və komekleri ol.
4 noyabr 2016 20:11
# 4
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
YalniZ-ArZu
ALLAH OLDURSUN BU CUR "KIWILERI".NECE BIR INSANIN HEYATINI SINDIRIB RAHAT YAWAYIRLAR YER UZUNDE.HEC BIR QADIN BU CUR ALCALMALARA DOZLEMIL DEYIL,SOYULUB,DOYULUB ERDE OTURUNCA BOWANARDIM MEN WEXSEN.QOY CEHENNEM OLSUN, BELE NAMUSSUZ ERDEN MENIM UWAQLARIMA NE ATA OLACAQ?BOWANMANI FACIE EDEN AILELER VAR,AMMA BU CUR ALCALMAQDANSA BOWANMAQ MIN DEFE YAXWIDI,BEW ALTI NEFERI NESE PIS FIKRE DUWECEK DEYE NECE NECE QADIN OZ CAVANLIQLARINI QURBAN VERIRLER;(
ALLAH HANSI QIZA BU CUR BEXT YAZIBSA,HEC YAZMASA ONDAN YAXWIDI...WEKILDEKI FERQE FIKIR VERIN,YAZIQ GELIN CAVAN YAWINDA NECE HEYATA KUSKUN GORUNUR...;(ALLAH UZAQ ELESIN QIZLARIMIZDAN.
4 noyabr 2016 14:24
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
BARBI
Ne pis insan imis.Oxuduqca dehsete geldim.Nece dozub bu derdlere.Eride er deyil esl alcaq imis
4 noyabr 2016 14:05
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
insanlarda artiq insanliq qalmiyib
4 noyabr 2016 13:58
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz