Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dəhşətli soyuqlar gəlir - ŞOK XƏBƏRDARLIQ
Dəhşətli soyuqlar gəlir - ŞOK XƏBƏRDARLIQ
Göndərən: Aydan Salmanlı
Şərhlər: 4
Baxılıb: 923
Səs ver:
Avropada son 100 ilin ən soyuq qışı olacaq xəbəri yəqin ki, yadınızdadır. Çox da uzaq keçmişdə verməmişdik bu xəbəri. Həmin xəbərdən sonra dəyişən hava şəraiti onu unutdurmadı desək daha doğru olar.

Qadinlar.biz publika.az-a istinadən bildirir ki, 2016-2017-ci illərdə son 100 ilin ən soyuq qışı olacaq.

Elə həmin günlər idi respublikanın bütün regionlarında yağış və qar yağmağa başladı. Həmin vaxtdan bugünə kimi yağmaqda davam edir.

Düzdür, Azərbaycanlı ekoloq və iqlimşünaslar əvvəlcə bu proqnozlarla razılaşmamışdılar.

Son günlər respublika ərazisində yağışlı və qarlı hava müşahidə edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova qışla bağlı proqnoz verməyin hələ ki tez olduğunu bildirmişdi.

O, ötən il bu ayda Xınalığa bu qədər qar düşmədiyini bildirsə də, əvvəlki illərdə də Qubanın dağlıq ərazilərində qar qeydə alındığını vurğulamışdı. Bütün bunlara baxmayaraq o, bu hadisənin qışın sərt keçəcəyi ilə əlaqələndirməyi doğru hesab etməyib. Qışla bağlı proqnozu dekabr ayında verəcəklərini demişdi.

Coğrafiya İnstitutunun İqlim şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov da oktyabr ayında bu cür hava şəraitinin normal olmadığını qəbul etsə də, çox da dəhşətli soyuqlara ehtimal vermədiyini bildirmişdi.Lakin o həm də avropalı alimlərin fikirlərini tam inkar etməmişdi.

Amma son iki ayda ölkə razisində müşahidə olunan hava avropalı alimlərinin fikirlərinin gerçəkləşəciyini istisna etmir. Əslində, sentyabr ayında son 40 ilin ən güclü yağışının yağması qışın sərt keçəcəyinə bir işarə idi. Yağış nədir ki

Bu il 44 ildən sonra ilk dəfə oktyabr ayında qar yağıb.Oktyabr ayında Aran rayonlarına qarın yağması 1972-ci ildən sonra ilk olub.

Azərbaycanın Aran rayonlarında son 44 ildə ilk dəfə olaraq, bu ilin oktyabr ayında həmin ay üçün anomal sayılan hadisə baş verib.

AMEA Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyir ki, İmişlidə bu hal 1972-ci ildən sonra ilk dəfə yaşanıb. Azərbaycanda bu ayda yalnız dəniz səviyyəsindən 2000 metr yüksək olan ərazilərə qar yağıb. Oktyabrda ölkə ərazisinə düşən yağıntının miqdarı da normadan çox olduğunu deyən alim bunun anomal olduğunu bildirib.

Alim 44 il desə də, rayon sakinlərinin sözlərinə görə, bu tarix daha qədimdir. Yaşı 60-ı keçən İmişli sakinləri bu ayda qarın son 60 ildə görünməyən təbiət hadisəsi olduğunu deyir. Az qala qışda qara həsrət qalan imişlililər üçün payızda yağan qar əsl sürpriz oldu.

Havaların qəfil soyuması heyvanları da çaş-baş saldı. Bu günlərdə İsmayıllının Kürdmaşı kəndində ilanlar kütləvi halda hərəkət etməyə başlayıb. Astroloqlar bunu sürüşmə, zəlzələ ilə əlaqələndirsələr də, Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərov əsas səbəbi açıqladı. Səbəb soyuqların vaxtından əvvəl başlaması və ilanların bir az Günəş parıltısını hiss edən kimi hərəkətə keçməsi imiş. Yəni vaxtından əvvəl başlayan soyuqlar heyvanların da sistemini dəyişdi.

İsmayıllı rayonu Kürtmaşı kəndində sürü halında üzə çıxan ilanlar sakinlərin narahatlığına səbəb olub.

Bütün bunlardan sonra 100 ilin ən soyuq qışının gəldiyinə inanmamaq olmur. Avropalı ekoloqların fikrini xatırlatmağı borc bilirik ki, indidən mümkün hazırlıqlarınızı görün. Çünki bu soyuqlar əvvəlkilərdən fərqlənəcək

Qış aylarında ən aşağı temperatur yanvarda və fevralda müşahidə ediləcək. Hətta mart ayı da soyuq olacaq. Yalnız apreldə bir az temperatur yüksələcək.Avropalı alimlər hələ ki, "buz dövrü"nün başlamadığını deyir.

Kembric universitetinin alimləri isə bu cür soyuqların 15 ildən sonra daha dəhşətli vəziyyətə səbəb olacağını düşünür. Onların fikrincə, dünyada temperaturun kəskin aşağı düşəcək.

Alim Valentin Jarkovun sözlərinə görə, 15 ildən sonra Günəşin fəallığı 60 faiz aşağı düşəcək. Bu, Yer kürəsinin hərarətinin azalmasına səbəb olacaq. Xüsusilə Şimal yarımkürəsinə ciddi təsir edəcək.

Alim əlavə edib ki, yeni buz dövrü təxminən 30 il davam edəcək. Ehtimal olunur ki, bu illər ərzində fəsillərin dəyişkənliyi nəticəsində ərzaq çatışmazlığı yaranacaq və dünyada bir çox güclü sürüşmələr meydana gələcək. Əlbəttə, bu fikirlərə də qarşı çıxanlar da var.

Amma qarşı çıxmaqla deyil ki, təbiət öz sözünü deyir.


Şərhlər: 4
Baxılıb: 923
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
Cox soyuqlar kecir,insAllah istiliyimiz yaxsi olarda hiss etmerik bu dondurucu soyuqlari.
5 noyabr 2016 16:20
# 4
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
vipbetul
insallah soyuq olar
3 noyabr 2016 09:42
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Havalar cox soyuq kecir.Mencede bu qis soyuq olacaq
3 noyabr 2016 07:53
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
duymecik
Havalar heqiqetende cox pis soyuyub,yayda istiler 50 derceye catirdi,arxasinca neyinse geleceyi melum idi. Insanlar kimi dunyaninda cerxi dönub
3 noyabr 2016 06:50
# 1
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz