Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda fahişəxana kimi fəaliyyət göstərən "masaj salonları" - FOTOLAR
Bakıda fahişəxana kimi fəaliyyət göstərən
Göndərən: Nigar
Şərhlər: 6
Baxılıb: 2915
Səs ver:
Bakıda fahişəxana kimi fəaliyyət göstərən "masaj salonları" - FOTOLAR

Bakıda fahişəxana kimi fəaliyyət göstərən "masaj salonları" - FOTOLAR

Paytaxtın S. Rəhimov k. 195 və Mirzə İbrahimov k.38 ünvandakı rüsvayçılığa “dur” deyən tapılacaqmı?

Masaj salonları ilə bağlı ictimai rəyin birmənalı olmaması sirr deyil. Bu gün masaj salonundan danışılanda 10 adamdan ən azı 8-i gülümsəyir. Səbəb məlumdur: təəssüf ki, bu məkanların böyük əksəriyyəti “masaj salonu” adı ilə pərdələnib, “başqa-başqa işlərlə” məşğuldur...

Artıq elə bir vəziyyət yaranıb ki, həqiqətən də masaj məqsədi ilə bu ünvanlara üz tutanlara heç kəs inanmır. Əksəriyyət elə düşünür ki, masaj salonlarında yeganə cazibə qüvvə, ehtiyac hissi ehtirasdır. Niyə də belə düşünməsinlər, bu salonlarda ən müxtəlif xidmətlər təklif olunur... Qiymətlər də müxtəlifdir: əsasən 30-50 manat arasında dəyişir.

Bakıda fahişəxana kimi fəaliyyət göstərən "masaj salonları" - FOTOLAR

İndi de-fakto fahişəxana kimi fəaliyyət göstərən “masaj salonları”nın sayı da artmaqdadır. Onlar arasında rəqabət də mövcuddur. Rəqabətdə isə bütün vasitələrdən yararlanmaq var: təkcə komfort şərait yox, həm də ən cazibəli xanımlara üstünlük verilir. Nə isə,...

Bu istiqamətdə xeberinfo.com-a daha bir məlumat daxil olub. Məlumatda Bakının mərkəzində-S. Rəhimov k. 195 (Süleyman Rüstəm küçəsi ilə S. Rəhimov küçəsinin kəsişmədə) ünvanında yerləşən adsız masaj salonunun fəaliyyətindən bəhs olunur. Məlumatlarda bu masaj salonununda insan alverindən tutmuş, vergidənyayınma faktlarına qədər müxtəlif qanunazidd faktlar sadalanır. Biz məlumatların həqiqiliyinə əmin olmadığımızdan müəyyən dəqiqləşmələr də aparmaq istədik. Bu məqsədlə də sözügedən ünvana yollandıq. Məlum oldu ki, bu masaj salonu ilə bağlı redaksiyamıza daxilı olan məlumatlar nəinki həqiqətdir, həm də azdır. Burada masaj adı ilə müxtəlif növ “xidmətlər”dən söhbət gedir. Şühbəsiz ki, hər “xidmət”in də öz qiyməti var: 20-30-40 manat civarında.

Bakıda fahişəxana kimi fəaliyyət göstərən "masaj salonları" - FOTOLAR

Bu “xidmətlər”dən əlavə bu masaj salonu vergidənyayınma faktları ilə də diqqəti çəkir. Müşahidələrimiz zamanı nə kassa aparatından, nə də vergini xatırladan başqa nəsnədən əsər-əlamət görünmədi. Yəqin ki, hörmətli vergi müfəttişlərimiz bu “özfəaliyyəti” görmürlər. İnanırıq ki, görüb, bilsəydilər qanunumüvafiq şəkildə ölçü götürmüş olardılar.

Təsəvvür edirsinizmi, paytaxtın mərkəzində, 24 saat işləyən bir obyektdə nələr olur, nələr? Ən dəhşətlisi isə bu masaj salonunun 46 saylı orta məktəblə qonşu olmasıdır. Bunun nə demək olduğu haqqında danışmaq da, yazmaq da artıqdır. Məlumata görə məktəb rəhbərliyi dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də nəticə hasil olmur(?) Süleyman Rəhimov küçəsində yaşayan sakinlər isə vəziyyəti belə izah edrilər: “Axşam saatlarında səs-küydən evdə otura bimirik. “Masaj salonu”nun qarşısı “müştərilər”lə dolu olur. Yaşayış binalarının yanında, əhalinin ən çox istifadə etdiyi yolun üzərində belə biabırçı vəziyyət yaranıb. İldə 2-3 dəfə adını dəyişdirsələr də, bu obyektə eyni adamlar nəzarət edirlər. Utancımızdan axşamlar bayıra çıxa bilmirik. Uşaqlarımızın tərbiyəsi pozulur”.

Bakıda fahişəxana kimi fəaliyyət göstərən "masaj salonları" - FOTOLAR

Görünür bu adsız masaj salonunun “kışa”ları haqqındakı söz-söhbətlər əsassız deyilmiş...

Digər bir adsız masaj salonu isə paytaxtın Mirzə İbrahimov k. 38 ünvanda yerləşir. Burada da tamamilə eyni ab-hava, eyni xidmət, eyni narazılıqların olması haqqında məlumat aldıq. Bu masaj salonu ilə bağlı qarşıdakı günlərdə ayrı yazımız olacaq.


Şərhlər: 6
Baxılıb: 2915
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
Allah belalrini verecey insAllah.
5 noyabr 2016 15:37
# 6
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
Turkan Abbasova
Sitat: duymecik
Orani acanin Allah belasini versin,ölmez kopeyuwagi hele bir mektebin yaninda acib. O biri dunyada sizi pulsuz zadsiz ele qewey masaj eliyeceyler

Ölsünlər elə kifirler. CAmaatin ailəsin dağıdırlar heLe bir uşaqların tərbiyəsində pozurlar. Allah belanizi versin. ZƏLZƏLƏ olsun elə o islernen məşğul olan halda o binanın altında qala siz. Iyrenc məxluqlar
3 noyabr 2016 00:32
# 5
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Onun_Mələyi
duymecik ayy sən nə tatlı qızsan02yaxşı dedin aa:)))
2 noyabr 2016 22:42
# 4
Bir duam var,səndən amin gözləyirdua09123
vipbetul
gorun bele yerleri baqliyirlar nabarod gun-gunden coxladirlar her kesde bilir gizlide deyil
2 noyabr 2016 22:33
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Allah belanizi versin.Esl iyrenclikdir.
2 noyabr 2016 21:29
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
duymecik
Orani acanin Allah belasini versin,ölmez kopeyuwagi hele bir mektebin yaninda acib. O biri dunyada sizi pulsuz zadsiz ele qewey masaj eliyeceyler
2 noyabr 2016 20:21
# 1
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz