Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
2 ayın gəlini: “Ərim dostları ilə yeyib-içəndən sonra…”- VİDEO
2 ayın gəlini: “Ərim dostları ilə yeyib-içəndən sonra…”- VİDEO
Göndərən: Aydan Salmanlı
Şərhlər: 8
Baxılıb: 3480
Səs ver:
Kiçik yaşlarında evləndirilən qadının acı etirafları.

Sfera.az ARB 24-ə istinadən xəbər verir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da boşanma halları gedərək çoxalmaqdadır. Aktuallığını itirməyən səbəblərdən biri isə erkən nikahdır.

Bu mövzu hazırda bütün dünyada müzakirə olunan ən aktual məsələlərdən biridir. İndi hər kəsi belə bir sual düşündürür. Bu deyimə qulaq asıb övladlarını bədbəxt edən neçə nəfər var?

Şərti adı Fəridə olan azyaşlının bətbəxtliyi bu səbəbdən başlayır: Erkən nikah! Bu, öhdəsindən gələ bilmədiyi çətinliklərin başlanğıcıdır.

Yaşıdları yeni dərs ilinə, Fəridə isə yeni həyata hazırlaşır. Dost-tanışları məktəbli forması almaq üçün, o isə gəlinlik libası seçmək üçün mağazalara üz tutur. Ailəsi isə Fəridənin əvəzinə evlilik qərarı verən zaman tələbə adı qazanmaq arzusu ilə çırpınan qızcığazın heysiyyatından xəbərsizdir.

Fəridə: "Anamdan dostlarım, rəfiqələrim, məktəbimin necə olacağını soruşanda cavabı belə oldu: "Ərə gedərsən böyük məktəbin oradan başlayar”. Oğlan məndən 10 yaş böyük idi. Ertəsi gün mənə gəlin paltarı gətirdilər. Gəlin paltarını görəndə məni ağlamaq tutdu. İki həftədən sonra toyum oldu. İki ay olanda ərim dostları ilə yeyib-içəndən sora məni döydü. Ayılanda xəstəxanadaydım. Həkimlər qaynanamla danışırdılar. Deyirdilər ki, bunun uşağı olmayacaq”.

O, məruz qaldığı əzab-əziyyətlərə nə az, nə çox tam 5 il dözüb. Çıxış yolu kimi bu zindandan qaçmağı düşünüb. Amma onun gedəsi yeri yox idi. Çünki onu bu seçimə sövq edən valideynləri Fəridəni qəbul etməkdən imtina edir. Erkən qıyılan nigah sonda boşanma ilə yekunlaşır.

Sorğudan belə məlum olur ki, çoxluğun mənfi hal kimi dəyərləndirdiyi bu məsələ mütəxəssislər tərəfindən də birmənalı qarşılanmır. Təsadüfü deyil ki, son 5 ildə baş verən ana ölümləri faktlarının 70-75 faizi erkən ailə quran qadınların payına düşür.

Tibbi cəhətdən də 18 yaşına çatmayan qızlar ana olmaq iqtidarında deyillər. Həkimlərin fikrincə, erkən ailə quran xanımların sağlamlıqla bağlı problemləri daha çox olur.

Məsələnin hüquqi tərəfləri də var. Qanunvericiliyə əsasən övladlarını erkən nikaha sövq edən valideyinləri cərimələr gözləyir.

Düzdür, problem kökündən həll olunmayıb. Amma deməliyik ki, keçirilən maarifləndirmə xarakterli layihələr, öyüd-nəsihət və məsləhətlər artıq öz bəhrəsini verməkdədir.

Abdulla Şaiqin təbirincə desək, "hər millətin tərəqqisi və fəaliyyətinin başlıca amili elm və əxlaqdır”. Demək ki, problemdən xilas olmaq üçün təfəkkürümüzdə dəyişkilik etməliyik. Övladlarımızın şərti adı Fəridə olan bu qızcığazın həyatını yaşamağını istəmiriksə, erkən nikaha "dur” deməliyik.



Şərhlər: 8
Baxılıb: 3480
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
Men qizimi qeti tez evlendirmerem. Oxuyacax,tehsili olacaq ve oz secimi ile aile quracax insAllah. melek
4 noyabr 2016 17:04
# 8
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
vipbetul
o cur valideyinlere valideyin demek gunahdi
2 noyabr 2016 09:47
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnci
Essı pıse dusen ıster tez getsın ıster gec gedıb dusur onun bura aıdıyyatı yoxdu ysagı olmayan da omun kımı adam var 30da gedır yenede olmur kı olmur qaldı bosanöalara o da qısmet guya gec geden bosanmır kı malı mala qatmaq lazım deyıl qadın oxumalıdı heyatı gormeşıdı gozel gunler kecırmeşıdı sınra ıse onu cısvect edecey bırıne getmelıdır bu qeder acıq ve ne deyırem qalan seyler ıse qısmet
2 noyabr 2016 02:10
# 6
Her gulusun arxasında bır keder vardır
Onun_Mələyi
Erkən nigaha qarşıyam!!!
2 noyabr 2016 00:41
# 5
Bir duam var,səndən amin gözləyirdua09123
BARBI
Mende qizlarimizin erken nigaha girmesine qarsiyam.Qizlarimiz oxusun twhsilini alsin.sonra ise evlenmek barede dusunsun
1 noyabr 2016 23:37
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
duymecik
Bezi valideyinler ele bil öz balalarindan bezibler. Ere vermeycun partiyib ölurler ele bil
1 noyabr 2016 23:35
# 3
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
YalniZ-ArZu
Qizim yoxdur,amma qizim olsa olerem qizimi tez ere vermerem.Erken nigaha qarwiyam...zennimce erken nigahin yaranmasinin en birinci gunahkari valideynlerdir.Nece qiyirlar genc,yeniyetme qizlarini ere verirler o menim anlayacagim bir wey deyil.
1 noyabr 2016 23:28
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
evli.mutlu.cocuklu
Yazıq qız ama çəndə tez ailə həyatı qurmuşam 16 yaşında ailə həyatı qurmuşam 2 ildi evliyəm şükür allaha çox xoşbəxtəm öz seçimim olub
1 noyabr 2016 23:25
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz