Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Polad Ələmdar kimdir? - "Dərin dövlət" SİRLƏRİ - FOTOLAR
Polad Ələmdar kimdir? -
Göndərən: Aydan Salmanlı
Şərhlər: 4
Baxılıb: 665
Səs ver:
Yalnız Türkiyədə deyil, dünyanın bir çox ölkəsində, eləcə də Azərbaycanda böyük maraq doğurmuş "Kurtlar vadisi", "Kurtlar vadisi pusu" serialının qəhrəmanı Polad Ələmdar doğrudanmı xəyal məhsuludur? Onun həyatda prototipi olubmu? Bu sual demək olar ki, hər kəsi düşündürür.

Elə bu başdan qeyd etməliyik ki, "Kurtlar vadisi"ndəki qurumlar xəyal məhsulu olsa da, onların oxşarı, yaxud, "dərin dövlət" deyilən qeyri qanuni, amma nə qədər ziddiyyətli görünsə də rəsmi (!) mövcudluğu danılmazdur. Belə "dərinlər" ümumiyyətlə, dünyanın öndə gedən dövlətlərində var.

Film əlbəttə, bir yaradıcılıq məhsulu, ekran əsəridir. Amma heç kəsə sirr deyil ki, həyatda "Polad Ələmdar" olub. Bu həqiqətə heç kəs yox deyə bilməz. Hətta MİT (Türkiyənin milli təhlükəsizlik təşkilatı) bunu gizlətmir və əslində gizlətməsi də mümkün deyil. Bu, haqqında əfsanələr dolansa da, hər kəsin tanıdığı, amma heç kəsin toxunmadığı, yaxud toxuna bilmədiyi... Abdullah Çatlıdır. Bəzilərinin terrorçu, bəzilərinin qəhrəman kimi tanıdığı Abdullah Çatlı.


Gənc, yaraşıqlı, ağıllı və hiyləgər, güclü, cəsarətli, şərq döyüş növlərinə malik, bir neçə dildə danışa bilən Çatlı. Türkiyədə, İsveçrədə, başqa yerlərdə dəfələrlə həbsə alınan türk oğlu cəmi (əgər öldüyünə inansaq) 39 il yaşayıb. İstanbul Universitetində təhsil alıb. Hələ gənc yaşlarında ülgüçülərə qoşulub (Ülgüçülüyün ən qısa izahı - türkçülüyü, islamçılığı qoruyub, təbliğ edən millətçi, amma qətiyyən irqçi, şovinist olmayan təşkilat. Daha qısası - bozqurdlar).

Çatlı hələ 22 yaşında Ankara ülgü ocaqlarına başçılıq edib. Daha sonra ülgücü gənclər birliyinin rəhbəri olub. 7 sosialist, gənc solçu, kommunist yönümlü tələbənin ölümünü onun adı ilə bağlayaraq həbsə alıblar. Tezliklə azadlığa çıxıb. Ümumiyyətlə, Çatlı bütün ömrü boyu kommunistlərin, bölücü güruhun, RKK terrorçularının, ASALA erməni terror təşkilatının, sümürgəçi, işğalçı, amansız imperializmin qatı düşməni olub. Türk millətinə, siyasətçilərinə, görkəmli şəxslərinə qarşı terror əsdirən ASALA-nın bir zamanlar darmadağın edilməsi Çatlının adı ilə bağlıdır.

Çatlı ülgücü, vətənpərvər, seçilmiş və yetişdirilmiş gənclərdən ibarət güclü bir komanda yaradıb. Bu komanda bizim anladığımız kimi "banda", "şayka" olmayıb. Onlar "dərin dövlətin" gizli xidmət servizlərinin nəzarəti altında fəaliyyət göstəriblər (Bütün bunlar filmdə əks olunub).

Hər biri yetkin biliklərə, döyüş qabiliyyətinə, əlbəyaxa savaş bacarığına malik, nizam-intizamlı, əlahiddə "xüsusi təyinatlılar" təsiri bağışlayıblar.

Filmdə göstərildiyi kimi Abdullah Çatlı Suriyada, Misirdə, İsraildə, Əfqanıstanda, İraqda, Hollandiyada, İsveçrədə, hətta ABŞ-da tanınıb. Bəzi ölkələrdə o, xüsusi dairələr tərəfindən əlahiddə persona kimi qarşılanıb. Türkiyə dövlətinə qarşı qurulan bir sıra kirli planlar, sui-qəsdlər, bütün bunları yönəldənlər Çatlının əli ilə dağıdılmış, məhv edilmişdir. Hətta filmdə göstərildiyi onu "terrorçu" damğası vurulub, axtarışda olanda belə hamı görürdü, bilirdi, amma toxunmurdu, ya da buna cəsarət etmirdi. Çatlının komandası geniş maaliyyə imkanlarına, xüsusi təlim görmüş silahlı gənclərə, bəzən isə dövlət dəstəyinə, xüsusi xidmət orqanları tərəfindən verilmiş imtiyazlara, səlahiyyətlərə malik idi. Dönəmin baş naziri Tansu Çillər RKK-ya yardım göstərən bəzi iş adamlarının adını çəkmişdi. Onların hamısı başlarına tək bir güllə sıxılmaqla aradan götürüldü. Bu, Abdullah Çatlının - Polad Ələmdarın kəsdiyi cəza idi. Bu, terrora qarşı bir müqavimət hərəkatı idi.


Çatlının Azərbaycanla bağlılığından söhbət açmaq istərdik. Onun ölkəmizə qarşı xüsusi bir məhəbbəti, simpatisi vardı. Ən çox hörmət etdiyi şəxslərdən biri Əbülfəz Elçibəy idi. İndi heç kəsə sirr deyil ki, o, hakimiyyəti təhvil verib, ata yurduna qayıdan Elçibəylə görüşmüşdü. Bu görüş hörmət, heyranlıq, dostluq, qardaşlıq jesti idi. Bəs, Əbülfəz Elçibəy Abdullah Çatlını tanımışdımı? Şəxsən mən inanmıram! Nə üçün? Çatlı heç vaxt, heç yerə öz adı ilə getməyib. O, Həsən, Şahin, ən çox isə Mehmet Özbey adı ilə gəzib dolaşırdı. O, görüşdə hamımızın tanıdığımız insanlar da olub. Amma:

- Sən terrorçu Abdullah Çatlı ilə görüşmüsən, - deyə çox-çox sonralar Azərbaycan TV-lərinin birində o insanın (səhv etmirəmsə Sərdar Cəlaloğlunu. Əgər o deyilsə, bu başdan üzr istəyirəm) üstünə düşənlər bir şeyi bilmirdilər. Bilmirdilər ki:

- Əgər mən bilsəydim ki, o adam Abdullah Çatlıdır, alnından öpərdim, - sözləriylə təəccübünü gizlədə bilməyən doğrudan da şokda idi.

Necati Şaşmaz - Polad Ələmdar hiss olunur ki, Çatlını artıq öz içinə, sinirlərinə, hisslərinə, qanına-sümüyünə sindirib. Necatinin Əbülfəz bəy haqqında söylədiyi səmimi sözlər məhz bunun nəticəsidir. Bir də ki, "ən çox hansı mahnını sevirsiniz" sualına o, "Nə gəlməz oldun?" - cavabını verdi. Ələkbər Tağıyevin dünyaca məşhur "nə gəlməzi"...

Yəqin yadınızdadır. Bakıdakı "Avropa" oteli ətrafında xoşagəlməz qalmaqal yarandı. Buradakı kazino, onunla bağlı kirli işlər Heydər Əliyevin qulağına çatmışdı. Dərhal tədbir gördü, hər kəsdən hesabat, izahat tələb etdi. Respublikanın imicinə zərər vuracaq o kazinonun ölkəyə necə gəlib çıxmasını sorğuladı. Qisasını deyək ki, o zamanın baş naziri Həsən Həsənov vəzifəsini itirdi. Kazino bağlandı.


Kim idi bu kazinonun sahibi. Adı Türkiyədə ən pis, kirli işlərlə anılan Lütvü Topal. O Topal ki, qumarxanalar şəbəkəsi yaratmışdı. Kirli pullar buralarda yuyulurdu. Əsl mafiya yuvasına dönmüşdü. Pullarını, şirkətlərini, var-yoxunu uduzub, intihar edənlər vardı. Topal isə varlandıqca varlanır, zənginləşirdi. Onun qarşısını almaq, güclü, silahlı, aqressiv olduğunu dağıtmaq vəzifəsi... Çatlının üzərinə düşürdü. Və günlərin birində Topal vuruldu. Kazinolar, qumarxanalar ləğv edildi. Türkiyə rahat nəfəs aldı. Bu, Abdullah Çatlının - Polad Ələmdarın işi idi.

Ötən əsrin 90-cı illər Türkiyəsində yaranan qeyri-sabitlik Abdullah Çatlının gizli fəaliyyətə keçməsinə səbəb oldu. İsrailin, ABŞ-ın və Qərbin missionerləri, casusları ölkəni qarışdırırdı. Amma Çatlı dövlət dəstəyi almasa da, mübarizəsini davam etdirirdi. İndi o, bir mafiya bossu kimi hərəkət etmək məcburiyyətində qalmışdı. Narkobüronlardan, yanacaq, içki, siqaret qaçaqçılarından, gizli, kirli işlər görənlərdən ya xərac alır, ya da onların maliyyə imkanlarını məhv edirdi. Bəzi dövlət təmsilçiləri ilə gizli ünsiyyəti saxlamışdı. RKK-ya, kürd adı ilə bu terror təşkilatına soxulmuş erməni-ingilis, rus ünsürlərə qarşı amansız idi - bütün bunlar filmdə öz əksini yetərincə tapıb. Bu yerdə bir daha təkrar edirik - "Kurtlar vadisi" xəyal məhsulu kimi qələmə verilsə də, həqiqi, real hadisələr əsasında lentə alınıb.

Filmdəki personajlar da real insanlardır, prototiplərdir.

Məsələn:


İskəndər Böyük - "ergenokon"əməliyyatları zamanı həbsə alınmış və indi azadlıqda olan Vəli Kiçik.

Bəyəfəndi - Süleyman Dəmirəl.

Şahin ağa - İbrahim Şahin.

Başqan - "Fənərbaxça" klubunun rəhbəri Əziz İldırım.

Rus İqor - Rusiyada, MDB-də və az qala bütün dünyada "ded Xasan" kimi tanınan erməni Aslan Usayan.

Kasiboğlu - məhkəməsi başlayacaq günün sübh çağında müəmmalı ölümü ilə sual işarələri doğuran keçmiş MİT-çi Kozinoğlu.

Tataroğlu - Türkiyənin ən zəngin ailələrindən birinin rəhbəri - saysız-hesabsız şirkət, otel, media patronu. Almaniya kansleri frao Merkelin də hörmətlə yanaşdığı bir iş adamı.

Memati - Murati.


Çakır - Çakıcı.

Zaza - Firat Delibaş.

Kipr Türk Respublikasının prezidenti Rauf Denktaşın obrazını filmdə məhz Rauf Denktaşın özü canlandırıb.

Xoca - Fətullah Gülən.

Eyni zamanda Turqut Özalı, MİT başqanı Hakan Fidanı, Abdullah Gülü, Tayyib Erdoğanı, Əhməd Davudoğlulu və onun müşaviri Mahçupyanı da bu filmdə görmək, tanımaq heç də çətin deyil.

Və... Yeşil - yəni filmdəki Qara. Əsl adı isə Mahmud İldırım. Niyə bu adın üstündə dayandıq? MİT-in ən sirli simalarından biri məhz odur. Hətta təşkilatın "qara qutusu" hesab edilir və güman ki, "Qara" adı bununla əlaqədardır.

Bir neçə gün əvvəl tədqiqatçı-jurnalist Uğur Mumçunun anım günü idi. Allah rəhmət eləsin. "Cümhuriyyət" qəzetinin bu cəsur, istedadlı yazarının heç şübhəsiz xarici kəşfiyyat orqanları aradan götürdü. Maşınına bomba qoymuşdular...

Bax, bu rəhmətlik Mumçunun həyat yoldaşı təziyəyə, başsağlığına gələnlər arasında müəmmalı davranışı, sirli sözləri və danışığı ilə diqqətini cəlb etmiş bir nəfərdən söhbət açır və onun Yeşil-Qara-Mahmud olduğuna şübhə etmədiyini deyir. Ümumiyyətlə, Yeşilin ölümünü dəqiq bilən bir kəs yoxdur. Abdullah Çatlı - Polad Ələmdarla bu adamın sağ olması ehtimalı daha böyükdür. Məlumdur ki, belə insanlar vəzifəsi bitəndən sonra başqa adla sakitliyə çəkilir, bəzən sifətində cərrahi əməliyyat aparılır və yaşamaq imkanı saxlanır.

O ki, qaldı Çatlıya...

1996-cı ildə bütün Türkiyəni sarsıdan, silkələyən bir hadisə oldu. Susuzluqda avtomobil qəzası baş verdi. Daha doğrusu, iri bir komyon minik maşınını gözgörəsi bir şəkildə vurub, əzdi. 06 AS 600 nömrə nişanlı avtomobildə polis rəisi, millət vəkili və...

uzun illər axtarışda olan Abdullah Çatlı vardı. Çatlı və dövlət adamların hadisəsi ölkədə az qala çaxnaşma yaratdı. "Öldü", "qaçdı", "həbs edildi" deyilən Çatlı dövlət adamları ilə bir avtomobildə. Bu, məsələnin başqa tərəfi.

Hadisənin bir neçə versiyası var. Onlar izlənib, əlverişli şəraitdə qəza törədilib. Məqsəd maşında olan sirli çanta olub. O çantada nə vardı? Hələ də bilinmir.

O zamanın daxili işlər naziri, tamamilə başqa səbəb üzündən həbs olunan, bu günlərdə azadlığa çıxan Mehmet Ağar (filmdə Acır):
- Mənim mükafatım bu idimi? - deyə üsyan etdi. O nəyin mükafatını istəyirdi? Axı, versiyalardan biri bu idi ki, Çatlını tanıyırdı. O zaman Çatlının qəza nəticəsində deyil, sonradan elə avtomobildə boynu sındırılaraq öldürüldüyü deyilir.

Üçüncü versiya - Abdullah Çatlı yaralı olub. Keçmiş xüsusi təyinatlı Ayxan Çapkın:

- Onu mən avtomobildən ağır yaralı halda çıxardım və xəstəxanaya çatdırdım.

Adı bir çox olaylara qarışmış Ayxan Çatçının o zaman, həmin saatda hadisə yerində nə məqsədlə olduğu məlum deyil. Hələlik bunu bir tərəfə qoyaq.

Bu versiyanın davamı odur ki, Abdullah Çatlı - Polad Ələmdar sağdır. Uzun müddət müxtəlif xəstəxanalarda və ev şəraitində müalicə olunub, üzü cərrahi əməliyyatla dəyişdirilib.


Filmi xatırlayın. Bu versiyaların hansının ağlabatan olduğuna özünüz qərar verin. Deməli, Yeşil-Qara və Çatlı-Polad sağdır. Bəs...

Novşəhərdəki məzar necə olsun? Axı, bu məzar Abdullah Çatlınındır. Onu ziyarət edənlərin ardı-arası kəsilmir. Və... o məzar həmişə Türk Bayrağına sarılır. Həm də çox vaxt bir deyil, iki bayrağa. Bunun mənası nədir?

Əgər bir insanın məzarı ölkəsinin bayrağı ilə örtülərsə, deməli, o, qəhrəmandır. Bəzilərinin dediyi kimi - əgər Abdullah Çatlı - Polad Ələmdar terrorçu olsaydı, dövlət öz bayrağını onun sinəsin səpməzdi. Abdullah Çatlı bir qəhrəmandır - Türk qəhrəmanı! Bozqurd!

P.S. Abdullah Çatlıya bənzər həyat yaşayan Sədat Pekeril də həyatından bəzi epizodlar filmdə öz əksəri tapıb. Sədat da tez-tez Çatlının məzarını ziyarət edən cəsur, igid bir qəhrəmandır. Amma o, "vor v zakone" təsiri bağışlayır. Film ən çox Abdullah Çatlının həyatı əsasında qurulub. Həyat isə davam edir. Elə "Kurtlar vadisi" də.

Polad Ələmdar kimdir? - "Dərin dövlət" SİRLƏRİ - FOTOLAR
Polad Ələmdar kimdir? - "Dərin dövlət" SİRLƏRİ - FOTOLAR
Polad Ələmdar kimdir? - "Dərin dövlət" SİRLƏRİ - FOTOLAR
Polad Ələmdar kimdir? - "Dərin dövlət" SİRLƏRİ - FOTOLAR
Polad Ələmdar kimdir? - "Dərin dövlət" SİRLƏRİ - FOTOLAR
Polad Ələmdar kimdir? - "Dərin dövlət" SİRLƏRİ - FOTOLAR
Polad Ələmdar kimdir? - "Dərin dövlət" SİRLƏRİ - FOTOLAR
Polad Ələmdar kimdir? - "Dərin dövlət" SİRLƏRİ - FOTOLAR


Şərhlər: 4
Baxılıb: 665
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
Yariya qeder oxudum,maraqli melumat olsada hec vaxt bu seriala baxmamisam,xoslamamisam nedense.
4 noyabr 2016 16:56
# 4
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
vipbetul
bu kinonun her saniyesi siyaseti bldirir dunyadaki hadiseleri eks etdirir ona gorede butun dunya hemcinin siyasetcileri bu kinonu izleyir cox sevdiyim filmdir
2 noyabr 2016 09:45
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Cox maraqla oxudum...eger yazilanlar dogrudursa onda bu insani qehreman etmeye deyer...axir vaxtlar oxudugum en maraqli meqaleye gore,paylawan xanima tewekkurler.
1 noyabr 2016 23:46
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
duymecik
Maragsiz oldu
1 noyabr 2016 23:40
# 1
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz