Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Röyanın keçmiş ərinin aqibəti necə olacaq? - Vəziyyət pisləşir - ŞOK XƏBƏR
Röyanın keçmiş ərinin aqibəti necə olacaq? - Vəziyyət pisləşir - ŞOK XƏBƏR
Göndərən: Aydan Salmanlı
Şərhlər: 3
Baxılıb: 1082
Səs ver:
"Çudo peçka" mağazalar şəbəkəsində gün keçdikcə böhran dərinləşir. Şəbəkənin sahibi işçilərin maaşını verə bilmir, işçilər isə öz haqlarından əl çəkməyi düşünmürlər.

Qadinlar.biz musavat.com-a istinadən xəbər verir ki, şəbəkəyə aid mağazalar ard-arda bağlanma təhlükəsi qarşısında qalıb. İddia olunur ki, "Çudo peçka"nın təkcə Vergilər Nazirliyinə 15 min manat borcu var.

Şəbəkənin metronun "Sahil" stansiyasının yaxınlığında yerləşən mağazası bağlandıqdan sonra işsiz qalan əməkdaşların maaşları hələ də verilməyib. Özü də bu bir aylıq deyil, 8 aylıq əməkhaqqıdır. İşçilərə bildirilib ki, onların maaşları hissə-hissə də olsa veriləcək. Lakin nə vaxt? Bu suala cavab verilməyib.

İddia olunur ki, şəbəkənin rəhbərliyi mövcud durumdan çıxış yolu kimi bir neçə plan qurubmuş. Bunlar arasında "Çudo peçka"nın adını dəyişmək də olub. Belə ki, plana görə, "Çudo peçka"nın adı dəyişdirilərək, "Dopdolu" olacaqmış. Bunun üçün sənədləşmə işlərinin bir qisminin aparıldığı da söylənilir. Lakin planı tam olaraq həyata keçirmək mümkün olmayıb.

Bundan əlavə, şəbəkənin metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında yerləşən mağazasında da oktyabrın 19-dan etibarən əməkdaşların ixtisarı aparılıb. İşdən çıxarılanların 4 aylıq əməkhaqqı verilməyib. Onlara da bildirilib ki, maaşlar hissə-hissə ödəniləcək.

Onu da qeyd edək ki, təxminən 7 ay öncə "Çudo peçka" mağazalar şəbəkəsi məhkəmə qərarı ilə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevdən alınaraq, şirkətin qurucusu, iş adamı Çingiz Cəlilova qaytarılmışdı (Şirkətin rəhbəri Çingiz Cəlilovun oğlu Anar Cəlilovdur).

Belə ki, "Çudo peçka" mağazalar şəbəkəsi 2000-ci ildə Çingiz Cəlilov tərəfindən yaradılıb. Ç.Cəlilov şəbəkəni qurmaq üçün "Bank Standart"dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilmədiyinə görə kafe-mağazalarda tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.

Yekun olaraq Ç.Cəlilov kredit borcunu qaytara bilməyib və MMC-yə daxil olan şəbəkələr "Bank Standart"ın girovluğunda qalıb. Bankın səhmlərinin böyük bir hissəsinin isə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin olduğu bildirilir. Nəticə olaraq, "Çudo peçka" da son illərdə Heydər Babayevin biznes şəbəkəsinə aid edilirdi.

Mağazalar şəbəkəsi sahibinə qaytarılmamışdan öncə də işçilər maaş problemləri yaşayıblar. Belə ki, işçilər Heydər Babayevin zamanında da təxminən 4 ay maaşlarını ala bilməyiblər. İndi işdən çıxarılan əməkdaşlara həm Heydər Babayevin, həm də Çingiz Çəlilovun borcu var. Mağazanın əməkdaşlarının sözlərinə görə, onlar şəbəkənin Cəlilova qaytarılmasından sonra vəziyyətlərinin düzələcəklərinə ümid edirdilər. Lakin bu baş vermədi.

Xatırladaq ki, bir neçə gün öncə Anar Cəlilov baş verənlərlə bağlı polis şöbəsinə də çağırılmışdı.

Qeyd edək ki, hazırda bu şəbəkənin "İnşaatçılar", "İçərişəhər", "Sahil", "28 May", "Nəriman Nərimanov", "Qara Qarayev", "Əhmədli" və "Neftçilər" metro stansiyalarının çıxışlarında da kafe-mağazaları var.


Şərhlər: 3
Baxılıb: 1082
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
Allah komey olsun.(
31 oktyabr 2016 23:58
# 3
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
vipbetul
Allah hamiya komek olsun insallah ne deyek
31 oktyabr 2016 13:34
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Ne deyek allah komeyi olsun.insallah isleri duzeler
31 oktyabr 2016 12:42
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz