Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dollar krediti olanlar üçün çıxış yolu - NƏHAYƏTKİ...
Dollar krediti olanlar üçün  çıxış yolu - NƏHAYƏTKİ...
Göndərən: Aydan Salmanlı
Şərhlər: 2
Baxılıb: 699
Səs ver:
Məlumdur ki, ölkəmizdə 21 fevral 2015-ci il tarixində baş verən 1-ci devalvasiyaya qədər vətəndaşlar, xüsusilə ölkə xaricindən mal alan sahibkarlar, ABŞ dolları ilə kredit götürməyə üstünlük verirdilər.

Lakin 1-ci və 2-ci kəskin devalvasiyadan sonra ABŞ dolları ilə kredit götürən şəxslərin öhdəliklərinin miqdarı 2-3 qat artdı. Kiçik və orta sahibkarların bəziləri müflis oldu, bəziləri isə əldə etməyə ümid etdiyi qazanclarının əhəmiyyətli hissəsindən məhrum oldular.

Bəs vətəndaş bu kimi hallarda müdafiə olunmaq üçün nə etməlidir və ümumiyyətlə çıxış yolu varmı?

Məsələ ilə bağlı Total Consulting MMC-nin bank işləri üzrə hüquqşünası Pərviz Hüseynova müraciət etdik. Hüquqşünas AzNews.az-a bildirdi ki, qeyd edilən problem 1-ci devalvasiyadan indiyə qədər vətəndaşları narahat edir: "Bir müddət ABŞ dolları ilə kredit götürən şəxslər ümid edirdilər ki, onlar öz borclarını kredit götürdükləri vaxtda olan məzənnə ilə ödəyəcəklər. Hətta bununla bağlı 2015-ci il may ayında Konstitusiya məhkəməsində
müzakirələr də aparılmış və qərar qəbul edilmişdi. Konstitusiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında gəlinən nəticənin mahiyyətinə görə, xarici valyutada kredit götürən şəxslər ödəniş etdikləri gün üzrə olan məzənnə ilə ödəniş etməlidirlər. Təbii ki, bu Qərar insanlarda ümidsizlik yaratmışdır. Lakin vətəndaşlarımıza bildirmək istərdim ki, bu Qərarın qəbul edilməsi, Sizə hüquqlarınızı müdafiə etməyə və düşdüyünüz vəziyyətdən çıxmağa heç bir halda mane olmur. Çünki Konstitusiya Məhkəməsinin Qərarı, sadəcə xarici valyutada kredit öhdəliyi olan şəxslərə, ödənişi hansı məzənnə ilə etməli olduqlarını göstərir.

Bildirmək istərdim ki, bazar iqtisadiyyatında baş verən bu cür gözlənilməz hallar zamanı, insanların maraqlarının hansı qaydada müdafiə edilməsi barədə Mülki Məcəlləmizdə konkret normalar mövcuddur. Bu cür normalardan biri olan Mülki Məcəllənin 422-ci maddəsində, belə hallar zamanı şəxslərin hansı qaydada davrana biləcəkləri dəqiq göstərilmişdir. Bu normanın tətbiqi üçün əsas şərt - borclunun xarici valyutada kredit götürərkən nəzərə aldığı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir. MM-nin 422-ci maddəsinə görə, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutdulur. Sadə dildə izah edsək, 1-ci devalvasiyadan əvvəl insanlar ona görə ABŞ dollarında kredit götürməyə üstünlük verirdilər ki, ABŞ dollarının kursu manata nisbətdə aşağı idi və insanlara sərf edirdi. Həmçinin 1-ci devalvasiya ərəfəsində Mərkəzi Bank tərəfindən rəsmi şəkildə kəskin devalvasiyanın olmayacağı bəyan edilmişdir. Məhz bu səbəbdən qeyd edilən şəraiti nəzərə alaraq, ABŞ dolları ilə kreditlər götürülürdü. Lakin kəskin devalvasiyanın baş verməsi ilə şərait sözügedən şəxslər üçün gözlənilmədən və əhəmiyyətli dərəcədə dəyişmişdir. Hansı ki, belə bir halın baş verməsi bilinsə idi və ya proqnozlaşdırılsa idi, vətəndaşlar ABŞ dollarında kredit götürməzdilər. Çünki təbii olaraq, insanlar bu zaman borcların süni şəkildə artacağı riskini nəzərə alardılar və belə bir şəraitdə xarici valyutada müqavilə bağlanması da insanlar üçün maraqlı olmazdı”.

Hüquqşünas belə bir halda vətəndaşa nə etməli olması ilə bağlı məsləhət də verib: "Bu cür hallar olduqda, banklara müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı müraciət edin. Məsələn kredit götürülən xarici valyutanın manatla əvəz edilməsi, faiz dərəcəsinin əhəmiyyətli dərəcədə azaldılması, müddətin uzadılması və s. Əgər banklar razılaşmasa, o zaman müqavilənin şərtlərinin məcburi qaydada dəyişdirilməsini və hətta onun ləğvini məhkəmə qaydasında tələb edin. Bilin ki, bu hallarda qanunvericilik sizin tərəfinizdədir, sadəcə hüquq müstəvisində fəallığınızı artırmağınız lazımdır. Bir psixoloji amili də qeyd etmək istərdim ki, vətəndaşlarımız çox vaxt özlərini banklar qarşısında çarəsiz hiss edirlər. Bu əsla belə deyil! Bilin ki, qanunvericiliyimizdə Sizin hüquqlarınızı qoruya biləcək kifayət qədər normalar var, sadəcə bundan düzgün istifadə etmək lazımdı. Sosial şəbəkələrdə və digər yerlərdə şikayət etməyə və nümayişkəranə şəkildə kredit ödəməkdən imtina etməyiniz barədə fikirlərə itirdiyiniz vaxtı və enerjinizi qanunun sizə verdiyi imkanlardan istifadə etmək haqqında düşünməyə sərf etməyi daha faydalı hesab edirəm. Bu zaman sizin maraqlarınızı təmin edə biləcək məhkəmə praktikası yaranar və bu da gələcəkdə bankları daha məsuliyyətli olmağa məcbur edər”.


Şərhlər: 2
Baxılıb: 699
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
İnsAllah yaxsi olar. Camaat muflis olub getdi bu kreditler ucbatindan.
27 oktyabr 2016 16:34
# 2
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
vipbetul
birce camatin bu kreditlri qurtarseydi
27 oktyabr 2016 16:33
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz