Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Evdə Tək Başına" filmi haqqında bilmədiyiniz çox maraqlı məlumatlar - FOTOLAR
Göndərən: Aydan Salmanlı
Şərhlər: 7
Baxılıb: 394
Səs ver:
"Evdə Tək Başına" filmini aramızda izləməyən çox güman ki, yoxdur. Hər yeni il ərəfəsində televiziyaların yayımladığı bu filmi qəribədir ki, hər il olduğu kimi çılğın formada yenidən izləyirik.

Filmin mövzusu adına uyğun olaraq bir uşağın evdə tək başına qalmasıdır. Ailəsinin öz uşaqlarını unudaraq tətilə çıxması və yeni il ərəfəsində uşağın evi oğrulardan qoruması filmin əsas mövzusudur.

İllər boyu təkrar-təkrar izlənilməsinə baxmayaraq film haqqında bilmədiyimiz bir çox maraqlı hadisələr var. Bizimyol.info film haqqında bilmədiklərinizi təqdim edir:

Filmdə Kevinin hisslərinin daha aydın görünməsi üçün, Joe Pesci (Harry) Kevin rolunu oynayan Macaulay Culkinə çəkiliş zamanı qorxu dolu anlar yaşatmışdı.



Harry bu işi bir az ciddiyə almış və hətta Kevinin yaralanmasına da səbəb olmuşdu. Harry “Bu kiçik barmaqlarının hamısını tək-tək dişləyəcəyəm" demiş və həqiqətən də dediyini eliyən Harry, Kevinin barmağını qanatmışdı. Kevin rolunu oynayan Macaulay Culkinin əlində hələ də o kiçik iz qalıb.

Kevinin oğruları qorxutmaq üçün televizorda baxdığı film, "Evdə Tək Başına" filmi üçün özəl olaraq çəkilmişdir



"Angels With Filthy Souls" filmi gerçək bir film deyildi. Sadəcə “Evdə Tək Başına” üçün özəl olaraq çəkilmiş qısa bir qanqster filmi idi.


Daniel Sterninin üzündəki hörümçək gerçək bir hörümçək idi



Marv adlı oğrunun üzərində hörümçək gəzməsi səhnəsini yəqin ki, hamınız xatırlayırsınız. Həmin anlar gerçək idi. Real olmayan yalnız qışqırıq səsləri idi. Stern çəkiliş zamanı hörümçəyi qıcıqlandırmamaq üçün sadəcə səssiz reaksiyalar vermişdi. Səs effektləri isə filmə sonradan əlavə edilmişdi.

Harry rolu üçün Joe Pescidən əvvəl Robert De Niroya bu rolu oynamaq təklif edilmişdi



Lakin Robert De Niro bu rolu oynamaq istəmədiyini bildirmişdi.


Şəkildə gördüyünüz “The Talkboy” adlı səsyazan cihaz, əslində film nümayiş edilən zaman satışda olmayıb. Həmin cihaz sadəcə film üçün xüsusi olaraq hazırlanmışdı. Filmi izləyən minlərlə insan həmin cihazı almaq istəsə də bir müddət bu mümkün olmamışdı



Bir neçə il sonra isə həmin cihaz satışa çıxdı. Hətta cihaz o qədər çox satıldı ki, şirkət cihazı yenidən dizayn edərək fərqli formada satışa çıxartdı. Yeni dizayn edilmiş ikinci cihazın adı “TalkGirl” idi. Mağazalarda daha çox çəhrayı rəngli “TalkGirl”cihazı satılırdı. Çəhrayı rəngli səsyazan cihazları qızlar daha çox alırdı.

Filmdə Kevinin ailəsinin yaşadığı ev 2011-ci ildə 2.4 milyon dollara satıldı



Məşhur evi alan şəxs, bir müddət sonra peşman olmuş və evi yenidən başqa birinə 1.585 milyon dollara satmışdı. Ev hal-hazırda turistlərin maraq göstərdiyi yerlərdən biridir.

Marvinin ayağı ilə üzərinə basdığı şüşə oyuncaqlar əslində saxta idi



Həmin oyuncaqlar şəkərdən hazırlanmış saxta oyuncaqlar idi.


Şərhlər: 7
Baxılıb: 394
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fira Deniz
mence bu filmi sevmeyen yoxdu.yeni il erefesinde her defe severek baxiram.filim haqqinda melumatlar maraqli idi
28 oktyabr 2016 01:11
# 7
.Bir də görürsən ki, "həyatda eləmərəm" dediyin şeyin, baş rolundasan
vipbetul
xosuma gelir bu kino
27 oktyabr 2016 16:28
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ʚɞღ..Sultanım..ღʚɞ
Qesey kinodur helede tvde verilende baxmaqdan doymuram.
27 oktyabr 2016 16:16
# 5
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
BARBI
defelerle izlediyim ,amma izlemekden doymadigim filmdir.cox maraqlidir.usaqligimin filmidir
27 oktyabr 2016 14:07
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
narmiwka_15
her yeni il gelende bu film yada duwur bezmirem baxmaqdan coxx gozeldir
27 oktyabr 2016 14:04
# 3
Be Happy))
Totu
MARAQLİ MƏLUMATDIR ÇOX SEVİRƏM BU FİLMİİİİİİİİİİ
27 oktyabr 2016 13:29
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
qaranliq1
maraqli melumatlardi
27 oktyabr 2016 12:52
# 1
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz