Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda biabırçı hadisə — 13 yaşlı qızı görün nə etdilər!!!
Bakıda biabırçı hadisə — 13 yaşlı qızı görün nə etdilər!!!
Göndərən: Aydan Salmanlı
Şərhlər: 7
Baxılıb: 1309
Səs ver:
Bakıda 13 yaşlı qızı fotoları ilə şantaj edib pul tələb edən şəxs tutulub.

Ölkə.Az musavat.com-a istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinə müraciət edən şəxs 13 yaşlı qızının sosial şəbəkə vasitəsilə şantaj edildiyini bildirib.

13 yaşlı qız valideynlərindəm xəbərsiz sosial şəbəkələrdən birində qeydiyyatdan keçib.

O, orada başqa bir qızla tanış olub. Söhbət əsnasında tanış olduğu qız ondan profil fotosunun olmamasının səbəbini soruşub. 13 yaşlı qız “sosial şəbəkədən valideynlərimdən xəbərsiz istifadə edirəm, bilsələr məni öldürərlər” cavabını verib və bu səbəbdən profil fotosunun olmadığını yazıb.

Yazışdığı şəxs “mən sənə şəkil göndərsəm, sən də mənə şəkillərini yollayarsanmı?” soruşub və 13 yaşlı qız buna razılaşıb. Beləliklə, yeniyetmə qız şəkillərini göndərib. Bundan sonra qarşı tərəf qız yox, oğlan olduğunu yazıb və şantaja başlayıb.

Şantaja məruz qalan məktəbli bu barədə ailəsinə məlumat verib. Onlar isə polisə müraciət ediblər. Aparılan əməliyyat tədbirləri ilə yeniyetməni şantaj edənin Şamil Əzizbəyov küçəsində qeydiyyatda olan, faktiki olaraq isə Faiq Yusifov küçəsi ev 37, mənzil 40-da yaşayan 26 yaşlı Namiq Eldar oğlu olduğunu müəyyən edilib. Əməliyyatçılar onu 13 yaşlı qızdan tələb etdiyi 250 manatı almağa gələn zaman tutublar.

Araşdırmalar zamanı məlum olub ki, 26 yaşlı gənc sosial şəbəkələrdə qız adı ilə qeydiyyata düşərək, yeniyetmə qızlarla tanış olub. Onlardan şəkillərini alan Namiq sonradan oğlan olduğunu bildirib və müxtəlif tələblər irəli sürüb.

Namiq Əliyevin mobil telefonuna baxış keçirilərkən, müxtəlif sosial şəbəkələrdə qız adı ilə qeydiyyatdan keçdiyi aşkar edilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Bu maddə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.


Şərhlər: 7
Baxılıb: 1309
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
Demisemde bu internet seytan yuvasindan basqa bir sey deyil.(
25 oktyabr 2016 22:41
# 7
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
duymecik
Bu internet cixardanin görum ne diyim e,milleti temiz pozub,hemde artiq tenbellewme gedir. Bu internet yixan evi hec kim yixmaz
25 oktyabr 2016 12:26
# 6
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
YalniZ-ArZu
kohne,arxivde qalib kiflenmiw xeber.
Bu 13 yawdi qiza demek lazimdirki sen valideynnen icazesiz ne qelet edirsen sosial wbekede,ne yeyirsen ye,tay oglanla yaziwib wekil gondermek ne demekdir?ele valideyn bilirmiw qizinin caninda olan hewiri ona gore qadagan edirmiwde.Bele qizim olsa bogub oldurerem onu oz ellerimle.qiziwmiw ifrite,boyunnan boyuk qeletlet yeyir.
25 oktyabr 2016 00:16
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
serefsizliye baxe balaga usaqdan ozde gor ne qeder pul isdiyire insanlar artiq iyrencleshibe
24 oktyabr 2016 23:26
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
Aynən Türkan♡Türkan Abbasova çox doğru dedin..təsüf ki belədir (((
24 oktyabr 2016 23:21
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
BARBI
O yasda usagin bele sayta girib tuzaga dusmesei hallari cox rastlanir.Ona gore valideynler diqqetli olmalidir
24 oktyabr 2016 23:13
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Turkan Abbasova
Oğlana bax da. Gedib adam kimi işləmir 26 yasi var. Bu sosial şəbəkələr uşaqları pozur. Nə edə bilərik ki. Telefonu uşağa verirsən bu hala düşürlər vermirsən depresiyaya düşürlər hamının var mənim yox. Valideynlerde qalıb avara.
24 oktyabr 2016 22:05
# 1
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz