Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evinizin uğurlu olması üçün... - Vanqadan tövsiyyələr
Evinizin uğurlu olması üçün... - Vanqadan tövsiyyələr
Göndərən: Aydan Salmanlı
Şərhlər: 4
Baxılıb: 1797
Səs ver:
Qadinlar.biz ATV.az-a istinadla məşhur görücü Vanqanın maraqlı məsləhətlərindən bir neçəsini təqdim edir: * Heç bir zaman sınıq ya çartlaq nimçədə ya fincanda çay içməyin. Bunlar insana uğursuzluq gətirir. Çatlaq qab evdə neqativ enerji yaradır. Ona görə də qabda hətta balaca bir çat yaranıbsa belə, mütləq atmaq lazımdır. Bəzən "sevgilimin hədiyyəsidir, ata bilmərəm" düşünüb yenə də sınıq fincanda çay içilir. Bu, sevgilin ilə aranızda problemin artmasına səbəb olacaq. * Evinizə heç vaxt pis adamın və pisliyin gəlməsini istəmirsinizsə, daim yaxşılıqlarla rastlaşasınız deyə, qapının içəri tərəfindən üstünə xaç formasında kəndəlaş (kol bitkisidir) çubuğu bağlayın. * Evdə uğurların bol olması üçün şüşə kasaya su töküb üstünə bu sözləri oxuyub, üfləyin: "Qapımdan girən adamlar mənim köməkçim, dostum olsun. Düşmənlərimə və mənə düşmən olmaq istəyənlərə qapımdan içəri girmək qadağandır. Qapım nə qədər açılarsa, bir o qədər xeyirə açılsın. Qapımdan həmişə içəri xeyir, bərəkət, sülh, yaxşılıq gəlsin. Bədbəxtlik, pis niyyət, pis nəfs məndən uzaq olsun”. Sonra evin kandarından içəriyə bu suyu çiləyin. * Səhər yuxudan ayılanda ayaqları yerə qoymadan əvvəl çəkələklərinizi tapın, sağ ayağı geyinib, sonra sol ayağı geyinin. * Evinizin daim uğurlu olması üçün başqa dövlətlərin dəmir (gümüşü rəngli) pullarını evdə saxlayın. * Həyatınızda yeni, uğurlu xəttin yaranması üçün təzə ay çıxanda evdə mebelin yerini dəyişdirin. Uğur sizi gözləməyə qoymayacaq. * Öz xoşbəxtliyinizi itirmək istəmirsinizsə, heç vaxt son tikənizi, hətta qurumuş olsa belə, saxlamayın. Stolun üstündəki qırıntıları da atmayın. Onları quşlara tökün. * Uğurlarınızdan danışarkən pis gözə, nəfsə gəlməmək üçün 3 dəfə taxtaya tıqqıldadın və 3 dəfə sol çiyninizin üstündən kənara tüpürün. * Uğurun evdən getdiyini hiss edirsinizsə, evinizdəki bütün pəncərələrin kənarına duz səpin. Uğur gələnə kimi silməyin. Duzu yığışdırdıqda, əli duza vurmadan silib, bir paketə yığaraq evdən uzaqda basdırmaq lazımdır. * Sağ ayağınız harasa ilişərsə, xoş olmayan bir şeyə işarədir. Bundan uzaq olmaq üçün ayağı 3 dəfə yerə vurub "mənə gələn bəd hadisə torpağa çök, əl çək məndən” demək lazımdır. Yox əgər sol ayağınız ilişibsə, yaxşı və xoş işin olacağından xəbər verir. * Evdə güzgü sınıbsa, arzu olunmaz hadisə olmasın deyə, üzərinə su səpin yığıb torpaqda basdırın. * Güzgü asılmış otaqda kimsə illərlə xəstə yatıbsa, ya dava-dalaş olubsa, yaxud xoşa gəlməz hadisə baş veribsə, güzgünü kilsə suyu ilə silmək məsləhətdir. * Çöldə əl açıb dilənən insanlara heç vaxt çörək və duz aldığınız pulun qalığından verməyin, yoxsa siz də lüt-üryan qalarsınız. Həmçinin pul qabındakı son qəpiyi heç kimə verməyin. Yoxsa qəpiksiz qalarsınız. * Təzə pul qabı aldıqda ilk olaraq ora bir müddət qızıl əşya qoyun. O zaman əlinizə daim böyük pullar gələcək. Həmçinin nanə yarpağı və darçın da pull qabının dolmasına işarədir. * Pulun sizdən qaçmaması üçün pulu heç vaxt əlinizdə bürmələməyin. Həmçinin pul yığdığınız qabı açıb pulları saymaq məsləhət deyil. * Yığılan pullar çantanızdadırsa, onları hələ xərcləmək fikriniz yoxdursa, çantanı evdə yerə tullamayın. * Xoşa gəlməyən şeylərdən uzaq olmaq üçün bunları edin: Rəngli parça götürün, içinə evdə artıq köhnə qırıntı şeylərini yığın (köhnə düymə, qaşlar, qələm və.s). Bundan əlavə daş, qoza, ağac qırıntısı qabığı yığın, harasa insan olmayan yerə gedin. Yığdıqlarınızı bir palçıq olan yerə yarım metrlik dairə kimi düzün. Həmçinin parçanı və içindəkiləri də bura düzün. Üzərinə torpaq səpin ki, bütün çətinliklər, ağırlıqlar, uğursuzluqlar hamısı torpağın altında qalsın. * Yaxşı iş tapmaq üçün təzə ay çıxanda bir vərəqə hansı işi və hansı məbləği istəyirsinizsə, yazın, sonra bu kağızı xırdalayın, əzilmiş dəfnə yarpağı ilə qarışdırın, tavada, ya metal sinidə, ya da palçıqdan hazırlanmış kasada yandırın. Bütün hamısı yanıb gül olduqdan sonra bir pul götürün, içinə külləri töküb, büküb pul qabında talisman kimi saxlayın. * Əllə stolun üstündən çörək qırıntılarını təmizləməyin. Həmçinin stolu kağızla silməyin. Bu yoxsulluğun əlamətidir. Yığılan çörək qırıntılarını quşlara tökmək məsləhətlidir. * Həmişə uğurlu şeylərlə qarşılaşmaq üçün özünüzlə parabüzən böcəyinin təsvirini, ya onun parça üzərində işlənmiş (muncuqla hörülmüş, saç sancağı və.s) saxlayın. Həmçinin parabüzənin şəkilini işdə çay içdiyiniz fincana vurmaq məsləhətlidir.


Şərhlər: 4
Baxılıb: 1797
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
Qiriq,catlaq qablari evde saxlanmamasini bilirdim,esidmisdim.
24 oktyabr 2016 23:20
# 4
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
NURANE
hmm maraqlidi bele seylere inaniram
24 oktyabr 2016 10:59
# 3
zalimin zulmu varsa seveninde Allahi var
vipbetul
bele seylere inanmiram
24 oktyabr 2016 09:28
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Vanqa ongorucudur.Heyat hekayresini oxumusam.Her seyi goren insan olub
24 oktyabr 2016 00:33
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz