Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təcili Yardım Bakı küçəsində can verən yaşlı qadına yaxın durmadı - ŞOK VİDEO
Təcili Yardım Bakı küçəsində can verən yaşlı qadına yaxın durmadı - ŞOK VİDEO
Göndərən: Aydan Salmanlı
Şərhlər: 4
Baxılıb: 318
Səs ver:
Bakıda yaşlı qadın küçə ortasında ölümcül vəziyyətdə tapılıb.

Bu barədə Teymur Həsənov adlı şəxs sosial şəbəkədə məlumat yayıb. Vətəndaş bildirib ki, yaşlı qadını Xaçmazdan Bakıya göndəriblər, amma onun yaxınlarını tapmaq mümkün deyil:

"20 yanvarda bir sürücü məndən xahiş etdi ki, bu yaşlı qadını Logman Klinikasına apar (özü şəhəri tanımırdı). Razılaşdım. Bu qoca nənəni bir təhər maşınıma mindirdik. Ehtiyat üçün sürücünün nömrəsini aldım. Yolda həmin klinikaya zəng etdim. Dedilər ki, bu gün işləmirik. Bu qoca nənəyə deyirəm ki, bəs ora işləmir, sizi hara aparım? Arvad danışa bilmir. Zorla xırıldaya - xırıldaya dedi ki, elə ora apar.

Nənənin telefonunu qurdalıyab bir nömrə tapdım. Zəng etdim. Bir kişi götürüb dedi ki, o arvadı tanımıram. O biri sürücünü yığdım. O da dedi ki, qardaş mən onu tanımıram, sadəcə Xaçmazda maşınıma mindiriblər. Nə isə getdim o klinikanı tapdım. Nənəni qucaqlayıb yerə düşürdüm. Arvad oturdu və başına adamlar toplaşdı.
Sənədlərinin arasından nömrə götürüb hansı xəstəxanada yatıbsa, ora zəng etdik. Dedilər o arvad hal-hazırda xərçəng xəstəliyindən xəstəxanada yatır.

Sonra 103-ə zəng elədim və 20 dəqiqə sonra gəlib çıxdılar. Amma nə xeyri? Həkim arvada yaxın durmadı. Sonra kimləsə danışdı və gəlib arvada dedi ki, davay az dur gedək. Arvada heç ilk tibbi yardım belə göstərmədilər. Axırda yaşlı qocanı qucağımıza alıb özümüz maşına mindirdik. Nənə ölməsə də, bizim həkimlər onun axırına çıxacaqlar".

///baku.ws





Şərhlər: 4
Baxılıb: 318
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
Heqiqeten cox pis bir vaxta,zemaneye gelib catmisiq. Kasiblara yer yoxdu artiq bu dunyada -bu dovurde yasiyiriq artiq.
21 oktyabr 2016 23:22
# 4
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
vipbetul
cox pis zamanedi pulun olmadi hec kim sene baxmir

cox pis zamanedi pulun olmadi hec kim sene baxmir
21 oktyabr 2016 20:33
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Insanlar niye bu qeder qeddarlasib.Bir birine komek etmek bele istemirler.Allah axirini xeyirli elesin
21 oktyabr 2016 17:30
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
GUNAY---
yaziq qadin Allah komek olsun
21 oktyabr 2016 17:02
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz