Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
ŞOK! Öz kabinetində qətlə yetirilən nazirimiz – ARAŞDIRMA
ŞOK! Öz kabinetində qətlə yetirilən nazirimiz – ARAŞDIRMA
Göndərən: Nigar
Şərhlər: 2
Baxılıb: 17733
Səs ver:
“Biz dünyanın ən gözəl insanını sizə veririk, təhlükəsizlik komitəsində hamı onu “Appolon B” adlandırır, onu qoruyun”.
Bunu Azərbaycan Respublikası Daxili İşlər naziri işləmiş general-leytenant Arif Heydərovun xanımına, onların toyunda təhlükəsizlik komitəsinin əməkdaşı demişdi.
Ancaq təəssüf ki, onu heç kim qoruya bilmədi, elə təhlükəsizlik komitəsinin əməkdaşları da. KQB-nin “Apollon B”, türk əks-kəşfiyyatının “Qaraqaş” adlandırdığı Arif Heydərov öz otağında sui-qəsd qurbanı oldu.
Konsul, deputat, nazir işləymiş kəşfiyyatçı
1970-1978-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər naziri işləmiş general-leytenant Arif Heydərovdan 1926-cı ilin 28 iyununda Ağdaş şəhərində dünyaya gəlib. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Əmək fəaliyyətinə 1942-ci ildə başlayıb, Əzizbəyov neft trestində çilingər işləyib. 1943-cü ildə Moskvaya xüsusi təhsil məktəbinə oxumağa göndərilib. 1944-1945-ci illərdə İkinci Dünya müharibəsinin iştirakçısı olub, Berlinə hücum əməliyyatında iştirak edib. 1945-1947-ci illərdə Polşada və Almaniyada müttəfiqlərin qoşunlarının heyətində xidmət keçib. 1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib və uzun müddət Almaniya Demokratik Respublikasında və Türkiyədə daimi işdə çalışıb. 1967-1970-ci illərdə Türkiyədə konsul, 1970-1978-ci illərdə Azərbaycan SSR Daxili İşlər Naziri işləyib. Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Alman, ingilis, türk, fars dillərini bilirdi. SSRİ-nin Qırmızı Bayraq, “Şərəf nişanı” ordenləri və bir çox sovet və xarici ölkə medalları ilə təltif olunmuşdu.
Arif Heydərov 1978-ci il 29 iyunda iş yerində qətlə yetirilib.
Adına Bakıda tanker, küçə, hospital və məktəb var
Vladimir Jirinovskinin xilaskarı
Arif Heydərovun qətlinin təfərrüatlarına keçməmişdən qabaq bir maraqlı hadisəni yada salaq. Arif Heydərov vaxtilə hazırda Rusiya Liberal Demokrat Partiyasının lideri olan və həmişə qalmaqallı açıqlamaları ilə güdəmə gələn Vladimir Jirinovskini həbsdən azad etdirib. Məlumatlara görə, Jirinovski bir zamanlar Türkiyədə, Əlağa qəsəbəsində tərcüməçi işləyib. O dövrdə türk gəncləri arasında kommunist təbliğatı apardığına, işçilərə Leninin şəkli olan döş nişanları payladığı üçün həbs edilib. Onu həbsdən isə dediyimiz o vaxt Türkiyədə konsul işləyən Arif Heydərov azad etdirir. İkinci Dünya Müharibəsindən əvvəl pisləşməyə başlayan SSRİ-Türkiyə münasibətləri 60-cı illərin ortalarından etibarən yavaş-yavaş düzəlməyə başlamışdı. A.Heydərovun şəxsi bacarığı sayəsində Jirinovskinin həbsxanadan qurtarılıb səs-küyə səbəb olmadan ölkəyə göndərilməsi inkişaf mərhələsinə qədəm qoyan SSRİ-Türkiyə münasibətlərinə kölgə düşməsinə imkan verməmişdi.
Psixopat kapitanın müəmmalı cinayəti
İndi isə Arif Heydərovun qətlə yetirilməsinin təfərrüatları ilə tanış olaq.
Arif Heydərovun qətlə yetirilməsilə bağlı keçmiş DTK sədri Vaqif Hüseynov “Bir ömürdən də çox” kitabında yazır ki, atəş açan şəxs Şuşa həbsxanasının milis kapitanı Ziya Muradov olub: “Kabinetə keçməzdən əvvəl DİN veteranı, nazir köməkçisi, polkovnik Səfixanovu qətlə yetirib. Müavinləri və respublikanın Ali Məhkəmə sədri ilə işgüzar müşavirə keçirən A.Heydərov kapitanın ikinci qurbanı olub. Arif Heydərovla birgə kabinetdə olan müavini, general, Sovet İttifaqı Qəhrəmanı Səlahəddin Kazımov isə üçüncü qurban olub.
Vaqif Hüseynov qeyd edir ki, Ziya Muradov Qurbanov soyadlı generalı, Böyük Vətən müharibəsi veteranı, Sovet İttifaqı Qəhrəmanını isə ölümcül yaralayıb: “Təcrübəli hüquqşünaslar, kriminalistlər əməliyat işçilərindən ibarət təhqiqat briqadası təcili qaydada Bakıya gəliblər. Baş katibə baş vermiş hadisə ilə bağlı məlumat verilib. Muradov, ola bilsin ki, psixopatdır. Lakin siyasi kontekst açıq-aşkar görünür: respublika Leonid İliçin səfərinə hazırlaşır. Görəsən, hadisənin bununla bir bağlığı varmı?”
Qatil sonda özünə də atəş açaraq intihar edib.
Xətm olunmuş cinayət işi
Arif Heydərovun qətlə yetirilməsi təbii ki, çox böyük hay-küyə səbəb olur. Xarici radiostansiyalar hadisəni diqqətdə saxlayır, mütəmadi olaraq məlumat yayırmışlar. Şəhərdə də ancaq Muradovun açdığı atəşlərdən danışırlarmış. Vaqif Hüseynov yazır ki, qatil əsgəri xidmətdə yaxşı nişançı kimi fərqlənibmiş.
Qətl günü nazirliyin idarəsindən kağız parçası tapılmışdı. Kağızda belə yazılmışdı: “Nazir müavini S.Hüseynova, kadrlar şöbəsinin rəisi polkovnik Ş. Məmmədquluyevə, kadrlar üzrə inspektor F. Əfəndiyevə: siz rüşvətxor, süründürməçiləri də ölüm gözləyir”.
Qətldən on bir il sonra isə “Kommunist” qəzeti yazırdı:
“Hadisələrin bu cür inkişafı nazir müavininin havadarlarının uzaqgörənliklə hazırladıqları planları – ilk növbədə onu yaxın gələcəkdə daha yaxşı vəzifəyə irəli çəkmək planlarını poza bilərdi. Buna isə yol vermək olmazdı. Söz-söhbətin yatması, emosiyaların soyuması üçün vaxtı uzatmaq lazım idi. Belə də etdilər. Doğrudur, cinayət işi 1979-cu ilin iyununda təzədən prokurorluğa qaytarıldı. Lakin çox keçmədi ki, işi Moskva tələb etdi və noyabrın axırlarında qatil Z. Muradov öldüyünə görə xətm olundu”.
Heydər Əliyevin yaxın dostuA.Heydərovun oğlu Elbrus Şahmarın hazırladığı “General Arif Heydərov” adlı xatirələr toplusunda atası haqqında maraqlı şeylər danışıb: “Atamızın dostluq etdiyi adamlardan biri də o vaxtlar Türkiyədə SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olmuş A.A.Smirnov idi. Sonradan Andrey Andreyeviç SSRİ Xarici İşlər nazirinin kadrlar üzrə müavini olarkən onu Cənub-Şərqi Asiya ölkələrindən birinə, səhv etmiriksə, Banqladeşə səfir təyin etmək istəmişdi. Əgər o, bu təklifə razılıq versəydi, SSRİ-nin tarixində ilk azərbaycanlı səfir olacaqdı. Bu həmin vaxt idi ki, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev də onu Daxili İşlər naziri vəzifəsinə təyin etmək istəyirdi. O isə iki təklif arasında qalmışdı. Açığı anamız da Smirnovun təklifinə tərəfdar idi. Lakin A.Heydərov lap onu Fransaya səfir təyin etsələr də, həmin dövləti qəbul etməyəcək, Heydər Əliyevin təklifinə razılıq verəcəkdi. Çünki Heydər Əliyev həm respublikanın rəhbəri, həm də onun yaxın dostu idi.
Elə həmin kitabda Heydər Əliyevin Arif Heydərov haqqında fikirləri də yer alır : “Arif Heydərov o vaxt Türkiyədə idi. Ümumiyyətlə, o, dövlət təhlükəsizliyi orqanlarında işləyərkən çox vaxt kəşfiyyat sahəsində çalışırdı. Bundan əvvəl də xarici ölkələrdə işləmişdi və o vaxt Türkiyədə idi. Mən onu Türkiyədən dəvət etdim və ona Daxili İşlər naziri vəzifəsini təklif etdim. Doğrudur, o bu işə o qədər də həvəslə girişmədi. Çünki, bilirdi ki, bir tərəfdən bu, çətin, ağır işdir, digər tərəfdən də o, xaricdəki işindən ayrılmaq istəmirdi. Ancaq o, hiss edəndə ki, mənə burada kömək lazımdır və bu sahə çox mühüm sahədir, söhbət ayrı-ayrı adamların vəzifəsindən yox, ümumxalq prinsiplərindən, mənafeyindən gedir, bu vəzifəni öz üzərinə götürməyə razı oldu. Ondan sonra da həyatının son dəqiqəsinə qədər bu vəzifədə sədaqətlə xidmət etdi”
Generalın bayraq sevgisi
“General Arif Heydərov” adlı xatirələr toplusunda onun həyat yoldaşı Ədilə xanım Heydərovanın da xatirələri yer alıb: “O əsl vətənpərvər idi. Türkiyə səfirliyində 3 il konsulluq şöbəsinin rəisi işləyən zamanlarda olub bu əhvalat. 28 apreldi, SSRİ-nin Türkiyədəki səfirliyi üzərində SSRİ bayrağı ilə yanaşı o vaxtadək heç kimin görmədiyi bir bayraq da dalğalanır, Xarici İşlər Nazirliyindən, müxtəlif qurumlardan zənglər gəlir, o nə bayraqdır elə? Arif Heydərov cavab verir: – Bu gün mənim Azərbaycanımın respublika elan edildiyi gündür, o şərəfə qaldırılıb bu bayraq. Məsələ düz SSRİ xarici işlər naziri Smirnova qədər böyüyür. “Arifə olar”-deyir. Türkiyədə bu olay yaddaşlarda qalır, növbəti il xeyli insan zəng edib səfirlikdə işləyən azərbaycanlıları təbrik edirdilər, bizi qonaq dəvət edirdilər”.

ŞOK! Öz kabinetində qətlə yetirilən nazirimiz – ARAŞDIRMA


Şərhlər: 2
Baxılıb: 17733
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah rehmet etsin bele insanlar az olur ona gorede qetle yetirilir doqru insandi pislerse helede yashiyir
13 oktyabr 2016 12:00
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
hazal♡
Allah rehmet elesin...mekani cenet olsun.
12 oktyabr 2016 22:51
# 1
Sevmək asan oldugu kimi, unudmagda asan olur zamanla...O:-)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz