Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda 219 bina söküləcək: 11 min sakin köçürülür
Bakıda 219 bina söküləcək: 11 min sakin köçürülür
Göndərən: Nigar
Şərhlər: 4
Baxılıb: 1473
Səs ver:
Bakıda 11 min sakinin yaşadığı 219 bina söküləcək

Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtdakı istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsünə başlanılıb. Sözügedən qərar çərçivəsində Nərimanov rayonunda 219 qəzalı bina söküləcək, yerində çoxmərtəbəli binalar ucaldılacaq.

Day.Az xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov virtualaz.org saytına görüləcək işlərlə bağlı geniş açıqlama verib.

Nərimanov rayonu ərazisində söküləcək evlərin sakinləri ilə görüş keçirilir, əhali məlumatlandırılır. Layihə çərçivəsində ilk olaraq Qarabağ küçəsi, 47 ünvanındakı mənzillərin sökülməsi nəzərdə tutulub.

H.Cəfərov deyib ki, sözügedən layihə qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədini daşıyır.

"Nazirlər Kabinetinin qərarında şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan evlərin sökülməsi, bu evlərdə yaşayan sakinlərin yaşadıqları ərazidə tikiləcək yeni binalarda evlə təmin edilməsi nəzərdə tutulub. Yaxın günlərdə Qarabağ küçəsi, 47 ünvanındakı mənzillərin sökülməsi nəzərdə tutulub. Artıq sakinlərlə görüş keçirilib, əksəriyyəti ilə müqavilə imzalanıb", - H.Cəfərov qeyd edib.

Şöbə müdirinin sözlərinə görə, Qarabağ küçəsindəki mənzillərin əksəriyyətinin ümumi sahəsi 18-20 kvadratmetrdir. Köhnə mənzillərin əvəzinə veriləcək mənzillərin sahəsi isə artıq olacaq:

"Qərarda göstərilir ki, yeni mənzillərin ümumi sahəsi köhnə mənzillərin ümumi sahəsindən 15-20 faiz artıq olacaq. Məsələn, 18 kvadratmetrlik mənzilin əvəzinə, 22 kvadratmertlik sahəsi olan mənzil verilməlidir. Amma yeni tikilidə belə mənzillər yoxdur. Buna görə də, indiyədək 18-20 kvadratmetrlik sahəsi olan mənzillərdə yaşayanlara 40-45 kvadratmetrlik sahəsi olan mənzillər veriləcək. Üstəlik, yeni mənzillər tam təmirli olacaq. Sakinlərin kirayə mənzillərə, bina tikiləndən sonra isə yeni mənzillərə köçürülməsi də şirkətin hesabına həyata keçiriləcək".

Şöbə müdiri deyir ki, binaların tikintisi 1 il 8 aya yekunlaşacaq. Bina tikilənə qədər isə sakinlərə hər ay kirayə haqqı ödəniləcək.

"Söküləcək mənzillərin yerində tikiləcək binalar 1 il 8 aya hazır olacaq. Bu müddətdə isə sakinlər kirayə evlərə köçəcəklər. Kirayə haqqı hesablanarkən bazar qiymətləri nəzərə alınıb. Birotaqlı mənzildə yaşayanlara 300, ikiotaqlı mənzili olanlara 400, üçotaqlı mənzildə yaşayanlara isə ayda 500 manat kirayə haqqı veriləcək. Sakinlər 1 il 8 aydan sonra tam təmirli mənzilə köçə biləcəklər", - H.Cəfərov əlavə edib.

Sakinlərin söküləcək mənzillərin əvəzində konpensasiya tələb etmələrinə gəlincə, Hüseynov mənzilin əvəzində yalnız yeni mənzil veriləcəyini söylədi.

"Layihədə konpensasiya nəzərdə tutulmayıb. Mənzilin yerində mənzil tikilir və köhnə mənzildəki otaq sayına görə yeni mənzil verilir. Hər il qış aylarında qəzalı mənzillərin sakinləri tərəfindən çoxsaylı şikayətlər daxil olurdu. Bu evlərdə dam örtüyü sıradan çıxıb, tavan, döşəmə qəzalı vəziyyətə düşüb. Hətta məhəllələrdə yerimək mümkün deyil. Nazirlər Kabineti də şikayət və müraciətləri nəzərə alaraq, mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə belə bir qərar verib. Sakinlər təmirli evə köçürüləcək və bundan çox xoşbəxtdirlər".

Yeni binaların tikintisi zamanı əhalinin sıxlığı nəzərə alınıb. "Layihədə 13-16 mərtəbəli binaların tikintisi nəzərdə tutulub. Binaların həyətində uşaq meydançaları, yaşıllıqlar salınacaq. Bundan əlavə, binaların həyəti geniş olacaq və həmin ərazilər göz oxşayacaq", - şöbə müdiri əlavə edib.

Paytaxt ərazisində qəzalı evlərin sökülərək yerində binaların tikilməsi həm də yeni iş yerlərinin açılması, tikinti sektorunun canlanmasına səbəb olacaq.


Şərhlər: 4
Baxılıb: 1473
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
yeyqin praspektdeki binalari sokub onlarin yerine navastroykalai tikegeylerde
13 oktyabr 2016 11:06
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Roza
Sitat: YalniZ-ArZu
Bax ele gozlerine girsin sokdukleri evler.Camaati qoyurlar colde,dilenci payi pul verirler.Kvadratina verilen pula Bakida evde almaq olmur.Haram xowunuz olsun sokub yerinde duwuk menasiz parklar tikirsiz,hansindaki yayin cirhacirinda fevvareler iwlemir,istiden gezmek olmur,cunki hundur agaclari kesib yerine diqqili kollar ekirler.Bizim qohum vardi onlara kocun dediler,seheri evlerinin iwigin qazin,suyun kesdiler,korpe uwaqla qaldilar kucede,cixilmaz veziyyetde.Ermeni bele bunlarin hereketin elemez,camaatin bawina oyun acirlar.Nerimanov rayonunda bu yaxinlarda camaat etiraz aksiyasida kecirdi,cunki cuzi miqdarda pul verirler kvadratina.Bezilerine kvadratina gore 650 man,dilenci payi.Get ay kasib gor o pula nece ev almaq olar.
Bezileride ele sevinirlerki,ele bil bu olkede yawamirlar.

Baci sizinle raziyam, yalandan efirlerde daniwmaqa yaxwidilar ki bir dene kasib yoxdu hami yaxwidir. Amma gedirsen baxirsan hami kasibdir acindan ölur. 2,3 dene adami yaxwi yawadilar i fso. Allah belalarini versin. Ne yaxwi ki Azerbaycanda yawamiram. 3 ay orda qaldim dedim birde bura qayitmaram. Ne qanun var ne qayda yiyesizdir Azerbaycan!!
12 oktyabr 2016 17:23
# 3
....
YalniZ-ArZu
Bax ele gozlerine girsin sokdukleri evler.Camaati qoyurlar colde,dilenci payi pul verirler.Kvadratina verilen pula Bakida evde almaq olmur.Haram xowunuz olsun sokub yerinde duwuk menasiz parklar tikirsiz,hansindaki yayin cirhacirinda fevvareler iwlemir,istiden gezmek olmur,cunki hundur agaclari kesib yerine diqqili kollar ekirler.Bizim qohum vardi onlara kocun dediler,seheri evlerinin iwigin qazin,suyun kesdiler,korpe uwaqla qaldilar kucede,cixilmaz veziyyetde.Ermeni bele bunlarin hereketin elemez,camaatin bawina oyun acirlar.Nerimanov rayonunda bu yaxinlarda camaat etiraz aksiyasida kecirdi,cunki cuzi miqdarda pul verirler kvadratina.Bezilerine kvadratina gore 650 man,dilenci payi.Get ay kasib gor o pula nece ev almaq olar.
Bezileride ele sevinirlerki,ele bil bu olkede yawamirlar.
12 oktyabr 2016 14:06
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
BARBI
Esas odurki sakinler kocurulecek.Hec kes evsiz qalmayacaq
12 oktyabr 2016 12:24
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz