Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Samiraldonun suçu nə? - Samiraldo Kamilə səhv müalicə yazıb?
Samiraldonun suçu nə? -  Samiraldo Kamilə səhv müalicə yazıb?
Göndərən: Aydan Salmanlı
Şərhlər: 3
Baxılıb: 760
Səs ver:
İşə gəlib kompüteri açan kimi birinci işimiz saytlara göz atıb olub-bitəndən xəbər tutmaq olur. Deyirsən görək güllü-çiçəkli vətənimizdə nələr baş verir, nələr olur? Deyirsən bəlkə nəsə dəyişib, deyirsən bəlkə nəsə bir hənirti var...
Amma görürsən yox, həmən-həməndi - köhnə hamam, köhnə tas!
Məsələn, Kamil adlı idmançı oğlan homoseksual stilist Samiraldonu məclisdən qovub ki, bura sənin yerin deyil, burada kişilər oturur.

Samiraldo Kamilin haqqını yeyib?

Yox.

Samiraldo Kamilə səhv müalicə yazıb?

Yox.

Samiraldo Kamlin övladına dərs keçməyib, onu savadsız şagird kimi yetişdirib?

Yox.

Samiraldo dini bayraq eləyib, adamların beynini yuyub Suriyaya göndərib?

Yox.

Samiraldonun hardasa, hansısa işdəsə saxtakarlıq etdiyini görüblər?

Əşi yenə də yox!

Tapdım! Bəlkə Samiraldo illərlə AFFA-dan ayda 94 min avro pul qoparıb, futbolçularımıza heç nə öyrətmədən aradan çıxan Berti Foqtsdur?
Yoxsa uşaq evlərindəki qızları fahişəliyə də Samiraldo cəlb edir?
Yox, yox, yox, bir daha yox!

Samiraldonun yeganə günahı odur ki, gecələr öz evində, yatağa qarşı cinslə yox, öz həmcinsi ilə girir. Yəni bunun ümumdaxili məhsula, kənd təsərrüfatının inkişafına, yaxud geriləməsinə, abituriyentlərin ana dilində iki alıb-almamasına, bazardakı satıcıların bizi tərəzidə aldatmasına uzaqdan-yaxından və yaxından-uzaqdan heç bir dəxli yoxdur.

Bəs bu aqressiya nədəndir? Niyədir, nə səbəbədir?
Niyə insanların şəxsi həyatına, şəxsi seçimlərinə görə onlara bu qədər aqressivik?
Deyim niyə.

Anlamaq istəmirik ki, bizə verilən ömür başqalarının həyatını irdələməyə, başqalarının alt paltarının içində eşələnməyə verilməyib.
Bu dünyaya bir dəfə gələsən, onda da Remarkı tanımayasan, Fellinidən, nə bilim, Nazim Hikmətdən xəbərin olmaya, gedib heç kimə zərəri dəyməyən istedadlı, öz qazancı ilə dolanan qabiliyyətli bir insanın üstünə hücuma keçəsən. Özü də bu adamın gücsüz, zəif, sənə heç bir şəkildə cavab verə bilməyəcəyini bildiyin təqdirdə.

Yaraşarmı? Bir idmançı bunu özünə yaraşdıra bilərmi? Məncə, yaraşdırmamaldır.
Samiraldo öz sahəsində yetərincə uğur qazanmış, insanlara sevgi və sayğıyla yanaşan bir insandır. Hər halda mən belə müşahidə etmişəm. Belə bir adamı gözümçıxdıya salmaqla, alçaltmaqla nə əldə bilərik, günahdan başqa.

Homoseksuallıq heç bir halda bir insanın nalayiq sözlərlə təhqir olunmasına səbəb ola bilməz. Bu dünyada insan ləyaqətindən dəyərli heç nə yoxdur. Bütün böyük əsərlər məhz insanın mənəviyyatı hesabına, məhz insanın mənəvi aləmini gücləndirmək üçün yazılıb. Yazılıb ki, hansısa qoluzorlu idmançı onları oxuyandan sonra körpələr evində böyüyən, orada başına min bir zülm gələn bir insanı təhqir etməyin yaxşı olmadığını dərk eləsin.

Amma gərək əvvəlcə o idmançı o kitabları oxusun. Biz nə deyirik ki? Oxusun də, oxusun. Biz deyirik oxumasın?
Nə isə. Hər şey yaxşı olacaq. Yoxsa mən də yavaş-yavaş dəli oluram, hə?


Şərhlər: 3
Baxılıb: 760
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
son bahar
off sevmiremde bu tipsizi anlasilmaz tipi var neyinin ne oldugu belli deyil tipsiz.......
11 oktyabr 2016 02:01
# 3
...
Ekizlerin mamasi
Hec cure bu yaziyla razi deyilem.bunu yazanin agli ozundedi?mende sual verirem.
Dediylerinizi asilamir ancaq innanda pis seyler asilayir.gelecek nesiller boyuyur ve men her gun bu ,buna benzer xeberle qarsilasiram mene xos olamsada .bes evimkzde korpelerimiz boyuyr,seher belelerine baxibda bize verdikleri sualin qarsisinda ne cvb vereceyik.bu internet portallari neyi asilamaga calisir uje anlaya bilmirem.niyebele seviyyesiz xeberlerin yerine intelektual oyunlar,testler verikmir?bes siz neyi asilamaga calisirsiz?homoseksualligi?ya ney?cvb verin,besdirinde.bezmiseme evvel yene arada biriydi bele xeberler.bunun videolari.axir vaxtlar gozumuze girire.bu gedisle balalarimiza yazigim gelir beynini indiden bele seviyesiz,exlaqsiLarin davranisiyla pozursuz
10 oktyabr 2016 23:12
# 2
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
vipbetul
samiraldonun sucu ozunu reklam etmesidir abirsizca exlaqsizca
10 oktyabr 2016 23:08
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz