Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evi cadudan təmizləməyin yolları
Evi cadudan təmizləməyin yolları
Göndərən: Aydan Salmanlı
Şərhlər: 8
Baxılıb: 4893
Səs ver:
Mübahisə, ölüm, xəstəlik və s. bu kimi hallar evdə neqativ enerji yaradır. Neqativ enerjini, cadu-tilsim sayəsində evdə yaranmış xoşagəlməz auranı aradan qaldırmağın müxtəlif yolları var.
Publika.az evi mənfi enerjidən təmizləməyin bir neçə yolunu təqdim edir:
Təmizlik
Dağınıqlıq və çirk, mənfi enerjiləri evə cəlb edir. Evi təmizləməklə avtomatik olaraq mənfi enerjini də aradan qaldırırsınız. Mütəmadi olaraq hamam və mətbəx də daxil olmaqla, bütün otaqların künc-bucaqlarını yaxşıca təmizləyin. Mətbəxdə heç vaxt, xüsusilə gecələr çirkli qab saxlamayın. Əşyaları həmişə aid olduqları yerə qoyun. Ehtiyacınız olmayan köhnə əşyaları atın.
Evdeki negatif enerjiden kurtulmanın yolları

Büxur yandırmaq
Büxur evi mənfi enerjidən təmizləməyin ən qədim üsullarından biridir. Yandırmaq üçün ən çox istifadə edilən bitki isə ada çayıdır. Ada çayını yandırdıqda ətrafa neqativ ionlar göndərir, bu da mənfi enerjini neytrallaşdırır.
Neqativ ionlar evdə əmin-amanlıq yaradır. Ada çayının eyni zamanda sakitləşdirici təsiri də var. O, sinirləri sakitləşdirib zehni gücləndirir. Ada çayına alternativ kimi lavanda, şam və ya başqa gözəl ətirli bitkilər də istifadə etmək olar. Evinizi təmizlədikdən sonra bütün qapıları, pəncərələri, siyirmələri və şkafları açın. Bir-birinə bağlanmış quru budaqları yandırıb, tüstünün hər tərəfə yayılması üçün evin içində gəzdirin.
Evdeki negatif enerjiden kurtulmanın yolları

Mebelləri səliqəyə salın
Bəzən mebellərin yerlərini dəyişdirmək də evdəki pis enerjinin azalmasına kömək edir. Mebelləri yerləşdirən zaman otağın mümkün qədər geniş görünməsinə çalışın. Əgər nəticə sizi qane etmirsə, deməli, düzgün yerləşdirməmisiniz. İstifadə etmədiyiniz əşyaları evdə saxlamayın.
Evdeki negatif enerjiden kurtulmanın yolları

Günəş işığı və təmiz hava
Günəş işığı və təmiz hava mənfi enerjini evdən dərhal təmizləyir. Təbiətin güclü enerjisi sizin ən yaxşı xilaskarınız olacaq. Mənfi enerjini yox etmək üçün səhər tezdən yuxudan duran kimi pərdə, pəncərə və qapıları açıb gün işığının və təmiz havanın içəri daxil olmasına icazə verin. Sadəcə, otağınızın və orqanizminizin deyil, paltarlarınızın da günəşə ehtiyacı var. Paltarları mümkün qədər günəş işığında qurudun.
Evdeki negatif enerjiden kurtulmanın yolları

Dəniz duzu
Bir neçə qaşıq dəniz duzunu bir stəkan isti su ilə qarışdırıb duzun əriyib, su ilə həll olmasını gözləyin. Qarışığı sprey şüşəsinə töküb evin müxtəlif guşələrinə sıxın. Otağınıza, xüsusilə şimal-şərq və cənub-qərb tərəfə dəniz duzu səpin. 1 gecə saxladıqdan sonra tozsoranla süpürün.
Evdeki negatif enerjiden kurtulmanın yolları

Alqış sədaları
Alqış sədaları, yüksək səs və titrəyişlər neqativ enerjinin yox edilməsinə yardım edir. Təmiz və yüksək səs evi mənfi enerjidən təmizləməyin ən effektli üsuludur. Göy gurultusu da təbiətin müsbət enerjini yaymasının bir üsuludur. Evinizin müxtəlif guşələrində, rəflərdə, pilləkənlərdə, ağlınıza gələn hər yerdə əl çalın. Zəng, zınqırov və təbil kimi alətlərdən dən istifadə etmək olar.
Evdeki negatif enerjiden kurtulmanın yolları

Efir yağları
Efir yağlarının kəskin ətri mənfi enerjini dərhal məhv edir. Eyni zamanda evdən uzun müddət xoş, təravətli qoxular gələcək. Limon, portağal, lavanda, adaçayı, nanə və qızılgül kimi fərqli efir yağlarından bəhrələnmək olar. Kiçik sprey şüşəsini su ilə doldurun. 15-30 damcı hər hansı efir yağı əlavə edin. Onu evin hər küncünə, xüsusilə pəncərə və qapılara sıxın.
Evdeki negatif enerjiden kurtulmanın yolları

Dibçək bitkiləri
Dibçək bitkiləri də mənfi enerjini aradan qaldırmaqda olduqca təsirlidir. Bambuku, ay otu, adaçayı, hind reyhanı, orxideya, aloe vera, rozmarin, jasmin və s. bitkilər evdə müsbət aura yaradır.
Evdeki negatif enerjiden kurtulmanın yolları

Daşlar
Kristalların yaydığı yüksək vibrasiya mənfi enerjini yox etməyə qadirdir. Onlar ətrafımızdakı insanların səbəb olduğu mənfi duyğu və düşüncələrlə mübarizə aparır. Qara turmalin daşını evin girişinə qoymaqla mənfi enerjinin daxil olmasına mane olursunuz. Ya da onu evin mərkəzinə qoyaraq pis enerjinin evdən çıxmasını təmin edə bilərsiniz.
Pis enerjiyə qalib gələn digər daşlara: çaxmaq daşı, kuvars, qara oniks, ametist, qara obsidian və apaçi göz yaşları, kəhrəba və.s daşları misal çəkmək olar. Daşların öz funksiyasını yaxşı yerinə yetirə bilməsi üçün onları həftədə bir dəfə təmizləmək lazımdır.
Evdeki negatif enerjiden kurtulmanın yolları

Zəfəran
Tibet ənənəsinə görə, mənfi enerjilər zəfəranın kəskin qoxusunu sevmir. Dolayısı ilə zəfəran pis enerjini evdən uzaqlaşdırmağın ən asan yoludur. Günəş doğarkən evinizin girişinə bir miqdar zəfəran səpin. Beləliklə, evinizə müsbət enerjini dəvət edin.


Şərhlər: 8
Baxılıb: 4893
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lili)
Vallah emelimiz duz olandan sonra o evede cin seytan ne gezir temizlikde her gun etdiyimiz isdir pencereleride aciq saxxlamaqi cox sevirem ortulu olanda havam catmir
6 oktyabr 2016 10:21
# 8
Barbaris
Sitat: qanadli melek
Bele seylere inanmaq lazim deyil bos seylerdi
6 oktyabr 2016 09:53
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
YalniZ-ArZu
Duzlu sudur,zeferandir bunlar sacmalik.Temizliyi zaten hamimiz her gun edirik,ozumuz de onda rahat oluruq.Yeqin bezi insanlar bu rahatligi bawqacur yozur.Evde haram (icki,haram pul) olmayanda o evde ruzi bereket de olar.Meselen bizim eve hele icki wuwesi girmeyib.Ele adam var,ozu icmir haramdi deyir,ancaq evden eskik elemir qonaq ucun.Amma bizde ne icilmir,ne de alinmir.Evde auranin gozel olmasi ucun,cin weytanin uzaq olmasi ucun vaxtawiri quran oxunmalidir.Her gun namaz qilinan,dua oxunan evde cin weytan ne gezir.Cini weytani celb eden bizim emellerimizdir,gerek emelimiz duz olsun.
6 oktyabr 2016 09:37
# 6
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
son bahar
Demey olarki bir bu ada cayi yandirmadan savayi yazilan savayi her birinen gundeliy ve yq hefteliy temizliyde isdifade esirem

Demey olarki bir bu ada cayi yandirmadan savayi yazilanin her birinen gundeliy ve ya hefteliy temizlemede isdifade edirem
6 oktyabr 2016 07:04
# 5
...
Onun_Mələyi
Bunların çoxunu edirəm oda evdə təmizlik və aura olsun deyə:) Təmizliyi sevirəm.xüsusi ilə də yez tez evdəki əşyaların yerini dəyişmək insanı enerji verir sanki....bizim bir qohum vardı.Dinə qulluq edən bir qadın idi.mənə demişdi ki "Cin, şeytan kimi nələrinsə evdə olmaqnı istəmirsənsə evdə daima təmizlik yaratmalısan.axşamnan çirkli qab saxlama, lazımsız əşyaları at, səhər tezdən pəncərə və qapnı aç ki günəş içəri doğsun.evdə dualar oxu. ..və daim pozitiv ol. ..gül ,əylən, rəqs et,dərdlərinə qapılma...ağlama. çünki şeytanın sənin ağlamağından xoşu gəlir...mən də elə etdim..və çox da inanıram...insana çox yaxşı enerji və əhval rühuyi verir.təşəkkürlər
5 oktyabr 2016 23:07
# 4
Bir duam var,səndən amin gözləyirdua09123
qanadli melek
Bele seylere inanmaq lazim deyil bos seylerdi
5 oktyabr 2016 21:03
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
inanilasi deyil sadege olaraq evin havasini deyisir bunlar
5 oktyabr 2016 20:53
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Bele seylere inanan deyilem.Evde sadece dua oxumaq evimizi belalardan qoruyar
5 oktyabr 2016 20:45
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz