Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşqədəmin yersiz pafosu…
Xoşqədəmin yersiz pafosu…
Göndərən: Nigar
Şərhlər: 4
Baxılıb: 16466
Səs ver:
Salam, sevgili xalq, uca millət. Yenə mətləbə keçməzdən əvvəl bir balaca özət verəcəm sizə ölkə gündəmindən. Olar ki, işiniz –gücünüz aşıb-daşar izləyə bilməzsiniz son olayları.

Qulağınıza xeyir xəbər, 15 yaşlı qız bacısının əri ilə qoşulub qaçıb, hə, düz bildiniz, hadisə Cəlilabadda baş verib. Oğlanın anası da deyib ki, çox da səs-küy eləməyin, lazım olsa oğlum arvadını da saxlayar, baldızını da. Hə də, dünya dağılmayıb ki, ha yandan baxsan xeyir işdi, təki qan-qada olmasın. Əgər işin axırı, ana deyən kimi bitsə onda gərək bu gəncə “ilin kürəkəni” titulu verilsin.

Bir müddət əvvəl Şamaxıda şagirdini hamilə qoyan müəllim isə nəhayət cəzalandırılıb. Beləki o, 5 il altı ay azadlıqdan məhrum edilib.

Bir də, bu vurhavurda Şəkidə bir nəfəri ayı dişləyib. Xarici mətbuatdan isə ən kədərli xəbər Kardaşyanla bağlıdı. Xanımın 20 karatlıq üzüyünü oğurlayıblar.

Atam həmişə nəvələrinə nağılı qısaldıb danışır. Məsələn: Canavar keçiyə dedi ki, hal qəzyə belə-belə… Mən də onun kimi, iki günlük materialı bacardıqca qısa şəkildə diqqətinizə çatdırıb keçirəm əsas mövzuma - bu yazını yazmaq səbəbimə. Daha doğrusu səbəbkarıma.

Gəlin etiraf edək ki, millət olaraq bir balaca sulugözük. Yəni, ağlamağa meyilliyik. İnsan iztirabları, dərd, vəhşət, qırğın-qiyamət –maraq dairəmizdədir həmişə. Yaxşı hadisəni bircə cümlə ilə deyib keçdiyimiz halda hansısa faciəni günlərlə yadımıza salıb ağlayırıq.

Və Azərbaycan telekanalında bunun fərqində olub, bundan necə lazımdı istifadə edən bir xanım var- Xoşqədəm Hidayətqızı. 2011-ci ildən bəri neçə-neçə adamı ağlada-ağlada xəstə salan Xoşqədəm xanımın dünən efirə gedən verilişindən yayılmış fraqmenti görüb bu haqda yazmaq qərarına gəldim. Düzdü, hadisə ağır idi, ata səkkiz il imiş qızını zəncirləyib bir damda saxlayırmış. Ancaq çayıma düşüb yanıb ölmüş milçək üçün belə ağlamaq iqtidarında olan bəndənizin bu boyda dəhşətli hadisədən dolayı heç tükü də tərpənmədi. Çünki, süjeti təqdim edən Xoşqədəm xanımın pafosu, göz yaşları və yersiz sualları mənim bütün emosiyalarımı məhv elədi. Otağın bir küncünə sığınıb əlini üzünə tutan, qorxudan tir-tir əsən Pərvanəyə mikrafonu uzadıb soruşur, “Qızım, Pərvanə sən burda qalırsan, burda yatırsan?” və cavabsız suallarının qarşılığında hönkür-hönkür ağlayır. Çəkiliş prosesini gözümün qabağına gətirəndə əl-ayağımı buz kəsir. Yumulub yumağa dönmüş qızcığaz, kim bilir nələr çəkib çəkiliş prosesində. Kadrın alınması üçün, Xoşqədəm xanım neçə dəfə o balaca taxta qapını açıb içəri girib.

Hələ ən kritik anlarda, həyat yoldaşı Doğuşu studiyaya dəvət edib ondan məsləhət alması, bəzən məktəbli sevgililər kimi bir-birilərinə efirdə atdıqları replikalar, yaratmağa çalışdığı ideal qadın obrazı, “həqq mənəm, həqq məndədir” ədaları...pafos, pafos, pafos...

Daha çox şouya hesablanmış, insanların hisslərindən, dərdlərindən gündəm yaradan Xoşqədəm xanım gördüyü bunca işlərə rəğmən mənim üçün heç vaxt qəhrəman ola bilməyib. Hətta onun mənim üçün, tarixə qovuşduğu günü və verilişi də xatırlayıram. Ağlamağa bəhanə tapmayıb, verlişin ortasında həyat yoldaşının çətin keçmiş uşaqlığından, kədərli həyatından bəhs edən süjeti efirə verdiyi gün. Hələ belə bir şərh də vermişdi. Doğuşu yaxından tanıyaq. Niyə də, ay xanım? Mən heç yazılarımda Şəhriyar haqqında danışıram?


Şərhlər: 4
Baxılıb: 16466
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lili)
Sitat: YalniZ-ArZu
bu xanim kimdir tanimiram,Xowqedemin veriliwinede baxmiram,yalan deyerem ordaki pafosu gormemiwem,Amma eger sohbet yalanci pafosdan,wiwirtmekden gedirse onda Xowqedemle yanawi Zauru da tenqid etmek lazimdir.Camaatin hissleriyle oynayib ozlerine reytinq yigirlar ele her ikisi,hemde Zaur kiwi xeylagidir,ona vabwe yarawmir bu,et token gorunur kenardan.

meqaleni oxuya oxuya zauruda yazmaq isdeyirdim siz yazmisiz qatiliram yazdiqlariniza
7 oktyabr 2016 14:57
# 4
Onun_Mələyi
Xoşqədəm in verlişinı baxmırdım...anam xəstəsiydi o verlişin....çox kövrəydi özüdə...çox vaxt baxıb ağlayırdı.yazıqı gəlirdi...mən qoymurdum.kanalı çevirirdum....çünki tanımadığımız birinə görə niyə ağlamalıyıq?.insan xəstəliy tapır ona baxanda...amma belə düşünürəm ki xoşqədəm elə pərdə arxası da insanlara köməy edər, Bəlkədə reytinq üçün yox yaxşılıq, insanlarl qovuşdurmaq üçün edib bunları.nə bilməy olar...çox vaxt insanlar göründüyü kimi olmurlar, ona görə dəqiq bir söz diyə bilmərəm. ..Bu sözləri yazan xanımda bəlkədə Xoşqədəm i gözdən salmaq üçün bu belə danışıb. .
5 oktyabr 2016 17:35
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
YalniZ-ArZu
bu xanim kimdir tanimiram,Xowqedemin veriliwinede baxmiram,yalan deyerem ordaki pafosu gormemiwem,Amma eger sohbet yalanci pafosdan,wiwirtmekden gedirse onda Xowqedemle yanawi Zauru da tenqid etmek lazimdir.Camaatin hissleriyle oynayib ozlerine reytinq yigirlar ele her ikisi,hemde Zaur kiwi xeylagidir,ona vabwe yarawmir bu,et token gorunur kenardan.
5 oktyabr 2016 16:59
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
yazilarinda qoruluqda var indi o yaziq qorxu eziyyet kecirmish qizciqaz psixoloji duzlemeden yendien bele travmalar almaq megburyyetinde qair nedi nedi kimse reytinq yiqmalidir
5 oktyabr 2016 15:48
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz