Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bəyi yerdə sürüdülər, qız evi ilə oğlan evi savaşa çıxdılar - VİDEO
Bəyi yerdə sürüdülər, qız evi ilə oğlan evi savaşa çıxdılar - VİDEO
Göndərən: Aydan Salmanlı
Şərhlər: 5
Baxılıb: 1378
Səs ver:
Afrikanın maraqlı toy adətləri eşidənləri təəccübləndirir.

ARB TV-nin "Pəncərə" verilişində Afrikanın qəribə toy adətləri haqda maraqlı süjet yayımlanıb.

Afrika ölkələrində toyların çox fərqli adət-ənənəsi var. Məsələn, Afrikada gəncin razılığı olmadan valideyn qərar qəbul edə bilməz. Mövzu ilə bağlı Bakıda yaşayan nigeriyalı Elvis maraqlı məlumatlar verib.

Elvis öncə elçilikdən söz açıb:

"Nigeriyada elçiliyə dostları ilə birlikdə oğlan özü gedir və qızın ata-anasının qarşısında ağzı üstə yerə uzanır. Bu bir növ yalvarışdır. Ata öz qızını çağırır və bu oğlanı istəyib-istəmədiyini soruşur. Əgər qız razılıq verirsə, vəssalam, izdivac baş tutur. Yox, əgər qız razı deyilsə, məsələ elə ordaca bitir. Çarəsiz kərtənkələ kimi yerdə yapışıb qalan oğlan isə qızın razılığını alana qədər yalvarışı davam etdirir. Bu, onlarda milli adətdir və "yoruba" adlanır".

Elvis bildirir ki, Afrika ölkələrində toya pul yazdırmaq ənənəsi yoxdur. Orada toya gəlib iştirak etmək ən vacib məsələdir. Sənin toya gəlməyin özlüyündə hədiyyə hesab olunur. Kim istəsə özü ilə hədiyyə də gətirə bilər.Toyun axırında bütün qonaqlar yığışır meydana və gətirilən hədiyyələr bir-bir ortaya çıxarılaraq müzakirə olunur.

Nigeriyalı Elvis afrikalı xanımların toy geyimlərindən də danışıb:

"Afrikada əksər xanımlar toya xüsusi baş geyimi ilə gedir. Çalmaya bənzər bu geyim isti materikdə xanımların sevimli geyim aksesuarıdır. Afrikada oğlan evi ilə qız evini təmsil edən gənclərin bənzər geyim dəstləri də diqqət çəkir".

Afrikalı bəy və gəlin əksər toylarda çox sərbəst davranışları ilə seçilirlər. Toy günü başında hədiyyə ilə oynayan xanımlar görsəniz, bilin ki, onlar qız evidir və qızlarının ərə getməsinə ürəkdən sevinirlər.

Bir çox Afrika toyları nə qədər müasir keçsə də, onlar əcdadlarından qalan tarixi adətlərini də toyda nümayiş etdirirlər.

Daha bir diqqət çəkən məqam: Bəzi Afrika ölkələrində toy günü oğlan evi ilə qız evi üz-üzə gəlir. Onlar döyüşçü obrazında bir-birlərinə meydan oxuyurlar. Axırda hamı qaynayıb-qarışır və rəqs edir.

Rəqsdən söz düşmüşkən, bəzi Afrika ölkələrinin rəqsi bizim milli rəqs ritmlərinə bənzəyir. Oxşar zərb texnikası var.

Rəqs mövzusundan danışarkən, Elvisdən öz ölkəsində dəbdə olan müasir bir rəqsi bizə nümayiş etdirməsini istədik. Çəkiliş məkanına öz xanım həmyerlisi ilə gələn Elvis razılıq verdi.


Şərhlər: 5
Baxılıb: 1378
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Belede adet olar.Lazimdiz bir seydir
5 oktyabr 2016 15:23
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
maraqsiz adetlerdir belede adet olar

maraqsiz adetlerdir belede adet olar
5 oktyabr 2016 15:15
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
Xəbər adlarnA fikir verin və elə paylaşın bir zəhmət.fikir vermirsiz? hər kəs bezib sizdədən.
5 oktyabr 2016 15:09
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
YalniZ-ArZu
Maraqli adet eneneleri var.
5 oktyabr 2016 15:08
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Barbaris
Afrika olkesinn xowum gelmir
5 oktyabr 2016 15:02
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz