Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
20 günün gəlini: "Ərim dedi ki, sən mənim bacımsan" – TƏFƏRRÜAT
20 günün gəlini:
Göndərən: Nigar
Şərhlər: 5
Baxılıb: 7201
Səs ver:
Özünü MTN əməkdaşı kimi təqdim edən və vətəndaşları müxtəlif yollarla aldadaraq pullarını mənimsəyən Məlahət Əsgərzadənin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib. M.Əsgərzadənin müdhiş fırldaqları, insanları hansı yollarla aldatması haqda şahidlər və zərərçəkmişlər danışıb.

Qadinlar.biz musavat.com-a istinadən bildirir ki, Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən qadın qışqıraraq ifadə verən zərərçəkmişləri, şahidləri tanımadığını və onların yalandan ifadə verdiklərini deyib.
Həbs edilməmişdən əvvəl avtomobil qəzasına düşən və hərəkət qabiliyyətini itirən Məlahət Əsgərzadə prosesdə zərərçəkmişləri və şahidləri təhqir də edib.

İlk ifadə verən Göyçay rayon sakini Elvin Xəlilov olub. O, parfumeriya mağazasında satıcı işlədiyini və bu zaman Məlahət Əsgərzadəni müştəri kimi tanıdığını deyib.

"Polşa səfriliyinə işə düzəldəcəkdi"

"İşlədiyim mağazaya gəlirdi. Bir neçə dəfə alış-veriş etdi. Deyirdi ki, mənə nə lazım olsa, səndən alacam. Sonra elə oldu ki, bir müddət sonra məni işə düzəldəcəyini dedi"- deyə zərərçəkmiş ifadəsində bildirib.

O, əlavə edib ki, M.Əsgərzadə onu səfirlikdə iş düzəldəcəyini vəd edib: "Polşa səfirliyində işə düzəldə biləcəyini dedi. 500 manat bir verdim. Ümumilikdə 2 min manat verdim. İlk 500 manatı rəhmətlik taksi sürücüsü Ehtiramla göndərmişəm. Aldığı pulun 400 manatını geri qaytarıb".

"Boyunu yerə soxum sənin"

Təqsirləndirilən qadın zərərçəkmişə etiraz edərək onu təhqir etməyə başlayıb: "Səni görüm elə Ehtiramın yanına gedəsən. Mən bu adamı tanımıram. Yalan danışır. Səndən sürücü olar ki? Bunun boyun-buxununa bax. Boyunu yerə soxum sənin".

Hakim məhkəmə prosesini pozduğu üçün zərərçəkmişin zaldan çıxarılmasını istəydib. M.Əsgərzadə zaldan çıxarılıb.

"İnterpolda işlədiyini dedi, oğlumu sürücü götürəcəkdi"

Növbəti zərərçəkmiş şəxs kimi tanınan Zaur İsmayılov ifadə verib. O da oğlunu işə düzəldəcəyi vədi ilə M.Əsgərovaya pul verdiyini dedi.

Zaur İsmayılov təqsirləndirilən qadını əmisi oğlu vasitəsi ilə tanıdığını bildirib: "Əmimoğlu Sahib zəng elədi ki, bir nəfər var, İnterpolda işləyir. Mən də əsgərlikdən gələn oğlumu işə düzəltmək istəyirdim. Dedi ki, İnterpolda işləyən bu qadın özünə şəxsi sürücü axtarır. Qardaşım dediyi üçün inandım. Sonra pul göndərməyimi istədilər. Bank hesabı verdilər. Məhəmməd adında bir nəfər idi. Məlahətin köməkçisi. 950 dolları onun hesabına köçürdüm. Elə həmin gündən bunlar yoxa çıxdı. Pulumuzu da ala bilmədik".

O, bildirib ki, M.Əsəgərzadə onun qohumundan da pul alıb: "Əmimoğlu Sahibdən də 500 manat alıb. Deyib ki, bankdan pul göndəriblər. 2-3 günə gələcək. Götürəndə verəcəm. Sonra 100 manatını qaytardı".

Hakim zərərçəkmişlərdən bu qadının toruna necə düşdüklərini soruşub. Onlar bildirblər ki, M.Əsəgərzadənin MTN formasında olması, rayonlarda vəzifəli şəxslərlə münasibətinin olması onlarda güvən yaradıb. Zərərçəkmişlər onu da əlavə ediblər ki, M.Əsəgərzadə onlara psixoloji olaraq da təsir göstərə bilib.

Növbəti ifadə verən isə Balaqadar Səmədov olub. O, şahid qismində dindirilib.

"Mənə dedi ki, MTN forması tik"

Məlum olub ki, Ucar rayonunda dərzi işləyən B.Səmədov M.Əsəgərzadəyə ləğv edilmiş MTN-in formasını tikibmiş.

Ancaq sonradan həmin forma istifadə edilməyib: "Mən bu qadını tanımırdım. Bir gün müştəri kimi dərziyə gəldi. Yanında iki nəfər də oğlan var idi. Dedi ki, MTN forması tikməlisən. Mən dedim ki, köhnə formanı gətirsinlər, baxım, tikim. Dedilər ki, evdədir. Məni inandırdılar ki, uşaqlar təcili işə düzəlməlidir. Mən də düşündüm ki, cavandırlar, işə düzəlirlər, mən də kömək edim. Parçanı aldım. 130 manata danışdıq. Ölçüləri və formasını mənə izah etdilər. 60 manat da beh verdilər. Paltarı aparandan bir gün sonra gəldilər ki, idarə bu geyimi qəbul etmir. Pulu qaytarmağımı istədilər. Parçanın pulunu- 25 manatı aldım. Çıxıb getdilər.

Bu qadınla gələn oğlanlardan biri mənə zəng edib dedi ki, həmin qadın ona 1500 dollar atıb. İşə düzəldəcəyini deyibmiş. Mən də dedim ki, öz işinizdir. Bir neçə gün sonra bu qadın mənə yenə zəng elədi ki, ona hərbi forma lazımdır. Mən də keçən dəfə olanlara görə imtina etdim".

"MTN-in axtarış şöbəsinin əməkdaşı olduğunu deyirdi"
B.Səmədov Məlahət Əsgərzadə axtarışa verilərkən polis idarəsinə dəvət edildiyini və ifadə verdiyini söyləyib: "Məni Göyçay Rayon Polis İdarəsinə çağırdılar. Hadisə ilə bağlı ifadə verdim. Tikdiyim paltarı da apardım. Necə olmuşdusa, danışdım. O qadın özünü MTN-in axtarış şöbəsinin əməkdaşı kimi təqdim eləmişdi. Polisdən gələndən sonra iki nəfər gəldi dərziyə. İmişlidən gəlmişdilər. Dedilər ki, hərbi forma lazımdır. Fikirləşdim ki, bunlar İmişlidən bura niyə gəlsinlər? Orda dərzi yoxdur? Birdən ağlıma Məlahət gəldi. Həmin uşaqlardan kimin göndərdiyini soruşdum. Dedilər ki, Məlahət deyib. Onlara Məlahətin necə adam olduğunu dedim".

Şahid kimi ifadə verənlərdən biri də zərərçəkmiş kimi tanınan Azər Ağayevin dayısı Fərahim Quliyev olub.

O, bacısı oğlunun Məlahət Əsgərzadəyə külli miqdarda pul verdiyini, lakin geri ala bilmədiyini deyib.

"Dedim ki, MTN-in öz hospitalı var"

Məhkəmədə Məlahət Əsgərzadənin fırıldaqlarının qurbanına çevirilmiş həkim Sərvər Hüseynov da ifadə verib. O, özünü MTN əməkdaşı kimi təqdim edən Məlahət Əsgərzadə tərəfindən hədələndiyini deyib:

"Xəstəxanaya gəlib dedi ki, MTN-in Cinayət Axtarış Şöbəsinin rəisidir. İşçiləri müayinədən keçirməyimi istədi. Formasında 2 ulduz, bir ay var idi. Dedim ki, MTN-in öz hospitalı var. Niyə ora aparmırsınız? Məni hədələdi, dedi ki, "deyəsən başını ağrıtmaq istəyirsən".

Sözün açığı mən də ehtiyat etdim. Gətirdiyi adamları rentgendən keçirdim. Heç birindən 1 qəpik belə almamışam. Yeganə səhvim bu oldu ki, ondan sənəd tələb etmədim. Formada görməyim məni aldatdı. Akif Çovdarovun adamı olduğunu deyirdi", - deyə şahid ifadəsində bildirib.

Hakim qeyd edib ki, hazırda təqsirləndirilən qadın 4 dəfə məhkumluq həyatı yaşayıb.
Məhkəmə prosesi sentyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, Məlahət Əsgərzadə aldadılan şəxslərin şikayətləri əsasında 2015-ci ildə Ucar rayonunda həbs edilib. O, əvvəllər də müxtəlif vaxtlarda dələduzluq əməlləri törədib. 58 yaşlı qadın sonuncu olaraq isə özünü MTN işçisi kimi təqdim edərək bir neçə nəfəri aldadıb. O, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur.


Şərhlər: 5
Baxılıb: 7201
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Efsuw2016
Aten xanim bele seylere dikket edin xeberin adiye ozu basqadi
4 oktyabr 2016 10:27
# 5
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
Gülüş.
Xeberin adiyla ici bir deyol
4 oktyabr 2016 09:05
# 4
İnci
Qadina bax eeee qadin demeyede adamin dili gelmir
4 oktyabr 2016 06:45
# 3
Her gulusun arxasında bır keder vardır
YalniZ-ArZu
Xeberin adi hara,terkibi hara?
Ikincisideki,bu cur mawenniklere aldananlar da agil olsaydi aldanmazdilar.Yemeyenin payin yeyerler:)
4 oktyabr 2016 00:57
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
vipbetul
atanshikliyin deregesine baxe indi negede apasnidiye hesh kime inanmaq olmaz
4 oktyabr 2016 00:33
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz