Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Milyarderin lezbiyan qızı ilə evlənmək üçün alışıb-yanan azərbaycanlıların SİYAHISI
Milyarderin lezbiyan qızı ilə evlənmək üçün alışıb-yanan azərbaycanlıların SİYAHISI
Göndərən: Aydan Salmanlı
Şərhlər: 3
Baxılıb: 16576
Səs ver:
İslam Kərimovun Gülnarə üçün tökdüyü göz yaşlarına, "UAZ”ı "Gallendewagen”ə çevirən ustanın əllərinin qabarına, dolları 3,5 manata qaldıran Mərkəzi Bankın kəramətinə and olsun ki, mən oxucuların nəyi sevib, nəyi sevmədiyinə, onları nəyin güldürdüyünü heç cür tapa bilmirəm.
And olsun, oğlu öldürülən o qadının fəryadına oxucuların nəyə ağlayıb, nəyə fəğan etdiklərini də bilmirəm.

Qarabağ xəbərini bəyənməsə də, oxuyan, sonra da ya bekarçılıqdan, ya da Mark Zukerberqə xoş gəlsin deyə narazılığını bildirmək üçün "lüğətindəki” bütün sözlərdən istifadə etməyə başlayan, Türkmənistan Mərkəzi Bankının qərarına görə, bu xəbəri qələmə alan jurnalisti qınayan , öyrənməkdən çox, öyrətməyi sevən oxucunun uzun və ağıllı "mühazirədən” sonra prezident qızının Ronaldo ilə yataq çılğınlığınadoya-doya baxmasına özündən əvvəl əlamətlərini göndərən ölüm belə söz tapa bilməz.

Ermənilərin Qarabağı qaytarmağa razılaşdığı xəbərinin təkcə başlığını oxuyub, içindən xəbərsiz halda Markın yaratdığı şəraitdən sui-istifadə edənlərin üzdə "Tarixi Nadiri”in hamısını oxuyan kimi danışıb, arxada tez hərəmxanaya baş çəkməsi qədər qəribə nə ola bilər ki?!

Amma qəribə olan hələ qabaqdadır.

... Ərinə xəyanət edəni axtaran , daha sonra Rövşən Lənkəraniskinin yaşadığı xəbərini verən oxuculardan sonra yenə belə bir hadisə ilə qarşılaşdım. (Yalan deyirəmsə, heç "Taxt oyunları” teleserialının yeni versiyasını görməyim , Azərbaycanda yığılacaq "CİP”-i almaq arzuma çatmayım , pulsuz təhsil və ayda 3000 dollar təqaüd almaq istəyirsiniz, oxuyun! xəbərini oxuya bilməyim , lap elə "klaviaturam” korşalsın, bütün hərfləri sınıb tökülsün, bircə N hərfi, E hərfi, Y hərfi, M hərfi, A hərfi və R hərfi qalsın... deyəsən çox danışdım).

Bu dəfə oxucu nə zəng etmişdi, nə də elektron poçta gizli məktub göndərmişdi. Birbaşa qalxıb özü gəlmişdi. Redaksiyanın qarşısında görüşdük. Adı Neymar imiş. (Nə? Deyəsən ölüm həqiqətən də öz əlamətlərini göstərir . Məsləhət gördüm ki, ya mən ölməmişdən qabaq qaçıb getsin, yoxsa qanım üstündə qalacaq, ya da doğru-dürüst danışsın. Biri az idi, bu da ikincisi.. And içdi ki, adı Neymardır. Babası Karib böhranı zamanı sovetlərin yeraltı gəmisində Kuba sahillərinə qədər gedib çıxıb, oradan da macəra olsun deyə, Braziliya cəngəlliklərinə baş çəkib, II Dünya müharibəsinin pasını atmaq üçün cəngəlliklərin qoynunda biri ilə tanış olub. Əlqərəz, babasının cəngəlliklərdə bir oğlu olub, adını Neymar qoyublar. Oğlunun ata deməsini eşitməyə fürsət tapmadan Xruşşov onları geri çağırıb. Neymarın vətənində qoyub gəldiyi oğlunun eşqinə nəvəsinin adını da Neymar qoyub. Hətta onun bir bacısı da olub, onun da adını Neymarə qoyublar.

Azərbaycanlı Neymar qızını ərə getməyə razı salana 180 milyon dollar verməyə hazır olan milyarderi axtarırmış. . Məsələ ondadır ki, honkonqlu milyarder Sesil Çaonun qızı Cicini 10 ildir öz həmcinsli ilə yaşayır. Yəni el dilinə keçmiş beynəlxalq terminologiya ilə desək, lezbiyandır.

Bizim Neymar isə bunu nəzərə almaq niyyətində deyil. Təki, milyarderin kürəkəni olsun. Bizdən də o qızı tapmağımız üçün kömək istəyirmi?
Mən də "o sən, o da internet, gir, tap” dedim. "Markın qapısına” deyib bir az da acıladım. Sonrasını da özünüz anladınız.

Mən də bununla oxucuların bu həftə sərgilədikləri "performansın” səbəbini anladım.

Məlumatsız mənbələrin dediyinə görə, 180 milyon dollar verməyə hazır olan milyarder xəbərini oxuyandan sonra həmin qızla evlənmək istəyənlərin nişanlısından imtina məşhurların siyahısından daha uzun bir siyahısı yaranıb. Siyahı dolandan sonra da çarəsiz qalıb kralın yatağına girmək istəyən minlərlə bakirə qızlara elçi düşənlər də olub. Bir sözlə, eşq vurub təpələrinə, qabaqlarına çıxan xəbərlərin hamısına bir "mız” qoyaraq, klaviaturanın arxasında gizlənib Markın "əsərindən” sui-istifadə etməyə başlayıblar. Hətta o həddə çatıblar ki, prezident qızlarının biznes imperiyasını , prezidentin yəhudi arvadının sirli oyunlarını balaca Kərimovun etiraflarını , atasının yasına gələ bilməyən Gülnarənin cadugərliyini belə unudaraq, ABŞ-ın imtina etmək istədiyi dollara görə jurnalisti qınaq atəşinə tutublar.

Daha anlamayıblar ki, İslam Kərimova belə qalmayan dünyada bir az insaf da yaxşı şeydir. Kərimov demişkən, deyəsən, onun dəfnindən sonra çox şey baş verəcək. Burnuma qorxulu ssenarilərin iyi gəlir. (publika.az)


Şərhlər: 3
Baxılıb: 16576
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
insanlar indi cox cilizlashib pula gore ozlerini ailelerini seref leyaqetlerinide ayaqlar altina serirler
4 oktyabr 2016 00:20
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Allah agil versin.Ne atada agil yox ne de qizi puluna gore isteyende
3 oktyabr 2016 23:51
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
YalniZ-ArZu
Bu yazini kim yazibsa bawdan qrijadi,catiwmir onda.Allah sene wefa versin bala,her eline qelem alan ozune yazici,filosof deyir...gor metbuatimiz kimlerin qelemine mihtac qalib.Bunu paylawanda oxyun sonra paylawin,he sacma sapan weyleri bize sirimayin zehmet olmasa.
3 oktyabr 2016 23:25
# 1
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz