Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Avtomobil markalarının qeyri-adi mənaları - SİYAHI
Avtomobil markalarının qeyri-adi mənaları - SİYAHI
Göndərən: Nigar
Şərhlər: 7
Baxılıb: 337
Səs ver:
Hər gün yollarda milyonlarla avtomobil hərəkət edir. Bəs bu avtomobil markaları hansı mənanı verir? Bizimyol.info maran.az-a istinadən avtomobil markalarının mənalarını təqdim edir:

Mitsubishi: Bu avtomobil adını şirkətin emblemi olan keçmiş yapon döyüşçüləri samurayların gerbindən alır. Mitsu (üç) və BISH (almaz) sözlərinin birləşməsindən əmələ gəlib.

Mercedes-Benz: Avstriyalı iş adamı Emil Jelinec 1897-ci ildə nəqliyyat vasitəsinə qızının adı olan “Mercedes” qoyur və bunun şərəfinə şirkətin qurucuları Gottlieb Daimler və Karl Benz istehsal etdiyi avtomobillərə “Mercedes” adını verməyə davam edirlər.

Mazda: Şirkət adını “Qanadlarını açmış ağ bir qartal” anlamına gələn Zərdüştlərin müdriklik tanrısı “Ahura Mazda”dan alır.

Hyundai: Şirkətin adı Koreya dilində “Çağdaç, müasir” mənasını verər.

SsangYong: Cənubi Koreyalı avtomobil istehsalçısının adı, “Əkiz əjdaha” mənasını verər.

Kia: Koreyanın 2-ci böyük avtomobil firması “Kia”nın adı “Asiyadan doğan” mənasını verir.

Cadillac: 1902-ci ildə qurulan ABŞ markası adını Detroit şəhərini quran 16-cı əsrdə yaşamış Fransız ixtiraçı Antoine de la Mothe Cadillacdan alıb.

Subaru: Yapon avtomobil markası Subaru adını Buğa komanda ulduzunun Yaponiyadakı adından alır.

Pontiac: Məşhur ABŞ markası adını 1700-cü illərdə yaşayan Hindistan Şefi Pontiac Obwandiyagdan alıb.

Dacia: Rumıniyanın ən böyük avtomobil firması Dacia eyni zamanda Rumıniyanın qədim zamanlardakı adıdır.

Jeep: Hərbi məqsədlə istehsal olunan bu avtomobilin adı “Eugene the Jeep” adlı bir heyvandan gəldiyi iddia edilir.

Lexus: Latın dilindən “Qanun” mənasını verən şirkət Toyotanın lüks avtomobil markasıdır.

Škoda: Çex avtomobil firması adını qurucusu Emil von Škodadan alır. Dövrün ən böyük silah istehsalçılarından olan Škoda eyni zamanda çekx dilində “ziyanlı” mənasını verir.

Volkswagen: Alman dilindən tərcümədə “Xalq avtomobili” mənasını verir.

Audi: Audi sözü Latınca “Duydum, eşitdim” mənasını verir.

Aston Martin: İngilis idman avtomobil istehsalçısı Aston Martin adını qurucularından biri olan Lionel Martinin adından alır.

BMW: BMW-nin mənası Bayerische Motor Werk (Bavyera Mühərrik Fabriki)-dir

SAAB: İsveç firamasının açılışı Svenska Aeroplan Aktie Bolaget (İsveç Təyyarə Anonim Şirkəti)-dir və ilk olaraq müdafiə sənayesi şirkəti olaraq qurulub.

Alfa Romeo: 1910 A.L.F.A. (Anonim Lombarda Fabbrica Automobili (Lombardiya Avtomobil Zavodu Şirkəti)) adıyla qurulan şirkət, Nicola Romeroun ortaq olmasıyla Alfa Romeo adını alıb.

FIAT: İtalyan avtomobil firması “Fiat”ın açılışı Fabbrica İtaliana Automobili Torino (Torino İtalyan Avtomobil Zavodu)dur.

Tesla: ABŞ-ın elektrik idman avtomobil istehsalçısı adı üçün məşhur ixtiraçı “Nicola Tesla”dan ilham alıb.

Volvo: İsveçli avtomobil firmasının adının mənası latınca “Dönür” deməkdir.

SEAT: Volkswagenin tabeçiliyində olan ispan avtomobil firmasının açılışı Sociedad Española de Automóviles də Turismo (İspan tur avtomobili şirkəti) mənasını verir.

Nissan: 1934-cü ildə Jidosha-Seizo Co və Nihon Sangyo Co.ltd. şirkətlərinin birləşməsi 2 şirkətin Yaponiyadakı qısaltması ilə Ni-san sözü meydana gəlib. Eyni il şirkət Nissan Jidōsha Kabushiki Gaisha (Nissan Motor Şirkəti) adını albr.

İnfiniti: Nissanın lüks avtomobil markasıdır. Adı İngiliscədəki “ucsuz-bucaqsız” mənasını verən Infinity sözündən gəlir.

Ford: Bu avtomobil adını ixtiraçısı Henry Forddan alır.

Opel: Adını qurucusu Adam Opelin adından götürüb.

Honda: Şirkət adını qurucusu Soichiro Hondadan alır.

Acura: Adını Accurate (doğru) sözünün qədim dillərdə istifadə halından alan şirkət Hondanın lüks avtomobil markasıdır.

Porsche: Şirkət məşhur Volkswagenin “Tısbağa” modelini hazırlayan mühəndis Ferdinand Porschenin oğlu Ferry Porsche tərəfindən qurulub və onun adı ilə bağlıdır.

Jaguar: İngilis lüks avtomobil istehsalçısı adını Cənubi Amerikada yaşayan yırtıcı bir heyvan olan Yaquardan alır.

Suzuki: Adını Qurucusu Michio Suzukidən alıb.

Maserati: İtalyan lüks avtomobil şirkəti Alfieri, Bindo, Carlo, Ettore, Ernesto Maserati qardaşlar tərəfindən 1914-cü ildə İtaliyada qurulub.

Ferrari: İtalyan məşhur lüks avtomobil şirkəti adını qurucusu və məşhur yarışçı Enzo Ferrarinin adından alır.

Lancia: Adını qurucusu Vincenzo Lanciadan alıb.

Bugatti: Lüks avtomobil firması adın Ettore Bugattinin adından götürüb.

Lamborghini: Məşhur yarış avtomobili firması adını qurucusu Ferruccio Lamborghinidən alıb.

Renault: Fransız avtomobil nəhəngi adını qurucuları Louis Renault, Marcel Renault, Fernand Renault qardaşlarının adından alıb.

Peugeot: İlk qəhvə dəyirmanı və velosiped markası olaraq qurulan şirkət adını qurucusu Emill Peugeotdan alıb.

Toyota: Şirkət adını qurucusu Kiichiro Toyodadan alıb.

Chrysler: ABŞ-ın məşhur avtomobil nəhəngi adını qurucusu Walter Chryslerdən alıb.

Dodge: ABŞ-lı avtomobil markası adını Horace və John Dodge qardaşlardan alıb.

Buick: ABŞ-lı avtomobil markası, adını qurucusu David Dunbar Buickin adından götürüb.

Hummer: 2008-ci ildə bağlanan cip növü Hummerin adı “Yüksək hərəkət qabiliyyətli çoxməqsədli vasitə”‘ mənasını verən “Humvee” sözündən götürüb.

Land Rover: İflas edən ingilis Rover şirkətinin adı “Gəzintiçi” mənasını verir.

Smart: Alman kompakt avtomobil markası Smartın İngilis dilindən tərcümədə “ağıllı” mənasını verir.

TATA: Hindistanın ən böyük avtomobil istehsalçısı olan TATA Motors adını qurucusu Ratan Naval Tatadan alıb.

Lotus: İngiltərədə istehsal olunan avtomobili markası adını “Lotus” çiçəyindən alıb.

Proton: Malayziyalı avtomobil istehsalçısının adı “Perusahaan Avtomobil Nasional Berhad”in qısaldılmış formasıdır.

Bentley: İngilis lüks avtomobil istehsalçısı adını qurucusu Walter Owen Bentleydən alıb.

Rolls-Royce: İngilis lüks avtomobil markası adını qurucuları Steven Rolls və Henry Roycenin adından götürüb.

Chevrolet: ABŞ avtomobil markası adını Louis Chevroletin adından alıb.

/maran.az/


Şərhlər: 7
Baxılıb: 337
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fi-Ra
Yoldaşımın sayəsində bütün maşın markalarını bilirəm. O qədər həvəsi var ki, maşına. Hələ öz maşınını alıb gətirəndə deyib "Ata bunu nə vaxt dəyişəcəyik?" Mənə də verib sürməyə. Öz kəndimizdə də, burda da sürmüşəm.
13 oktyabr 2016 13:49
# 7
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Ekizlerin mamasi
Masinlara evvel maragim cox idi,papanin masinin ara sira sururdum indi basim berk qarisigdi.masin yadima dusmur.ama hyunday,bmw,lexus,pradoya aid olanlari oxudum
2 oktyabr 2016 00:21
# 6
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Barbaris
maşin markalarinin adini bilirem hamisinin.. cox hevesim var maşina qiz vaxti papickonuun maşini surudum kendde denizde .. 11
30 sentyabr 2016 15:55
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
maraqli melumat oldu
30 sentyabr 2016 14:07
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Bu markalarin ekseriyyetini ogluwum hele uc yawinda olarken ezber bilirdi.Onun sayesinde men de taniyiram markalari.Markalarin herfi menasi cox maraqli idi.Mersedes,Ford,Lamborgini,BMW...bunlarin adlarinin menweyinnen xeberdar idim.Bilmediklerimi de oyrenmiw oldum.
Lamborgini wirketini,evveller traktorlar istehsal edirmiw.Sonra wirketin sahibinin aglina sedan avtomobil istehsal etmek gelir.Gedir ki,Ferrari wirketinin sahibiyle meslehetlewsin,Ferrarinin rehberi ise bunun ideyasina kinaye ile yanawir ve traktorlar istehsal etmesine davam etmeyi deyir.Belelikle Lambogini muellim prinsipe duwur ve ozune ne yolnan olursa olsun Ferrariye Reqib ola bilecek bir avto istehsal etmeye soz verir.Bu da onda alinir.Suretli avtomabilleriyle wirket bu vaxtadek Ferrarinin en guclu reqiblerindendi.
Insan qarwisina meqsed qoysa cox weye qadirdir,yeter ki istek olsun...birde tebii ki wans.
Maraqli meqaleye gore tewekkurler,Aydan xanim.
30 sentyabr 2016 12:45
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
BARBI
Mende masin markalarini cox yaxsi taniyiram.Hamisini beledem.Demek olarki butun markalarin adlarinin yaranma tarixi haqda melumatim var.
30 sentyabr 2016 12:39
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
30 sentyabr 2016 12:28
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz