Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünya İbrahim Tatlısəsi itirdi - VİDEO
Dünya İbrahim Tatlısəsi itirdi - VİDEO
Göndərən: Aydan Salmanlı
Şərhlər: 12
Baxılıb: 35840
Səs ver:
Məşhur türk müğənni İbrahim Tatlısəsin səhhətindəki problemlərə görə bir daha oxumayacağı barədə az öncə yayılan xəbər onun heyranlarını üzüb.

Axar.az xəbər verir ki, ölkəmizdə də böyük əksəriyyət tərəfindən sevilən İbrahim Tatlısəsin güllələnməsi dünya tarixində silinməz izlər qoyan bir çox cinayət hadisəsinə - Con Lennon, Merlin Manron, Con Kennedi kimi müəmmalı qətllərə - daha birini əlavə etdi.

Cinayət gecəsi - 14 mart 2011

İbrahim Tatlısəs 2011-ci il martın 14-də, gecə saat 00:14-də Bəyaz TV-nin yerləşdiyi binanın həyətindən çıxarkən maşınına silahlı hücum oldu. Olaydan möcüzə nəticəsində qurtula bilən İmperator xəstəxanada ölüm-dirim mübarizəsi apardığı bir vaxtda polis də cinayətkarları tapmaq üçün yollar axtarırdı. Sözsüz ki, cinayətdən sonra qatil qismində ağıla ilk gələn şəxs illər əvvəl müğənnini təhdid etmiş Abdullah Uçmak idi. Türk polisi təhlükəsizlik kamerasına düşmüş görüntüləri izləyərək cinayətin izinə düşdü. Çox keçmədi ki, İbrahim Tatlısəsin köhnə düşməni - Adanalı Apo kimi tanınan Abdullah Uçmak və 20 nəfər həbs edildi.

Cinayətdə PKK izi

Məhkəməni aparan hakim Müəmmər Akkaşın hazırladığı 93 səhifəlik
sənəddə Abdullah Uçmakın həbsdən çıxdıqdan sonra Pendikə gəlməsi, evinin yaxınlığındakı mağazada dəfələrlə telefonla danışması və cinayət planı haqda tez-tez müzakirələr aparması haqda iddialar yer alırdı. Bundan başqa, hakim yekun nəticəni açıqlayarkən İbrahim Tatlısəslə Abdullah Uçmak arasında 1998-ci ildən qalma konflikti də diqqətə çatdırdı.

1998-ci ildə nə olmuşdu?

Abdullah Uçmak İbrahim Tatlısəsə sui-qəsd edəcəyini hələ 1998-ci ildə müsahibəsində demişdi. Elə həmin vaxt İboya sui-qəsd təşkil olunsa da, sənətçi sağ qalmışdı. Uçmak müsahibəsində İbrahim Tatlısəsin onun adamlarını öldürtdürdüyünü və bunun müqabilində onun özünün də qanının töküləcəyini bildirmişdi. Apo həmin müsahibədə "Biz Həsən Boranın məkanında iftara getmişdik. İftara az qalmış güllə səsləri eşitdik. 4 nəfər ətrafı gülləbaran edirdi. Mən də orada yaralandım. İki dostumuz öldü. İbrahim Tatlısəsin bu əməli cavabsız qalmayacaq. Onun qanı axana qədər bu qan davası davam edəcək”, - demişdi... və iddia edilən qan 2011-ci il martın 14-də axdı.

PKK ilə gizli yazışma

İbonun vurulması ilə bağlı başqa bir iddiada PKK-nın adı hallanırdı. Həmin iddiaya görə, PKK Abdullah Uçmaka "Sən onsuz da, İbrahimdən intiqam alacaqsan. Onun ölümü bizim üçün də vacibdir. Ona görə də biz sənə həm istədiyin qədər pul veririk, həm də onu öldürməkdə kömək edirik” deyib. Bundan sonra Abdullah Uçmak və PKK əlbir olaraq Tatlısəsə sui-qəsd təşkil edib.

Ortaya atılan bu iddia əsassız deyildi. Abdullah Uçmağın PKK üzvü Ruşən Mahmudoğluyla əlaqəsi ilə bağlı kifayət qədər dəlillər var idi. Cinayət günü Abdullah Uçmağın iqamətgahında axtarışlar zamanı onun pencəyinin cibindən "rusenmahmutoğlu@hotmail.com” mail ünvanı və Ruşənə aid iki telefon nömrəsi tapılmışdı.

Cinayətdən bir neçə saat sonra polisdən gizlənən Uçmak "rusenmahmutoğlu@hotmail.com” elektron poçt ünvanına "Küncə qısılmışıq. Tezliklə çıxmalıyıq buradan. İşi sona çatdıra bilməyəcəyik” yazmışdı. Bu da cinayətin məhz PKK və Uçmak tərəfindən törədilməsini aydın şəkildə göstərirdi.

İbo xəstəxanada öldürüləcəkdi, ancaq...

İbrahim Tatlısəsə olan hücumdan sonra Abdullah Uçmak yarımçıq qalmış işi bitirmək üçün müğənnini xəstəxanada öldürmək planı qurub, lakin ciddi nəzarət və polisin onların izinə düşməsi onu ölkədən qaçmağa vadar edib.

İbrahim Tatlısəsə atəş açanlardan biri - Ərsin Altun 30 il 1 ay həbs cəzası aldı. Cinayətin təşəbbüskarı kimi Abdullah Uçmak isə 36 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Lakin "Adanalı Apo” məhkəmənin qərarı ilə qəti şəkildə razı deyildi və son çıxışında da bəraət istəmişdi:

"Cinayəti bizim boynumuza qoymaqla hər şeyi ört-basdır etmək istəyirlər. Mənim bu məsələ ilə heç bir əlaqəm yoxdur”.

Qeyd edək ki, hadisədən sonra İbrahim Tatlısəs Almaniya və ABŞ-da əməliyyatlar keçirdi, sağ qaldı, amma... İmperator bir daha heç vaxt oxuya bilməyəcək.



Şərhlər: 12
Baxılıb: 35840
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Onun_Mələyi
Dinləmirəm bunu, amma səsi gözəldir. pis olmuşdum güllənəndə ...Diyəsən çoxdan demişdi, birdaha oxumayacağnıuzulen
29 sentyabr 2016 22:29
# 12
Bir duam var,səndən amin gözləyirdua09123
Helena
Men bawligdan ele bildim rehmete gedib.Allah komeyi olsun
29 sentyabr 2016 19:59
# 11
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
vipbetul
hec beyenmirem kurdur her zamanda onlara destek olur
29 sentyabr 2016 16:06
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
OZUNU BEYENMESEMDE SESININ VURGUNUYAM,SAYSIZ HESABSIZ MAHNILARIN MOHTEWEM IFACISI...COX HEYIF BU CUR SESDEN,BELE SENETKARLAR YUZ ILDE BIR DEFE DOGULAR,YA DOGULMAZ.YEGANE IFACILARDANDIRKI,HELE BIR DEFE DE OLSUN XARIC OXUMAYIB.
BU ARADA OAZERBAYCANINDA BIR GOZEL SESI NECE ILLERDIR OXUYA BILMIR,SESI IMKAN VERMIR...AKIF ISLAMZADE.HER ONU GORENDE MAHNILARI YADIMA DUWURU KOVRELIREM,BIR DEFE MUSAHIBESINDE DEMIWDI KI,UREYIMDE HEMIWE "AZERBAYCAN MARALI" MAHNISINI OXUYURAM;(((
ALLAH CAN SAGLIGI VERSIN AKIF MUELLIME,IBOYADA WEFA DILEYIREM.
29 sentyabr 2016 15:32
# 9
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
anonim
Allah komeyi olsub.

Allah komeyi olsun
29 sentyabr 2016 15:02
# 8
haminin coxlu arzusu olur.menimde coxlu arzularim var.ama en birinci odurki bebesimiz olsun.Allah hec bir evi usagsiz etmesin.her evden usag qigiltisi sesi gelsin.Allah hec kimi usagnan imtahana cekmesin.Allah xeyirli ovlad qismet etsin.Allah ne virir versin qiz oglan ferqi yoxdu saglam versin.Amin InsAllah
BARBI
Allah komeyi olsun.Cox beyendiyim insandir.Onun kimi sesler bir daha dunyaya gelmez
29 sentyabr 2016 14:51
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Melek5
Allah sefa versin ne deye bilerik ki

Sitat: Helena
Aaaaaa...indi ewidirem.Yaziq kiwi.Allah rehmet elesin

Yoox xanim olmeyib sadece bir daha oxumayacaq sehetinde ki problemlere gore. Xeberin basligini oxuyanda mende ele bilmisdim
29 sentyabr 2016 14:02
# 6
Qadın.
5 hərifdən ibarət əvəzsiz bir dünya.
Helena
Aaaaaa...indi ewidirem.Yaziq kiwi.Allah rehmet elesin
29 sentyabr 2016 13:45
# 5
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Totu
Allah kömək etsin
29 sentyabr 2016 13:18
# 4
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
evli.mutlu.cocuklu
Aaaaa yazıq o boyda ses hec oldu
29 sentyabr 2016 12:59
# 3
baby baku
Sitat: Antikvar
Türkiyə bu gündədidə, acınacaqlı halları vardı, hələdə o tərəflərdə qan davası deyilən adətləri davam edir, sonacan işləri bitirənə qədər o insanın arxasınca düşürlər, bax bu şəxsin etdiyi kimi, təsəvvür edin biri çıxır efirə mən o adamı öldürəcəm deyir, hər kəs bu deyiləni eşidir heç bir tədbir görülmür... İbrahim Tatlısəsədə elə güllə atdılar ki, yaşamağına şükür etsin oxumasada olar... Elə qanlısı olduğunu bilirdi tədbir görərdi özünə qarşı hər zaman, səhlankarlığı ucbatından ölümlə üz-üzə qaldı. Allah şəfa versin.
29 sentyabr 2016 12:55
# 2
ALLAHIM HAQQIMDA XEYİRLİSİ NƏ İSƏ O OLSUN
AMA MÜMKÜNSƏ XEYİRLİM O OLSUN
OOOOOOOO OLSUN
Antikvar
Türkiyə bu gündədidə, acınacaqlı halları vardı, hələdə o tərəflərdə qan davası deyilən adətləri davam edir, sonacan işləri bitirənə qədər o insanın arxasınca düşürlər, bax bu şəxsin etdiyi kimi, təsəvvür edin biri çıxır efirə mən o adamı öldürəcəm deyir, hər kəs bu deyiləni eşidir heç bir tədbir görülmür... İbrahim Tatlısəsədə elə güllə atdılar ki, yaşamağına şükür etsin oxumasada olar... Elə qanlısı olduğunu bilirdi tədbir görərdi özünə qarşı hər zaman, səhlankarlığı ucbatından ölümlə üz-üzə qaldı. Allah şəfa versin.
29 sentyabr 2016 11:42
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz