Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda bəzi qızlar toydan öncə bakirəliyini niyə pozurlar? — ŞOK FAKTLAR
Azərbaycanda bəzi qızlar toydan öncə bakirəliyini niyə pozurlar? — ŞOK FAKTLAR
Göndərən: Nigar
Şərhlər: 12
Baxılıb: 27127
Səs ver:
Müşahidələr göstərir ki, bu gün ailə quran azərbaycanlı gənclər fərqli-fərqli düşüncəyə malikdirlər. Bəziləri sırf XXI əsr düşüncəsilə, digərləri isə "XXI əsr uşaqları”nın təbirincə desək, "keçmişin qalıqları” ilə yaşayır.

Azərbaycan cəmiyyətində daşlaşan mental adətə görə, əksər oğlanlar nikaha daxil olarkən ənənələrə sadiq qalan ağıllı, tərbiyəli, əsl ev qızı ilə evlənmək istəyir. Bu zaman oğlanlar üçün xüsusi məsələ qızın bakirəliyidir. Bəli, Azərbaycan mentalitetində gəlin gətirlən qızın toy gecəsinədək bakirə qalması onunla evlənən oğlan, ümumilikdə bəy evi üçün xüsusi əhəmiyyət daşıyır. O dərəcə xüsusi əhəmiyyət ki, gəlinin bakirəliyi ər evi, eləcə də valideynləri üçün həm də təmizlik, saflıq, günahsızlıq, inam, etibar, sədaqət rəmzi anlamına gəlir.

Vay o günə ki, toy gecəsi gəlin gətirilən qız bakirə çıxmasın… Bu halda ər evi onun gözünün yaşına baxmadan, günahsızlığını sübut etmə cəhdinə qulaq asmadan ata evinə geri qaytarır. Hətta illərlə nişanlı qalan, uzun müddət nişanlısına qovuşacağı anı səbirsizliklə gözləyən gənclər belə, toy gecəsi gəlin bakirə çıxmazsa hansısa güzəştə gedə bilmir, qəti qərar verir: "üzü qara” qız ata evinə qayıtmalıdır. Beləcə toy gecəsi dərhal boşanmalar da gerçəkləşir…

Belə hallarda el-obanın, qohum-əqrəbanın, tanış-bilişin tənəsilə üzləşən qız evinin vəziyyətini isə təsəvvür etmək çətin deyil. Bu baxımdan hər bir qız anası üçün övladının "toy gecəsi imtahanı”ndan üzüağ çıxdığı barədə xəbər çox qiymətlidir. Bir sıra hallarda gəlini bəyin gərdəyinə göndərən yengənin qız anasına verdiyi xoşagəlməz xəbərlər hansısa valideynlərin bütün dünyasını alt-üst edir, faciələrə yol açır.

Bununla yanaşı, müasir düşüncəli müəyyən qisim oğlanlar da var ki, ailə qurduğu qızın bakirə olub-olmadığına ikinci dərəcəli məsələ kimi baxır. Bu qismin üstünlük verdiyi əsas amil, qarşılıqlı anlaşma və bunun fonunda qurulan ailə münasibətləridir. Etiraf edək ki, son vaxtlar milli mentalitetin çərçivələrini aşan belə gənclərin sayı artmaqdadır.

Bu sahədə araşdırmalar aparmış "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da deyib ki, toy gecəsinin bakirəlik məsələsinə birmənalı yanaşılmır: "Mən deməzdim ki, bakirəlik məsələsi gündəmdən çıxıb. Məsələ gündəmdədir və gündəmdə olmasaydı, bir çox qızlar nikahdan əvvəlki intim münasibətlərini ört-basdır etmək üçün tibbi müdaxilələrə üz tutmazdılar. Bakirəliyin bərpa olunması üçün həkimlərə müraciət edən çox sayda qızların olması məhz bunun göstəricisidir. Odur ki, nikaha girən bəzi cütlüklər əvvəldən öz münasibətlərinə qeyri-səmimi, qeyri-şəffaflıqla başlayırlar. Yalanlar üzərində qurulmuş nikah isə əksərən uğursuzluqla nəticələnir. Doğrudur, milli mentalitetə görə, bu məsələdə böyük əksəriyyət qızları günahlandırır. Amma oğlanlar da əvvəldən hansısa qadınla münasibətdə olduqlarını gizlədirlər”.

Mehriban Zeynalovanın sözlərinə görə, bəzi qızların nikahdan əvvəlki münasibətlərinin nəticəsini tibbi müdaxilələrlə aradan qaldırmaları və ailə qurduğu oğalana bakirə qismində ərə getməsi həmin nikahın təməlinin yalan üzərinə qurulmasına gətirib çıxarır.
Hüquq müdafiəçisi deyir ki, bu barədə insanlara azad seçim imkanı vermək lazımdır: "Konkret olaraq nikaha qədər intim münasibətdə olan şəxslər bu barədə məlumat verirsə, seçim qarşı tərəfin özünün öhdəsinə buraxılır. Bu halda dürüstlük nümayiş etdirilməsi arzu olunandır.

Mən hesab edirəm ki, qızın bakirəliyi deyil, onun şəxsi keyfiyyətlərini, şəxsi faktorlarını üstün tutaraq gənc oğlanın ailə qurması daha dürüstdür”.


Hüquq müdafiəçisi hesab edir ki, bakirəlik məsələsi müəyyən normalardır: "Bu normalar hələ ki gündəmdədir. Evlənən şəxslərin evliliyə qədər müxtəlif münasibətlərdə olub sonra ailə qurması yaxşı hal deyil. Özümüzün adətlərimiz, münasibətlərimiz, ənənələrimiz var. Amma bunu tabu etmək də olmaz.

Mən yaşlı qadınlar tanıyıram ki, qız vaxtı zorakılığa məruz qalıb, yaxud sevdikləri tərəfindən aldadıldıqdan sonra atılıb. Yəni müxtəlif səbəbələrdən bakirəliklərini itiriblər. İndiyə qədər baş verənləri gizli saxladıqlarından ailə qura bilmirlər. Bu da faciədir. Əxlaq önəmlidir, amma bakirəliyin pozulmasını faciəyə çevirmək doğru deyil. Əsl faciə tibbi müdaxilə ilə bakirəliyin bərpasıdır.


Əsas məsələ insanın şəxsi keyfiyyətləri, ailədaxili münasibətləridir. İnsanlar hər mənada biri-birilərini tanıyaraq ailə qurmalıdır. Ancaq bakirəliyi faciə etmək, yaxud həyatını buna bağlayaraq yaşamaq da doğru deyil. Mənim 60 yaşında bibim qızı var, hələ də bakirədir. Bunu özü üçün böyük dəyər hesab edir və fəxr edir. Bu ailə münasibətləri, ailə dəyərləri, insanın böyüdüyü mühitin normalarıdır. Hesab edirəm ki, 60 yaşında tək qalmış bir qızın məhz bakirəliyə görə kişinin onunla evlənəcəyini düşünməsi özü də faciədir. Şəxsən mən tibbi müdaxilə nəticəsində bakirəliyini guya, bərpa etdirərək ailə quran qızları dəstəkləmirəm. Bu, daha böyük faciədir. Kişinin özünün xarakteri və ailəsini müdafiə etmək bacarığı olmalıdır. Damğa vurulanlarla, boşanmış qadınlarla ailə quranlar da var. Heç kim də bunu faciə hesab etmir”.

M.Zeynalova onunla da razıdır ki, bütün dünyada bakirəlik təmizlik, paklıq göstəricisidir: "Amma bakirə qalıb müxtəlif iyrənc niyyətlərdə olanlar da var. Bu da reallıqdır. Məsələnin mahiyyəti odur ki, nikaha girən şəxslər biri-birilərinə qarşı dürüst olsunlar. İnsan ailə quran zaman özünü nə qədər təmiz, pak saxlayırsa, ailəsi də o dərəcədə pak olacaq. Bu gün boşanma səbəblərinə baxdıqda yalanların üstünlük təşkil etdiyini görürük. Çünki bir dəfə yalan, fırıldaq edən şəxsin sonrakı mərhələdə bunu etməyəcəyinə kimsə zəmanət vermir. Müşahidələrimiz bunu təsdqiləyir. Lakin təmizliyini saxlayanlar hər zaman ailəsi üçün mübarizə aparır. Çünki bu, onlar üçün dəyərdir, normadır. Əsas da psixoloji amillər rol oynaya bilər. Ola bilər ki, kiminsə başına pis hadisə gəlib, hansısa faciə nəticəsində, yaxud da konkret məqamda istəyərək, yaxud istəməyərək bu vəziyyətlə üz-üzə qalıb. İstənilən halda hər şey qarşı tərəfin diqqətinə çatdırılmalıdır. Mən insanlar arasında münasibətlərin dürüstlük üzərində qurulmasının tərəfdarıyam.
Seçim insanların özünündür. Çox halda bakirəliyi pozulmuş xanımlar bunu gizlədirlər. Belə hərəkət edən qız görmüşəm. Nikahdan əvvəl münasibətdə olub. Tibbi müdaxilə etdirərək başqasına ərə gedib, 2 uşaq doğub və bir müddət sonra ailəsini dağıdıb. Çünki ailə yalan üzərində qurulub”.

Bakirəliyin-qızlıq pərdəsinin cərrahi yolla bərpası tibbdə himenoplastika adlanır. Son illər belə əməliyyatların Azərbaycanda da artdığı barədə müxtəlif məlumatlar yayılır. Bununla bağlı hətta statistik rəqəmlər söyləməyə cürət edənlər də var. Elə bəzi cərrah-ginekoloqların özləri də himenoplastika etdirən qızların çoxaldığını təsdiqləyirlər. Qeyd edirlər ki, himenoplastika əməliyyatı üçün onların qəbuluna gələnlərin sayında artım müşahidə edilir… (modern.az)


Şərhlər: 12
Baxılıb: 27127
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
son bahar
nesflerinin ac gozluluklerinin qurbani olurlqr
29 sentyabr 2016 05:09
# 12
...
MODABAZ
Sitat: BARBI
Sadece onu deye bileremki bir xanim ucun namus her seyden onemlidir.Oglan ne qeder isterse yoldan cixarsin qiz oz geleceyini dusunmeli heyatini mehv etmemelidir
29 sentyabr 2016 00:24
# 11
Heyata daim gulmek lazimdii
Cindrella
Gerek qiz hecneye heckime aldanmasin.Oz namusunu qoruyub,saxlamagi bacarsin.
28 sentyabr 2016 23:22
# 10
Onun_Mələyi
Sitat: Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.

Tombikim bu hər nişanlıya aid deyil ki?
28 sentyabr 2016 23:16
# 9
Bir duam var,səndən amin gözləyirdua09123
Gülüş.
Sitat: YalniZ-ArZu
Allah subay qardawlarimizi,yaxinlarimizi bele qiziwmiw,yuz oglanla min hoqqadan cixan,sonra da ozun tikdirib ere geden "qizlardan" qorusun.Men wexsen o cur "qizlari",trasda duran faiwelerden ferqlendirmirem...faiweler bari bunu aciq aydin edir,bezileri kimi melek donuna girib altdan altdan oglanlarla exlaqsizliq elemir.

Duzdu raziyam
28 sentyabr 2016 22:58
# 8
Narın Yağış
Ay yenə bu mövzu pff Bu mövzu hərkəs üçün önmlidir, ama bu qədər şişirdilməsi hətta boşanmalara qədr yol açmasına sözün düzü qıcığ oluram.Bəlkə birinin bakirəliyi zorla pozulub?. Deyirlər anadangəlmə olur bəzilərində bəlkə elədi?.Ya bəlkə nəsə qəza olub pozulub? Onda qızın nə günahı olurki?.Allah uzaq eləsin dua Allah heç bir qıza o ləkələnmiş "üzü qara" damğasını və o günahsızkn günahkarlıq hissini qismət etməsin...
28 sentyabr 2016 22:10
# 7
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
BARBI
Sadece onu deye bileremki bir xanim ucun namus her seyden onemlidir.Oglan ne qeder isterse yoldan cixarsin qiz oz geleceyini dusunmeli heyatini mehv etmemelidir
28 sentyabr 2016 22:07
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
28 sentyabr 2016 22:03
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Barbaris
elelerin axiri yoxduur
28 sentyabr 2016 21:28
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
YalniZ-ArZu
Allah subay qardawlarimizi,yaxinlarimizi bele qiziwmiw,yuz oglanla min hoqqadan cixan,sonra da ozun tikdirib ere geden "qizlardan" qorusun.Men wexsen o cur "qizlari",trasda duran faiwelerden ferqlendirmirem...faiweler bari bunu aciq aydin edir,bezileri kimi melek donuna girib altdan altdan oglanlarla exlaqsizliq elemir.
28 sentyabr 2016 21:15
# 3
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Efsuw2016
Hec bir qiza qismet olmasin duzu qorxulu faktdir
28 sentyabr 2016 21:14
# 2
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
vipbetul
ALlah hec kimin axlini basindan almasin
28 sentyabr 2016 21:09
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz