Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
MƏNƏ EVLƏNMƏK QADAĞANDIR-SƏBƏB...
MƏNƏ EVLƏNMƏK QADAĞANDIR-SƏBƏB...
Göndərən: Aydan Salmanlı
Şərhlər: 12
Baxılıb: 1780
Səs ver:
Həcc ziyarətindən yenicə qayıdan teleaparıcı hacı Nuran ilə klip təqdimatlarının birində bir araya gəldik.
musavat saytının suallarına cavab verən teleaparıcı ilə söhbətə ziyarət təəssüratları ilə başladıq:

- İkinci dəfə Həci ziyarət etdiniz. Səfəriniz necə keçdi?

- Orada tam başqa dünyada olursan. Hər şey mükəmməl təşkil olunmuşdu. Bu il ziyarətə 1 milyondan çox insan getmişdi. Şükür Allaha ki, əziyyətli olmadı. İlk dəfə 2003-cü ildə ziyarətdə olmuşam. O zaman avtobusla getdik, çox əziyyətli keçmişdi. Bu il təyyarə ilə getdik, çox rahat oldu.

- Ziyarətdən sonra daxilən sizdə nələr dəyişdi?

- Həcc ziyarəti bir imtahandır. Orada ab-hava fərqlidir. İnsanlarla ünsiyyətdə olursan, bəzən tək qalırsan. Düşünməyə imkanın olur. İnsan hər etdiyi hərəkəti düşünür. Mən artıq insanlara qarşı daha diqqətliyəm, qəlb qırmamağa çalışıram. Ziyarət hər kəsə qismət olmur. Şükür Allaha ki, mənə ikinci dəfə qismət oldu. Hər il getməyi çox istərdim. Allahın nəsibi necədirsə, elə yaşayırıq. Allaha hamıya ziyarət qismət etsin.

- Uzun müddətdir ki, xərçəng xəstəliyindən müalicə olunursunuz. Hazırda səhhətiniz necədir?

- Müalicəmlə əlaqədar tez-tez Almaniyaya gedirəm. Daim müşahidə altında olmalıyam. Həkimlər bildirirlər ki, tam sağalmaq şansım var. Sadəcə olaraq, bunun üçün uzun müddət lazımdır. Əsas odur ki, özümü yaxşı hiss edirəm. Müalicəm müsbət nəticə verir.

- Müalicə olunmağınıza, çətin günlər yaşamağınıza baxmayaraq, daim sənət dostlarınızın yanındasınız, onların xoş günlərində sizi tez-tez görürük. Göstərdiyiniz bu diqqət qarşılıqlıdır?

- Əlbəttə, qarşılıqlıdır. Almaniyada müalicə olunanda həmkarlarım, sənətçi dostlarım tez-tez məni ziyarət edirdi. Həcc ziyarətinə gedəndə də Röya, digər yaxın dostlarım məni yola salmağa gəlmişdi. Dostlarımın mənə qarşı olan sevgi və diqqətindən razıyam.

- Efirə nə zaman qayıdacaqsınız?

- Efirə qayıtmağı çox istəyirəm. Mən "Xəzər" televiziyasının simasıyam. Fəaliyyətimi orada davam etdirəcəyəm. Danışıqlar gedir, xeyriyyə xarakterli veriliş təqdim etməyi, köməyə ehtiyacı olanlara əl tutmağı, onlara ümid olmağı arzulayıram. Özümü başqa səpkili verilişdə görmürəm. Şou mənlik deyil.

- Hər zaman sizi fərqli və rəngarəng geyimlərdə görürük...

- Öz tərzi olan aparıcılardanam. Hər zaman göz qabağındayıq, fərqli olmalıyıq. Geyimlərimi özüm dizayn edib, tikirəm. Son zamanlar vaxtım az olduğu üçün paltar tikməyə zaman ayıra bilmirəm. Geyim tikməyi, bəzəməyi xoşlayıram.

- Sənət adamlarından geyim hazırlamağınızı istəyənlər olub?

- İstəyənlər olub. Bir-iki tanınmışa geyim hazırlamışam, adlarını açıqlamaq istəmirəm. Vaxtım az olduğu üçün istəsələr də, çatdıra bilmərəm.

- Evlənməyi nə zaman düşünürsünüz?

- Evlənmək istəyirəm. Ailə quracağım xanımı seçməmişəm. Müalicə ərəfəsində həkim evlənməyə icazə vermədi. Bədənim dərmanlardan təmizlənməlidir. Sağalan kimi evlənəcəyəm.

- Bir çox tanınmış öz fanatı ilə evlənir. Evlənəcəyiniz xanım fanatınız ola bilərmi?

- Əlbəttə, fanatım ola bilər. Əsas odur ki, o xanım məni başa düşsün. Hər hansı tədbirdən evə gec gələndə artıq fikirlər düşünməsin. Bilsin ki, tədbirdəyəm. Məndə yalan yoxdur, həyat yoldaşıma xəyanət etmərəm. Anlayışlı xanım axtarıram.

- Xanımın xarici görünüşü necə sizin üçün önəmlidirmi?

- Hər kəsin zövqü fərqlidir. Siz qaraşın, mən sarışın sevə bilərəm. Mənim üçün çox gözəl olan xanım sizin üçün çirkin ola bilər. Hər şey nisbidir. Əsasən xanımın daxili aləmi gözəl olmalıdır. Ürəyi nə qədər böyük və mərhəmətli olsa, bir o qədər onu çox sevərəm.


Şərhlər: 12
Baxılıb: 1780
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
son bahar
Nuran beyi cox sevirem cox xeyriyeci insandi...nece muddetdir xestelikden eziiyet cekir allah komeyi olsun xeyir korpusu adli verlisin aparicisi kimi yadimda qalib uzun muddetdir efirlerde yoxdu sehetiyle bagli ama yene efirlerde gormey isdeyerem insallah allahin izniyle isinin bawina qayidar ...Allah sefasini versin!
27 sentyabr 2016 03:07
# 12
...
tatyana
allah butun xestelere guc-irade versin xestelikle mubarize aparmaqcun
26 sentyabr 2016 20:15
# 11
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
anonim
Allah sefa versin
26 sentyabr 2016 19:19
# 10
haminin coxlu arzusu olur.menimde coxlu arzularim var.ama en birinci odurki bebesimiz olsun.Allah hec bir evi usagsiz etmesin.her evden usag qigiltisi sesi gelsin.Allah hec kimi usagnan imtahana cekmesin.Allah xeyirli ovlad qismet etsin.Allah ne virir versin qiz oglan ferqi yoxdu saglam versin.Amin InsAllah
BARBI
Allah sefa versin.Insallah tezlikle sagalar.
26 sentyabr 2016 15:15
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Onun_Mələyi
maraqla oxudum yazdıqlarnı.allah şefa versin.
26 sentyabr 2016 14:45
# 8
Bir duam var,səndən amin gözləyirdua09123
YalniZ-ArZu
Sitat: Kölge
Bir qardaş kimi insan kimi cox sevirem haci Nurani.Allah butun belelari arxada qoysun.bu ziyaretinden sonra heyatina guneş dogsun.xoşbext olsun.o qeder insanlari sevindirib ki ola bilmez Allah onu sevindirmesin.bu olanlar ise sadece imtahan idi.kecmiş olsun....

Caan...ne gozel yazmisan...yazdiqlarina mende qatiliram,Nuran ucun dua edirdim ki,sagalsin.Inwallah tam sagalar ve evlener.Allah yaxwi bendelerin hec vaxt unutmaz.
Allah bu pis xestelikden eziyyet ceken butun xestelere wefa versin!
26 sentyabr 2016 14:27
# 7
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Kölge
Bir qardaş kimi insan kimi cox sevirem haci Nurani.Allah butun belelari arxada qoysun.bu ziyaretinden sonra heyatina guneş dogsun.xoşbext olsun.o qeder insanlari sevindirib ki ola bilmez Allah onu sevindirmesin.bu olanlar ise sadece imtahan idi.kecmiş olsun....
26 sentyabr 2016 14:17
# 6
Her şeye gore şukur
MODABAZ
Insallah tezlıklee sag salamat olar evlener Allah arzusuna catdırsınn
26 sentyabr 2016 14:10
# 5
Heyata daim gulmek lazimdii
vipbetul
Allah sefa versin
26 sentyabr 2016 14:09
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Allah komeyi olsun
26 sentyabr 2016 14:05
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Gülüş.
Allah sefasini versin arzilarina catdirsin
26 sentyabr 2016 13:57
# 2
Barbaris
Allah komeyii olsun
26 sentyabr 2016 13:33
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz