Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yoldan tapdığınız quş tükünü evə gətirin - İlk dəfə eşidəcəyiniz məsləhətlər
Yoldan tapdığınız quş tükünü evə gətirin - İlk dəfə eşidəcəyiniz məsləhətlər
Göndərən: Aydan Salmanlı
Şərhlər: 11
Baxılıb: 676
Səs ver:
Şamanlardan sizə həyatla bağlı nəsihətlər
1. Yolda gedərkən tapdığınız quş tükünü evə gətirin. Güldana qoya bilər, hardansa asa bilər, ya da rəfə qoya bilərsiniz. Bu cənnətdən sizin üçün gələn güclü bir tilsimdir. Bu sizin üçün bir işarədir.

2. Çaylardan daş yığın. Bu daşların enerjisi və gücü insana müsbət təsir edir.

3. Bütün gücünüzlə digər insanlara yardım etməyə çalışın. Əgər kiməsə xeyriniz dəymirsə, heç olmasa zərər verməyin.

4. Problemlərdən qorxmayın. Ciddi problemləriniz də olsa, pozitiv olmağa çalışın. Çünki ancaq bu yolla problemlərin həllini rahatlıqla həll etmiş olarsınız.

5. Bir xəyala reallaşdırmaq üçün bəzən bir addım atmaq lazımdır. Çətinliklərdən qorxmayın, onlar həmişə olub və olacaq. Hamınıza məqsədlərinizə çatmaq üçün uğurlu yollar!

6. Əxlaqlı olmaq üçün yaşayın. Əgər sizin əxlaqınız kiməsə zərər verirsə, dəyişin. Bu prinsip çox güclü olmalıdır. Sadəcə bunu fikirləşin: “Heç vaxt heç kimə zərər verməyəcəyəm”.

7. Canlıların xoşbəxtliyi üçün yaşaya bilərsiniz. Çünki bunu siz belə istəyirsiniz. Başqalarına ziyan vurmaq istəyəndə də sizə ziyan gələcək bunu unutmayın. Ziyan vurmazdan əvvəl bir daha düşünün!

8. Gündə ən azı 1 saat səssizcə dayanın. Çünki beyninizin buna ehtiyacı var.

9. Sevəbilmə bacarığı dünyada ən vacib bacarıqdır. Hərkəsi sevməyi öyrənin, düşmənlərinizi belə.

10. Axar sulara zibil atmayın! Suyun ruhu əsəbləşə bilər. Ruhu sakitləşdirmək üçün çörək, süd və ya qəpik ata bilərsiniz.

11. Bəzi hallarda keçmişimizin “qızıl” olduğunu deyirik. Bunu deməyin. Çünki yaşayırıqsa, artıq bu “qızıl” deməkdir.

12. Mükəmməl bir din və ya inanc yoxdur. Pis də din yoxdur. Allah təkdir. İstədiyiniz kimi dua edə bilərsiniz, dininizdən və irqinizdən asılı olmayaraq. Amma bunu unutmayın, hansı dindən olursunuz olun, dürüst yaşayın, böyüklərinizə hörmət edin və onları sevin.

13. Əgər dünyanı dəyişdirmək istəyirsənsə, buna ilk olaraq özünüzdən başlamalısınız. Sevginin və həyatdan zövq almağın enerjilərini öyrənin. Bu hisslər bir insanın açar anlarıdır. Gülümsəmək, qəhqəhə atmaq və hər şeydən zövq almağın çox müsbət yanları var. Bunu bir dəfə öyrəndikdən sonra özünüzə sevginin qapısını açacaqsınız.

14. Olduqca gözəl bir deyim var. “Əl tutmaq Əlidən qalıb”. Əgər mümkünsə ehtiyacı olanlara pul yardımı edin. Miqdarı vacib deyil, təki bunu siz istəyib, edəsiniz.

15. Həyat çox qısadır. Bunu göz yaşları, davalar, qarqışlarla keçirməyin. Yaxşılıqlar edə bilər, dostluqlar qura bilərsiniz. Bu sizi də xoşbəxt edəcək.

16. Əgər sevdiyiniz insanlar günahkar olmadığınız halda sizi günahlandırırlarsa, onları bərk qucaqlayıb, sakitləşənə qədər buraxmayın.

17. Ruhunuzda bir yalnızlıq və yorğunluq hiss edirsinizsə, mahnı oxuyun. Ürəyiniz hansı mahnını istəyirsə, onu oxuyun. Amma bəzən belə insanlar var ki, danışıb, içini sakitləşdirmək istəyir. O zaman danışın, ruhunuzu dincəldin.

18. Həmişə bir şeyi xatırlayın. Doğru din , doğru inanc deyə bir anlayış yoxdur. Allah təkdir. O dağın zirvəsindədir. Fərqli din və inanclar bu təpəyə çatmağın fərqli yollarıdır. Kimə istəyirsiniz dua edin. Ancaq bunu unutmayın, sizin məqsədiniz günahsız olmaq deyil, Allaha çatmaqdır.

19. Əgər bir iş görmək istəyirsinizsə, özünüzə güvənin. Qorxu sizi özünüzdən və doğru yolunuzdan azdırmağa çalışacaq. Əgər birinci dəfə bacarmadınızsa, ümidinizi itirməyin. Bir daha yoxlayın alınacaq əmin olun. Hər balaca qalibiyyət sizi daha da böyük qalibiyyətlərə çatdırar.

20. Bunu yaddan çıxarmayın. Hər kəs haqq etdiyini tapar. Problemlərinizin ruhunuza və düşüncələrinizə girməyinə icazə verməyin. Beləliklə problemləriniz bədəninizə girə bilməz.

21. Həyat sizə yaxşı üzünü də görsədə bilər, pis üzünü də. Ancaq hər şeyin sizin əlinizdə olduğunu unutmayın. İnsanlar haqqında pis düşüncələriniz, sizə qayıdacaq. Qısqançlıq da axırda sizə qalacaq. Buna niyə ehtiyacınız olsun axı? Qısqanc olmaq heç də yaxşı bir şey deyil, bunu etməyin. Çünki bir insanın avtomobili varsa, bu o demək deyil ki, o daha gözəldir. Qızıl əslində çirkli medaldır. Qısqanc olmağa ehtiyac yoxdur. Həyata daha çox gülümsəyin ki, həyat da sizə gülümsəyə bilsin.

22. Sizə hörmət olunmağını istəyirsinizsə, sizdə ətrafınıza hörmət edin. Yaxşılıq edin ki, qarşılığında yaxşılıq görəsiniz. Çünki pisli etsəniz, qarşılığında yalnız pislik görəcəksiniz. Unutmayın, sizə pislik edin yaxşı olacaq deyən bir insan varsa, ətrafınızda onu uzaqlaşdırın. Çünki həmin adam sizin alçalmağınızı istəyir.

23. İçki içməyin. Heç içməyin! Spirt bədəni, beyni və ruhu öldürür. Əgər siz şamansınızsa, içki sizin bütün gücünüzü öldürəcək. Bir müddət sonra isə ruhlar sizi cəzalandıracaq. Spirt doğurdan da insanları öldürür. Rahatlamaq üçün hamama gedin, əylənmək üçün mahnı oxuyun və bir qadını tanımaq üçün ona şirniyyat verin!

24. Heç vaxt peşmanlıq duymayın! Nə olursa olsun ruhların istəyi ilə olur və bu həmişə ən yaxşısı olur.

25. Heyvanlara bənzəyən daşları özəl bir gün olmasa, yerdən götürməyin. Yoxsa ciddi bir nəzərə düşərsiniz. Əgər belə bir daş tapmısınızsa və onu götürmək istəyirsinizsə, olduğunuz yerin ruhundan icazə alın. İcazə aldıqdan sonra onu ağ əskiyə büküb sonra götürün.

26. Gözəl musiqiyə qulaq asırsınızsa, həmin gün neqativ enerjilərdən uzaqlaşarsınız. Musiqi meditasiya deməkdir. Sizi yenidən özünüzə və həyata gətirə bilər.

27. Ürəyinizdə hər hansı bir sıxıntı olmadan yaşamaq istəyirsinizsə, ağlamağı bacarmalısınız.

28. Əgər hər hansı bir məsələnin həllini tapa bilmirsinizsə və bu məsələnin həlli mümkün deyilsə, əsəbləşməmək üçün əlinizi stola vurun və deyin. “Cəhənnəmə həll olun” bu halda əsəbləriniz sakitləşəcək.

29. Özünüzdə bir şey haqqında kədərləndiyinizi hiss etdiyiniz anda, bədəninizi rəqs edirmiş kimi fırladın. Bu pis enerjini insan bədənindən çıxarır və neqativ düşünməyə imkan vermir.


Şərhlər: 11
Baxılıb: 676
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lale.veliyeva19
12. Mükəmməl bir din və ya inanc yoxdur. Pis də din yoxdur. Allah təkdir. İstədiyiniz kimi dua edə bilərsiniz, dininizdən və irqinizdən asılı olmayaraq. Amma bunu unutmayın, hansı dindən olursunuz olun, dürüst yaşayın, böyüklərinizə hörmət edin və onları sevin.
24 sentyabr 2016 12:50
# 11
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

___Jasmin___
Yolda gedərkən tapdığınız quş tükünü evə gətirin. Güldana qoya bilər, hardansa asa bilər, ya da rəfə qoya bilərsiniz. Bu cənnətdən sizin üçün gələn güclü bir tilsimdir. Bu sizin üçün bir işarədir.
24 sentyabr 2016 10:52
# 10
At onu,- kakain bizi mehv edir.
son bahar
Bezi mesleheer variydiki cox maraqli ve lazimliydi
24 sentyabr 2016 00:58
# 9
...
vipbetul
gozel meslehetlerdir
23 sentyabr 2016 23:03
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qonaqa
Allah təkdirr ondan basqa heckim yoxdu
23 sentyabr 2016 21:47
# 7
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Kölge
Şamanlar haqda cox oxumuşam ....sevmirem onlarin batil inanclarini
23 sentyabr 2016 21:34
# 6
Her şeye gore şukur
MODABAZ
. Pis də din yoxdur. Allah təkdir. İstədiyiniz kimi dua edə bilərsiniz, dininizdən və irqinizdən asılı olmayaraq. Amma bunu unutmayın, hansı dindən olursunuz olun, dürüst yaşayın, böyüklərinizə hörmət edin və onları sevin.
23 sentyabr 2016 19:13
# 5
Heyata daim gulmek lazimdii
Onun_Mələyi
12-ci cümlə çox xoşuma gəldi....gözəl məsləhətərdir.təşəkkürlər
23 sentyabr 2016 17:59
# 4
Bir duam var,səndən amin gözləyirdua09123
Barbaris
12. Mükəmməl bir din və ya inanc yoxdur. Pis də din yoxdur. Allah təkdir. İstədiyiniz kimi dua edə bilərsiniz, dininizdən və irqinizdən asılı olmayaraq. Amma bunu unutmayın, hansı dindən olursunuz olun, dürüst yaşayın, böyüklərinizə hörmət edin və onları sevin.
23 sentyabr 2016 17:25
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Cindrella
24. Heç vaxt peşmanlıq duymayın! Nə olursa olsun ruhların istəyi ilə olur və bu həmişə ən yaxşısı olur.
Hec zaman hec ne ucun pesman olmamisam heyatim boyunca.Srhv etmisemsede bu sehvler de mene ne ise oyredib.
23 sentyabr 2016 16:55
# 2
BARBI
Maraqli melumatlardi.Bele seylere inaniram.Emel edecem.Buna ehtiyacim var
23 sentyabr 2016 16:42
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz