Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Adəmin birinci arvadı Həvva yox Lilit olubmuş - Maraqlı Faktlar
Adəmin birinci arvadı Həvva yox Lilit olubmuş - Maraqlı Faktlar
Göndərən: Nigar
Şərhlər: 8
Baxılıb: 4038
Səs ver:
Yəhudi mifologiyasına aid edilən bu obraz əslində bir çox xalqların mifologiyasında ta bizim dövrlərə qədər gəlib çatmışdır. Dəfələrlə unudulmağa məruz qalmış "Lilit" əslində bizim inancımızda da yer almışdır.

Rəvayətə görə Adəmlə birgə yaranan "Lilit" öz ərinə asi çıxdığına görə cənnətdən qovulmuş Allahın lənətinə tuş gəlmişdir. Yəhudi mifologiyasında yer alsa da, ilk dəfə Babil Talmudda aşkar olunmuşdur. Tövratda Yaradılışın birinci Babında Adəmlə bərabər bir dişinin də yarandığı ikinci hissəsində isə onun qabırğasından bir dişinin yarandığı məlum olur.

İnanca görə, Adəmlə eyni anda, eyni zamanda yaranan "Lilit" ona tabe olmur onunla özünü eyni hüquqlu bilir buna görə də cənnətdən qovulur. Bundan sonra Tanrı Adəmin qabırğasından "Həvva" - nı yaradır. Adəm ilə Həvva ilk günahı işlədib cənnətdən qovulduqdan sonra isə övladları olur. Bunu qısqanan "Lilit" Adəm nəslində olan hər körpəni öldürəcəyinə dair and içir.

Rəvayətə görə "Lilit" gecə qaranlıqdan sonra hər evə girir zahı qadınları və körpələri boğur.

Miladdan öncə Babil anforalarında təsvir olunan gözəl bədən quruluşuna, bayquş ayaqlara və qanadlara sahib olan qadın "Lilit" olduğu ehtimal edilib.

Cənnətdən qovulan "Lilit" sonradann Samuel (Şeytan) adlı bir mələklə qarşılaşır və onunla evlənir yüzlərlə cin və ifrit kimi övladlar dünyaya gətirir. "Lilit" - in Cənnətə qayıtması üçün dua edən Adəmin yalvarışını qəbul edən Tanrı "Lilit"-in yanına 3 mələk göndərir. İsrarla mələkləri rədd edən "Lilit"- in Adəmə dönmədiyini görən mələklər hər gün onun balalarını öldürəcəyənə dair and içirlər. Tanrı "Lilit" in onun əmrinə tabe olmadığını görəndə isə onu lənətləyər və dua eləməkdən yorulub yuxuya gedən Adəmin qabırğasından Lilitə çox bənzəyən Həvvanı yaradar. Övlad acısı çəkən "Lilit" cənnətə ilan simasında girərək "Həvva"- nı qadağan olunmuş mevvəni yeməyə cəlb edər. Adəmlə Həvva Cənnətdən qovulduqdan sonra övladları olduğu üçün "Lilit" onları daha da çox qısqanar və doğulacaq övladıarını öldürəcəyinə dair and içər.

Udulmağa məruz qalsa da müxtəlif xalqların mifologiyasında geniş yer alan Lilit əfsanəsində bu qənaətə gəlmək olar ki "od olmasa tüstü çıxmaz".İndinin özündə bizdə yeni doğulmuş körpələrə və zahı qadınlara 40 mərasiminin keçirilməyi də elə bu mənbədən qaynaqlanır.Yaşıl nəsil bütün bunları belə izah edir: “Əgər bir zahı qadın evdə tək başına qalarsa onun daima başının üstündə “kimsə” olar, o kimsə zahı qadının ağlı ilə oyanayar, onun psixologiyasını pozar. Nəticədə ana öz ağlını itirər. Zahı qadın tək başına gecə vaxtı çölə və həyətə çıxarsa onun “kimsə” qızdırma xəstəliyi tutmasına şərait yaradar ( Burada kimsə hansısa mənfi varlığa işarədir ). Uşaq nəzarətdə qalmasa cin, şeytan uşağın daima bir nöqtəyə baxaraq, öz - özünə gülməsinə və ya ağlamasına, sonda isə öülmünə səbəb olar. 40 günü tamam olmamış körpənin üstünə yad biri ilə yanaşı evə qapıdan cin girər. Cin çöldəki bütün ağırlıqları ( yəni xəstəlikləri ) evə gətirər”. Bütün bunların tibbi tərəfidə var. Batil inanc deyib keçməyin, çünki əsrlər öncə tibbin inkişaf etmədiyi bir dövrdə nənələrimiz bütün bunları batil inanc şəklində olsada bilirdilər.

Ortaya belə bir sual çıxır: “Tövratda, İncildə işarələrlə, müxtəlif mifologiyalarda real varlıq kimi yer alan Lilit haqqında niyə Qurani - Kərimdə heçnə yoxdur? - Suala cavab vermədən öncə Tanrının hər canlıdan cüt yaratdığı anlayışını qeyd etmək istərdim. Lakin Adəmin tək yarandığını, onun qabırqasından Həvvanın yarandığını göstərmək istərdim.

Ortaya bu cavab çıxır yuxarda da dəfələrlə qeyd etdiyim unudulmağa məhkum olan "Lilit" Qurani - Kərimdə də qeyd olunmayıb. Lakin ad olaraq qeyd olunmayıb əməllərinin bağışlanılmaz olduğu qeyd olunub. "Nisa" (tərcüməsi "Qadınlar" olan) surəsinə nəzər salsaq, görərik ki, həyat yoldaşına asi olma necə pis qeyd olunub və bağışlanılmaz günah hesab olunur.

Niyə Tanrı Həvvanı Adəmin saçlarından yaratmadı? Başına çıxar deyə. Niyə tanrı Həvvanı Adəmin ayaqlarından yaratmadı? əzilməsin deyə. Tanrı Həvvanı Adəmin qabırğasından ürəyinə yaxın yerdən yaratdı ki, sevilsin deyə.

Buna dair müxtəlif mənbələrdən və xalqların etnoslarından misal çəkmək mümkündü. Yenı doğulmuş körpələri və zahi qadınları "Lilit"-in əlindən qorumaq üçün müxtəlif ayinlər və dualar oxunur. Günümüzə müxtəlif adlarla gəlib çıxsa da "Lilit" adlı mələk mövcuddur. "Lilit" in başqa adları : Lamia, Karina, Albasdı, Alqarısı, Al anası, Hal anası və s olmuşdu.


Şərhlər: 8
Baxılıb: 4038
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Quranda yoxdursa inanmaram hec vaxt.Tovratla,Incil de semavi din kitablaridir,ancaq Quranimizda en deqiq informasiyalar yer alib.Bibliya vaxti ile,cox deyiwdirilib,dine deyiwiklik olunub deye,Allahimiz Peugemberimize Muqeddes Qurani nazil edib.Indiyecen hec bir muselman din xadimi de bu haqda bir cixiw etmeyibler,yehuduler neye inanir onnan bize ne.Biz MUSELMANIQ,YALNIZ VE YALNIZ QURANA VE SEHIH HEDISLERE INANMALIYIQ!
23 sentyabr 2016 01:00
# 8
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
BARBI
Ilk defedir esitdim.olduqca maraqli movzudur.Lilit barede melumatim yoxuydu .
23 sentyabr 2016 00:28
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
leyli
Quranda adi yoxdusa fsoda demeli yoxdu inanmadim qisaca
22 sentyabr 2016 23:56
# 6
her kesi mutlu etmeye calismayi birak. Sen cikolata digilsin
aLoNe AnGeL
bu gune qeder hec kes bilmeyib bu hekayeni?
indi bildilerde he?
inanmadim)tsk
22 sentyabr 2016 22:53
# 5
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
ulduz
cox maraqli oldu sonacan hevesle oxudumj ne qeder duzdu bilmirem
22 sentyabr 2016 22:29
# 4
Barbaris
Sitat: vipbetul
maraqli melumat oldu ilk defedir esidirem ne qeder doqru olub olmadiqinida deye bilmerem
22 sentyabr 2016 22:20
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Cindrella
Men inanmadim.Allah birinci Adem ve Hevvani yaradib.
22 sentyabr 2016 21:54
# 2
vipbetul
maraqli melumat oldu ilk defedir esidirem ne qeder doqru olub olmadiqinida deye bilmerem
22 sentyabr 2016 21:04
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz