Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
SON QƏRAR VERİLDİ - ANS ömürlük BAĞLANDI - YENİLƏNİB
SON QƏRAR VERİLDİ - ANS ömürlük BAĞLANDI - YENİLƏNİB
Göndərən: Nigar
Şərhlər: 6
Baxılıb: 993
Səs ver:
Bu gün Ali Məhkəmədə "ANS Müstəqil Yayım və Media" Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə ANS-in vəkili Sevda Məhərrəmova vəsatətlə çıxış edərək prosesin təxirə salınmasını istəyib. Vəsatət təmin olunmayıb.
ANS-in digər vəkili Fuad Ağayev isə çıxış edərək Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv olunmasını xahiş edib.
"ANS Müstəqil Yayım və Media" Şirkətinin prezidenti Vahid Mustafayev və vitse-prezidenti Mirşahin Ağayev çıxış edərək Bakı Apellyasiya Məhkəməsinin və MTRŞ-nın müvafiq qərarının ləğv edilməsini istəyib.
MTRŞ-nın nümayəndəsi Toğrul Məmmədov isə ANS-in kassasiya şikayətinin təmin olunmamasını istəyib.
Məhkəmə heyəti saat 15.00-dək müşavirəyə yollanıb.
Müşavirədən sonra qərar elan olunub. Qərara əsasən, Ali Məhkəmə ANS-in kassasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media" Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib. Daha sonra MTRŞ "ANS Müstəqil Yayım və Media" Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib. ANS həmin qərardan kassasiya şikayəti verib.(report)


Şərhlər: 6
Baxılıb: 993
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
Utanmillar kanallarin sayini artirmaqdan azaldillar.10dene kanal var ya yox onun da biri baglandi.
23 sentyabr 2016 23:50
# 6
Her şeye gore şukur
aziz a
Aydaaa men cox umid edirdim ans yeniden qayidacaq ..heyif cox heyif
22 sentyabr 2016 23:31
# 5
Qelbim doludu !!!!
YalniZ-ArZu
YEGANE MILLETIK KI,OLKEMIZ UCUN 26 ILINI SERF ELEMIW BIR KANALI OZGELERIN SOZUNE GORE BAGLAYIRIQ.COX TEESSUF,BU OLKEDE YAWADIGIMA GORE UTANIRAM.CINGIZ KIMI OGULUN EZIYYETI PUC OLDU,ERDOGANA GORE O QEDER INSAN IWSIZ QALDI,INDIKI ZEMANEDE IW TAPMAGIN NE QEDER CETIN OLDUGUN HAMI BILIR.BU KANALIN ILLER BOYU CEKDIYI EZIIYYET,CEBHE XETTINDE OZLERINI TEHLUKEYE ATIB REPORTAJ HAZIRLAMAQLARI,ESGERLERIMIZE KABINETDEN YOX,SENGERDEN DESTEK OLMAQLARININ BIR QEPIKLIK HORMETI,QIYMETI YOXMUW MEGER...YAZIKLAR OLSUN.BUTUN WEHID AILELELERININ HAQQI SIZE HARAM OLSUN.
22 sentyabr 2016 17:56
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Helena
Cox yaxwi kanal idi.Hemiwe maraqli verliwler verirdiler
22 sentyabr 2016 16:52
# 3
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
BARBI
Bir sozune gore omurluk baglandi.
22 sentyabr 2016 16:16
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
yaziqlar o boyda yol qet et o boyda Daqliq Qarabaq muharibesini tek lente alan kanal sen ol gel bu yerde omurluk lisenziyan elinden alinsinşbir terfdende Turkiye kmi qardas olkenin dushmaniyla ne ishuz var axi bu gunde bele olursuz
22 sentyabr 2016 15:28
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz