Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ən yaraşıqlı azərbaycanlı məşhur jurnalın üz qabığında
Ən yaraşıqlı azərbaycanlı məşhur jurnalın üz qabığında
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5163
Səs ver:

 

Ən yaraşıqlı azərbaycanlı məşhur jurnalın üz qabığında

Ən yaraşıqlı azərbaycanlı məşhur jurnalın üz qabığında

Ən yaraşıqlı azərbaycanlı məşhur jurnalın üz qabığında

Nyu-Yorkun mədəni həyatının aparıcı nəşrlərindən biri olan "Time Out” jurnalının aprel buraxılışının üz qabığında azərbaycanlı model Rüstəm Cəbrayılovun şəkli yerləşdirilib.
Populyar jurnalın üzərində şəklini görmək hətta Rüstəm Cəbrayılovun özü üçün də sürpriz olub.
Son zamanlar dünyanın qabaqcıl dəb mərkəzi olan Nyu-Yorkda fəaliyyətini davam etdirən gənc model "AzərTAc”-ın müxbiri ilə söhbətində bildirib ki, iştirak etdiyi çoxsaylı fotosessiyaların məhsulunun harada yerləşdiriləcəyini əvvəldən əksər hallarda özü də bilmir. Yaponiyadan Argentinaya qədər istənilən ölkədə işıq üzü görə biləcək reklam və ya jurnal, istehsal markası onlardan istifadə edə bilər. Ona görə də bu ay təsadüfən köşkün yanından keçərkən öz şəklini "Time Out”un üz qabığında görmək ona sonsuz məmnunluq bəxş etmişdir. 25 yaşlı model məşğul olduğu peşəyə görə təsadüflərə minnətdardır.
Manhəttəndəki "Güllüoğlu” türk kafesində Rüstəmlə çay süfrəsi arxasında söhbət edərkən bunları bildirib:
Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinin tələbəsinə yaddaqalan görünüşünə görə şou-biznesə qatılmağı tez-tez məsləhət görsələr də, o, bunu dost-tanış və ailəsinin sadəcə xoş arzusu kimi qəbul edərək məsələyə ciddi yanaşmırdı. Lakin bir gün dərsə gedərkən metrostansiyanın çıxışında iki prodüser ona yaxınlaşaraq reklamda çəkilməyi təklif etmişdir. Layihə uğurlu alındıqdan sonra Rüstəmin də həvəsi artmış, modellik sahəsinə maraq göstərməyə başlamışdır.
O, "Best Model of Azerbaijan- 2006”, Türkiyədə isə "Best Model of the World- 2007” müsabiqələrinə qatılaraq qalibi elan edilmişdir. "İstanbulda dünya birinciliyini qazanacağıma heç inanmırdım. Buraya 89 ölkə ən peşəkar nümayəndələrini göndərmişdi. Mənim adım çəkiləndə, yadımdadır, o qədər həyəcanlı idim ki, qadın modellər arasında birinciliyi qazanan nigeriyalı xanımın paltarının üstündən tapdalayıb keçmişdim”, – deyə Rüstəm gülümsəyərək söhbətinə davam edir.
Bu qələbədən sonra o, Türkiyədə film çəkilişlərinə dəvət alıb. Lakin qlobal iqtisadi böhran İstanbulun şou-biznesinə də təsir edərək layihələri ləngidib. O, deyir: "Doğrusu, bundan sonra bir qədər məyus olub həvəsdən düşmüşdüm. Lakin tale elə gətirdi ki, 2010-cu ildə Amerikaya köçüb ailə qurdum. Burada da təsadüf nəticəsində bir gün mənə sənədlərimi modellik agentliklərinə göndərməyi təklif etdilər. Portofliomu bəyənib qəbul etdilər. Ondan sonra olduqca gərgin bir iş cədvəlim başladı. Hərdən elə olur ki, həftədə 40-dan çox sınaq çəkilişində iştirak edirəm. Cəmi bir neçə aydır işləyirəm, amma bəxtimdən artıq "Louis Vuitton”, "Christian Dior”, "Armani Exhcnage” kimi brend adlarla işləyən şirkətlərlə əməkdaşlıq etmişəm”.
Rüstəm Cəbrayılovun adı beynəlxalq moda aləmində nüfuzlu tədbirlərdən biri hesab edilən "Nyu-York dəb həftəsi” üçün də seçilən azsaylı modellərin arasındadır. O, Maykl Bastian, Niko və Adrian kimi tanınmış amerikalı dəb dizayn ustalarının bu fəsil üçün kolleksiyalarını səhnədə təmsil edib. Rüstəmin nümayiş etdirdiyi kişi kostyumları "Los-Anceles Tayms”, "Nyu-York Tayms” kimi qəzetlərin səhifələrinə yol tapıb.
Azərbaycanlı modelin şəklinə bu gün tez-tez yüksək dəb barədə yazan onlayn nəşrlər və bloqlarda da rast gəlmək olur. Bu yaxınlarda onun işi "Centlmen belə görünməli”, "Bissu” kimi jurnallarda da əksini tapmışdır. "Dəb sənayesinin mərkəzində Azərbaycanı tanıyırlarmı” sualına gənc model belə cavab verir: "Təəssüf ki, əksəriyyəti hələ tanımır. İştirak etdiyim fotosessiyalara gedərkən ən birinci sual "haralısan” olur. Azərbaycanın Türkiyəyə yaxın olduğunu bildirərkən təsəvvürləri yaranır. Bizim bu sahədə söz deyəcəyimiz günlər, görünür, hələ qabaqdadır”.
Rüstəm Cəbrayılov ümid edir ki, Nyu-Yorkda modellik sahəsində atdığı kövrək addımlarla Azərbaycanımızın bu sahədə tanınmasına öz kiçik töhfəsini verə bilər. Bizə isə gənc azərbaycanlı modelə bu işdə uğurlar arzu etmək qalır.

 



Şərhlər:
Baxılıb: 5163
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz