Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nazpəri: "Atam başımı aldadıb, məni 15 yaşımda ..." - VİDEO
Nazpəri:
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 32270
Səs ver:
"Üzr istədi, amma bağışlamadım"

Xalq artisti Nazpəri Dostəliyeva ARB TV-nin "Gəlin danışaq" verilişində eksklüziv açıqlamalar verib.

Sevilən müğənni bu sənəti seçməsinin ailəsində yaratdığı narazılıqlardan danışıb:

"Atam sənətkar idi. Görürdü ki, mənim iç dünyamda nə boyda sənət var. O uşaqlığımla nələr oxuyurdumsa. Atam məni çox gözəl başa düşürdü, amma qardaşlarım gənc idilər, istəmirdilər. Böyük qardaşım Ağalar çox ciddi oğlan idi. Heç vaxt icazə verməzdi ki, qız manikürə getsin, icazə verməzdi ki, salona getsin. Ancaq o biri qardaşlarım heç qarışmazdılar. Sadəcə olaraq narazılıq var idi. Mənim böyük qardaşım əsəbləşməsin, evdə söz-söhbət olmasın deyə atam düşünüb-daşınıb dedi ki, ailə qurmağın vaxtıdır. Qoy sənin də bu sənətini müdafiə edənin olsun, qardaşın artıq müdaxilə etməsin. Bir çıxış yolu kimi həm də".

Tanınmış ifaçı 15 yaşında ərə getməsi haqda isə bunları söyləyib:

"Misal üçün, bir gənc qızın 15 yaşında ərə getməyinə mən bu gün qəti "yox" deyərəm. Amma mən 15 yaşımda ailə qurdum. Bir sənətlə alışıb-yanan övlad oğlandır, qızdır, fərqi yoxdur, mən ona "hə" deyərdim, ona kömək edərdim səhnəyə çıxsın. Mənim o yaşda ailə qurmaq ağlıma belə gəlmirdi. Təsəvvür edin ki, vağzalı çalınır, mən gedirəm, atam çıxdı mənə xeyir-dua versin. Mən atama dedim ki, ata, mən haraya gedirəm? Atam başını aşağı salıb çox pis oldu. Dedi ki, bala, qonaq gedirsən, rayona gələcəksən. Mənim başımı aldatdı. Görür, uşağam, heç başa düşmürəm. Deyirəm, papa, tez qayıdım da, nə olar. Yəni bu dərəcə də saf, sadə, heç nədən xəbəri olmayan bir uşağın haraya getdiyi belə ona hələ çatmır".

Sənətçi, müğənnilik etmək istəyinin həyat yoldaşı tərəfindən də əngəlləndiyini bildirib:

"Sözsüz, həyat yoldaşım məndən çox böyük idi. Yaşını deməyəcəm. Allah rəhmət eləsin! Dünyasını dəyişib. Gözəl insan idi. Övladlarımın atasıdır. Nə isə. Mən heç vaxt dünyasını dəyişmiş insanların artıq nöqsanlarını, səhvlərini danışmıram, amma o da mənə icazə vermədi. Elçi gəldikləri vaxt anama demişdilər ki, icazə verəcəyik. Mənim üçün çox gəzlənilməz oldu. Ali təhsilli, alicənab bir insan idi. Yəqin ki, o məni başa düşərdi. O da istəmədi. O da istəməyəndə mən çox pis oldum, həyat mənim gözümdə bir anlıq söndü. Mən düşündüm ki, mənim taleyimə belə bir qara bəxt yazılıbmış. Mən onu yaşadım. Mən 8 il o həyatı yaşadım. Hətta 9 ildən artıq. Qəfəsdə çırpınan, qolu-qanadı sınan quş kimi çapalayırdım. Eyni zamanda mən 2 övladımı böyütdüm, onların dünyaya gəlməsi mənim üçün stimul oldu yaşam tərzimə".

Məşhur müğənni həyat yoldaşından xəyanətə görə ayrıldığını söyləyib:

"Onun bircə səhvinin ucbatından oldu hər şey. Mən yenə deyirəm, bütün qadınlar onu bağışlayardı, o səhv bütün kişilərdə ola bilərdi, amma mən bağışlamadım. Bilirsənmi necə, hər şey sübut olunduğu gün ki mən onu bağışlamayacam, onun ağlına belə gəlməzdi ki, mən ciddiyəm. Amma mən bir dəfə dedim sözümü. Çünki mən özüm xəyanət etməyi sevmirəm. Əgər mən xəyanət etməyi sevmirəmsə, öz intiharıma belə razı olaram, ancaq mənə edilən xəyanəti bağışlamaram. Bu bizim ayrılığımıza böyük bir səbəb oldu. Onun heç yatıb yuxusuna da gəlməzdi ki, biz ayrıla bilərik.

Xalq artisti həyat yoldaşı ilə yaşadığı son günün detallarını açıqlayıb:

"Biz 2 dost kimi əyləşdik. Mən hətta gözəl bir süfrə də açdım, gözəl bir sarı qızılgül qoydum masaya. O başa düşmədi ki, nə var, nə yox. O, sadəcə olaraq öz peşmanlığını bildirdi, üzr istədi. Mən isə ona qulaq asmırdım. Bir fikrimi dedim ki, bu bizim son gecəmiz, son içdiyimiz bir stəkan çay, son romantik yaşadığımız həyat olacaq. Ancaq yenə o inanmadı. O, bir vaxt gözünü açdı ki, artıq biz tamamilə ayrı-ayrı adamlarıq".


Şərhlər: 7
Baxılıb: 32270
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
ere getmeyi heqiqetende faciyedir indide tesufki bu cur qizlarimiz vardir
2 oktyabr 2016 23:29
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Su Perisi
deyesen cox kinoya baxib yaxshi senaridi
1 oktyabr 2016 20:48
# 6
sən səbirli ol,bir gün dövran dönəcək,sənə edilən haqsızlıqlari Allah görəcək,ahın yerdə qalmaz,bir gün sıra onlara da gələcək...
YalniZ-ArZu
bunun deyesen qocaldiqca bawi qacib.Guya ere gedende atasinnan soruwurmuwki hara gedirem,bir koynek et tokdume lap,duwuklerin qirilsin senin.Cefeng agilsiz fikirlerle nece de senetlerin gozden salirlare.
1 oktyabr 2016 17:18
# 5
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Helena
Hamisini oxudum.ama hec maragimi cekmedi
1 oktyabr 2016 13:54
# 4
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Akkuw)
sebrim catmadi oxuyam

sebrim catmadi oxuyam
1 oktyabr 2016 12:04
# 3
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
Barbaris
oxumadim uzun olduu(
1 oktyabr 2016 11:02
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Tesirlenerek oxudum.Demeye soz tapmiram.Atasi yalnis is gorub.Qizinin taleyiyle oynayib.En azinnan iki gozel balasi var.
1 oktyabr 2016 07:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz