Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sərnişinlərə xoş xəbər! - Dayanacaqlarda... - FOTOLAR
Sərnişinlərə xoş xəbər! - Dayanacaqlarda... - FOTOLAR
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 1990
Səs ver:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli, 966 nömrəli Fərmanı ilə yollarda yol nişanlarının qurulması və onların lazımi vəziyyətdə saxlanılmasına nəzarət müvafiq dövlət qurumları, o cümlədən Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir.

BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarovanın ATV.az-a verdiyi məlumata görə, bu baxımdan, Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda xidmət səviyyəsinin artırılması, əhalinin şəhərdaxili avtobuslardan istifadəsinin daha da yaxşılaşdırılması, eləcə də əlavə vaxt itkisinin qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir. Bu çərçivədə tətbiq edilən yeniliyə əsasən, hər bir dayanacaqda xüsusi məlumat lövhələri quraşdırılacaq. Lövhələrdə dayanacağın yerləşdiyi küçə və prospektdən keçən marşrut xətləri, avtobuslararası interval, həmçinin hər bir marşrut xətti üzrə mövcud dayanacaqlar barədə məlumat əldə etmək mümkündür. İlkin mərhələdə bu tip məlumat lövhələrinin paytaxtın əsas küçə və prospektlərində quraşdırılmasına başlanılıb. Qısa vaxtda isə Bakı şəhərinin inzibati ərazisində mövcud olan əksər dayanacaqlarda yeni məlumat lövhələrinin quraşdırılması təmin ediləcək.

Məlumat üçün onu da qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində, xüsusən də nəqliyyat vasitələrinin və sərnişin axınının sıx olduğu yerlərdə hərəkətin təhlükəsizliyini və intensivliyini təmin etməyə imkan verən avtobus dayanacaq ciblərinin salınması prosesi ilə bağlı da ciddi iş aparılır. Bakı Nəqliyyat Agentliyinin xüsusi ekspert qrupunun apardığı təhlillərə əsasən, Bakı Nəqliyyat Agentliyinin, "Azəravtoyol" ASC-nin və Nizami Rayon İH-nin birgə işi nəticəsində daha iki ərazidə - Qara Qarayev prospekti (8-ci km bazarından metronun “Neftçilər” stansiyasına gedən yolda) və Rüstəm Rüstəmov küçəsində (“Dakar” meydanından Bakıxanov qəsəbəsinə gedən yolda) avtobus cibi salınıb.

Sərnişin avtobuslarının dayanacaq ciblərinə maneəsiz daxil olması üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatlar ərazidən köçürüləcək. Avtobusların ciblərdən kənar yerdə saxlamasının qarşısını almaq, onların qrafikinin tənzimlənməsi və buna uyğun hərəkətinə nəzarət etmək məqsədi ilə adı çəkilən küçə və prospektə Bakı Nəqliyyat Agentliyinin mobil qrupları cəlb edilib. Bununla yanaşı, əraziyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə də nəzarət gücləndirilib. Avtobuslarla yanaşı, ciblərə yaxın ərazilərdə taksi duracaq məntəqələri də təşkil ediləcək. Qara Qarayev prospekti ilə Rüstəm Rüstəmov küçəsinin kəsişməsində dayanan taksilərin həmin dayanacaqlarda xidmət göstərməsi təmin ediləcək.

Eyni zamanda, Bakı Nəqliyyat Agentliyi tərəfindən həmin ciblərə eyni vaxtda bir neçə marşrut xətti üzrə avtobusların daxil olaraq sıxlıq yaratmasının qarşısını almaq məqsədilə, daxil olacaq marşrut xətləri üçün qrafiklər işlənib hazırlanır.


Şərhlər: 3
Baxılıb: 1990
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Lap gozel olar.Marsrut qitlifi var
23 sentyabr 2016 00:18
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
lap yaxzsi marsurutrlar coxalsa yaxsidi
22 sentyabr 2016 20:42
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
laap yaxwii...
22 sentyabr 2016 20:39
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz