Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ölümünü gözləyən "SPİD" xəstəsi - Dəhşətli həyat hekayəsi
Ölümünü gözləyən
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 6121
Səs ver:
“Amerikalı qadın gedəndən sonra bildim ki...”

Həyatda hər kəs şanslı doğulmur. Bəzən də həyatın ağır sınaqları ömrün sonrakı illərinə təsadüf edir. Belələrini görməzliyə vurmaq, dərdinə biganə qalmaq düzgün və mümkün deyil.

Müsahibimin zəif, xırıltılı səslə mənə verdiyi cavablarda aramsız bir kömək, yardım istəyi vardı. Onu dinlədikcə öz-özümdə düşünürdüm: bunları mənə doğrudanmı danışan bu adamdır?

Onun başqalarından fərqli olduğunu düşünmüşdüm. Amma... Bugünku müsahibim çəkdiyi əzablardan, düçar olduğu xəstəliklərindən utanmayan, üstəlik sağalacağına ümidini üzməyən birisidir. Əsrin bəlası olan İİV infeksiyasina (SPİD) tutulub, həm də qırtlaq xərçəngi boğazından yapışıb.

Anasını özünə bacı bilirmiş

Mənsur Xanlarov 1967-ci ildə İmişli rayonunda anadan olub. Valideynləri o, altı aylıq olanda ayrılıblar: “Atam anamı qısqandığı üçün ayrılmalı olublar. Anam başqasına ərə gedəndə məni nənəmin, babamın öhdəsinə buraxıb. Əvvələr ad-soyadım Quliyev Münasib Malik oğlu olub. Sonradan dəyişdim.


Yadımdadı, anam bizə gələndə həmişə məni qucaqlayıb öpürdü. Bacı bildiyim qadının əslində anam olduğunu 14 yaşımda təsadüf nəticəsində öyrəndim. Anamdan soruşdum ki, niyə yenidən ailə quranda məni özünlə aparmadın? Cavab verdi ki, ailə qurduğum kişi səni özümlə aparmağa icazə vermədi. Yenə də babamın evində yaşamağa başladım. Əsgərliyə getməyimə 5 ay qalmış gedib atamı tapmaq qərarına gəldim və tapdım. Atam bildirdi ki, boşananda məhkəmə səni götürməyə mənə icazə vermədi. Əsgərlikdə məktub gəldi ki, atan ölüb. Mən də əsgərlikdən qayıdandan sonra adımı-soyadımı dəyişib Xanlarov Mənsur Sərxan oğlu etdirdim”.

Şəkər zavodundan işləyən gözəl qadın və…

O, 1994-ci ildə ailə həyatı qurur. İmişli rayonu ərazisində yerləşən “Muradxanlı” neftçıxarma idarəsində işləməyə başlayır: “Yüksək əmək haqqım və gözəl ailəm vardı. Düzü, biz kişilər yad qadın görəndə nəfsimizi saxlaya bilmirik. İmişlidə şəkər zavodunda xarici ölkədən gələn qadınlar işləyirdi. Mən də həmin zavoda yaxın yaşayırdım. Orada işləyən amerikalı qadınlardan biri ilə tanış oldum. 4-5 ay davamlı olaraq görüşdük.

Daha sonra qadın Azərbaycandan getdi. Onun gedişindən bir il sonra özümü narahat hiss etdim, məndə qızdırma, halsızlıq baş verdi. İmişlidə həkimə getdim. Həkim mənə yataq rejimli müalicə yazdı.
Günlər keçdikcə vəziyyətimdə heç bir dəyişiklik olmadı. Paytaxta gəlib analiz verdim və məndə İİV virusu aşkarlandı. 2006-cı ildən Respublika QİÇS-lə mübarizə mərkəzində qeydiyyatdayam. Burada hər 6 aydan bir 21 gün qala bilirəm. Bu mərkəzin həkimləri olmasaydı, bəlkə mən çoxdan ölmüşdüm”.

Arvad-uşaq ondan qaçıb

Bəs ailəsi Mənsurun bu xəstəliyə yoluxduğunu necə qarşılayıb? Deyir ki, öz xəstəliyindən xəbər tutanda ilk aylar həyacan içində yaşayıb: “Fikrləşirdim ki, çürüyəcəm və öləcəm… Daha sonra özümü ələ aldım, yaşamaq üçün mübarizəyə başladım. Bir ay sonra ailəmə dedim ki, SPİD xəstəsiyəm. Evdəkilər qorxdu. Həyat yoldaşım da analiz verdi, heç bir xəstəlik olmadığını biləndə uşaqları da götürüb evdən getdi.

İki oğlum var, biri 15, digəri 14 yaşında. Bildiyimə görə, Saatlı rayonuna yığışıblar. 9 ildir onları görmürəm”.

Sonra dayısına sığınır, amma ordan da çıxmalı olur: “Xəstəliyimdən xəbər tutanda o da məni evdən qovdu, işdən də çıxdım. 9 ildir Biləcəridə kirayə qalıram. 160 manat pensiya alıram. Onun 130 manatını kirayə verirəm. Əvvələr fəhlə işləyib günə 10-15 manat qazanırdım. Amma 2 aydır xərçəng buna da imkan vermir.

Gecələr nəfəs ala bilmirdim. Biləcəridə Dəmir Yol Xəstəxanasında analiz verdim. Məndə qıtlaq xərçəngi çıxdı. Bildirdilər ki, boğazında deşik açmaq lazımdır, bunun üçün 300 manat pul istədilər. Kirayə yaşadığım yerdə qonşular və uşaqlıq dostumun sayəsində pulu xəstəxanaya verdik. Boğazımdan deşik açdılar, indi güclə də olsa nəfəs ala bilirəm.

Onkologiya Xəstəxanasında da analiz verdim, xəstəliyi təsdiq etdilər, məlum oldu qırtlaqda şiş var. Dedilər, əməliyyat olunmasan 2 aya öləcəksən. Əməliyyata isə 5 min manat istədilər. Hətta həkim biləndə ki, heç kimim yoxdu, yenə qiymətə fərq qoymadı. “Bax burda işləri zayılladın” dedi.

10 il sənayedə işləmişəm. Bəlkə elə o zaman zəhərli maddələrlə işlədiyim üçün bu xəstəliyə tutulmuşam. Heç kəs mənə kömək etmək istəmir. Gecələr yata bilmirəm. Hər 15 dəqiqədən bir oyanıram. Çünki məndə tez-tez boğulma baş verir”.

“Anam on dəqiqəliyə gəldi”

Xərçəng xəstəsi olduğunu biləndə dayısına zəng edib: “Dedim, mənim vəziyyətim yaxşı deyil, uşaqları gətir, onları görüm. Uşaqları gətirməyəcəyini bildirdi. Mənə heç kim yaxın durmur. Anamın 10 uşağı var. Bəziləri Bakıda yaşayır deyə anam onlara qonaq gəlibmiş. Eşidib ki, xəstəyəm. O da 10 dəqiqəliyə gəlib məni gördü. Özünü elə apardı ki, sanki 9 ay məni bətnində daşımayıb. Anamadan uşaqlarımı soruşdum, dedi maraqlanmıram”.

Yaşamaq istəyir!

O, səhvini boynuna alır: “Bu bir səhv idi. İndi peşmanam, çünki bu səhv hərəkət məni ailəmdən, uşaqlarımdan məhrum etdi. Düzü, inanmıram məni əməliyyat edələr. Amma yaşamaq istəyirəm . Bilmirəm, bəlkə o dünya buradan yaxşıdır. Orada sakit və rahat olaram. İndi isə pulsuz və çarəsizəm. Pul yoxdursa ölməlisən. Əslində mən ölümümü gözləyirəm…

Sonda Səhiyyə Nazirliyindən xahiş edirəm ki, mənə kömək etsinlər. Bir az da yaşayım. Sağalıb 10 ilə yaxındır görmədiyim uşaqlarımı görmək istəyirəm”.

Teleqraf.com


Şərhlər: 10
Baxılıb: 6121
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Helena
Heqiqeten cox pis oldum.Allah komeyi olar inwallah icon_sada
14 sentyabr 2016 12:44
# 10
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Ekizlerin mamasi
Nece analar var heyatda ozgesine gore balasini atir.kisinin vezyetise cox urekagridandi.bir sehfinin uzunnen her kes onu tekliye mehkum edib
14 sentyabr 2016 12:42
# 9
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
YalniZ-ArZu
Kiwini qizlar qinayib yeterince,raziyam yazdiqlariyla...
Amma men anani qinayiram,erden otru oz dogma uwagin atib gedir.Nu cur "ana"lara men ana demerem.Bilmek olmaz belke bu insan normal bir ailede,onu seven valideynlerin yaninda boyuseydi oz ailesine de daha hessas davranardi.
Arvadi ise cox qeddar davranib,xeste insani atib gedib.Noldu pulu olanda buna baxa bilende kiwi yaxwi olur,xeste gucsuz olanda baxa bilmir.Hetta uwaqlari da elinnen alir,gormeye imkan vermir.Bu cox qeddarcasina edilen bir hereketdir.Xesteye baxmaq savabdi,hele heyat yoldawina qulluq elemek,bir qadinin borcudu.Dinimizde bu qadinin birbawa vezifesidir.Hetta er ucun,suzulen bir stekan cayin boyuk savabi var...qadin ozunu bunnan mehrum edib,sabah onun da oglanlari aile quranda bu ailenin ustunde esmeyecekler,atalari kimi natamam aileleri olacaq.Cunki gozlerin acib,xeyanet eden ata,laqeyid ana gorubler.
14 sentyabr 2016 11:01
# 8
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Barbaris
Sitat: qanadli melek
Ne deyim bilmedim..oz cezasidi nefsinin cezasidi cekir
14 sentyabr 2016 10:44
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
vipbetul
Allah hec kesi xesdelikle sinamasin insallah
14 sentyabr 2016 10:26
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
Əslən pis xəstəliydi, allah uzaq eləsin. amma bu hekayeni oxuyub bir çox kişilər dərs almalıdırlar, axı deyir ki özüdə yetim böyüyüb, uşaqlarınıda yetim böyüməyə imkan vermemeli idiler, Elə qadınlar xesteliy deposudur, yaxın getməy olmaz.
14 sentyabr 2016 10:17
# 5
Bir duam var,səndən amin gözləyirdua09123
naxçıvan balası
Eceb olub sağ eli xeyanet eden bawqa kiwilerin bawine bundanda beter olsunar .
14 sentyabr 2016 09:52
# 4
Turkan Abbasova
Qəribəde olsa heç pis olmadım. Əslində insalara çox tez yazığı gələn başqalarını fikirləşən insanam. Amma bu kişiyə nədənsə içimdən yaxşı olub demək keçdi. Niye xəyanət etdin aileneki bu da başına gələydi. Bu bir çox dirnaqarasi kişilərə dərs olsun. Allah bilib bu xəstəlikləri çıxardıb. Yoxsa bu kişilər lap çox qudurardilar. Bu kişiyə gələndə isə elə bilir öləndə rahatlıq tapacaq. Day ona diyən lazimdiki cehenneme yanmağa gedirsən. Sənə yaxşı yol
14 sentyabr 2016 09:39
# 3
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
qanadli melek
Ne deyim bilmedim..oz cezasidi nefsinin cezasidi cekir
14 sentyabr 2016 09:32
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
son bahar
Ac gozluluyun nefsinin qurbani olub...allah uzaq elesin...esrin belasidi bu xesteliy bu xeberi oxuyub o bezi agildan kem nefsine guc gele bilmeyen kisiler orney goturer
14 sentyabr 2016 08:05
# 1
...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz