Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Ərim evdə olmayanda Sədini çağırırdım, intim əlaqədə olurduq" -Qatilin etirafı
Göndərən: Ayten Melek
Şərhlər: 22
Baxılıb: 8542
Səs ver:
Son günlər ölkə gündəmini zəbt edən qətl hadisəsinin detalları məlum olub. Belə ki, ötən ilin sentyabrın 26-da iş adamı Kamran Mahmudov evində, yatdığı yerdə arvadı Lalə Mahmudova və onun sevgilisi Sədi Məmmədov tərəfindən əvvəlcə güllələnərək qətlə öldürülüb, sonra isə cəsədi onlarla parçaları bölünüb basdırılıb.

Moderator.az xəbər verir ki, “Qafqazinfo” nəşri qətli törədən S.Məmmədov və L.Mahmudovanın istintaqa ifadələrini əldə edib.

Təqsirləndirilən şəxslərin dəhşətli hadisə barəsində danışdıqlarını təqdim edirik.

Sədi Məmmədov ifadəsində deyib ki, sevgili olduğu Lalə Mahmudova ilə dəfələrlə otellərdə və Lalənin əri ilə birgə yaşadığı mənzildə cinsi əlaqədə olub:

“Lalə bir gün ərinin ondan şübhələndiyini dedi və birlikdə Kamranı öldürməyi planlaşdırdıq. Plana görə, Lalə qapını açmalı, mən Kamranı yatdığı yerdə öldürüb, bədənini doğrayıb İsmayıllı rayonuna aparıb basdırmalı idim. Sentyabrın ortalarında meyiti yığmaq üçün sellofan torbalar və xomutlar alıb Laləyə verdim, evə apardı.

Hadisədən 1-2 gün əvvəl “Makdonalds”da Lalə ilə görüşüb qətli necə edəcəyimizi bir daha razılaşdırdıq. Lalə dedi ki, Kamranın evə gəlməsi və yatması barədə mənə məlumat verəcək, sonra qapını açacaq və mən evə daxil olacağam. Planlaşdırdığımız kimi də oldu. Çantamda silah, bıçaq və dəmir kəsən mişar götürmüşdüm. Silahı çıxarıb Kamran yatan otağa girdim. Lalə mətbəxə keçib gözləməyə başladı. Kamranın başının arxasından bir güllə vurdum, sonra dəhlizə qayıtdım. Laləyə “vsyo” dedim. O da Kamranın başının qanı otağa bulaşmasın deyə sellofan torbanı mənə verdi. Təkrar Kamran yatan otağa girib onun başına 2 güllə sıxdım, sonra xırıltı səsi tam kəsildi. Torbanı Kamranın başına keçirtdim. Lalə ilə birgə meyiti sürüyərək hamam otağına apardıq. Laləyə çölə çıxmasını dedim, qapını bağladım, Kamranın paltarlarını çıxarıb bədənini bıçaq, sümüklərini dəmir kəsən mişarla doğramağa başladım. Laləni çağırıb sellofanları verməsini dedim. O, parçalanmış meyiti görməmək üçün otağa baxmadan sellofanları verdi. Kamranın parçalarını 15 torbaya yığıb ağzını xomutla bağladım. Sonra onları Laləyə verdim, o da dəhlizdə divara söykəyib yığırdı. Hamamda qanı yudum, özüm də yuyundum, yorulduğum üçün biraz dincəldim. Sonra torbaları daşıyıb maşınıma yığdım. Öz evimə gedib paltarımı dəyişib, İsmayıllıya getdim.

Yolda qardaşım Əliyə zəng edib ağac əkmək üçün yer qazmasını istədim. Ora çatandan sonra qazılan yeri biraz da genişləndirdim, Kamranın cəsədinin hissələrini torbalardan çıxarıb çuxura töküb üstünü basdırdım. İzi itirmək üçün ora çınqıl töküb, üstündə ocaq qaladım. Kamranın paltarlarını da özümlə götürmüşdüm, onları da ocaqda yandırdım. Silahı yardımçı evdə gizlədib, getdim. Peşmanam”.

Lalə Mahmudova istintaqa ifadəsində əri Kamran Mahmudovun qətlində iştirak etmədiyini deyib:

“Kamran Nərimanov rayonunda “Fullmart” marketin direktoru idi. Maddi imkanı yaxşı olsa da, ailəmizi təmin edə bilmirdi. İşləməyimə etiraz edirdi, mənə qadın kimi diqqət ayırmırdı, gəzməyə aparmırdı, sekslə məşğul olanda yalnız özünü fikirləşirdi, bir kişi kimi məni təmin etmirdi. Təxminən 4 il əvvəl anamın qızıl alqı-satqısı dükanını icarəyə verdiyi Sədi ilə tanış oldum, evli olduğunu, 2 oğlu olduğunu bilirdim. Sonralar münasibətlərimiz istiləşdi, Kamran evdə olmayanda gecə saat 1-2 radələrində uşaqları yatırıb Sədini çağırırdım, intim əlaqədə olurduq.

2014-cü ildə Sədi ilə gizli görüşməkdən bezdim, Kamrana boşanmaq istədiyimi dedim, razılaşmadı. Sədini sevirdim, onunla evlənmək istəyirdim, amma arvadından boşanmasını istəmirdim. Sədi mənim üçün əsl kişi idi. Bir gün mənə Kamranı öldürməyi təklif etdi, razılaşdım. Amma Sədinin qəzaya düşməsi bu planımızı təxirə saldı. O yeriməyə başlayandan sonra təkrar planı reallaşdırmaq qərarına gəldik. Sentyabrın 25-i axşam Sədiyə “Line”da mesaj yazıb Kamranın evə gəldiyini və bərk yatdığını dedim, sonra mesajları sildim. Qapını açdım, Sədi otağa keçdi, mən mətbəxdə gözlədim. Bir neçə dəqiqə sonra taqqıltı və xırıltı səsi eşitdim. Bildim ki, Sədi Kamranı güllələyib, o da xırıldayır”.

L.Mahmudova ondan sonra baş verənlər haqda S.Məmmədovun dediklərinə oxşar ifadə verib. Sonda ərinin öldürülməsindən peşman olmadığını deyib: “Bircə hadisənin üstünün açılmasına görə peşmanam. Mən Sədi ilə birgə olmaq istəyirdim. Kamrandan boşansaydım da, yenə uşaqları görmək adı ilə bizi narahat edəcəkdi”.

Öldürülən K.Mahmudovun qardaşı Elçin Mahmudov qətl ərəfəsində baş verənlərdən danışıb:

“Əvvəla onu deyim ki, məhkəmə prosesinin qapalı keçirilməsi bizim üçün müəmmalı oldu. Müəyyən detallar ictimaiyyətdən gizli saxlanıldı. Cəmiyyət bilməli idi ki, söhbət necə olub. Məhkəmədə Lalə hər şeyi boynundan atır, guya ki, əvvəldən qətl törədiləcəyindən məlumatı olmayıb. Onun ifadəsinə görə, Sədi Kamranı öldürüb, doğrayıb, daşıyıb maşına yığandan sonra Laləyə onu öldürdüyünü deyib. Sədi də məhkəmədə dedi ki, əvvəldən Kamranı öldürmək istəməyib, ani qərar verib. Sual verdilər ki, bəs silah niyə üstündə idi? Dedi mənim düşmənlərim var, ona görə maşınımda daim silah gəzdirirəm. Sədi qətldən əvvəl qəzaya düşüb deyə ağır şey qaldıra bilmir. Ondan soruşduq ki, cəsədi basdırdıqları yerin üstünə qoyulan ağır setka torbalarını necə qaldırıb? Cavab verə bilmədi. Çünki özü etməyib. Ona qardaşı Əli kömək edib. Bundan başqa, qətldən Lalənin anası Tacirənin, qardaşı qızının da xəbəri olub, amma gizlədiblər. Lalə qətl gecəsi Kamranın bütün şalvarlarının ayağını kəsib, bizə də deyirdi ki, Kamran vəhabilərə qoşulmuşdu. İndi də vəkilləri onları öyrədir, hər dəfə fərqli bir şey deyirlər”.

Qeyd edək ki, hazırda qətl hadisəsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində proses gedir.


Şərhlər: 22
Baxılıb: 8542
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Marta
Men soz tapmiram nitqim qurudu...
15 sentyabr 2016 00:33
# 22
Немного терпения, и у тебя все получится..
roksi1995
tam oxumağa sebrim catmadi
14 sentyabr 2016 15:06
# 21
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Nemka Matata
ALLAH belanizi versin usaqlarin ahi gunahsiz insanin ahi tytsun sizi insaallah
14 sentyabr 2016 13:15
# 20
heyatim_menim
desetdı.hele bunu yarsını oxuya bılmedım.o qeder pıs vezıyyetdır kı.qadın oz heyat yoldasının oldurmey bır yana dogramaga da ıcaze verıb.nece dunyada yasayırıq.nece bır ınsan oz heyat yoldasının heyatına qesd etmeye razı olar.yasamaq ısdemırsen heyat yoldasınınla get bosan mecburdu bır ınsanı dograyıb oz heyatını mehv etmek.oz heyatın bır yana basqasının sevdıklerının goz yaslı qoymaga.ALLAHın verdıyı canı yalnız REBBIM ala bıler.ALLAH ıslah etsın.ALLAH dunyaya merhemet versın ınsaALLAH.
14 sentyabr 2016 11:19
# 19
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Sirin Ana
Eseblewdim belelerine qadin Ana adi demek gunahdir.
14 sentyabr 2016 00:12
# 18
Ekizlerin mamasi
Buna sadece vehsilik adi verile biler.qadindaki terbiyesizin en bariz numunesidi
13 sentyabr 2016 23:36
# 17
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
13 sentyabr 2016 22:56
# 16
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Efsuw2016
Allah belanizi versin. Xanim ne qeder exlaqsiz imis. Demeye soz tapmiram. Insan bu qeder qeddar ola bilermi
Qosuluram BARBI nikli usere
13 sentyabr 2016 22:48
# 15
Ailemi sevirem
YalniZ-ArZu
ne yazacagimi bilmedim...damarimda qanim dondu az qala.
13 sentyabr 2016 21:51
# 14
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Leman Esgerova
Oydaa hadise kino kimi gozumun qabagnda canlandi oxuduqca. Dehwet. Soz tapmram demeye
13 sentyabr 2016 21:41
# 13
Gülüş.
Oxuduqca dehsete geldim cinsi elaqeye gore erini ovladlarinin atasini oldurtdurub yaziq kisiye iskenceler veribler .hele utanmaz utanmaz deyirdeki meni temin etmirdi bu qedermi yanixmis bu qadin allah her ikinizede olum versin edam bele azdi sizin ucun.yazix kisiyede allah rehmet etsin
13 sentyabr 2016 21:30
# 12
Onun_Mələyi
Artıq insanların çoxu qudurmağa başlıyırlar, vampir kimi öz qanlarnı özləri içirlər.bir cinsi əlaqə üçün gör nələr eliyiblər....öldürməy bir yana doğramaq filan, qadındakı soyuqqanlıq diqqetmi çəkdi...nçç...nççç...allah ölüm versin. hər ikisinə
13 sentyabr 2016 21:07
# 11
Bir duam var,səndən amin gözləyirdua09123
vipbetul
edam bu da azdi diri-diri her gun az az oldurmak lazimdir
13 sentyabr 2016 20:55
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
NazNazi
cinsi elaqe üçün bu hedde gelibler ve azginlaşdıqlarini gosteribler yaniqlar
13 sentyabr 2016 20:52
# 9
İnci
Sozun bitdiyi andir bu nedir bele yaxsi oldurduz oldurduz bes niye dograyirsiz? Necede soyuqqanli adam imis allah onlari oldursun yaziq kisi hwle bir utanmiyib meni temin etmirdi de deyir
13 sentyabr 2016 20:51
# 8
Her gulusun arxasında bır keder vardır
MODABAZ
Oxuduqca fıkırlewdım goresen bullar ınsandılar ureklerı necede dozur danıwmaga ellerı gelıb etmeye hele sedı elede rahat deyırkı dogradım eledım ele bıl qoyun etı dograyıb Allah sıze agıl versın
13 sentyabr 2016 20:44
# 7
Heyata daim gulmek lazimdii
Cindrella
Adam demeye soz tapmir.Allah cezalarin versin!
13 sentyabr 2016 20:36
# 6
Barbaris
Her ikisine omurluk hebs!!!!!!! orasi-burasi yoxdu
13 sentyabr 2016 20:19
# 5
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Fiorella
Ne desen az olar cunki bu aglasigmaz herektdi
13 sentyabr 2016 20:11
# 4
BARBI
Allah belanizi versin. Xanim ne qeder exlaqsiz imis. Demeye soz tapmiram. Insan bu qeder qeddar ola bilermi
13 sentyabr 2016 20:08
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Helena
Kul bunlarin bawlarinaaa........Camaatin lap zayi cixib.Hamisi yolunu cawib.Hamisi xarici olkelerden oyrendikleridi.Filmlerden falan bu fikre gelirler.Allah gostermesin
13 sentyabr 2016 20:06
# 2
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Yaşadığım bütün yalnızlıqlar, gözlədiyim bir insan üçündür xeyal
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Gultekin.A
Ayyy aman dehset neler var neler.Allahim insanlarin aglin alinca ele canin oradaca al.camaat yemeye corek tapmir.evi ewiyi yoxdu kucelerde yatib durur.bularim qudurmuwduquna bax..dehset.Allah belelerine verince imkani versin kasiblarada pul qedri bilenlere.yene Allah bilen meslehetdi.
13 sentyabr 2016 19:56
# 1
..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz