Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Təranə Qumral, Nazəninə uduzdu – MƏHKƏMƏ QƏRARI - 5 il HƏBS
Təranə Qumral, Nazəninə uduzdu – MƏHKƏMƏ QƏRARI - 5 il HƏBS
Göndərən: NoName
Şərhlər: 20
Baxılıb: 20954
Səs ver:
Müğənni Nazəninin həyat yoldaşı Məhəbbət Həsənovun Təranə Qumrala qarşı şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə Nazəninin mətbuat xidməti geniş məlumat yayıb. Həmin mətni oxucularımız üçün yayımlayırıq: Məhəbbət Həsənov Nərimanov rayon məhkəməsində Təranə Qumrala qarşı qaldırdığı məhkəmə prosesində qalib gəlib. Məhkəmənin qərarı ilə Təranə Qumral Məhəbbət Həsənovun və onun həyat yoldaşı Nazəninin şərəf və ləyaqətini təhqir etdiyi, böhtan atdığı, onların işgüzar nüfuzuna xələl gətirdiyi üçün məhkəmənin qərarı ilə maddi təzminat ödəməli, eyni zamanda efir vasitəsilə onlardan üzr istəməlidir.


Məhkəmədə T.Qumralın M.Həsənovu təhqir etməsi sübuta yetirilib. Müğənni Nazəninin həyat yoldaşının vəkili Adəm Məmmədov bildirib ki, məhkəmə prosesi zamanı T.Qumral məsuliyyəti üzərindən atmaq üçün öz "İnstagram" hesabını silibmiş. Lakin məhkəmədə sübut olundu ki, həmin profil Təranə Qumrala məxsusdur. Həmin xəbəri yazan jurnalist məhkəmədə şahid kimi dindirildi. Jurnalist bildirib ki, xəbəri yazmadan öncə Təranə Qumral ilə əlaqə saxlayıb və o, həmin hesabın özünə məxsus olduğunu təsdiqləyib. Ali məhkəməyə Təranə İbrahimova tərəfindən verilən şikayət heç bir məhkəmədə qəbul olunmayıb. Məhkəmə Həsənovun xeyrinəverilən qərarı qüvvədə saxlayıb. İddia tələbi ondan ibarət idi ki, Nazənin xanımın həyat yoldaşı Təranə Qumral tərəfindən təhqir olunub. Şəxsi İnstagram səhifəsində Məhəbbət Həsənovun şərəf və ləyaqəti alçaldılaraq fikirlər səsləndirilib. Bunula bağlı Nazənin xanımın həyat yoldaşı məhkəməyə müraciət edib. Məhkəməyə verilən Təranə İbrahimova dərhal İnstagram səhifəsini silərək , məsuliyyətdən yayınmaq üçün bu səhifənin ona aid olmadığını iddia etsə də, məhkəmədə onu da sübut etdi ki, səhifə Təranə İbrahimovaya, yəni Təranə Qumrala məxsus olub. Hətta ona dəstək olan bir neçə jurnalistin də adı məhkəməyə təqdim edilib. Onlar Təranə İbrahimovaya dəstək olaraq, həmin İnstagram səhifəsində olan təhqirləri mətbuatda yayımlayıb. Bir sözlə, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı, qərarın icrası dərhal qüvvəyə mindi. Qərarın icrası üçün Təranə İbrahimovanın qediyyatda olduğu Nərimanov Rayon İcra şöbəsinə sorğu göndəriləcək.

Cavabdeh tərəfə zaman veriləcək ki, məhkəmənin qərarını yerinə yetirsin. Məhkəmənin qərarı ilə Təranə İbrahimova 3 min manat cərimə olunmaqla yanaşı ictimai şəkildə üzr istəməlidir. Əgər məhkəmənin qərarı yerinə yetirməzsə, onda cavabdeh Təranə İbrahimova inzibati məsuliyyətə, həm də cinayət məsuliyyətinə cəlb olunacaq. İnzibati məsuliyyətə cəlb olunsa 500 manatdan 1000 manata qədər cərimə olunacaq. Və bir aya qədər də inzibati həbs oluna bilər. Əgər həbsdən sonra da cəriməni ödəməsə ,üzr istəməsə icra məmurları tərəfindən istintaq idarəsinə təqdimat veriləcək. Bu zaman Azərbaycan Respublikasının cinayət məcəlləsinin 306-cı maddəsi ilə Təranə İbrahimova cinayət məsuliyytinə cəlb oluna bilər. Ona qarşı qəti-həbs imkan tədbiri görülə bilər. Bu zaman iş məhkəməyə göndərilsə Təranə İbrahimovanı 5 il həbs gözləyir. Qeyd edək ki, T.Qumral Nazəninin həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazmışdı: "Mən hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm və seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözünü mənə baxanda qamaşdıra bilirəmsə, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər". Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı. Hərçənd məhkəmə prosesində Təranə Qumralın Nazənin əri ilə intim münasitdə olduğu sübuta yetirilib. Xatırladaq ki, tərəflər arasında məhkəmə prosesi yekunlaşıb.

Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını əhatə etdiyi üçün qapalı keçirilib. Məhkəmənin qərarına əsasən, Təranə Qumral Nazəninin şərəf və ləyaqətini alçaltdığı üçün 10 min manat ödəməlidir. M.Həsənovun vəkili Adəm Məmmədov bildirib ki, məhkəmə prosesi zamanı T.Qumral məsuliyyəti üzərindən atmaq üçün öz "İnstagram" hesabını silibmiş: "Lakin məhkəmədə sübut olundu ki, həmin profil Təranə Qumrala aid olub. Həmin xəbəri yazan jurnalist məhkəmədə şahid kimi dindirildi. Jurnalist bildirdi ki, xəbəri yazmadan öncə Təranə Qumral ilə əlaqə saxlayıb və o, həmin hesabın özünə məxsus olduğunu təsdiqləyib". Xatırladaq ki, Nazənin əri bir müddət əvvəl mətbuata açıqlamasında da bildirib ki, Təranə Qumral onun məşuqəsi olub.

O bildirib ki, T.Qumral tərəfindən şərəf və ləyaqəti alçaldıldığına görə məhkəməyə müraciət edib: "Bir müddət öncə məhkəmənin qərarına əsasən, Təranənin mənə intim mesajları təsdiqini tapdı. Məhkəmənin qərarından sonra isə Təranə mənim şəklimi sosial şəbəkədə paylaşaraq, barəmdə xoş olmayan şərhlər yazdı. Amma yazılan şərhlər cavabsız qalmayacaq. Artıq bununla bağlı məhkəməyə müraciət etmişəm. Vəkilim Adəm Məmmədov da bu işə nəzarət edir. Bu günə qədər susurdum, amma indi susmayacam. Bəli, mənim Təranə Qumralla intim münasibətim olub. Onun mənim telefonuma göndərdiyi intim sms-ləri də saxlamışam. Həmin intim sms-lər də məhkəmədə sübut olundu. Demək istəyirəm ki, Nazəninin arxasında mənim kimi həyat yoldaşı var. Hər zaman da arxasında olacağam. Təranə deyirdi ki, Nazəninin Musada gözü var. İndi mən Təranəyə sual verirəm: Təranə Qumral mənim məşuqəm sayılır, yoxsa yox? Musa Musayev hələ də bu proseslərə göz yumur. Çünki baş verənlərdən xəbərsizdir".

16:20

Ötən il verilişlərin birində qonaq olarkən müğənni Nazənin və həyat yoldaşı Məhəbbət Həsənovun ünvanına işlətlədiyi təhqirlər Təranə Qumrala baha başa gəldi. Aylar öncə Nərimanov Rayon Məhkəməsində çıxarılan qərara görə T.Qumral, Nazənin və həyat yoldaşında üzr istəyib, maddi təzminat ödəməli idi. Məğlubiyyəti ilə barışmayan qarşı tərəf bu ilin yanvarında Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, hakim qərarı dəyişilməz olaraq qüvvədə saxladı. Ən sonda Ali Məhkəməyə müraciət edən Təranənin iddiası yenə də təmin olunmadı. Təfərrüatları oxucularımız üçün yayımlayacağıq.

Təranə Qumral, Nazəninə uduzdu – MƏHKƏMƏ QƏRARI - 5 il HƏBS
Təranə Qumral, Nazəninə uduzdu – MƏHKƏMƏ QƏRARI - 5 il HƏBS


Şərhlər: 20
Baxılıb: 20954
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
SENSİZ
Edalet oz yerini tutdu ne deyek .saq olsun qizlar menimde evezime yaziblar
25 avqust 2016 18:47
# 20
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
lili)
ne qeder qudurrubeeeee bu Terane ne davasidi bu seviyesizliyin axirinci yeridi vallah mene maraqlidi bu musa hara baxir
25 avqust 2016 15:49
# 19
Vuska87
Oyyy Bu ne seviyyesizlikdi.teranenin yerine men utandim girdim yere.Allah agil versin
25 avqust 2016 15:11
# 18
son bahar
Bu qadinin bele seviyyesiz oldugunu coxdan bilirdim.Bunu bir daha tesdiqlemis oldu ...Goresen inen sonra musa bey bunu yaninda yenemi gezdirecey ...yeni kisiliyine sixisdirarmi?
25 avqust 2016 14:56
# 17
...
seda-1
Bu nedi nc nc uje ozlerni tamam.itrblere bu teranedende hec xosm gelmrdi
25 avqust 2016 14:52
# 16
vipbetul
neged exlaqsiz yazidi bes teranenin o yanindaki bu yazini gormur
25 avqust 2016 14:48
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
TuralSebnem
ay da bu ne seviyesizlikdi Allah sizi biyabr elesin deyerdim Ama artiq biyabr olmusuz terane cox sineve doyurdun di otur yerinde
25 avqust 2016 14:39
# 14
ş
Barbaris
Hec birinii beyenmirem ne de qulaq asmiramm... Mehkeme her seyi subut edibse terana musa nece cixacaq indi sehneye maraqlidir
25 avqust 2016 12:40
# 13
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Balacam
Teraneden zəhləm gedir. Men demirem nazenin melekdi . Sadece werhleri oxudum qizlar yaziblar musa nece kiwidi.o kiwiki ozu televizorda dediki arvadimi bawqa kiwiyle yatagda tutdum ne bilim ne. Sorada bariwdilar elesine ne diyesen.cox qewey sozler diyerdim ama ne ise.....
25 avqust 2016 12:23
# 12
Omur boyu məhəbbəti axtaranda var,onu tapanda həyatını itirəndə....
Totu
Təranəyə eceb oldu zəhləm gedir təranədən
25 avqust 2016 12:12
# 11
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
krisa
Ister Nazenin,isterse de Terane südden cixmis ag qasiq deyiller.Hec birini bir mügenni kimi beyenmirem.
25 avqust 2016 11:59
# 10
Ekizlerin mamasi
İkisde seviyyesizdi.terbiyeden kasaddilar.her ikisi haqqinda neler subut olunur hami bilir neyse.
25 avqust 2016 11:57
# 9
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
Gülüş.
Sitat: BARBI
Edalet oz yerini tapar. Yaxsi oldu. Teraneden zehlem gedir

Menimde zehlem gedir
25 avqust 2016 11:22
# 8
YalniZ-ArZu
Seviyyeniz ele bura qedermiw,Bir birinizin eriyle yatirsiz pozgunlar.Mene maraqlidi Musa ne sifetnen cixir efire,arvadinin bawqasiyla yatmagin mehkeme bele subut eleyib,kul kiwi tepene p.ys.r.
25 avqust 2016 10:56
# 7
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
yarpaq33
Teranede baresinde ele xeberler cixirki nifrete layiqdir ele eride onun tayidir iyrenc aolediler
25 avqust 2016 10:51
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Sebine N-lee
Sitat: MODABAZ
Ne deyek haqq edalet oz yerın tutdu
25 avqust 2016 10:48
# 5
DOGRUNU DESENDE PİS OLURSAN YALAN DESENDE...AMA DOGRUNU DEYİB PİS OLMAQ YAXSİDİ CUNKİ QARSİNDAKİ İNSANİN YADİNDA DURUST İNSAN KİMİ QALARSAN!!!
Onun_Mələyi
hm.ay allahim ya...millet başnı itirər valla. o

eriylə nə qələt edirsən elə .niyə paylaşıb, təhqir edirsənki anlamadım?
25 avqust 2016 10:28
# 4
Bir duam var,səndən amin gözləyirdua09123
Bahar Nesirova
Göresen terane efire birde ne üzle çixacaq nazenine qazdiği quyuya özü düşüb axirda da hem özünün hemde nazenin erinin zibili ortaya çixib
25 avqust 2016 10:22
# 3
BARBI
Edalet oz yerini tapar. Yaxsi oldu. Teraneden zehlem gedir
25 avqust 2016 10:02
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
MODABAZ
Ne deyek haqq edalet oz yerın tutdu
25 avqust 2016 09:57
# 1
Heyata daim gulmek lazimdii
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz