Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
16 yaşlı qızın dramı: “Əvvəl dostu, sonra...” - Oxucu məktubu
16 yaşlı qızın dramı: “Əvvəl dostu, sonra...” - Oxucu məktubu
Göndərən: NoName
Şərhlər: 15
Baxılıb: 6556
Səs ver:
...Atasını erkən itirib. Bacısı Esmira ilə onun ehtiyac dolu tale yükü cəmi 23 yaşı olan anasının çiyinlərinə düşüb. "Anam işləyirdi, ac qalmırdıq, münasibətlərimiz də yaxşı idi. Amma..." susur. Başını aşağı salıb baxışlarını ayağının ucuna dikir.

Anasının ikinci dəfə ailə qurması ilə həyatı dəyişib. Atalığı hər dəfə bir bəhanə ilə onları döyüb. Buna görə də, 12 yaşında evdən qaçıb. Polis tapıb evə qaytarandan sonra yenə atalığı tərəfindən möhkəm döyülüb. Sonra təkrar evdən qaçıb, bir müddət binaların zirzəmisində gecələyib. Beləcə, qaçdı-tutdu oyunu küçədə rastlaşdığı oğlanın sevgi nağılları ilə sona çatıb.

16 yaşlı Gülnar Məmmədova təcavüzə məruz qaldıqdan sonra polis tərəfindən "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib. "İlk dəfə idi ki, mənimlə insan kimi rəftar edirdilər. Amma anam hər gün gəlirdi, səs-küy salırdı. Buna görə də, sığınacaqdakıların narahat olmaması üçün oranı tərk etməyə məcbur oldum", - deyir.

G.Məmmədova başına gələnləri danışıb:
- Təxminən 9 yaşım olardı. Dərsdən evə qayıdanda bizdə bir kişi gördüm. Anam dedi ki, bu gündən o da bizimlə yaşayacaq. Elə həmin vaxtdan anam dəyişib başqa adam oldu. Gecələr içirdilər, səhərlər də əsəbi olurdular. Bacım balaca olduğundan əsas işləri mən görürdüm. Tez-tez dərsdən qalırdım. Etiraz edəndə isə atalığım məni döyürdü.

- Bəs anan?..
- Mənə təsir edən də odur. Anam bizimlə maraqlanmırdı. Atalığım qohumlarımızı evdən qovmuşdu. Dayımla, nənəmlə dalşmışdı. Deyirdi ki, sizə baxmasam, küçələrə düşəcəksiniz. Özü heç yerdə işləmirdi, anamın maaşı ilə dolanırdıq. Anam isə bizə qarşı soyuq olmuşdu, atalığım məni döyürdü, o isə o biri otaqda ya televizora baxırdı, ya da iş görürdü.

- Səni nəyin üstündə döyürdülər?
- Evi yığışdırmayanda, çayı gec gətirəndə, onun icazəsi olmadan bir yerə gedəndə döyürdü. Amma çox vaxt cavab qaytaranda əsəsbləşirdi. Araq içirdi, süfrəni o demədən yığışdıranda da məni döyürdü, o deyəndən sonra yığışdıranda da. Bilmirdim, necə edim ki, onun qəzəbinə gəlməyim. Son zamanlar bacımı mənim üzümə tüpürməyə məcbur edirdi. Məndən fərqli olaraq, Esmira döyülməkdən qorxurdu. Onun üstünə gedəndə, ya döyəndə saatlarla ağlayırdı. Ona görə də, mənə tüpürməyə məcbur olurdu. Anam isə elə davakar, söyüşkən olub ki...

- Sonuncu dəfə evdən nə vaxt qaçdın?
- Təxminən 1 il əvvəl evdən qaçmışdım. Yenə də evdə dava düşdü. Səhər tezdən anamın çantasından 2 manat götürdüm. Bir müddət küçədə tanış olduğum uşaqlarla gecələdim. Axşamlar pivə içirdik, kafelərdə qab yuyub əvəzində yemək alırdıq. Sonra kafelərin birində Azərlə tanış oldum. Mənimlə evlənəcəyini dedi.

...Yenidən susur. "Mənim bütün bəlalarımın səbəbkarı anamdır. Atalığıma da, döyülməyimə də dözərdim. Amma anam öz hərəkətləri ilə həyatımı zindan edib", - deyir. Bir qədər gözləyirəm.

- Hə, Azər mənə üzük, kofta alırdı. Deyirdi ki, evlənəndən sonra öz evimiz olacaq, nə ananın, nə də atalığının üzünü görməyəcəksən. Bir neçə dəfə kirayə evlərə baxmışdıq, hətta gəlinlik paltarı da seçmişdik. Azər işləyirdi, həmişə cibində pul olurdu. Bir neçə dəfə onunla pivə içmişəm. Amma araq təklif edəndə içmirdim. Sonuncu dəfə dedi ki, kirayə ev var, gedib baxmaq lazımdır. Axşam çağı görüşüb evə baxmağa getdik.

- Sənə orada təcavüz etdi?
- Yox, evdə olanda kiməsə zəng vurub gəldiyimizi dedi. Sonra bir oğlan gəldi. Azər dedi ki, dostudur, evi o kirayələyəcək. Siqaret almaq üçün mağazaya düşdü. Sonra bildim ki, yalan deyirmiş. Oğlan mənə təcavüz elədi. Azər qayıdanda əsəbiləşdi, dedi ki, onunla özüm hesablaşacağam. Amma sən heç kimə demə. Deyirdi onsuz da evlənəcəyik. Arda bir-iki nəfərlə görüşüb pul qazana bilərsən. Onunla razılaşmadığımı görüb məni zorladı. Deyirdi ki, harada olsan səni tapacağam. Məcbur qalıb evə qayıtdım. Anam evlənməyimi istədi, amma mən elə adamla evlənmək istəmirdim. Azər atalığımdan da pisdir. Hətta indiyə qədər atalığım nə mənə, nə də bacıma pis nəzərlə baxmayıb. Anamdan fərqli olaraq o, polisə şikayət etdi. İndi iş araşdırılır.

- İndi ailəndən ayrı yaşayırsan. Bəs 16 yaşında tək qalmaqdan qorxmursan?
- Yox. Nənəm dünyasını dəyişəndən sonra evi boş qalmışdı. Düzdür, evdə heç bir şərait yoxdur, günlərlə su, işıq olmur. Amma yenə də burada heç kim məni narahat eləmir. Yalnız hərdən anam gəlir, bağırır-söyür, sonra da çıxıb gedir. İndi yaydır, məhəllələri dolaşıb xalçaları yuyuram. Bir xalçaya görə 3 manat verirlər. Bəzən gündə 12-15 manat qazanıram. 18 yaşım tamam olandan sonra hər şey yaxşı olacaq.

...Üzündəki çapıq izləri onu yaşından böyük göstərir. Gülnarı aldadaraq zorlayan Azər və onun dostu məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Bəs onun həyatını zindana çevirən ana və atalığından kim hesab soracaq?


Şərhlər: 15
Baxılıb: 6556
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
TuralSebnem
bele seyleri oxuduqca adam dehsete geliree lapp
20 avqust 2016 18:18
# 15
ş
son bahar
allah ele anaya olum versinki islemiyen guclemiyen kiwini oz kayfina gore getirib eve soxub usaqlarina zulum verir
16 avqust 2016 14:40
# 14
...
vipbetul
Allah oldursun ele valideyinleriki balaga bir qiz usaqinada sahib cixa bilmeyibler
15 avqust 2016 02:14
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
efsane..
Can usaq yasinda neler cekib heyati hecde asan olmayib Allah komek olsun bu qiza insAllah duzgun yolla heyatini yasayar bele pisliklerde ondan uzaq olar bele analarda adami dehsete getirir ana adinada layiq deyiller ne deyesen
14 avqust 2016 16:01
# 12
Nezka
anada günah çoxdu. övladlarına diqqət eləməlidi sadəcə pu l qazanmaqla heç nə olmur. qaldı qıza içmək falan gərək eləməyəydi
14 avqust 2016 14:09
# 11
İçimi görsən mənə aptek alarsan.
MODABAZ
Yaxwı qız olsaydı oglanla ıcmezdı gunah qızdadı gormurkı oglan ona ıckı teklıf edır yaxwı oglan hec bele ıw gormez
14 avqust 2016 11:41
# 10
Heyata daim gulmek lazimdii
___Jasmin___
Yeni gunah ilk once anasindadiki qizi basqa kisinin yaninda alcaldir demeli kisi qizi doyecek buda durub televzora baxacaq o mexluq ne ana nede qadin adina layiq deyil axi bu qizcigazida sen dunyaya getirmisen nece basqa kisicik onu doysun sende buna laqeyid yanasasan ilk gunah ondadi soram qizda zulm gormuen qacmism daha gedib spirtli icki niye icirsen polise getde olanlari danis tedbr gorulsun daha sonradaki hec bir zaman tanimadigin adama guvenme nolsun iki kofta bir uzuk aldi banan guven olmur.
oxudum pis oldum hem qiza yazigim gelir yeni yenyetme yasinda basina bele isler gelib ne deyim valla Allah komeyin olsun.
14 avqust 2016 11:22
# 9
Buyudum artik anne 14 bahar kaldi geride...
MODABAZ
Gunah qızdadı bır oglankı sene ıckı teklıf edır day sen ondan ne gozleye bılersenkıı axmaqlıqdıı
14 avqust 2016 09:05
# 8
Heyata daim gulmek lazimdii
♥ KaMa ♥
oxumadim hec hevesim yoxdu ee 27
14 avqust 2016 07:45
# 7
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
BARBI
Allah islah elesin. Yaziq qiz . Anasina demeye soz tapmiram
14 avqust 2016 07:09
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Onun_Mələyi
yazığım gəldi amma belə sonuğun səbəbkarı elə anası olmuşdur.allah heç bir qızı Ögey ata tapdağı altında qoymsın.duaAMİN.
14 avqust 2016 00:54
# 5
Bir duam var,səndən amin gözləyirdua09123
Huseyn73
Adamda bir abır-həya olar.
Başqa saytın yazısını götürüb, onu Oxucu məktubu kimi təqdim edəsən, şəklə öz loqotipini qoyasan.
Utanım yerinizə!
13 avqust 2016 23:57
# 4
MODABAZ
Vay vay men qızda gunah gorurem bır oglankı sene ıckı araq teklıf edır sen ondan ne gozleye bılersenkııı Allah uzaq elesın
13 avqust 2016 23:56
# 3
Heyata daim gulmek lazimdii
Barbaris
Allah komek olsun.. o vicdansizlarin Allah cezalarin verer
13 avqust 2016 23:54
# 2
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Gülüş.
Yazigim geldi qiza allahim sen uzaq et pis insanlardan qoru bizi
13 avqust 2016 23:53
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz