Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sitarə: 21-ci əsrdə bakirəlik problem olmamalıdır
Sitarə: 21-ci əsrdə bakirəlik problem olmamalıdır
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 2215
Səs ver:
Azərbaycanlı fotoqraf Sitarə İbrahimovanın qadınların problemlərinə həsr etdiyi Reflektor (Nikah gecəsi) "bakirəlik testi" layihəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Daha öncə də selektiv abortlar, erkən nigahlar kimi mövzulara toxunan fotoqraf bu məsələ barədə regionlarda yaşayan insanlardan eşitdiyini deyir.

"Naxçıvan və digər rayonlarda yaşayanlardan eşitdim ki, himenoplastika ilə əlaqədar toy gecəsi oğlanlar qızlara dəfələrlə oturub-durmağı tələb edərək belə bir test etdirir".

O izah edir ki, bu testi bəzi kişilər qadının bakirəliyinin himenoplastika ilə bərpa edilib-edilmədiyini yoxlamaq üçün aparırlar.

Sitarə İbrahimova bu layihədə özü, qadınların üzləşdiyi bu problemi göstərmək üçün həmin obrazda çıxış edib.

Azərbaycanlı fotoqraf Sitarə İbrahimovanın qadınların problemlərinə həsr etdiyi Reflektor (Nikah gecəsi) "bakirəlik testi" layihəsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Daha öncə də selektiv abortlar, erkən nigahlar kimi mövzulara toxunan fotoqraf bu məsələ barədə regionlarda yaşayan insanlardan eşitdiyini deyir.

"Naxçıvan və digər rayonlarda yaşayanlardan eşitdim ki, himenoplastika ilə əlaqədar toy gecəsi oğlanlar qızlara dəfələrlə oturub-durmağı tələb edərək belə bir test etdirir".

O izah edir ki, bu testi bəzi kişilər qadının bakirəliyinin himenoplastika ilə bərpa edilib-edilmədiyini yoxlamaq üçün aparırlar.

Sitarə İbrahimova bu layihədə özü, qadınların üzləşdiyi bu problemi göstərmək üçün həmin obrazda çıxış edib.

"Əsas məqsədim bizim cəmiyyətdə qadına olan münasibətin bir az dəyişməsidir. Biz 21-ci əsrdə yaşayırıq və bakirəlik problem olmamalıdır."

Fotoqraf qeyd edir ki, sosial şəbəkələrdə layihəsinə şərh verən insanların çoxu paytaxtda yaşadığından onlara bu problem bir az uzaq gəlir.

"Bakıda qızlar universitet bitirmiş, daha azad, daha rahat həyat sürürlər, nəinki regionlarda. Bu problem regionlarda hələ də aktualdır. Bundan öncə çəkdiyim layihələrdə universitetdə oxuya bilməmiş qızlarla rastlaşmışam. Yəni onların həyatında kimləsə danışmaq təcrübəsi olmayıb".

32 yaşlı Sitarə İbrahimova Praqada sənədli fotoqrafiya üzrə təhsil alıb. Qadınların problemlərinə aid daha üç belə layihə hazırlayıb.

"Mən bunlara görə çox üzülürəm. Onlar sanki bir mebel kimi ötürülürlər. Öncə ata və qardaşları qızları nəzarətdə saxlayır, sonra sanki ərlərinə təhvil verirlər və ərləri onların həyatını idarə edir. Buna görə də bakirəlik problemi mənə çox gülməli gəlir. Çünki mən burada daha çox kişilərin kompleksli olduqlarını görürəm."

İbrahimovanın sözlərinə görə, kişilərin "yeganə və təkrarolunmaz olmaq istəkləri" bu kompleksi yaradır.

"Lakin bir az dünya görüşlü insanlar üçün bakirəlik sualı insanın yaxşı, ya pis və ya həyat yoldaşı olub-olmaması məsələsində əsas hesab edilə bilməz."

"Mən hesab edirəm ki, qadın gələcək anadır, növbəti nəsli tərbiyələndirəcək insandır. Amma əgər növbəti nəsil də belə axmaq çərçivələrlə yaşayacaqsa, o zaman ölkəmizdə inkişaf, təəssüf ki, olan deyil", o əlavə edir.

Bu layihə təxminən bir ay öncədən Yarat incəsənət mərkəzində nümayiş edilsə də, sosial şəbəkələrdə qalmaqallı şərhlər gətirib.

"Mən çox şad oldum ki, bu insanların diqqətindən kənarda qalmadı. Əsl qiymətləndirmə sosial şəbəkələrdə paylaşıldıqdan sonra oldu. Adətən layihələr sərgilərdə təqdim edilir, amma sərgiyə gələn insanlar üçün də onsuz da elə problem deyil, onlar sadəcə təəccüblənərək izləyib gedirlər."

Onun sözlərinə görə, bəzi şərhçilər layihənin əslində "real çəkiliş" olduğunu sanıb.

"Bəzi insanlar anlamır, düşünürlər ki, bu mənəm və ya ərim məni çəkib paylaşıb, amma bu da, təəssüf ki, insanların savadsızlığından, onların məqaləni oxumamaq həvəsindən irəli gəlir. Mən bir rəssam kimi obrazı canlandırmışam, buna görə də layihənin adı "Reflektor"dur, yəni gördüyüm sosial problemləri əks etdirmək istəmişəm."



O əlavə edir ki, məqsədi insanların belə mövzulara reaksiya verməsidir, çünki "bu mövzuları cəmiyyətdə heç kim qaldırmasa, onların həlli də olmayacaq", İbrahimova qeyd edir.

Sitarə İbrahimova istəyir ki, qızlar təhsil alsın, öz həyatlarını yaşamaqdan qorxmasınlar.

"Artıq 21-ci əsrdə yaşayırıq, özünə inanmaq lazımdır, bu da ailədən gəlir. Qız özünə güvənməli, özünü kişidən aşağı hesab etməməlidir. Onun da kişi kimi emosiya və hissləri, eyni hüquqları və həyatını yaşamaq hüququ var. Ona görə də ailədən başlamaq lazımdır, özgüvən hissini isə təhsil verir, yəni təhsil alsınlar, tez ərə getməsinlər, dünyanı gəzsinlər, kitab oxusunlar", - o deyir.

Sitarə: 21-ci əsrdə bakirəlik problem olmamalıdır


Şərhlər: 14
Baxılıb: 2215
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Onun_Mələyi
Nə Yalnız Arzu ne men.ne deki turkan abbasova kimsenin xeyrinə deymey istemeriy.şerhinize qelincə Krisa xanım.diqqetle oxumuşuq və biliriy nə yazırıq.sizə neyi nə? mənada yazırsız bilmirem.ama diqqətlə oxusaz bilersiz ne yazmışdız.mekteb görməyən, savadsız bunlar ne demeydu-?
1 avqust 2016 14:32
# 14
Bir duam var,səndən amin gözləyirdua09123
krisa
Yalniz-Arzu ve seh damlasi-xanimlar siz menim fikirlerime serh yazmisiniz ki ,savadla elaqesi yoxdur.Men deyerdim ki,haradasa var.Cünki men cox müsahide etmisem,cox vaxt bakireliyini pozan qizlar,mektebe düz-emelli basli Getmeyen qizlardir .Amma burada esil savaddan söhbet gedir .Daha burada pul gücüne adli-sanli unilerde oxuyan qizlardan söhbet getmir.Düzdur o qeder savadli qizlar kasibciliq üzunden savad ala bilmirler.bu basqa mövzu.Unide oxumaq o demek deyil ki,savadlidir.Allah daydaylarin,imkanli valideynlerin can sag elesin .Sadece sehrimi diqqetle oxuyun,sonra fikir bildirin.men Özüm iki defe Ali mektebe sened vermisem,qebul olmamisam.men burada tehsil ala bilmeyen qizlari tehqir etmemisem,sadece müsahidelerime esaslanaraq,Serh yazmisam .en azindan 10ildir aile qurmusam.
31 iyul 2016 23:30
# 13
Turkan Abbasova
Sitat: krisa
Men bele deyerdim ki,bakireliyini pozan qizlar ele savadsiz,mekteb oxumamis,qizlardir .cunki agli,savadi olan qiz bilir ki,biz Müselmanin ve namus,qeyret bizim ücün vacibdir .ona gore bu qadinin fikirleri ile razilasa bilmirem .Bakire qalmaq geri fikirlilik deyil,dar düsüncelik deyil.

Bu mövzunun savadla bir əlaqəsi yoxdu. Əlbətdə savad lazimdi hemde çox. Amma bakirəlik mövzusunda söhbət namusdan nəfsdən gedir. Namusu olan bir qiz heç vaxt belə etməz. Elə savadlılar taniyiram ki küçə qızı kimi aparırlar özlərini o qədər savadsizlar tamiyiramki əsl namuslu əxlaqlı insanlardı .
30 iyul 2016 22:42
# 12
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Bahar Nesirova
Eslinde müasir bir qadin düşünceleridi mende bele düşünürem ama bakireliyi berpa emekiyyatlarini qetiyyen desteklemirem eyer senin keçmişinde ne ise prablem olub ve sen bakireliyini itirmisense bu barede nişanlinla danişmalisan yoxsa aldatmaq neye lazim eyer o seni anlamirsa ayrilmaq istiyirse de ayril çünki bu ayrilmaq üçün sebeb deyil tecavüze meruz qalan azmi qiz var şerq ölkerinden başqa diger ölkelerde bunu prablem elemiller qetiyyen ama bizde veziyyet tam başqadi qiz uşaqlarini çox sixişdirir bezi aileler bir gün de boş buraxanda qizlar indiye qeder eliye bilmediklerini daha da beter şekilde ediler ona göre bezi aileler qizlarini evde dustaq elemekdense oğlanlarina terbiye versinler açib buraxmasinlar ki qizlarina rahat heyat vere bilsinler
30 iyul 2016 19:17
# 11
Onun_Mələyi
Sitat: krisa
Men bele deyerdim ki,bakireliyini pozan qizlar ele savadsiz,mekteb oxumamis,qizlardir .cunki agli,savadi olan qiz bilir ki,biz Müselmanin ve namus,qeyret bizim ücün vacibdir .ona gore bu qadinin fikirleri ile razilasa bilmirem .Bakire qalmaq geri fikirlilik deyil,dar düsüncelik deyil.

Yalniz-Arzu bacmin dediyine qatliram.savadin bura dexli yoxdu.eyer bir qiz mekteb ixumursa savadi yoxdursa bu o qizin deyil validenin gunahidi...Haqsizliq etmeyin xaiw edirem.men wexsen necelerni taniyiram .oxumaq adi ile uzaqa qedirler orda 100 hokqadan cixirlar..Lap savadli olsa bele Etmedikleri iw, daniwmadiqlari oqlan qalmiyib.ele qizlarda var ki hec mektebe diqru duzgun getmirler ama aqizlarindan cxan her bir kelime meley kimi saf temizdir...
30 iyul 2016 16:10
# 10
Bir duam var,səndən amin gözləyirdua09123
YalniZ-ArZu
Bakireliyin,abir,heyanin esre ne dexli var ki?Ele 21ci esrdi deye qizlar min hoqqadan cixmalidirlar ki,muasirik biz?Bele duwunen adamin oz meneviyyatinda problem var.Bele absurd fikirlerle de,bezi qizlarin beyin doldurmaq isteyir.Qizlara ilk novbede valideyn(ana) ikinci novbede cemiyyet terbiyeni awilamalidir.Cemiyyetde bele inqilabi fikirler yurudub qizlarin bawin pozacaqsa vay bizim halimiza onda.
Sitat: krisa
Men bele deyerdim ki,bakireliyini pozan qizlar ele savadsiz,mekteb oxumamis,qizlardir .cunki agli,savadi olan qiz bilir ki,biz Müselmanin ve namus,qeyret bizim ücün vacibdir .ona gore bu qadinin fikirleri ile razilasa bilmirem .Bakire qalmaq geri fikirlilik deyil,dar düsüncelik deyil.

Savadin buna ne dexli var?Savad qiza dunya goruwu vere biler,amma savadsizdisa o demek deyilki yungul xasiyyetli qizdi ve bakireliyin qorunmasi olmagin derk elemir.O qeder,savadsiz,amma terbiyeli qanacaqli,dindar qizlarimiz var ki.Onlara haqsizliq olmasin.Ali mektebi bitirmek,savadlanmaq hele terbiyye,qanacaqdan xeberdar olmaq deyil.O qeder ali savadli,amma agillari topuqlarinda olan qizlar gormuwukki.
30 iyul 2016 15:21
# 9
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
krisa
Men bele deyerdim ki,bakireliyini pozan qizlar ele savadsiz,mekteb oxumamis,qizlardir .cunki agli,savadi olan qiz bilir ki,biz Müselmanin ve namus,qeyret bizim ücün vacibdir .ona gore bu qadinin fikirleri ile razilasa bilmirem .Bakire qalmaq geri fikirlilik deyil,dar düsüncelik deyil.
30 iyul 2016 15:07
# 8
vipbetul
qadin namuslu olmalidir ki kisi ondan subhe etmesun kiside qeyretli olmalidirki xanimlara basqa gozlerle baxmasun
30 iyul 2016 13:44
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Sen get evvelce muselmana vacib olan Qurani oxu oyren namus qeyret nedir onu bil sonra cixib camaata exlaq dersi kecersen
Ana exlaqsizdirsa o nece evlad yetiwdirecek ... bu geride qalmaq demek deyil onda bele cixirki qizlari buraxsinlar oz bawina harda kimnen geldi min hoqqadan cixsinki men serbest heyat sururem .. bunun sonu hec de yaxwi olmaz
30 iyul 2016 12:04
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
HAPPY_EYES
qadinnnan xosum gelmedi o ki qaldi xeberin oxuyam
30 iyul 2016 00:30
# 5
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
aziz a
Men bu xanımın danısıgından onu basa dusdumkı "o qeletı elıyenlere "ürek direk verırkı qorxmayında.....hele ustelık unvanlarını ,qıymetlerını de araşdırıb...yaxsı reklam Aparıb....bırde vıdeoda axırda bır ıkı dene ermenı soyadı gördüm sehv etmıremse...tfuuuuuuuu onlarada...
29 iyul 2016 23:57
# 4
Qelbim doludu !!!!
14MsM
Bildiyim oduki indiki oglanlar niye aile heyati qurmaga cetinliy cekir cun duzgun birini tapa bilmir belke bu dediklerimle meni geride qalmiw bilesiz ama realda indiki genclerin hec genc yawina catmamiw dodagi azi 3 4deyir neyse davamin bildiz oglan bunun neyni alsin bu ne aile bawcisi olcag alacag uzag bawi birini dogub men bowaniram baxirsanki bezileri sebesiz weyler uste bowanir neblim bakireliye gelince mendeyirem olum olsun o qadina ki heyat yoldawina halal qadin olmamiw ozun onnan qabag kimlerese qurban edib olum olsun o qasina oteri bir hissucun namusunu hec edir MENDE VALDEYINEM INSAN OVLADINI EZYETLE BOYUTMURKI OVLAD ONUN UZUNU QARA ETSIN NEYSE BU CUR MOVZULARDAN YAZSAN DASTAN OLAR..YAZIGIM OVLADLARIMA VE YENI DOGULANLARA GELIR VALLAH GOR HANSI DOVRDE YAWAYCGLAR UJE EXLAQSIZLIG BAW GOTURUB GEDIB MENIM 21YAWIM VAR YADIMDA OVAXT (YENI MEN OVAXTDA DEDIM BIRAZ SANKI NECE ILIN ADAMIYMIW KIMI CIXDI. )YEN ovaxt men yadimda qoca birini elinde nese aparan gorende komey boyuy gelde ayga durmag yerini vermey ve s VALLAH INDI BU VAR YOX BUDU MUSIRLIY BUDU 21esir ..
29 iyul 2016 23:51
# 3
Antikvar
Qabaqlarda yaxın biriləri ilə söhbət elədim, söz bir ailədən düşdü oğlu belə elə edir o cavan yaşda(dərindən yazmağa ehtiyac duymuram hansı məsələ ilə bağlı söhbətiydi, sadəcə bu danışıqlarımızda söhbətin hara fırlandığını çatdığını yazmaq istəyirəm) deyirəm ay filankəs sğn öz oğluna belə edərdin? deyir yox... deyirəm bəs bunun oğlunu deyəndə belə edib niyə deyirsən zəmanə dəyişilib normaldı, amma öz oğluna gəldikdə etmərəm deyə cavablayırsan deyib sözümü tamamladıç, amma qarşı tərəfdən bir söz daha gəldi Rusiyada yaşayanlar geridə qalıblar, amma Bakıda elə deyil, əyər Öz adət - ənənələrini unutmamaq geridə qalmaqdısa eybi yox bizə xoşdu deyə cavab verdim... İndi bu xanımın da bir tək sözü ilə razı oldum oda qadınların oxuması əlində sənəd olmasını, digərlərini nə qədər desədə mənası yox,çünki o bakirəliyini düşünənlər az qalıb daha insanlar zəmanəni dəyişdirə-dəyişdirə öz ağlını vicudunuda dəyişdirirlər, nədə olsa düşünürlər balnissa var hansısa oğlan tərəfindən bakirəlik pozulsa həkim tərəfindən bərpa ediləcək,neçə ay bundan qabaq bir xəbər oxudum Azərbaycanda neçə min qız öz bakirəliyini bərpa etməl üçün xəstaxanalar üz tuturlar, əyər bir müsəlman ölkəsində qadın adlandırdığımız qızın bakirəlik problemləri mini keçibsə hansı özgüvənlikdən, sərbəstlikdən danışıb dəm vuraq? Artıq bu sərbəstlik qızlara verilib görünən odu... Oğlanlara da biz tərəflərdə sərbəstlik verilmir kim elə fikirləşirsə məncə yanılır, bizim valdeynlərin bir tək yaxşı xarakterləri var övladları(oğlan qız fərqi yox) hansı yaşda olursa olsun nəzərləri hər zaman üzərlərində olur, başqa millətlər bizim milıətin adət ənənəsinə övladlarına olan diqqətinə heyran olur, bizim öz millətimiz özümüzdən narazıçılıq edir... Nəsə çox sözlər yazmaq olar sadəcə vaxt nol dərəcəsində))
29 iyul 2016 23:29
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
melek_ayka
duz fikirdi bu ne zemanedi
29 iyul 2016 22:42
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz