Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda arvadını başqa kişi ilə yataqda tutan ər onu bağışlayır - Bir şərtlə!
Azərbaycanda arvadını başqa kişi ilə yataqda tutan ər onu bağışlayır - Bir şərtlə!
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 7156
Səs ver:
Qazax rayon sakini başqa kişi ilə intim münasibətdə olan həyat yoldaşını məhkəməyə verib.

Əli Əliyev (Ad və soyadlar şərti göstərilib) Qazax rayon Məhkəməsinə ünvanlandığı şikayətində həyat yoldaşı Samirənin 50 min manat təzminat ödəməsini istəyib.

Əli Əliyev bildirib ki, Samirə həmçinin ondan üzr istəməlidir: “Samirə mənimlə qanuni nikahda olduğu halda, evli bir qadın kimi öz vəzifəmi layiqincə dərk etməyib. O, başqa şəxslə görüşüb və əxlaqsız hərəkətləri edib. Bunun nəticəsində məni və uşaqlarımı hər zaman el-oba içində utanmaq məcburiyyətində qoyub”.

İddiaçı qeyd edib ki, həyat yoldaşının ondan və övladlarından el-oba içində üzr istəməsi barədə məhkəmə qərar qəbul etməlidir. O, hətta üzxahlıq məktubunun mətnini də məhkəməyə təqdim edib. Mətni təqdim edirik. “Mən sizi ictimaiyyət içərisində başaşağı olmağa məcbur etdiyimə görə üzr istəyirəm. Xahiş edirəm ki, məni bağışlayın !”.

İddiaya görə, üzr kənd əhalisi qarşısında istənilməlidir. Qazax rayon Məhkəməsində işə baxan hakim sonda qərar qəbul edib. Qərarda göstərilib ki, Əli Əliyevin iddiası əsassızdır və təmin oluna bilməz. Bu səbəbdən məhkəmə iddianı rədd edib.

İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Samirə 1995-ci ildə ailə qurublar. Onların birgə nikahından 1997-ci ildə bir oğlu, 2000-ci ildə isə qızı dünyaya gəlib. Ər-arvadın nikahı 2004-cü ildə məhkəmənin qərarı ilə pozulub. Həmin qərara görə, oğlan övladı atası ilə, qız övladı isə anası ilə qalıb. Məhkəmə belə nəticəyə gəlib ki, Samirə Əliyeva Taleh Abdullayevlə görüşməsi iddiaçı Əli Əliyevin şərəf və ləyaqətini alçaldan hərəkətlər etməsi barədə dəlillər əsaslı deyil. Samirə Əliyeva hazırda Taleh Abdullayevlə birgə yaşayır və onların 2015-ci ildə bir övladları da olub.

Məhkəmənin qərarından narazı qalan Əli Əliyev apelyasiya şikayəti verib. O, qeyd edib ki, birinci instansiya məhkəməsinin çıxardığı qətnamənin tövsif hissəsində Samirənin evli qadına yaraşmayan, milli-mənəvi dəyərlərə uyğun olmayan əxlaqsız hərəkətlərlə məşğul olduğu göstərilib. Əli Əliyev həmçinin bildirib ki, Samirənin əxlaqsız hərəkətlərini təsdiq edən yazılı sübut var: “Qazax rayon Prokurorluğunda verdiyim ifadəmdə göstərmişəm ki, Samirə ailə başçısı kimi yaşadığım kənddə məni başıaşağı edib. O, öz hərəkətləri ilə mənə mənəvi zərər vurub, şərəf və ləyaqətimi alçaldıb. Amma qətnamədə fiziki və mənəvi sarsıntı keçirməmi təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyim göstərilib. İddiam əsassız olaraq təmin edilməyib”.

Onun sözlərinə görə, Samirə Əliyeva Qazax rayon Prokurorluğunda verdiyi yazılı ifadəsində həyat yoldaşını aldadaraq, əxlaqsızlıqla məşğul olduğunu göstərib: “Belə olan halda məhkəmə mənim şərəf və ləyaqətimin alçaldıldığını qeyd etməli idi. İşin faktiki halları məhkəmə tərəfindən obyektiv araşdırılmayıb və nəticədə qanunsuz qətnamə çıxarılıb”.

İddiaçının apelyasiya şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Loğman Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakimlər sonda qərar qəbul ediliblər. Qərara görə, apelyasiya şikayəti təmin edilməyib. (teleqraf.com)


Şərhlər: 7
Baxılıb: 7156
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
yarpaq33
Bir xeber niye gunde iki defe yayimlanirki
30 iyun 2016 08:59
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Wirin Meleyim
Oxumuwdum bunu:()))))))
30 iyun 2016 03:37
# 6
Imza aysu agazade
vipbetul
tekrar xeberdi o kecmisin yani erin basi xarabdi usdunden evliliklerinin iller kecibcammati rahat buraxmira
30 iyun 2016 00:52
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Bu kiwiciyin xeberini tekrar vermeyin ne adi var???
29 iyun 2016 23:49
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Antikvar
Bir xəbəri bir gündə bir iki dəfə verirlər, Allah eləməsin bizlərin xəbəri təkrar olsun sırazı mesaj göndəriləcək(Təkrardı)
Bizdə mesajımızı burdan çatdıraq... TƏKRARDI...
29 iyun 2016 23:31
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Bu kisiye er demek olmaz. Qadinin hereketine bu cavab vermek olmaz. Dogru etmeyib
29 iyun 2016 23:30
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Barbaris
beyaq verilmiwtide oxuduq tekrar neye lazim 26
29 iyun 2016 23:30
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz