Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ərlərimin heç biri uşağımın atası olduğuna inanmadı
Ərlərimin heç biri uşağımın atası olduğuna inanmadı
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 454
Səs ver:
Budəfəki qəhrəmanımızın həyatı təzadlarla doludur. Adı Fəxriyyədir. 1983-cü ildə Siyəzən rayonunda, səkkiz uşaqlı ailədə dünyaya gəlib. Fəxriyyənin uşaqlıq illəri çox ağır keçib. Valideynlərinin dava-dalaşı, maddi problemlər uşaqlıq illərini qara edib.

Zülm-zillətlə oxuyub, Bakıdakı ali məktəblərdən birinə daxil olur. Bakıda onunla eyni kənddən olan qızlarla kirayə evdə yaşamağa başlayır. Təhsilə başladığı ilk aylardan poçt xidmətində köməkçi kimi işləməyə başlayır. Evdən ona heç bir maddi kömək olmadığını nəzərə alaraq, gecə-gündüz həm təhsil alır, həm də işləyir. İkinci kursda oxuyanda isə universitetdə Aqil adlı oğlanla tanış olur. Gənclər bir-birinə aşiq olur. Münasibətlər getdikcə ciddiləşir. 6 ay sonra onlar evlənməyə qərar verirlər. Maddi imkanı yüksək olan Aqilin valideynləri kasıb, tanımadıqları ailənin qızını övladlarına almaq istmərilər. Lakin, onlar nişanlanır. Aqilin anası isə nişanı heç cür qəbul edə bilmir. Gənclər ailələr arasındakı narazılıqların nəticəsində ayrılırlar. Nişan qayıdandan iki ay sonra Fəxriyyə hamilə olduğunu anlayır. Aqilə zəng edir. Görüşürlər. Hamilə olduğunu Aqilə deyəndə gözləmədiyi cavabı alır. Aqil ona deyir ki, uşağın atası olduğuna inanmır. Fəxriyyə şoka düşür. Aqil onu küçədə ağlaya-ağlaya qoyub gedir.

Fəxriyyə psixoloji sarsıntılar içində evə gedib iyirmiyə yaxın yuxu dərmanı qəbul edir. Xoşbəxtlikdən birgə yaşadığı qızlar onu tezliklə xəstəxanaya çatdırır. Dörd gün xəstəxananın reanimasiya şöbəsində qaldıqdan sonra palataya çıxarılır. Bu müddətdə Aqil bircə dəfə də onu görməyə gəlmir. Palatada onunla bərabər qalan kişi yanına gələn olmadığını gördüyü üçün öz yemək paylarından ona da verir. Maşın qəzası keçirdiyi üçün xəstəxanaya düşdüyünü, həyatını ona danışır. Xəstəxanadan çıxdıqdan sonra isə palata yoldaşı Fikrət ona tez-tez zəng edir. Bətnindəki uşağın vəziyyətini soruşur. Fikrət 2 il əvvəl övladı olmadığına görə boşandığını, sonsuz olduğunu deyir. Ona evlilik təklif edir. Bir neçə ay sonra evlənirlər.

Fikrətin hər cür dəstəyi, xoş xasiyyəti Fəxriyyəyə pis günlərini yavaş-yavaş unutdurmağa başlayır. Fəxriyyənin oğlu ana bətnində zəhərləndiyinə görə bir neçə xəstəliklə dünyaya gəlir. Fikrət uşağın müalicəsi üçün hər cür xərclərin öhdəsindən gəlir. Uşaq sağalır. Uşağın 2 yaşı olanda qəfil Aqil peyda olur. Fəxriyyəyə bir qrupda oxuduğu qızdan söz göndərir. Uşağın onun olub-olmamasını soruşur. Fəxriyyə isə qarşılığında Aqilə nifrət etdiyini, uşağın isə Fikrətin olduğunu deyir. Aqilin söz göndərmələri getdikcə sıxlaşır. Fəxriyyə narahat olmağa başlayır. Ərinin bundan xəbər tutmasından qorxur. O, əmin idi ki, Aqilə olan bütün hissləri çoxdan ötüb keçib. Uşağın atası isə məhz onu sevən, hər cür əziyyətinə qatlaşan Fikrətdir. Fəxriyyə Aqilin nömrəsini tapıb ona zəng edir. Onu narahat etməməsini xahiş edir. Aqil isə onu hələ də sevdiyini deyir. Fəxriyyə Aqili acılayaraq telefonu üzünə qapadır.

Aqilin zəngləri getdikcə çoxalır. Fəxriyyə Aqillə görüşüb bu vəziyyətə son qoymaq qərarına gəlir. Onu şəhərdə çayxanaların birinə çağırır. İllər sonra Aqil onun qarşısında dayanır. Köhnə sevgisi yenilənsə də, özünü o yerə qoymur. Əyləşdiklərindən 15 dəqiqə sonra Fikrətin onun başının üstündə dayandığını görür. O, şoka düşür. Vəziyyətdən necə çıxacağını bilmir. Aqil isə Fikrətə təhqiramiz ifadələr işlədir. Aralarında dava başlayır. Fikrətlə Aqil kafenin ortasında bir-birlərinə əl qaldırır. Fikrət Aqili döydükdən sonra Fəxriyyənin qolundan tutub sürüyə-sürüyə maşına oturdub evə gətirir. Məlum olur ki, Fikrətə Fəxriyyənin Aqillə görüşəcəyini qrup yoldaşı xəbər verib. Bu planı isə onları ayırmaq üçün Aqil düşünüb. Fəxriyyə Fikrəti inandırır ki, onun məqsədi Aqilin zənglərinin qarşısını almaq olub. Fikrət onu bağışladığını desə də, münasibətlər əvvəlki kimi olmur. Fikrət evə gec-gec gəlməyə başlayır. Münasibətlər soyuyur. Aqil isə Fəxriyyəyə zəng etməyə davam edir.

Fəxriyyə boşanmaq qərarına gəlir. Bu qərarı isə Aqillə birgə verir. Aqil onu inandırır ki, etdiyi səhvi ona unutduracaq. Fəxriyyəyə də, oğluna da sahib çıxacaq. O, Fikrətdən boşanıb Aqillə yaşamağa başlayır. Aqilin yalanları isə yenə də davam edir. Aqil onu və oğlunu ailəsinin yanına aparacağını desə də, aldadır. Onlara kirayə ev tutub saxlayır. Fəxriyyə isə 1 həftə sonra gözlənilməz hadisə ilə qarşılaşır. O, yenidən hamilə olur. Lakin, özünü sonsuz hesab edən Fikrətdən! Abort qərarına gəlsə də, uşaq müəyyən vaxtı keçdiyinə görə həkimlər abort etməkdən boyun qaçırırlar. Fəxriyyə Aqilə Fikrətdən hamilə olduğunu deyir. Aqil isə onu döyüb kirayə yaşadıqları evindən qovur. Fəxriyyə Fikrətə zəng edib hamilı olduğunu desə də, o, inanmır. Onun sonsuz olduğunu, Fəxriyyənin yalan danışdığını deyir. Fəxriyyə yenidən, bu dəfə də Aqilin sayəsində hamilə, uşaqlı küçədə qalır. O, qohumlarından, ailəsindən kömək istəsə də hamı kömək etməkdən imtina edir. Fəxriyyə müvəqqəti də olsa, oğlunu uşaq evinə yerləşdirmək istəyir. Oğlunu uşaq evinə yerləşdirib özü rəfiqələrinin birinin evinə sığınır. Bətnindəki uşaq 8 aylıq olanda qəfil doğuş sancıları tutur. O, evdəcə qızını dünyaya gətirir. Səhəri gün Fikrətə zəng edib qızının dünyaya gəldiyini, inanmazsa analiz verməyə razı olduğunu deyir. Fikrət razılaşır. Onlar məhkəməyə atalıq faktının müəyyən olunması üçün müraciət edirlər.

Analizlərin nəticəsi qızın Fikrətin uşağı olduğunu təsdiqləyir. Fikrət dünyanın xoşbəxti olur. Lakin, Fəxriyyəni bağışlamır. Qızını Fəxriyyənin də razılığı ilə ondan alıb özü saxlayır. Fəxriyyə körpəsini yalnız 5 ay görə bilir.

Özünə iş tapandan sonra isə Fəxriyyə oğlunu uşaq evindən götürmək üçün gedir. Uşaq evində dəhşətlə qarşılaşır. Məlum olur ki, onun oğlunu bir nəfər övladlığa götürüb. Qanunvericiliyə görə isə övladlığa götürən ailə, ünvanı sirr saxlanılır.

Fəxriyyə oğlunu bir daha görə bilmir. O, iki uşağını da sağ ola-ola itirir. Ana qəlbi, övlad həsrəti ona mənəvi işgəncə verir. Aqildən qisas almaq qərarına gəlir. Onların yaşadığı evə od vurur. Evdəki yanğını vaxtında söndürsələr də, Aqilin anası Fəxriyyə haqda polisə şikayət edir. Şəxsi mülkiyyətə qəsdən zərər yetirmək maddəsi ilə onu həbs edirlər.

Həbsdən çıxdıqdan sonra Fəxriyyənin dünyaya baxışları dəyişir. O, qəddarlaşır. Fikrətə yalvarsa da, Fikrət onunla barışmır. Aqilin toy gününü qara edir. Toyda gedib dava salır. Aqilin qohumları onu döyüb qovurlar. Fəxriyyənin müqəddəslik anlayışı getdikcə yox olur. O, masaj salonlarında fahişəlik etməyə başlayır. Bir müddət sonra Türkiyəyə fahişəlik üçün üz tutur. Türkiyədə başına min bir müsibət gəlir. Fahişəlik etdiyi oteldə yanğın baş verir. Yanğın zamanı Fəxriyyənin əlləri, üzü ağır formada yanır. O artıq fahişə kimi otelə lazım olmur. Onu Türkiyə polisinə təhvil verirlər. Türkiyə polisi Fəxriyyəni Azərbaycana deportasiya edir. Azərbaycana qayıtdıqdan sonra dövlət onu xəstəxanaya yerləşdirir. Aylarla müalicə alsa da, effekti olmur.

Fəxriyyə gənc yaşına baxmayaraq, hazırda Bilgəh qəsəbəsində qocalar və əlillər evində yaşayır.

Dünyadan, insanlardan bezib. Söhbət zamanı isə tez-tez yalnız bir sözü deyirdi: Siz mənə kömək edən deyilsiniz, hamınız yalançısınız. Həkimlər deyir ki, onun əsəbləri sıradan çıxıb. Həyatı ilə bağlı söhbətlərdə göz yaşını tuta bilmir. Yadına salıb ağlayır. Deyir ki, ərlərinin heç biri uşağının atası olduğuna inanmayıb.

Fəxriyyə həyatının puç olmasında ailəsini, Aqili, bütün dünyanı günahlandırır. O, dünya deyəndə bəlkə də Aqili nəzərdə tutur.

Əziz oxucu, sevgi dünyadır. Ancaq sevgili bütün dünya deyil. Həyatınızı, dünyanızı heç kimə qurban etməyin.


Şərhlər: 8
Baxılıb: 454
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Barbaris
qizdadi gunah aciq awkar tay 2 inci defe Aqilin yaninda ne azarin var
29 iyun 2016 21:36
# 8
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
yarpaq33
Gunahlarini hec kesin ustune yixmasin oz heyatini xowbextliyini ozu mehv edib Aqil onu bir defe aldadib yari yolda buraxib Fikretse ona aile xowbextlik bexw etmiwdi ikinci defe Aqile inaaqla butun heyatini korladi evladlarinida itirdi evezindese en pis yolu pozgunlugu secdi Allah da onu emellerine gore cezalandirib
29 iyun 2016 15:35
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
YalniZ-ArZu
Allah adamin aglini alinca,canini alsa onnan yaxwidi.Oz agilsizligi,wehvetinin qurbani olur.Sonra da bunnan imtina eden oglana niye inanib aileni dagidirsanki sonra da Eliden de olursan,Veliden de.
29 iyun 2016 15:31
# 6
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
roksi1995
DEHSET ADAM BİLMİR KİMİ GUNAHLANDİRSİN BİRİNİ GUNAHLANDİRİRSAN O BİRİRSİ QALİR
29 iyun 2016 15:08
# 5
ozunu hec kimden ustun tutma!!!
unutma aftafa qizildanda olsa yeri tualetdir
Ekizlerin mamasi
Oxuduqca fikrimde canlandi .insan aglini itirer bu qeder musibete.en onde geden gubahkar valideynleridi qizin.nece yeni qizini at kucelere ve maraqlanmadaki vezyeti necedi kimin yanindadi,nece beke qeddar ola bilir bezi valudeynler.soradaki qizdadi gunah nisanlanmaq er arvad olmaq deyil.nisanliliq ve usaq meselesi hec tutusmur.o sehfi etmeseydi hec bu gunede gelib catmazdi,ne olsunki nisanlindi.niye ozunu onnan asili veziyyete salirsanki sonrada bu gunlere qalasan
29 iyun 2016 13:37
# 4
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
qanadli melek
Cox acinacaqli heyat hekayesidi.qadinin evvelde etdiyi tek yalniw onun heyatini evelden axira alt ust edib.hele niwanliyken o hereketi edib hamile qalmasaydi belkede hecne indi bu yerde olmazdi.ikinci gunahida onda edibki ailesi ola ola hamileyken onu ortada qoyan biriyle tekar goruwub..Allah komek olsun
29 iyun 2016 13:35
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
hamisi oz axmaqliqi oz exlaqsizliqi ucbatidan olur hele nisanli olduqu vaxtda sefleri asliyir
29 iyun 2016 13:34
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
sadece_men
Birinci gunah ele onun ozundedi aile qurmamiw niye bir yerde olursanki sonrada inandira bilmirsen.ikincide aqilde
29 iyun 2016 13:26
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz