Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
QİÇS xəstəliyi mənə ərimdən keçdi
QİÇS xəstəliyi mənə ərimdən keçdi
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 6151
Səs ver:
Bu abbreviatura çoxumuzdan həyatın sonu qədər uzaq, heç vaxt rastlaşmayacaq qədər yad olsa da, hər şey cəmi bir neçə saniyə içərisində dəyişə bilər. Yəni bu xəstəliyi yaxın buraxmaq nə qədər çətin olsa da, heç kim QİÇS-dən sığortalanmayıb. Müsahibim Ülkər Rzayeva kimi (ad, soyad şərtidir). Onunla QİÇS-lə Mübarizə Mərkəzində tanış olduq. 29 yaşlı Ülkəri də Azərbaycanda əksər HİV-li qadınlar kimi narkoman əri yoluxdurub. Yenə də savadsızlıq, erkən nikah və "ər evindən ancaq meyidin çıxa bilər" ənənəsi... Amma Ülkər başına gələnlərdə tək günahkar özünü görür. Deyir ki, vaxtında oxuyub ali təhsil alsaydı, bəlkə də, həyat da ona qarşı bu qədər amansız olmazdı.

15 gün əvvəl QİÇS xəstəsi olduğunu öyrənən xanımın həyat hekayəsini təqdim edirik. Bunu əvvəlcədən xatırladım ki, bunlar yalnız yaza bildiklərimizdir...

"Bu il qışda uzun müddət qrip oldum. Gördüm ki, çox zəifləmişəm, sağalmıram. Qorxdum ki, işimi itirəcəyəm, heç təhlükəli virusa yoluxa biləcəyim ağlımın ucundan da keçmirdi. Həkimə getdim, hər cür müayinələrdən, hətta onkoloji müayinədən də keçdim, amma nəticələr "neqativ" çıxırdı. Həkim bütün analizlərimə uzun-uzadı baxdıqdan sonra fikrə getdi. Hər şey qaydasında idi. Özü də məəttəl qalmışdı. Nə düşündüyünü bilməsəm də, hiss edirdim ki, onu narahat edən ciddi bir sual var. Soruşdu ki, yoldaşın kim idi, nə işin sahibi idi? Utandım, cavab vermək istəmədim, başımı aşağı saldım. Susduğumu görüb qardaşım dilləndi:

"Daha gizlətməyin nə mənası var, olan olub da?! Niyə demirsən narkoman idi, iynə vururdu?"

Həkim elə bir yuxudan ayıldı, bundan sonra vərəqdə nəsə yazdı və dedi ki, Allah göstərməsin, hər ehtimala qarşı QİÇS-dən də analiz verin.

Düzü, o vaxta qədər belə bir xəstəliklə bağlı heç nə eşitməmişdim. Analizin cavabını qardaşım mənə deməmiş götürmüşdü. Evə gələndə elə bil ayaq üstə ölmüşdü. Nəticəni mənə göstərmək istəmirdi. Əlindən dartıb aldım. Son bir neçə ay ərzində o qədər analiz vermişdim ki, artıq az-çox başım çıxırdı. Baxdım ki, bu dəfə həmişəkilərdən fərqli olaraq "neqativ" yazılmayıb.

Ərə getmək xoşbəxtliyi...
Bizim də ailəmizdə qızın xoşbəxtliyi, əksər azərbaycanlı ailələrdə olduğu kimi, 22-23 yaşına qədər ərə getməsi idi. Həm də ailə kimə məsləhət bildisə, araşdırmadan, maraqlanmadan... Mənim başıma gələnlər də elə bu kor-koranə qurduğum ailənin ucbatından oldu. Həyatım boyu QİÇS xəstəliyinin adını eşitməmişdim. Hər şeyi sonradan öyrəndim. Mənə heç nə deməmişdi. Hepatit sözünü də elə həyat yoldaşım ölməmişdən bir neçə gün qabaq tibb bacısı ilə söhbətində eşitmişdim. Bilirdim ki, ağır xəstəlikdir. Sən demə, 2001-ci ildən hepatit C xəstəliyinə də tutulub. O öləndən sonra hər yeri yudum, xlorladım ki, uşağımla mənə keçməsin. Qonşum həkim idi, mənə dedi ki, keç pulundan, get o analizləri ver. Verdim, şükür Allaha ki, məndə və uşağımda hepatit çıxmadı. Amma bilmirdim ki, ondan da betər bir xəstəliyin xəbərini alacağam.

2007-ci ailə qurmuşam. Ərə gedəndə cəmi 19 yaşım var idi, onunsa 35 yaşı var idi. Atamın uzaq qohumu idi, amma get-gəlimiz yox idi. Bilmirdik, belə xəstəliyi ola bilər. Ərə gedəndən 3 ay sonra narkoman olduğunu öyrəndim.

Mən bütün başıma gələnləri savadsızlığımda görürəm. Doğrudur, atam müəllim idi, mənə də həmişə deyirdi ki, oxuyum, təhsil alım. Amma ona qulaq asmadım. Çox peşmanam ki, vaxtında oxusaydım, dünyagörüşüm olardı, belə uçuruma düşməzdim.

Mən heç nəinki HİV, narkomaniyanın da nə olduğunu bilmirdim. Məni çox döyürdü, söyürdü. İstəyirdim ki, işləməsin, elə evdə otursun, amma narkotikdən istifadə etməsin. Özüm işləyib ailəmi dolandırmağa razı idim.

Hələ 3 ayın gəlini idim, yoldaşımın paltarlarını yığışdıranda şalvarının cibindən dəsmala bükülü tapdım. Açdım ki, balaca şüşə qabda maye və nazik şpris var. Mən də o vaxt televiziyada yayımlanan "Klon" serialına baxdığıma görə bildim ki, bu nədir. Onda başa düşdüm ki, bu nəsə yaxşı əlamət deyil. Amma hələ o zaman da tam nə baş verdiyini dərk eləmədim. Bükdüm qoydum yerinə. Bir dəqiqə keçmədi ki, qayıtdı. O zaman marşrutda sürücü işləyirdi. Dedi ki, siqaretim yadımdan çıxıb. Bildim ki, yalan deyir, həmin bükülü üçün gəlmişdi.

"Bizi biabır eləmə, ayıbdır, el-aləm nə deyər?"

Günlər keçdi, get-gedə hər şey aydınlaşdı, iynə vurduğunu daha gizlətmirdi. Mən də o zaman təzə hamilə olduğumu bilmişdim. Özünə də dedim ki, mən səninlə yaşamaq istəmirəm. Boşanacağam və bu uşağı da dünyaya gətirmək istəmirəm. Doğrudur, o, uşağı öldürməyimi istəmirdi, amma çox istədiyimə görə aptekdən hamiləliyi dayandırmaq üçün olan dərman aldı. Onu içəndən sonra uşağı saldım, amma qanaxma dayanmırdı. Hamı vəziyyətimdən xəbər tutdu, qardaşımgili gəlib məni xəstəxanaya apardılar.

Günlərlə ağladım, sızladım, dedim ki, mən bu insanla yaşamaq istəmirəm. Bütün qohum-əqrəba yığışdı gəldi, hamı başladı məsləhət verməyə. Dedilər ki, bizi biabır eləmə, düzələcək. Ayıbdır, el-aləm bizə nə deyər? Qızın gərək ər evindən meyidi çıxsın. Digər tərəfdən də, yoldaşım da gəlib and-aman elədi ki, bir də narkotikdən istifadə etməyəcək. Dedi ki, qələtdir eləyib, tövbə edir ki, bir də istifadə etməyəcək. Mən nə bilərdim ki, narkotiki tərgitmək olmur...

Sonra yenə hamilə qaldım, şükür Allaha ki, normal uşaq dünyaya gətirdim. Sonra atam da rəhmətə getdi, bir az ondan çəkinirdi, o öləndən sonra başladı bizə zülm eləməyə. Bıçağı boğazıma dirəyib hər şeyimi, qızıllarımı alıb satdı.

Ondan hətta öz anası da iyrənirdi...
Özü kimi iyrənc narkomanları da evimizə gətirib mətbəxdə iynə vururdular. Mən də qab-qacağımın hamısını verdim ona, özümə bir qaz balonu aldım, bir də qazan. Hər şeyi ayırdım. Çünki ondan və narkoman yoldaşlarından çox iyrənirdim. O, aylarla çimmirdi, hətta doğma anası yanında oturanda yaylığı ilə burnunu tuturdu, dözə bilmirdi. Mən həm də namaz qıldığıma görə belə iyrənclikləri qəbul edə bilmirdim. Sizə deyim ki, bəlkə də atam və qardaşlarımdan qorxmasaydı, bizə nələr edərdi, Allah bilir... Hətta bir dəfə yuxudan ayılanda gördüm ki, bıçağı itiləyib oturub başımın üstündə. Özüm də hamilə idim, çox qorxdum, yalvara-yalvara bıçağı əlindən aldım.

Uşağı bağçaya qoyub işə girdim. Əvvəlcə 120 manat maaş alırdım, get-gedə artdı, 200 manata çatdı. Lotereya oynayıb evimizin yanındakı hamamı babat düzəltdirdim, bir dəfə də lotereya oynadım, paltaryuyan maşın aldım. Yoldaşım rəhmətə gedəndən sonra evimizdə yavaş-yavaş sakitlik başlamışdı, uşaqla birtəhər dolanırdıq ki, bu xəstəliyim ortaya çıxdı.

Axırıncı dəfə xəstələnəndə də elə bildim ki, yenə qanını yuyacaqlar, sistem köçürüləcək, qanından zəhər təmizlənib düzələcək. Sən demə, artıq xəstəlik ağır formada imiş və ondan sağ çıxmadı.

Doğrudur, mənə çox zülmlər edib, amma mən qəbrinin üstünə gedib Allaha yalvarıram ki, mənə nə zülmlər edib, onu bağışlayıram, o dünyasını ver, rahat yatsın. Həmişə də "Yasin" oxuyuram onun üçün. Amma onu başa düşə bilmirəm ki, mənim günahım nə idi, uşağımın günahı nə idi ki, bu xəstəliyi tapdım?

İşimdən də oldum, sağlamlığından da oldum. Əvvəlcə qəbul edə bilmirdim, indi artıq özüm kimiləri görəndə yavaş-yavaş qəbul etməyə başlayıram. Taleyim onsuz da əvvəldən gətirməmişdi. Ərim ölüb, dul qalmışam, heç olmasa sağlamlığım olardı... Uşağıma görə çox qorxuram, mən də yıxılıb qalsam, onu kim saxlayacaq? Ən böyük arzum oğlumu böyüdə bilməkdir. İstəyirəm ki, oxusun, savadlı olsun. Mənim kimi olmasın. Əsas da atası kimi olmasın.


Şərhlər: 8
Baxılıb: 6151
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Gultekin.A
Allah komek olsun cox pis oldum.agladim
Keske aileniz evvelden ayirardi sizi
Onsuzda tek qaldiniz.ele o vaxt ayrilardiniz eybi yox tek qalardiniz ama saglam.olardiniz.bu xesteliy sagalmir.maks 5-10 il omru olur.Allah ozu komek olsun her sey onun elindedi
Sizinki bele ureyiniz var insAllah Allah sizi ovladiniza bagislayar

Allah komek olsun cox pis oldum.agladim
Keske aileniz evvelden ayirardi sizi
Onsuzda tek qaldiniz.ele o vaxt ayrilardiniz eybi yox tek qalardiniz ama saglam.olardiniz.bu xesteliy sagalmir.maks 5-10 il omru olur.Allah ozu komek olsun her sey onun elindedi
Sizinki bele ureyiniz var insAllah Allah sizi ovladiniza bagislayar
1 iyul 2016 20:17
# 8
..
ilk nur
Allah wefanizi versin .allah ozu komey olsun size
1 iyul 2016 00:55
# 7
Onun_Mələyi
aiyyy çox pis oldum oxudumm..allah kömeyiniz olsun ....
1 iyul 2016 00:23
# 6
Bir duam var,səndən amin gözləyirdua09123
qanadli melek
Allah komeyi olsun
30 iyun 2016 17:15
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Barbaris
nece dehwetdi Allah komek olsun size cox pis oldum
30 iyun 2016 16:16
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Sadece dehsetdi. Aci taleyiniz var. ag olum ele beladirki ona qursanan hec zaman sag cixmir
30 iyun 2016 16:07
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Marta
Aciyaraq oxudum(( mence usagi da muayine etdirmek lazimdir. ALLAH komey olsun.irade lazimdir xesteliyin ohdesinden gelmeye.Allah sebr versin.
30 iyun 2016 15:23
# 2
Немного терпения, и у тебя все получится..
vipbetul
Allah uzaq elesin
30 iyun 2016 14:27
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz