Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanlı sadist iş adamının dəhşətli seksual fantaziyaları
Azərbaycanlı sadist iş adamının dəhşətli seksual fantaziyaları
Göndərən: KARAMELA
Şərhlər: 8
Baxılıb: 1712
Səs ver:
“O, məndən fahişə olduğumu etiraf etməyi tələb edirdi”.

Azərbaycanın nəhəng tikinti şirkətlərinin rəhbərlərindən birinin qohumu, iş adamı sadist çıxdı.

Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a iş adamının arvadı 27 yaşlı Gülzaman Məmmədova (ad və soyad dəyişdirilib) bildirib.

Bu günlərdə üç uşaq anası Gülzaman Məmmədova, son 11 il ərzində məruz qaldığı ailədaxili zorakılığa görə ərindən qaçıb. Hal-hazırda Məmmədova Kamal Ağazadənin rəhbərlik etdiyi, insan alverinin qurbanları üçün sığınacaq olan - Uşaqlar üçün Reinteqrasiya mərkəzindədir. Məmmədova ərindən ayrılmaq niyyətindədir, belə ki, əri onun üçün əzablı ölüm hazırlamışdı. Xüsusilə bunun üçün kişi 1200 manata vinçestr alıb divardan asıb, və zaman-zaman qadına ölümünün yaxınlaşdığını, onu güllələyəcəyini söyləyirdi.

Nişandan sonra onu seksə məcbur edib.

“Münaqişə elə nişanımızdan sonra başladı. Ərim mənə elçi düşəndə mənim 17 yaşım var idi. O zaman mənimlə kənddə evlənmək istəyən çox idi. Əvvəllər o xoşuma gəlmişdi. Ona ərə getməyə can atırdım, amma sonra ona nifrət etdim, hətta nişanı qaytarmaq istədiyimi də dedim. Çünki o mənə qarşı tələblər irəli sürməyə başladı.

Onunla cinsi əlaqəyə girməyimi istəyirdi, çünki bizim ailə, ər-arvad olmağımız zaman məsələsi idi. Küçəyə çıxmamağımı, uzun geyinməyimi, telefona cavab verməməyimi tələb edirdi.

Bütün bunlardan sonra üzüyü qaytarmaq istəyirdim, hətta onu arxa həyətə otun sıx bitdiyi yerə atmışdım. Amma anası ilə qardaşı üzüyü tapıb geri taxmağımı tələb ediblər. Anam hətta məni nişanlımla daha çox vaxt keçirməyə məcbur edirdi. O, bizə evə gecə gəlirdi, anam məni onunla oturub söhbət etməyə məcbur edirdi. Axı gecə oğlanla qızın nə söhbəti ola bilərdi? O məni məcbur etmək istədiklərinə axır təslim oldum”, - Gülzaman Məmmədova deyib.

Toy yaxınlaşan zaman Gülzaman hamilə olduğunu bilib. Hamilə olmasını anası və qayınanası da bilirdi. Qayınanası hətta Gülzamanın anasına: “Qoy bir yerdə çox qalsınlar, bəlkə bir-birlərini sevərlər” deyirdi. Sonra Gülzamanın anası oğlan tərəfini toyla əlaqədar tələsdirib, belə ki, o, biabırçılıqdan qorxurdu.

Bundan sonra oğlan tərəfdən qızın ünvanına təhqirlər yağmağa başladı. Oğlan Gülzamana ailəsinin şərəfsiz olduğunu, ondan tez yaxa qurtarmaq istədiklərini deyirdi.

“Döymələr elə ərə gedəndən başladı. O, məni döyürdü sonra isə and içirdi ki, məni sevir. Qubaya köçdükdən sonra tamam özündən çıxdı. O burada daş karyerinə rəhbərlik edirdi. Mən evdən bayıra zibil atmağa və ya çörək almağa belə çıxmırdım. Ərim anasını gətirdi ki, mən ona xəyanət etməyim. O, işə gedəndə qapını açarla bağlayırdı. Biz həbsxanadakı kimi yaşayırdıq. Bununla yanaşı məni qısqanırdı, baxmayaraq ki, namaz qılırdım. Daima xəyanətdə günahlandırır, nə isə bir pis işimi tutmağa çalışırdı. Bir dəfə üzümü ütü ilə yandırdı. Deyirdi ki, qısqanclıqdan məni öldürə bilər.

O, məni hər gün döyürdü, hər dəfə də yeni səbəb tapırdı. O, məndən fahişə olduğumu etiraf etməyimi tələb edirdi. Yumruqla üzümə, başıma vururdu, hətta burnumu sındırmışdı. Sinəmin üstünə oturub məni əzirdi. Mən qışqırıb köməyə çağırmaq istəyirdim, amma anası ağzımı tutub oğluna yardım edirdi. Ərim deyirdi ki, məni öldürəcək, anası isə bunu etməyən kişi deyil, deyirdi. Anası onu zorakılığa sövq edirdi. Mən polisə müraciət etməyə qorxurdum, çünki o məni öldürəcəyini demişdi. Daimi döyülmələrdən, sağ döşümdə şiş əmələ gəlib. Çox ağrıdır, toxuna bilmirəm. Qadın xəstəlikləri ilə əlaqədar problemim yaranıb. Qanaxma başlayıb”, - Gülzaman şikayət edir.

Davalardan birində dəliyə dönmüş iş adamı arvadına məxsus müqəddəs kitabı – Quranı belə cırıb.

Gülzaman Məmmədova ata evinə dəfələrlə gedib, amma hər dəfə valideynləri ərinin yanına qayıtmağa razılaşdırıblar. Onlar dözməli olduğunu deyirdilər, axı arada uşaqlar var. Bundan sonra əri Məmmədovanın sənədlərini qaça bilməməsi üçün gizlədib.

İş adamı fahişələrə çox pul xərcləyirdi...

Gülzamanın əri ona xəyanət edirdi. Bundan başqa o arvadına onlara necə pul xərclədiyini, fahişələrlə bütün istədiklərini edə bildiyini danışırdı. O, öz telefonuna çəkdiyi məhəbbət macəralarını arvadına göstərirdi. Kişi öz arvadını qarıya oxşadığını deyərək ələ salırdı. Uşaqlar qarşısında qadını təhqir edərək, onlara analarının eyni zamanda bir neçə kişi ilə görüşdüyünü deyirdi. Uşaqlara toxunmurdu, amma analarına nifrət etmələri üçün hər şey edirdi, lakin buna nail olmurdu. Məmmədovanın sözlərinə görə oğlanları evdə bıçaq və kəsici alətləri gizlədirdilər. Sonuncu dava zamanı əri Gülzamanın sinəsinin üzərinə oturub bıçağı havaya qaldırıb, 4 yaşlı qızı isə anasını qorumaq üçün onu qucaqlayıb və atasına yalvarıb.

Bu, Məmmədovanın səbir kasasını daşdıran son damla oldu. Əlverişli anı gözləyən Məmmədova kiçik qızını, qızıl və gümüşü götürüb evdən qaçıb. O, üzüyü satıb, Bakıya gəlmək üçün taksi pulunu ödəyib. Xeyirxah insanlar Kamal Ağazadəyə müraciət etməyi məsləhət görüblər.

İndi Məmmədova boşanmaqda qətiyyətlidir. Atası evinə qayıtmağa hazırlaşmır, belə ki, valideynlərinin onu ərinə qaytaracaqlarından qorxur. O, uşaqlarını götürmək və bir daha əri ilə görüşməmək niyyətindədir. “Mənə onun pulu lazım deyil, pendir-çörək yeyərəm, amma sakit yaşayaram. Cəmi 27 yaşım var, amma artıq bir neçə xəstəliyə düçaram”, - Məmmədova deyib.

İş adamı arvadının harada olmasını öyrənib artıq mərkəzə də gəlib, onun geri qayıtmasını istəyib. Onsuz yaşaya bilmədiyini, ona hava kimi lazım olduğunu deyib. Amma Məmmədova bilir ki, qayıdan kimi işgəncə yenidən başlayacaq. Bəlkə də bu evdən sağ çıxmayacaq.


Şərhlər: 8
Baxılıb: 1712
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Ekizlerin mamasi
Her olayin baslica gunahkari qizin anasidi.sey ozu qizini basdan bedbect eliyib.gece yarisi nisanli cutluyun biryerde ne isi var.soradaki ele eri olmaz olsun.
28 iyun 2016 19:36
# 8
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
SonSuz SeVGi
Bu nedi bele cooox dehwetdi cooox
28 iyun 2016 17:50
# 7
Antikvar
Bismillah, bu nəyidi belə? Oxuduqca sanki qadının yaşadıqları bir an film kimi göz önümdə canlandı.. Qızın valdeynləri kimi ana ata olmaz olsun necə anadı necə atadı qızının zülmlərini görə-görə heçnə demir yenədə get deyə məcbur edir, necə anadı qızı nişanlı olanda istəmirəm deyir amma ana qızını elə axmaqlar ilə bir yerdə qalması üçün şərait yaradır, vaıdeyn deyilleree Allahın günahkar bəndələri əlbətt bir gün etdiklərinizə görə cəzanızı çəkərsiz, bir qızı xoşbəxt etməlidi valdeyn bədbəxt yox amma siz vicdansız valdeynlər qızınıza ən böyük bədbəxtliyi yaşadmısız. Oğlandan danışmaq belə istəmirəm çünki əri ruhi xəstədi belə insan olmayanları yeri sağaltmaq üçün özəl klinikalara müraciət etmək lazımdı, məncə bu kişi hansısa bir xəyanətə uğrayıb zamanında onun qorxusumu deyim ya həmən problemin təsiri altında qalıbmı, öz ağılsız şüuru ilə şiddətə əl atmaqla hər şeyin düzələcəyini sanıb. Allah belə kişinin cəzasını versin həm qısqandığını deyir həmdə özü xəyanət edir buda azmış kimi etdiklərini qadına göstəriş edir, sonra uşaqlarına özünün yoxda qadının etmədiyi xəyanətdən danışır, oğlanın anasıda başqa bir dəlidi, oğluna hava verir, ailəlikcə bunlar dəlidilər. Görəsən qızın valdeynləri qızı verəndə araşdırmayıbmı hansı səviyyədə ailədilər? Birinci günah ailəsindədi qızı istəmirəm desədə məcbur ediblər. hər nəysə şükür canını qurtara bilib qadın o evdən, inşallah sağalarda sakit həyat yaşa bilər, amma o dəli kişi tutulmalıdı, o qədər əzab verib qadına sərbəst buraxılsa demək bizdə qadın hüqüqlarını qoruyan yoxdu, qanunda yoxdu, haqqsızlıqda baş alıb gedir, ən azından bir dəfə rüşvəti düşünməyib bir insana kömək etsinlər...
28 iyun 2016 11:50
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
o cur gezeyen kisiler ele bilirki hami butun qadinlar ele gezeyendir ozeri exlaqsizdirlar ele bilirlerki ele hami exlaqsizdir
28 iyun 2016 00:22
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Luna-90
Polise muraciet etsin.gorek polis ne is gorur bu mesele ile bagli.
27 iyun 2016 23:22
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Barbaris
nece insanlar varmiw xestedir manyakidir nedir bu qeder iwgence olmaz onu hebs etmek lazimdir.. nece dozurler ele manyaklara arvadlar men elesini dogruyaramee
27 iyun 2016 23:13
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
BARBI
Tek kelimeyle dehset. Bu kisi esl manyak imis. Ele yaxsi edib xanim onnan qacib
27 iyun 2016 22:54
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Allah qorusun bu lap esl manyak imiwki
27 iyun 2016 22:38
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz