Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günəş:"Ərim fahişə saxlayır, əri isə arvadını ərimə satır" - ŞOK
Günəş:
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 8692
Səs ver:
Həqiqətən çox maraqlı, başqalarına bənzəməyən bir xəyanət məktubunu dərc edirəm .

Bu hekayədə ən çox diqqətimi çəkən, xəyanətə məruz qalan hər bir qadın, əslində əri tərəfindən deyil, bir başqa qadın tərəfindən xəyanətə uğrayır" sözü oldu. Həm kişilərin, həm də qadınların dərs alacağını düşünürəm.

Xəyanətin dözülməz yüngüllüyü

Dəyərli Qadınlar.Biz saytı, adım anonim qalsın, amma yaxınlarım mənə Günəş deyir, sizdə elə bilin. Saytınızı izləyir və çox zaman paylaşılan məktubların eyni olduğunu düşünərdim.
Bu gün sizə, iki il ərzində bir xəyanətə uğrayan biri kimi yazacağımı heç vaxt düşünməmişdim.
Xəyanətə məruz qalan qadınlar karvanının bir yolçusu olaraq, mənim halımdakı xanımlara, xəyanət edən müəllimlərə və qadınlara müraciət etməyə qərar verdim.
Həyat yoldaşımla bizim hekayəmiz, çox tanınan bir hekayə deyil. Ikimizin də ikinci evliliyidir. Ən böyük qazancımız, ilk ailələrimizdə səhv seçdiklərimizin bizə bir övlad vermiş olmasıdır.
Ailəmizin nə qədər əhəmiyyətli olduğunu deyir, yaratdığımız yuvanın çox xoşbəxt olduğunu dəfələrlə təkrar edərdim.
Aramızdakı böyük məhəbbət və bağlılıq güman edirdim heç vaxt bitməyəcək. Biz ruh əkizi kimiydik. Amma 12 illik nəhəng evlilik ən böyük yaranı aldı.
Bu yaranın üstündən keçən zaman, suların az da olsa durulmasını təmin etdi, amma ürəkdəki qırıqlar sağalmaq bilmir.

MƏNİM ƏRİM KAŞ BELƏ BİR ADAM OLMAYAYDI

Özümü günahlandırmıram. Bilirəm ki, bu baş verən iyrənc hadisənin yeganə məsum tərəfi mənəm. Artıq daha sakit düşünürəm. Çünki həyat yoldaşımın əslində iyrənc bir oyunun hissəsi olduğunu anlamağımın verdiyi rahatlıq içindəyəm.
Pis, hiyləgər və daha sonra əri tərəfindən satılan başqa bir qadın, mənim həyat yoldaşımı özünə min cür oyunlarla, ehtirasını istifadə edərək bağlayıb.
O Qadının əri də ən az onun qədər əclaf biridir.

Həyat yoldaşım indi çox peşmandır. Özünü günahlandırıb davamlı ləkəsini yadına salaraq, düşdüyü vəziyyət qarşısında reaksiyasını göstərməyə çalışır. Özünü ağıllı zənn edən bir adamın, əslində nə qədər aciz olduğunu dərk etməsindən qaynaqlanır bu peşmançılıq.
Əslində həyat yoldaşımı bu halda görmək mənim üçün böyük bir əzabdır. Mən onun ağlını, ürəyini sevmişdim. Bu qədər sadəlövh olacağını görməyi heç istəməzdim.
Məni ən çox, ani zövqlər uğrunda nələr itirdiyini başa düşdüyü hazırkı ləkəsi kədərləndirdi. Ərim belə bir adam olmayaydı.
Xəyanətə məruz qalan hər bir qadın, əslində əri tərəfindən deyil, bir başqa qadın tərəfindən xəyanətə uğrayır.
"Hər kişi təbiətin qanunu gərəyi bir başqa qadınla yatmaqda çox həyəcanlanir" deyirlər. Təəssüf ki doğruluğunu yaşadığım xəyanətlə anladım.
Anlamadığım isə, bir kişinin arvadını həm çox sevib, həm də yalnız və yalnız fiziki arzularını təmin etmək üçün bir başqa qadına getməsidir.
Bax mənim də tək bağışlamadığım, qəbul etmədiyim budur.
"Boşanaq, get iki ildir ki, yaşadığın o qadınla ol" deyəndə, belə bir şeyin heç vaxt olmayacağını deməsi çox maraqlıdır.

AĞRIDAN QOVRULURAM NƏFƏS ALA bilmirəm


Cəmiyyət içində qoluna taxıb gəzəcəyi, pul ödəyib bədənini satın aldığı bir qadın üçün bu qədər kədəri, ləkəni yaşamağa dəyərmiydi?
İndiki halından dəymədiyini bilirəm artıq, "Kaş ki heç baş verməsəydi" deməsini eşitmək, içimdəki ağrını təəssüf ki azaltmır . Ağrıdan sanki qaynar yağın içində qovruluram. Nəfəs ala bilmirəm.
Onu tərk etməyimə sadəcə kiçik bir addım qalmışdı. Bu addımı atmazdan öncə, puzzlenin həll etmədiyim bir hissəsi olan qadının ərinə zəng elədim. Ərinin dedikləri ağlımı başıma gətirdi.
"Arvadın səni aldadır, həm də yalnız mənim həyat yoldaşımla deyil, bir çox kişilərlə əlaqəsi var" deyəndə, adam "Mənə fərq etmir, mənə əsas pul lazımdır, pulumu axşam evə gətirsin, kiminlə necə harda istəyir görüşsün və sevişsin" deyə cavab verdi! Bu sözlərdən sonra sanki qaynar su tökdülər başıma.
Ərinə "Mənim sizin kimi əxlaqsız insanlara buraxacaq ərim yoxdur" deyəndə, o anda həyat yoldaşıma bir şans daha verməyə qərar verdim.
Içim yanır. Ailə olmaq üçün verdiyim mübarizəyə inancımı itirmişkən, bu şans mənə və həyat yoldaşıma nələr gətirəcək indidən bilmirəm.
Eynilə iki ildir yaşadığım xəyanəti bilmədiyim kimi .ama bu dəfə hər cür nəticəyə hazıram. Mübarizəyə davam.


Şərhlər: 9
Baxılıb: 8692
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
sen hele o birisi exlaqsiz kisiye baxe qadini kucelere salib serefsizler
27 iyun 2016 23:59
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aylinaylin98
Meni de basam gelbidi 3 gun buna qabar sevdim oglan mene bir fahise ne xeyanet etdi
27 iyun 2016 21:43
# 8
Ekizlerin mamasi
Buma oxsar xeber oxumusdum.halalini qoy evde get mundara tamah sal.basa dusmuremde belelerin.xeyaneti hezm etmek oıduqca cetin bir is olmali ammaqadinin yazdiqlarinnanda bosanmaya getmek sadece yeniden bedbect olmagin qapisini acmaq demekdi.Allah ayagi siruskenlere agil fikir versin
27 iyun 2016 21:07
# 7
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
asi123
Mən elə kişilərə nifrət edirəm və hər hansı kişi bunu edib arvadıyla da bir çarpayıda yatırsa onuda kirlədər axı gül kimi təmiz halalını qoyub niyə 1000 lerle görüşənə tamah edir bu kişilər. Mənim başa düşmədiyimədə budu. Qaldı namuslu xanımlara az qalıb bu dövürdə kişilər kimi olarda yolların azıb bilinmir Hersey tərsinə çönüb. Allah kişiyə də qadına da ağıl normal düşüncə versin Amin.
27 iyun 2016 20:45
# 6
A
Gülüş.
xeyanet cox pis seydir allah hec kime gostermesin
27 iyun 2016 19:40
# 5
HAPPY_EYES
hec oxumadim bele xeberler mence paylasilmasin
27 iyun 2016 18:47
# 4
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Onun_Mələyi
ANTİKVAR
YALNIZ ARZU.~
werhlernizi oxudum yazacaq bir weyim qalmadı.sizinle tam razıyam.
27 iyun 2016 18:05
# 3
Bir duam var,səndən amin gözləyirdua09123
YalniZ-ArZu
Bunu da ewitdik...
Her exlaqsizdan otru yuva dagitmaga deymez.Bezi Kiwiler de bir coxunun el artigin yeyen it kimi,her "gozelce"ye agizlarinin sularin axidirlar.Evde halalca,temiz adli qadini qoyub,bu cur exlaqsizlarla yataga girende hec mi iyrenmirler?Evde ki,mesum uwagin gozlerine baxanda hec mi,utanmirlar?Bele kiwiciklere ar olsun.Ozlerin aile bawcisi adlandirirlar,ancaq bu aileye haram qatirlar,lekeleyirler.
Bu exlaqsiz ev yixanin "erine" ise cox soz deyerdim,amma onuncun weref olar kiminse o "kiwicikden"otru barmagini yorub werh yazmasi.
27 iyun 2016 17:17
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Antikvar
Son zamanlar nədənsə təkrar xəbərlər çox olur saytda... Nəsə digərinə şərh yazmadığım üçün buna yazmaq qərarına gəldim...
Hər bir qadın üçün ən acı verən anı olur xəyanət yaşamaq, doğru deyib bu qadın,( qadın ən çox digər qadın tərəfindən xəyanəti yaşayır,) kişiləri o hissə iyrənc əməllərinə zövq edən kimlərdi? təbii ki, əxlaqı düzgün olmayan qadınlar. Hər qadın öz ailəsi ilə xoşbəxt olaraq yaşamaq istər amma allahın nəhlətə gəlmiş məxluqları bu xoşbəxtliyi pozmağı sevirlər qarşılığında bir miqdar pula görə... Bəzi "qadınlar" vardır xəyanəti həm qadınlara yaşadırlar həmdə kişilərə, bir deyim vardır kişilər daha çox xəyanət edir mən artıq bu söz ilə razı deyiləm əyər çevrədəkilərə nəzər yetirsək hər şeyin dəyişdiyinin fərqinə vararıq artıq qadınlar kişiləri belə keçiblər xəyanət mövzusunda o dərəcədə nəfisləri çirklənibki, etdiklərinin nə qədər asand şəkildə həyata keçirməyə çalışırlar arxada olanları daha doğrusu arxada qoyduqları insanları düşünmədən belə addımları sevərək atırlar... Bu qadının yaşadıqları məni üzdü, səbəb? heç bir qadın istəməz birinci evlilikdə etdiyi səhfi yenidən yaşasın, (boşanmağı nəzərdə tuturam) artıq birinci evlilikdən dərs alıb bu qadın, ikinci evlilikdə addımları düzgün atmağa çalışarkən,hər şeyin bir pozğunun qeyrətsizin ucbatından əksi olurdu, yoldaşını bağışlaması doğru olub olmadığını deyə bilmərəm amma həyatda hər kəs bir şansı haqq edir sizində o şansı verməyiniz düzgün olub, əyər qarşı tərəfin "qeyrtəli ağac kişisi" öz arvadını bu işə sövq edirsə namusunu yoxda pulu düşünürsə, nəyə görə elələrinə görə həyatınızı məhv edirsiz? Ola bilsin qəlbiniz qarşı tərəfdən bir ömür boyu qırılıb kül olsun hər ona baxdıqca, necə ki, həyatda heçnə unudulmur sözü beynimizə yazılıbsa sanki, o söz ilə həyatımızı yaşayıb davam edirik, siz elələrindən fərqli olaraq azda olsa bəzi olanları unutmağa çalışıb həyatınızı yaşayın ən azından özünüz və övladlarınız üçün, dəyərsizlərə görə dəyərliləri itirməyə, özünüzdən uzaqlaşdırmağa çalışmayın. Allah heç bir qadını xəyanət ilə üzləşdirməsin.
27 iyun 2016 16:50
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz