Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hicab üstündə dağılan ailə: Əvvəl yoldaşım, sonra qaynım...
Hicab üstündə dağılan ailə: Əvvəl yoldaşım, sonra qaynım...
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 8528
Səs ver:
...Üzünə o qədər krem çəkib ki, tər qarışıq krem çənəsinə doğru süzülür. Görünür, gözünün altına dəyən zərbənin izlərini gizlətməyə çalışır. Baxışlarını yayındırıb: "10 gün oldu, şiş çəkilib, ağrı da yoxdur. Bircə izlər də getsəydi", - deyir.

Yanındakı masada oturmuş 6 yaşlı qızının "ərin döyüb?" sualına ikimiz də gülürük. "Sığınacağa gəldiyim gündən tez-tez bu sualı verirlər. Uşaq da əzbərləyib", - söyləyir.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşan qadınlardan birinin həyat hekayəsini dinləyib. 23 yaşlı Nəzrin Məmmədova buraya 10 gün əvvəl gəlib.

- Anam öləndən sonra atam yenidən evləndi. Qardaşımla mən ögey ananın yanına köçdük. O nağıllarda eşitdiyiniz əhvalatlar var ki, ögey ana uşaqlara zülm edir, - bax biz o zülmləri yaşamışıq. Evin bütün yükü mənimlə qardaşımın üstündə idi. Atam bizi qoruya bilmədi. Bilirəm ki, o, bizi çox istəyir, amma əlindən heç nə gəlmir. Analığım hökmlü qadındır. İki ögey qardaşım var. Bizi oxumağa qoymadılar, məktəbdən çıxardılar. Buna görə də xalam bizə elçi gələndə atam düşünmədən razılıq verdi. 16 yaşım ailə qurandan sonra tamam oldu.

- Xalan oğlu ilə ailə qurmusan?..

- Hə, xalamın oğlu ilə ailə qurdum. Uşaqlıqdan ondan çəkinirdim, həmişə əsəbi olurdu. Xalam mənimlə yaxşı rəftar etməyə çalışırdı. Amma həyat yoldaşımın, qaynımın, qaynatamın öhdəsindən gələ bilmirdi. Evdə hamı bizim ailə işlərimizə qarışırdı. Ən xırda şeylərə görə dava düşürdü, həmişə də mən günahkar çıxırdım.

- Səni kim döyüb belə?

- Məni kimlər döyməyib ki? Uşaq vaxtından analığım döyürdü. Ailə qurandan sonra qaynatam, yoldaşım, qaynım döyməyə başladılar. Təsəvvür edin, çayı gec gətirdiyim üçün qaynatam mənə şillə vururdu. Həyat yoldaşımın hansısa sözünə etiraz edəndə o məni döyürdü. Qaynım bəhanələrlə məni vururdu. Qaynım yoldaşımın yanında məni döyürdü, amma yoldaşım məni müdafiə etmək əvəzinə üstündən də özü döyürdü. Sonuncu dəfə yoldaşım saçımdan tutub sürüdü, üz-gözümü yumruqladı.

- Davaya nə səbəb oldu?

- Həyat yoldaşım dini təriqətə qoşulub, namaz qılır, oruc tutur. Mənim hicaba bürünməyimi istəyirdi. Dedim ki, namaz qılıb, oruc tutaram, amma hicab geymək istəmirəm. Məndə zob xəstəliyi var, tez-tez boğuluram. Hələ gərgin olanda ürəyim bulanır, nəfəs ala bilmirəm. Dedim ki, müalicə olunum, boğulmam azalsın, sonra hicab geyərəm. Onsuz da açıq-saçıq geyinmirəm. Müalicə olunmağıma pul vermirdilər. Yoldaşım aldığı maaşı atasına verirdi. Bizə nəsə almaq lazım olanda onlardan pul istəyirdik. Yoldaşım məni həkimə aparmaq istəmədi. Hicab istəmədiyimi bəhanə edib döydü. Sonra qaynım dedi ki, bir arvada da hökm edə bilmirsən. Üstündən qaynım da məni vurdu. Yoldaşım şərt kəsdi ki, hicaba bürünüb ailəmin xidmətində durmasan, hər gün döyüləcəksən. Yoxsa ki, tək namaz qılmaqla dindar olmaq mümkün deyil. Məni döyəndən sonra ürəyim gedib. Ayılanda atam zəng vurdu, qardaşımla bizə gəldiklərini dedi. Xalam atamgilə yıxıldığımı söylədi. Qardaşım inanmadı. Atam onu sakitləşdirdi.

- Atan inandı?

- Atam da inanmadı. Amma özünü inanmış kimi göstərdi. Neyləsin, məni yenidən evinə apara bilməz. Axı həyat yoldaşından çəkinir. Atam yaşlıdır, nə həyat yoldaşına, nə də xalamgilə qarşı çıxmağa imkanı yoxdur. Atamın iradəsi çox zəifdir. Amma qardaşım dedi ki, işləyib ev-eşik qurandan sonra məni buradan aparacaq. Qardaşıma da çox yazığım gəlir. O da mənim kimi çox zülmlər çəkib. Nə uşaqlığını yaşaya bildi, nə də indi bir gün görür.

- Bəs sığınacağa necə gəldin?

- Mehriban Zeynalovanı televiziyada görmüşdüm. Gizlincə zəng vurub nömrəsini istədim. Sonra buraya gəldim. Atam sığınacaqda olduğumdan xəbərdardır. Bir dəfə də xalam zəng vurub. Onda da zəng vurub dedi ki, mənim oğlanlarım, yoldaşım haqqında heç yerə şikayət eləmə. Yəni polisə məlumat verməyimdən qorxurdu. Buna görə də polisə şikayət etmədim. Həm də guya ki, onları həbs etsələr, nə dəyişəcək? Yoldaşım namaz qılmaqla din adamı olduğunu düşünür. Mən dində məcburiyyət olmadığını deyəndə hər dəfə döyülürdüm. Bilirəm ki, hicaba bürünəndən sonra da döymək üçün bəhanə tapacaqlar. Buna görə də qərar vermişəm, o evə geri qayıtmayacam.

- Sığınacaqdan çıxandan sonra haraya gedəcəksən?

- Hələlik heç nə bilmirəm. Harada yaşayacağam, harada işləyə bilərəm? Amma bilirəm ki, o evə qayıtmamaq üçün mütləq işləmək lazımdır. Təhsilim olmadığından iş tapmağım çətin olacaq. Əvvəlcə boşanmaq üçün məhkəməyə müraciət edəcəyəm. Yəqin, bundan sonra iş axtarmağa başlayacağam. Çox şükür ki, uşağı əlimdən almayıblar. Bundan sonra yalnız övladım üçün yaşayacağam. Sığınacağa gəlmədən əvvəl heç nəyə qərar verə bilmirdim. Artıq qorxmuram. Çünki ilk addımı atmışam...


Şərhlər: 11
Baxılıb: 8528
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Gultekin.A
Onun qaynatasinda qayninda erinde ele hamisin yiqib yaxsi doyesej bileler doyulmek nece olur.eseblewdime.siz kimsizki Allahin yaratdiqin doyursuz.sizi kim yaradib bes.kimsenki Allah yaradani sen cezalandirirsan.hele ustelik namazda qilirsan.dehsete geldim.
1 iyul 2016 20:26
# 11
..
Muradli Aytan
Heyatda neler var biz deyirik bizim derdimiz var bele seylar esidanda mindafa sukur ediram allah komeyi olsun erini qaynatasin qaninida allah cezasini verecek insallah allah boyukdu cix pis oldum
27 iyun 2016 01:37
# 10
vipbetul
serefsizliye baxe hele o qayna baxe elenciynelerini oldurmek lazimdir eclaflar qadinin huquqlarini bilmirler deyesen o qadin mehkemeye getse onlari isdediyi kimi cezalandirada biler o qadin evde ala biler alimentde ala biler mene gore bunlari telebde etmelidirki qoy arsi terefin axli basina gelsun balaca hecneden basi cixmayan qiz kimi gorub birdaha el uzatmasunlar xanima
26 iyun 2016 22:08
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
krisa
Allah yardimcisi olsun.Ne bilim nece insanlar var heyatda.Allah belalarin versin bele murdar insanlarin.Amin
26 iyun 2016 19:44
# 8
Barbaris
Allah komeyin olsun..
26 iyun 2016 17:22
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
YalniZ-ArZu
Qildigi namaz qenim olsun senin eruve.
26 iyun 2016 17:21
# 6
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
melek_ayka
Allah belalarin versin
26 iyun 2016 15:32
# 5
Onun_Mələyi
ayy yaziqim qeldi qadina...nc nc ncc...eleleri dine qulluq eliyir .bes ne qeder gunah iw qorurler .bir qadini doymekle ...widdet vermekle ...namaz qilinca qunahlari baqiwlanacaqmi ???ozude xalasinin yetim qizidi .qerek ona dahada qayqi qostereydiler...16 yawda evlliy dehwetdi .qunah atasndadi qadinin

cuki onu 16 yawnda evlendirende bilmirdimi ?mektebe qoymamaqla...dehwetdi .bu zamanede qaynin ,qaynatanin ne hakkqi var qelini doymeye?
26 iyun 2016 15:07
# 4
Bir duam var,səndən amin gözləyirdua09123
Asya
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
26 iyun 2016 14:31
# 3
BARBI
Allah belalarini versin. Qadinlara iskence cektirirler.
26 iyun 2016 14:21
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Heyatda ne cur insanlar var Yetim bir qiza arxa dayaq cixmaqdansa iwgence verirler
26 iyun 2016 13:42
# 1
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz