Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir qadın cin mənə ilişib, göz verib, işıq vermir... -Şok açıqlama
Bir qadın cin mənə ilişib, göz verib, işıq vermir... -Şok açıqlama
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 921
Səs ver:
Yadplanetlilərin Yer sakinləri ilə təmas yaratması, hətta bu təmasın intim münasibətə qədər yüksəlməsi barədə xəbər yaymışdı. Cəmiyyətdə belə bir sual yarandı ki, görəsən, Azərbaycanda da yadplanetlilərlə əlaqədə olan, yaxud sevgi münasibəti yaşayanlar varmı?

Adıçəkilən sayt bu sualla elmi-lədun araşdırmalar aparan, otuzdan çox kitabın müəllifi Paşa Yaquba müraciət edib. Müsahib bu mövzuda rastlaşdığı hadisələri belə danışır:

- Bir gün Vüsal adlı tanışım (ad şərtidir) mənə müraciət etdi ki, qəribə bir hadisə ilə rastlaşmışam, çox əziyyət çəkirəm, sən dini mövzuda tədqiqatçısan, mənə bir məsləhət verə bilərsənmi?
Dedim nə məsələdir? Dedi bir qadın cin mənə ilişib, göz verib, işıq vermir. Daim yanımda gəzir, gecələr də mənimlə yatır, cinsi əlaqədə oluruq. Yanımda gəzdiyini məndən başqa heç kəs görmür. Mağazaya gedəndə mənə deyir nə istəyirsən götür, pul vermə, satıcıya de ki, ödədim, o da təsdiq edəcək ki, ödəmisən; istəsən "zdaç" da istəyə bilərsən. Mən bunun doğruluğunu dəfələrlə yoxladım: cin yanımda olarkən, siqaret alıb, satıcıya pul vermədən dedim ki, əllilik vermişdim, pulun qalığını qaytar. O da siqaretin pulunu "çıxıb", "qalığını" qaytardı. Amma sonralar bu halları təkrar etməyə vicdanım yol vermədi. Gecələr məni çox yorduğuna və insan qadınlara qısqandığına görə ondan aralanmaq istəyirəm, bacarmıram, bir məsləhət verərsənmi?

Dedim o cin qadın müğənni filankəsə bənzəyirmi? (Müəyyən səbəblərdən müğənninin adını çəkmirəm.)
Dedi hardan bildin, yoxsa sən də görmüsən?
Dedim yox, səndən qabaq da birinə ilişmişdi. Həmin adam cinin bütün əlamətlərini təsvir etdikdən sonra dedi kopya müğənni filankəsə oxşayır. Ondan yadımda qalmışdı. Gördüm sənin sadaladığın əlamətlərlə onun dedikləri üst-üstə düşür...
Nə isə, oğlana bəzi tövsiyyələr verdim, ondan sonra qadın cin bir də onu narahat etmədi.

Vüsal onu da deyirdi ki, qadın cin məni həyatdakı insan qadınlara qısqanırdı. Yəni, oğlan hansı qızla tanış olurmuşsa, cin gedib ona toxunurmuş, həmin qızlar ya ağır xəstəliyə düçar olurmuşlar, ya da başlarına pis işlər gəlirmiş... Ona görə də oğlan daha heç bir qıza yaxın durmaq istəmirmiş ki, qızlar bədbəxt olmasınlar.
- Paşa bəy, tədqiqatlarınız zamanı başqa bu kimi hadisələrlə rastlaşmısınızmı?

- Rayonların birində tədqiqat apararkən, qonaq qaldığım evdə ailənin gənc qıznı 20 ildən artıqdır ki, cinlər qaranlıq otaqda əsarətdə saxladıqlarının və heç kəslə təmasda olmağına icazə vermədiklərinin şahidi olmuşam. Ailə elə bilir ki, qıza vergi verirlər və nə vaxtsa, o xüsusi qabiliyyətə sahib olub, pul qazanacaq... Amma mən orada qonaq olarkən, qızın yatdığı qonşu otaqda nəyin baş verdiyini başa düşdüm və qızın halına ürəyim ağrıdı. Müqayisə üşün deyim ki, erməni əsirliyində olmaq, cinlərin əsarətində olmaqdan daha şükürlüdür...

Bir vacib və gizli məqama da diqqətinizi cəlb edim ki, baxıcılıqla (qara magiya ilə) məşğul olanların hamısının yolu bu cür əsirlikdən keçir. Sonra təmasda olduqları imansız cinlər onlara zaman-zaman informasiya ötürürlər. Onlar da həmin informasiyaları gələn pasiyentlərə ötürməklə pul qazanırlar.
Onu da deyim ki, onların verdikləri informasiyaların bəziləri düz olur (kartla, kofeylə, şamla baxan "şeytan"lar da belədir). Çünki, "Quran"da buyrulduğu kimi, şeytan insanları hər yerdə görə bilir və gördüklərini də əsarətdə saxladığı maqa xəbər verir... Bütün bunlar "İnək" surəsinin 102-103-cü ayələrində geniş izah olunduğundan və "Məhəbbət ili" kitabımda bu barədə şərh verdiyimə görə burada çox danışmıram.

Bir vacib məqamı da qeyd edim ki, bu gün cəmiyyətin əksər hissəsi neqativ təsirə məruz qalıblar və bundan əziyyət çəkirlər. Ən maraqlısı da budur ki, bu işlərin (fitnə-fəsadların) çoxusunun törədicisi qadınlardır. Onlar bunu edərkən elə bilirlər ki, xoş bir missiya həyata keçirirlər. Belə ki, onlar xoşladıqları bir kişi ilə münasibət qurmaq istədikdə, bunu birbaşa kişiyə deməkdənsə, gedib cadugərə (maqa) deyirlər. O da öz növbəsində bu işin onunçun heç bir problem olmamasını, hər şeyi həll edəcəyini deyir. Və "gərəkəni yapır".
Elə bütün bəlalar da bundan sonra baş verir.

- Nə baş verir?

- O baş verir ki, kişinin həyatında bütün işlər düyünə düşür: maddiyyatı azalır (və yaxud kəsilir), səhhəti pozulur (və müalicə effekt vermir), məhəbbət hissin itirir (əks cinsə həvəsi ölür), həyat eşqi, yaşamaq həvəsi olmur, insan intihara meylli olur, həmişə qəmli olur, özünə qapanır və s.

Nəticədə bu tilsimi elətdirən qadının bütün gözləntiləri boşa çıxır. Əvvəllər həmin kişi ilə arada bir kofe içirdilərsə, bundan sonra o da olmur. Çünki, kişidə o qədər problem yaranır, ən əsası da bütün qadınlara qarşı həvəsi elə ölür ki, nəinki başqa qadınlarla, heç evdəki qadını ilə də normal münasibət qura bilmir.

Ona görə də qadınlara məsləhət görərdim ki, hansısa kişidən xoşları gələndə ona eşq elan etməyi vacib bilirlərsə, bunu birbaşa etsinlər. Hansısa maqın (görücünün, falçının...) vasitəçiliyindən heç vaxt istifadə etməsinlər. Bu qanmaz uşağı kiritmək üçün əlinə qranat verməyə bənzəyir. Gec-tez həmin qranat patlayıb fəsad törədən kimi, magiya da insan həyatına daim neqativ enerji verməklə, fəsadlar törədir.
Həm də insanın etdikləri bir gün bumeranq kimi mütləq qarşısına çıxır. Odur ki, gözəl əməllərlə məşğul olaq ki, qarşımıza da həmişə xeyir çıxsın!


Şərhlər: 8
Baxılıb: 921
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
REbbim cinden seytandan uzaq elesin Allah onlara lenet etsin insallah
25 iyun 2016 22:41
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
YalniZ-ArZu
Oxumadim...qorxdum:(
25 iyun 2016 20:15
# 7
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Gultekin.A
Cin,weytan ve yaxud goze gorunmez quvveler var.sadece her insana gorunmur.yazilanlara ise inanmadim
25 iyun 2016 19:43
# 6
..
Antikvar
Oxuduqca ətim ürpəşdi) Həyatda hər şey ola bilər buna inanıram və yaxud ona inanmıram deməkdə bəzən düzgün deyil necə Allah möcuzələr yaradıbsa bizim görmədiyimiz qüvvələrində mümkün olması doğru ola bilər, əyər hər kəlməmizdə Allah bizi şeytanın şərindən uzaq etsin sözü varsa demək cinlərində olması həqiqət ola bilər, əyər bir səhf iş görəndə Allah lənət etsin şeytana onun tələsinə düşdüm bu günə qaldəm deməyi biliriksə demək cinlər və şeytanlar çoxlarını incidib elə pis günə qoymağı da həqiqət ola bilər. Uzun zamandı bir məqalə oxumuşdum şeytanlar insanların can verən anında başı üstə olurlar yalandan sözlər sərf edib öz tərəfinə çəkmək istəyirlər qarşılığında isə su təklif edirlər, bunlar varkən digərləri necə yalan ola bilər? Var belə reallıqlar sadəcə dua oxumaq lazımdı həmişə evdən uzaq olsunlar deyə. Cadu yanına gedənlər indiki zamanda çoxdu düzdü ki, kimsə cadu etdiyində işləri düz getmir əksinə dahada pisləşir, hətta tanıdıqlarım var bir kişi hər işini Görməmişdən öncə cadukarla məsləhətləşir edim etməyim deyə cadukar desə yaxşı olar et oda edəcək, desə etmə pis olacaq oda etməz, axırda ilişdi işi polislərə qaldı havada vəziyyəti indi nol. Ruzini, köməyi sevginin qarşılığını Allahdan istəmək qalarkən niyə köməyi hansısa iyrənc məxluqdan istəyirlər? bax bunu anlaya bilmirəm, o qədər çətindirmi əllərini qaldırıb Allahdan mətləb diləmək, allaha sığınmaq, bizlərə tək kömək edən Allahımızdı qalanları yalandır insanların qanlarını udan, pis günə qoyan aldadan şeytanlardı, cadukarlar şeytanlar ilə əlaqədədirlər uzaq bir uzaqdan qohumumuz var kartla cadukarlıq edir cavan oğlandı, həyətlərində toy olub orda olan yaxınlarından birinə deyib gəl gedək sənə o işlə məşğul olduğum otağı göstərim, şeytanları göstərib mən onlarla hər gecə danışıram söhbət edirəm, həmən insan qorxusundan gedib o oğlanla birgə olmaqdan qorxub... Görün nə əməlləri ilə insanları özlərinə inandırırlar, Allah belə bəladan uzaq eləsin bizləri.
25 iyun 2016 16:38
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
ülü16
Belə şeylərin olduğunu bilirəm. ALLAH bizi qorusun. Çox pis şeydir
25 iyun 2016 15:00
# 4
yarpaq33
O qizin taleyini bilmek mene maraqli olardi o qiza komek edib qaranliq otaqdan xilas ediblermi... bu barede oxumaq isterdim
25 iyun 2016 14:59
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Onun_Mələyi
hmm duz qeyd edilib.xeyir iw gorekki qarwimza xeyir iwler cixsin...zehlem qedir falciya qeden qadinlara bele weylere qore...bir weyi istiyende allah tan istemeliyik mollalardan yox..
25 iyun 2016 14:23
# 2
Bir duam var,səndən amin gözləyirdua09123
BARBI
Dehsetli hadisedir. Bele seylere inanan deyilem.
25 iyun 2016 13:26
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz