Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakının masaj salonlarından gizli portaj 18+
Bakının masaj salonlarından gizli portaj 18+
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 2165
Səs ver:
- Gəl həyatım. Sənə ömründə görmədiyin həzzi yaşadım. Mənimlə olsan peşman olmayacaqsan.

-Bəs nə qədər xərcim çıxacaq?
-Bir saatı 60 manat, yarım saatı 40 manat. Bu pulun içində hamısı var. Masaj, seks və...

Bu dialoq Cavid Babayevlə "28 may” metrosu yaxınlığındakı masaj salonlarından birində çalışan 21 yaşlı qız arasında baş verib.

Yəqin bildiniz ki, söhbət nədən gedir? Çünki Bakıda masaj salonu adı altında fəaliyyət göstərən fahişəxanaların sayı olduqca çoxdur. Əsasən də, "28 may” metrosu yaxınlığında addımbaşı bu cür obyektlər faəliyyətdədir. Burada hər gün qadınlar masaj adı altında bədənlərini satırlar.

Axşam saatlarıdır. Hava qaralıb. Deyəsən, müştərilərin sayı da getdikcə artır. Kameramızı sazlayıb əvvəlcə bir masaj salonuna enirik. Yaşı 18-dən 40-a kimi olan xanımlar foyedə siqaret tüstülədə-tüstülədə növbəti müştərilərini gözləyirlər. Bekar olanlar üst-başlarına əl gəzdirir, növbəti müştərinin "gözünə girməyə” çalışırlar. Bəziləri isə zarafatlarından qalmır, diqqət çəkmək üçün arabir ucadan gülürlər. Öyrənirik ki, burada bir "masaj" seansının qiyməti 50-60 manatdır. Burada çalışanların dediyinə görə, həmin pulun 25-30 manatı onların özünə, yarısı isə buranın sahibinə çatır. Qızlara müştəridən nömrə almaq, nömrə vermək qadağası qoyulub. Səbəbsə odur ki, müştəri növbəti dəfə xidmətdən istifadə etmək üçün yenidən eyni məkana gəlsin. Yəni həmin qızı harasa dəvət etməsin.

Lakin müştəri kimi içəri girdiyimizə görə 21 yaşlı Lola (şərti ad) ilə söhbətə başladıq. Öyrəndik ki, Lola gündə 25-30 müştəri qəbul edir. Həm gənc, həm də gözəl olduğu üçün digər qızlardan fərqli olaraq ona daha çox yaxınlaşırlar. İş o yerə çatıb ki, Lola bəzən öz müştərilərini digər xanımlar üçün düzəldir. Əvəzində isə hər qızdan əlavə olaraq 10 manat götürür. Lola bu pulu siqaretpulu adlandırır.

Söhbət zamanı Lolanın çəkdiyi siqaretin tüstüsü ilə üstünə vurduğu ətirin iyi qarışıb insanı birtəhər edirdi. Üstəlik yarıçılpaq bədəni və sinəsini gözə soxan Lola müştərini daha tez ələ almağı bacarır.

Qızlar müştəriləri salonun ikinci mərtəbəsinə qaldırırlar. Orada şəraiti olmayan otaqlarda köhnə çarpayının üstündə uzanan müştərilər qızların ehtiraslı hərəkətlərini seyr etdikcə ağılları başdan olur. "Masaj”çı xanımlar da bundan istifadə edərək müştərini şirin dilə tutur və daha çox pul istəyirlər. Əlavə 10-20 manat qopardıqdan sonra isə müştərini birtəhər razı salmağa çalışırlar. Seksdən sonra müştəriyə duş almaq üçün şərait də yaradılır.

Qeyd edək ki, bura gələnlərin əksəriyyəti gənclərdir. Lakin bəzən yaşlı kişilərin də yolu bura düşür.

Həmin ərzidə isə demək olar ki, 10-dan çox belə obyekt var. Lakin onların hamısında qiymətlər 60 manatdan 35 manata qədərdir. Burada adi suyu 2 manata, digər 1 manatlıq içkiləri isə 5-10 manata satırlar. Əgər müştəri spirtli içki istəyərsə, onda onun azı 20 manat xərci çıxacaq.

Çətini müştəriləri bura çəkib gətirməkdir. Sonrası isə qızların öz "fərasəti"nə qalır. Qızlar da ki, müştərilərini razı salmaq üçün min hoqqadan çıxırlar. Görəsən burada çıxarılan oyunlardan müvafiq qurumların xəbəri varmı?


Şərhlər: 9
Baxılıb: 2165
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
HAPPY_EYES
bezdim eeeeeeeeee iyrenc xeberlerden
23 iyun 2016 16:13
# 9
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Tomris Müslümova
Deməli,təzəlikcə şəhərə çıxdıqca bir kafenin qabağından keçib gedirdim.Hansıki,adı şəhərdə məşhurdur və çox adam gedir ora.Son 4-5 gündə gördüm ki,bu kafenin qabağında 3-4 dənə səviyyəsiz qızlar dayanır.Gələn-keçən söz atır.Gəldim evə onnan danışanda soruşdum ki,sən əvvəllər filan kafeyə gedirdin ha.Dedi hə.Dedim o kafeyə yenə gedirsən dedi yox.Dedim niyə? Dedi ki,nə bilim oranın zayı çıxıb.Niyəsini birdə soruşanda cavab vermədi.Dedi niyə soruşursan ki? Sən səbəbsiz yerə soruşmazsan.Dedim bəs belə-belə orda qızlar görürəm baxan kimidə bilinir ki,necə qızlardı.Dedi hə elə bax ona görə getmirik.Gətirib atıblar ora 5-6 dənə qızı zayı çıxıb.Yenə ordan keçdikcə fikir verdim ki,o qızlar az qala dilləri ilə müştəri çağıralar.Fikirləşdim ki,nəcəb binanın adamları oranı şikayət etmirlər? Binanın altındadı çünki.Təzəlikcə gördüm ki,həmin məşhur "Z..." kafesi bağlanıb.Şəhərin mərkəzində oranın yiyəsi bu yolla müştəri cəlb edib artıq pul qazanmaq istiyirmiş ki,oda onun xırtdəyində qaldı.
İndi bu qızlar...Evindən qaçanlardı əksəriyyəti.Elə yerlər xəsətlik mənbəyidir polislərin çox gözəl xəbəri var sadəcə pul alırlar ordan deyə susurlar.
23 iyun 2016 09:56
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fi-Ra
Elbetde xeberleri var. Bes nazirlercun hardandi her yerde bir villa, usaqlarinin altinda porshe, ferrari? Sutuyurler her gun Bakinin kucelerinde. Hamisi bele haram yerlerden gelen pullardi. Koku kesilsin belelerinin.
23 iyun 2016 01:04
# 7
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Barbaris
kokuvuz kesilsin
22 iyun 2016 17:52
# 6
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Miss_Oxatan
O mekanlarda bu iwle mewgul olan qizlari tek tek arawdirmaq lazimdi.onlarin coxu tv.de ailesi terefinden axtarilan qizlar ola biler.belke hansisa vasite ile,tehdidle duwubler o cembere?cunki normal,duzgun aile qizlari,ailesi olan qizlar orda iwlemez.duzdue ailesi,boyuyu olanlarda var bu yolu tutan ama daha cox ele mekanlara mamarozalar ya kimsesizleri tutub iwledirler ya da hansisa yollara el ataraq o qizlari ailelerinden qacirib aldadib iw zad adiyla iwledirler sonra da wantajla tehdidle qoymurlar qayitsinlar.hemde coxu utanir qayitmaga.veriliwlere cixir valideynler qizim qefil itdi,ya da birden bire deyiwdi birde gorduk cixib gedib evden,onda ele birinci ele mekanlara baxmidilar.vapwe axtariw oldu olmadi o mekanlari baglanmalidir sonra da o qizlarin kimliyi tek tek arawdirilmalidir.qadin alveri horumcek torudur her qadin bir firildaqla duwur ora,retki qadin isteyerek muraciet edir.
22 iyun 2016 17:46
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Ekizlerin mamasi
Elbetki hamisinin xeberi var.bes baglansa elave faiz yerleri baglanar axi.
22 iyun 2016 15:48
# 4
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
BARBI
Cox yerlerde bu adla xidmet gosteren masaj salonlari var. onlara qarsi tedbir gormek mutleqdir
22 iyun 2016 14:06
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Bele qadinlari Allah oldursun birdefelik girsinler qara torpagin altina
22 iyun 2016 13:59
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
vipbetul
Allah uzaq elesin bele yerlerden tebiki muvafiq qurumlarin xeberi var onlarda bunlardan faiz alir
22 iyun 2016 13:14
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz